22
Milli Qəhrəmanlar
Rövşən Abdullayev
1969-1992
YANV
AR
Rövşən Əbdülhüseyn oğlu Abdulla-
yev 1969-cu il yanvar ayının 16-da Le-
rik rayonunda doğulmuşdur. Məktəbi
burada başa vurduqdan sonra ailəsi
ilə birlikdə Lənkərana köçmüşdür.
Rövşən 1987-ci ildə Sankt-Peterburq
Ali Hərbi-Siyasi məktəbinə daxil ol-
muşdur.
1991-ci ildə ali məktəbi əla qiy-
mətlərlə leytenant rütbəsi ilə bitirmiş
və onun təyinatını Rostov şəhər DİŞ-
nə vermişlər. Lakin o, təkidlə təyi-
natını Azərbaycana dəyişdirmişdir.
O, Azərbaycana qayıdan kimi DİN-
in əməkdaşı olaraq daxili qoşunların
tərkibinə qatılmışdır. Gənc zabit bir
müddət sonra Zəngilana göndərilmiş-
dir. Rövşən 70 nəfərdən ibarət tağımın
komandiri təyin edilmişdir.
13 sentyabr 1993-cü il Rövşənin
son döyüşü olmuş, qəhrəman zabit
Zəngilan rayonunun Qazançı kəndi uğ-
runda gedən döyüşdə igidlik göstərərək
həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 15 yanvar 1995-ci il tarixli 262
saylı Fərmanı ilə leytenant Abdul-
layev Rövşən Əbdülhüseyn oğluna
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adı verilmişdir.
Lənkəran şəhər qəbiristanlığında
dəfn edilmişdir.
Lənkəran şəhərində abidəsi qoyul-
muşdur. Lerikdə mədəniyyət evi və
küçə qəhrəmanın adını daşıyır.
Dostları ilə paylaş: