311
Milli ədəbiyyat
NOY
ABR
15
75
illiyi
Aida Feyzullayeva
1939
Aida Hənifə qızı Feyzullayeva 1939-
cu il noyabr ayının 15-də Bakıda ana-
dan olmuşdur.
M.F.Axundov adına Rus dili və
Ədəbiyyatı İnstitutunu bitirmişdir.
1994-cü ildə “XIX əsrin axırı - XX
əsrin əvvəlində Azərbaycan yazıçıları
və rus ədəbi-ictimai mühiti” mövzu-
sunda doktorluq dissertasiyası müdafiə
etmiş, 1995-ci ildən filologiya elmləri
doktorudur.
1969-cu ildən Azərbaycan EA Niza-
mi adına Ədəbiyyat İnstitutunun Ədəbi
əlaqələr şöbəsində fəaliyyət göstərir
(1997-ci ildən aparıcı elmi işçi).
Elmi fəaliyyətində yeni dövr
Azərbaycan yazıçılarının rus və Qərb
ədəbiyyatı ilə əlaqələri, milli maarifçi-
lik ideyaları və s. problemlər əsas yer
tutur. Azərbaycan-rus ədəbi əlaqələri
tarixi və problemlərinə həsr olunmuş
“Azərbaycan yazıçıları Rusiyada”,
“Türkologiyanın Rusiyada təşəkkülü,
inkişaf mərhələləri və problemləri” və
s. monoqrafiyaların müəllifidir. Res-
publikanın ali məktəblərində pedaqoji
fəaliyyət göstərmişdir.
Elmi fəaliyyətin bir sahəsi də
15 il müddətində (1991-2006)
AMEA-nın
nəzdində
yaranan
Azərbaycanşünasların Müstəqil Birli-
yinin (AMB) idarə heyətinin üzvü, sədr
müavini olduğu dövrlə bağlıdır. AMB-
in elmi forumlarında məruzələrlə çıxış
etmiş, 11 məruzələr məcmuəsinin nəşr
işlərində, materialların tərcüməsində,
redaktəsində və s. iştirak etmişdir.
4 kitab, 100-ə qədər elmi məqalə, 3
monoqrafiyanın müəllifidir.
Dostları ilə paylaş: