Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə36/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   32   33   34   35   36   37   38   39   ...   72
 

MÜSTƏQİLLİK ƏRƏFƏSİNDƏ AZƏRBAYCANDA 

SİYASİ VƏZİYYƏT 

 

§ 1. AZƏRBAYCAN FEVRAL İNQİLABINDAN SONRA 

 

1917-c i  il  fevralın  23-də  Petroqradda  fəhlə lərin  tətil  və   nümay işi  ilə  



başlanan  demokratik  inqilab  fevralın  27-də  67  minlik  paytaxt  qarnizonu 

əsgərlərinin nü mayişi  ilə özünün ən yüksək zirvəsinə çatdı. Fevralın 28-də  inqilab 

qələbə çaldı.  Elə həmin gün Dövlət  Du masının Müvəqqəti Ko mitəsi "Petroqradda 

qayda-qanun  yaratmaq,  idarə   və  şə xslərlə  ə laqəni  tə min  et mə k"  məqsədilə  

hökumətin  funksiyaların ı ö z ü zərinə götürdüyü barədə bəyanat verdi. Bir gün əvvəl 

isə  ölkədə  inqilab  proseslərinin  inkişafında  başlıca  rol  oynamış  Fəhlə  Deputatları 

Sovetinin Müvəqqəti İcraiyyə Ko mitəsi öz işinə başladı. 

1917-c i  il  ma rtın  2-də  II  Niko lay  Rusiya  çar  mütləqiyyəti  tarixində  son, 

lakin ta xt-tac ı tərk et mə k haqqında ilk manifesti imzalad ı.  

Martın 2-də ö lkədə real hərbi-siyasi güc olan quru mun Petroqrad Fəhlə və 

Əsgər  Deputatları  Sovetinin  b ilavasitə  dəstəyi  ilə  Müvəqqəti  hökumət  təşkil 

olundu. Höku mətin ö z qarşısına qoyduğu əsas vəzifə ö lkədə qayda-qanun yaratmaq 

və  yeni  Rusiyada  konstitusiya  quruluşunu  qanuniləşdirəcək  Müəs sislər  Məclisinə 

seçkilər keçirmək id i. 

Mərkəzdə 

baş 


verən 

hadisələrin 

mahiyyəti 

Bakıda 


dərhal 

qiymət ləndirilməsə  də,  artıq  mart ın  3-də  Bakı  fəhlələ ri  Petroqrad  inqilabçılarını 

birgünlük  tətil  keçirməklə  salamladılar.  Elə  həmin  gün  Bakıda  keçirilən 

yığıncaqlarda  Müvəqqəti  hökumətə  sədaqət  andları  və  əmin-amanlığın 

qorunmasını,  ordunun  və  əhalinin  bütün  zəruri  mallarla  təchiz  edilməsi  öhdəliyi 

barədə bəyanatlar səsləndi. Martın 5-nə keçən gecə yeni hakimiyyət orqanı  -  Ba kı 

İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Ko mitəsi təşkil ed ild i.  

Məmməd  Əmin  Rəsulzadə  o  günlərdə  yazırdı:  "Rusiyanın  xalq ları  öz 

ürəklərində  saxladıq ları  məqsədlərə,  nəhayət  ki,  çatdılar.  Əliqanlı  jandarm,  bütün 

xalq ın düşməni o lan istibdad yıxılmışdır"

1



Martın  3-də  Cənubi  Qafqazda  mü lki  hakimiyyət  yeni  yaradılmış  Xüsusi 



Zaqafqaziya  Ko mitəsinə  -  OZAKOM -a  verildi.  Bu  ko mitə  reg ionun  əsas 

millətlərini  Dövlət  Du masında təmsil edən deputatlardan  ibarət  idi.  OZAKOM-un 

sədri  rus  kadeti  V.A.Xarlamov,  üzvləri  -  azərbaycanlı  kadet,  sonralar  müsavatçı 

M.Y.Cəfərov,  gürcü  federal-sosialisti  K.Abaşidze,  ermən i  kadeti  M.  Papacanov, 

rus  kadeti  P.Pe reverzev  idilər.  İki  gündən sonra  Nazirlər  Şurasının  sədri  Lvovun 

əmri  ilə  P.Pereverzev  gürcü  menşeviki  A.Çxen keli  ilə  əvəz  edildi.  OZA KOM -da 

Cənubi  Qafqaz  millətləri  bərabər  təmsil  o lun madığı  və  aqrar  məsələdə  müəyyən 

mövqe tutulmadığ ına görə xalq kütlələri OZAKOM-a etimad göstərmədiy i üçün o, 




 

 

222 



lap əvvəldən tənqid hədəfinə çevrild i

2



Yeni hakimiyyətin təşkili məsələsində siyasi partiyalar və onların liderləri 

mü xtəlif  mövqelərdə  dayanırd ılar.  Menşeviklər  belə  hesab  edirdilər  ki,  yeni 

hakimiyyət  orqanları,  mərkə zdə  olduğu  kimi,  yeni  inqilabi  de mokrat iya 

orqanların ın  (Fəhlə,  Əsgər  və  Kəndli  Sovetlərin in)  burjuaziya  nü mayəndələri  ilə 

əməkdaşlığı  əsasında  yaradılmalıdır.  Eserlərin  fikrincə,  Müvəqqəti  hökumətin 

yaranmaqda  olan   yerli  orqanlarına   Fəhlə   və  Əsgər  Deputatları  Sovetləri  nəza rət 

etməli  idi.  Bo lşeviklərə gəldikdə  isə, onlar hələlik eserlərin tərəfində dursalar da, 

sonradan  yalnız  ö zlərin in  hakimiyyətə  gəlməsi  uğrunda  açıq  mübarizə  aparmaq 

mövqeyinə keçdilər. 

1905-1907-c i  illər  inqilab ı  dövründə  Sovetlərin  yarad ılması  uğrunda 

hərəkatın fəal iştirakçısı olan fəhlələr on lann hakimiyyət orqanı kimi dirçəldilməsi 

ideyasını artıq 1917-ci ilin martında müdafiə ed irdilər. 

Bununla  yanaşı,  fəhlələrin  bir  qis mi  Müvəqqəti  hökumətə  və  onun yerli 

orqanlarına  etimad  göstərirdi.  Fəhlə  Deputatları  Sovetləri  və  İctima i  Təşkilatla rın  

İcraiyyə  Ko mitələrinin  eyni  vaxtda  yaradılması  məh z  bu  amillə  bağlı  id i.  Bütün 

bunlar,  Rusiyanın  digər  yerlərində  olduğu  kimi,  A zərbaycanda  da 

ikihakimiyyətlilik olduğunu göstərirdi. 

Martın  7-nə  keçən gecə  52  min  fəhlə və qulluqçu tərəfindən seçilmiş  52 

deputatdan ibarət (bunların 9 nəfəri bolşevik, qalanları isə menşevik və eser idi) Bakı 

rayonu Fəhlə Deputatları Soveti qəti şəkildə formalaşdı. Seçkilərdə Bakı fəhlə əhalisinin 

2/3-dən çoxu iştirak et mişdi

3



Sovetin birinci iclasında menşevik Q.Ayollo sədr, o dövrdə hələ  menşevik olan 

M.N.Mandelştam  isə  katib  idi.  Yalnız  martın  8-də  Saratov  sürgünündən  qayıtmış 

S.Şaumyan  qiyabi  olaraq  Sovetin  sədri  seçildi.  Onun  seçilməsi  sosialist  dairələrdəki 

şəxsi  populyarlığı  ilə bağlı  idi

4

.  Sovetin  İcraiyyə  Komitəsinə  iki  bolşevik  (İ.Fioletov  və 



İ.Ter-Qabrielyan)  və  bir  eser  (V.İ.Soçnev)  daxil  idi

5

.  Həmin  gün  Bakı  qarnizonunun 



əsgər deputatları Sovetləri də yaradıldı. Onun sədri eser M.Nikitin seçildi

6

. Azərbaycanlı 



əhali  bu  Sovetdə təmsil olunmamışdı.  Fevral  inqilabından sonrakı  ilk  günlərdə  Sovetlər 

əslində bütün siyasi təşkilatları əvəz edirdi və  müəyyən dərəcədə onların funksiyasını 

öz üzərinə götürmüşdü

7

. Sovet özünün fövqəladə səlahiyyətləri haqqında bəyanat verdi 



və fəhlələri hər cür çıxışlardan çəkinməyə, öz işlərini davam etdirməyə çağırdı. 

Burjua hakimiyyət orqanı olan İctimai Təşkilatların İcraiyyə Komitəsi də buna 

oxşar çağırışla əhaliyə müraciət etdi

8

. Buraya həm Fəhlə Deputatları Sovetlərinin, həm 



də şəhər  Dumasının və  ictimai  təşkilatların  nümayəndələri  daxil  oldu.  Sağ  menşevik 

"Yedinstvo"  təşkilatının  üzvü  L.L.Bıç  sədr,  həmin  təşkilatın  üzvləri  A.K.Leontoviç, 

Y.İ.Smirnov,  kadet  İ.D.İonesyan,  menşevik  İ.Y.Anşeles  komitə  üzvləri  seçildilər

9



Fəhlə Deputatları Sovetindən fərqli olaraq, İcraiyyə Komitəsinə azərbaycanlı əhalinin 

təmsilçiləri  M.H.Hacınski  və  M.Ə.Rəsulzadə  də  daxil  oldular.  Komitəyə  milli  neft 

sənayeçiləri maddi yardım göstərirdilər. 

Bütövlükdə  inqilabın  ilk  ayları  müxtəlif siyasi  cərəyanların, partiyaların, sosial 




 

 

223 



təbəqələrin  Müvəqqəti  hökumətə  etimad  göstərmələri  və  onu  müdafiə  etmələri  ilə 

səciyyələnirdi. Bu dövrdə cəmiyyətdə nisbi birliyin saxlanılmasına kömək edən daha bir 

amil ondan ibarət idi ki, bolşeviklər Sovetlərin partiya tərkibini dəyişdirmək taktikasına 

hələ  keçməmişdilər.  İndiyə  qədər  yerli  hakimiyyət  orqanlarının  hamısı  "bütün 

demokratiyanın  vəhdəti" şüarı  altında  formalaşır  və  Sovetlərlə  yerli  burjua  hakimiyyət 

orqanları arasında spesifik münasibətlər yaranırdı. Partiyalararası münasibətlərin getdikcə 

kəskinləşməsi  və  qüvvələrin  parçalanması  hakimiyyət  orqanlarının  işini  pozur,  onun 

fəaliyyətinə  qeyri-sabitlik  gətirirdi.  Sovetlərlə  İcraiyyə  Ko mitəsi  arasındakı 

münasibətlərə  təsir  göstərən  amillərdən  biri  də  Sovetlərdə  eser  və  menşeviklərin 

çoxluqda olmaları idi. 

Bu  mərhələdə sosial-demokrat yönlü siyasi qüvvələrin birləş məsi p rosesi 

ciddi  ixtilaflar  doğurmadı.  1917-ci  il  martın  10-da  bolşevik  və  menşevik 

nümayəndələrin in Birləş miş Müvəqqəti Komitəsi - "Ümu mşəhər Mərkəzi" seçildi. 

Mərkəzin  tərkib inə ü mu mşəhər yığıncağından  10 nəfər və  Bakı Fəh lə  Deputatları 

Sovetinin partiya fraksiyalarından da eyni sayda nümayəndə daxil oldu.  Birləş miş 

Ko mitədə menşeviklər üstünlük təşkil edirdilər. 

Bolşeviklərin  və  menşeviklərin  vahid  sosial-demokrat  təşkilatında 

birləşməsi  onların  bərabər  və  eyni  mövqedən  çıxış  etməsi  de mək  deyildi. 

Təşkilatın  mövcud  olduğu  4  ay  ərzində  onların  cari  həyatın  bütün  məsələlərinə 

münasibəti  b ir-b irindən  fərq li  idi.  İki  fraksiya  arasındakı  daimi  mübarizə 

Müvəqqəti  Ko mitənin  mətbuat  orqanı  olan  "Bakinskiy  raboçiy"  qəzetində  əks 

olunurdu. Partiyanın  birləş miş Müvəqqəti Bakı Ko mitəsinin o rqanı o lan qəzet artıq 

5-c i  sayından  sırf  bolşevik  qə zeti  kimi  ç ıxmağa  başladı

10

.  Menşeviklər  isə  öz 



mətbuat orqanlarını - "Sosial-demokrat" qəzetini buraxmağa başladılar. Qəzetin ilk 

nömrəsi 1917-ci il iyunun 17-də işıq üzü gördü

11



Beləliklə,  Bakıda  menşeviklərin  və  bolşeviklərin  bir-birindən  təşkilati 



cəhətdən  ayrılması  prosesi  hər  bir  cərəyanın  və  mətbu  orqanını  buraxması  ilə 

başladı. 

1917-c i  il  mayın  25-də  bolşeviklər  menşeviklərə  xəbər  vermədən 

fəhlələrin  içərisində  daha  çox  nüfu zları  olduğu  Balaxanıda  ö zlərin in  ayrıca 

konfransını  keçirib  xüsusi  qətnamə  qəbul  edərək,  menşevikləri  Ko mitənin 

tərkib indən kənarlaşdırd ılar

12



1917-c i  il  iyulun  1-də  isə  menş eviklər  14  nəfə rdən  ibarət  özlərin in 



müstəqil  ko mitələrin i  yaratdılar  və  onun  birləş miş  RSDFP-n in  Bakı  Ko mitəsi 

adlanması haqqında qərar qəbul etdilər

13



Mütləqiyyətin  devrilməsi  ərəfəsində  eserlər  (sosial  inqilabçılar) 



Azərbaycanda nə sanballı nüfu z sahibi, nə də kütləv i partiya  idilər

14

. Onlar yalnız 



inqilab ın gedişində təbliğ etdikləri sosial, vətənpərvərlik,  müdafiəçilik ideyalarına, 

onun  ziddiyyətli  proqramına  uyan  geniş  əhali  təbəqələri  bu  təşkilata  can  atarkən 

real gücü olan kütləvi partiyaya çevrildilər.  

1917-c i  ilin  ma rtında  Ba kıda   eserlər  part iyasının  Müvəqqəti  İcra iyyə 




 

 

224 



Ko mitəsi  təşkil  ed ild i.  Eserlər  A lman iya  ilə  sülh  bağlanana  qədər  müharibə 

aparmağa  və  Müvəqqəti  hökumətə  hərtərəfli  kö mək  etməyə  çağırırd ılar.  On lar 

inqilabda  kəndlilərin  roluna  xüsusi  yer  verirdilər.  Sosial  inqilabçılar  Qafqazda  

kəndli  ittifaq larının  təşkilində  fəal  iştirak  etməyi  zəruri  sayırd ılar.  On lar  Cənubi 

Qafqazda  milli  məsələdən  danışarkən  yalnız  sos ialist  partiyaların  timsalında 

millət lərin  demo krat  nümayəndələri  ilə  takt iki  saziş  bağlamağın  mü mkünlüyünü 

iddia  edir  və  "panislamç ı  düşmən"  obrazının  yaradılmasında  xüsusi  rol 

oynayırdılar.  Eserlərin  fikrincə,  əzilən  millətlə rin,  o  cü mlədən  müsəlmanla rın 

hüquqların ın  müdafiəsi " xüsusi hüquqlar və imtiyazlar uğrunda" mübarizə demək 

idi


15

Fevral  inqilabı bütün müsəlmanların, o cü mlədən azərbaycanlıların siyasi 



fəallığ ını  artırd ı.  Gündəlikdə  duran  ən  vacib  məsələlərdən  biri  təkcə  Cənubi 

Qafqazın  yo x,  bütün  Rusiya  müsəlman larının  pərakəndə  halda  olan  qüvv ələrin in 

birləşdirilməsindən 

ibarət 


idi. 

Hələ 


Ümu mrusiya 

Müsəlman 

Şurası 

yaradılmamışdan  əvvəl  1917-ci  il  martın  27-də  Bakı  Müsəlman  Milli  Şurasın ın 

Müvəqqəti İcraiyyə Ko mitəsi yaradılmış, "Müsavat" partiyasının üzvü, hüquqşünas 

Məmməd Həsən Hacinski onun sədri seçilmişdi

16



Ko mitənin  öz qarşısına qoyduğu əsas məqsədlərdən biri yerli ö zünüidarə 



orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların  proporsional şəkildə 

təmsil  olun masına  nail  olmaq  idi.  La kin  bu  tələbə  bolşeviklər,  menşeviklər  və 

eserlər  kəskin  etiraz  etdilə r.  Onla rın  qənaətinə  görə,  gizli  səsvermə  şəra itində 

ümu mi,  birbaşa  və  bərabər  seçki  hüququ  müsəlmanlara  ö z  iradəsini  tam  ifadə 

etmək  imkanı  yaradır.  Lakin   bu  qüvvələr  müsəlman lar  içərisində  savadsızlığ ın 

yüksək olduğunu, onların baş verən inqilab i proses lərdən hələ ço x u zaq olduğunu 

nəzərə almırd ılar. 

Buna  ba xmayaraq,  1917-c i  il  may ın  21-də  Ba kı  Ərzaq   Ko mitəsinə 

keçirilmiş seçkilər heç  milli hərəkat liderlərinin  də gözləməd ikləri nəticə  ilə başa 

çatdı:  müsəlman  bloku  29735  səs,  sosialistlər  (menşeviklər,  eserlər,  bolşeviklər, 

daşnaklar)  18061,  kadetlər  isə  yaln ız  1028  səs  topladı.  Seçkilər  Müvəqqəti 

hökumətin   1917-ci  il 25  mart tarixli qərarına uyğun olaraq  keçirilirdi.  Ko mitənin 

əsas funksiyası sabit qiy mət əsasında taxılın toplan ması, bölgüsü və satışına dövlət 

inhisarını  həyata  keçirməkdən  ibarət  idi.  "Kaspi"  qəzeti  sevinclə  yazırdı  ki, 

müsəlmanlar  bu  seçkilərdə  görünməmiş  yüksək  mütəşəkkillik  göstərərək  "ictimai-

siyasi kamillik imtahanından uğurla çıxd ıla r"

17



Lakin Bakıdakı "inqilabi demokratiya"nın nümayəndələri müsəlmanların siyasi 



və  ictimai  təşkilatlarını  qəsdən  əksinqilabçılıqda  günahlandırmaqda  davam  edirdilər. 

"İzvestiya Bakinskoqo Soveta" qəzeti səhifələrində "müsəlman məsələsinə" həsr etdiyi 

yazılarda  "müsəlman  millətçiliyin"dən, "müsəlman  ictimai  təşkilatlarının  inqilab  işinə 

vurduqları ziyan"dan bəhs edirdi

18

. "Musulmanskie izvestiya" öz növbəsində mayın 30-



da M. Ə. Rəsulzadənin "Solların səhvləri" məqaləsini yenidən dərc etdi. Məqalədə müəllif 

Sovet  liderlərini  müsəlmanlar  arasında  iş  aparmağın  zəruriliyini  başa  düşməməkdə 




 

 

225 



günahlandırırdı.  O,  "solların  səhvini"  müsəlmanlara  sinfi  mövqedən yanaşmaqlarında 

görürdü


19

. Faktiki olaraq, bu məqalə "Bakı Sovetinin Xəbərləri" ("İzvestiya Bakinskoqo 

Soveta") qəzeti  ilə  polemikanın əsasını  qoysa da,  elə bir  ciddi siyasi nəticələrə gətirib 

çıxarmadı. 

Bu  mərhələdə  milli  intibah  qayəsi  azərbaycanlıların  şüurunda  az  da  olsa  iz 

buraxmış türkçülük  ideyalarında  ifadə  edilirdi.  Bu  ideologiyanı  milli  mərkəzlərdə  Bakı 

və Gəncədə yerləşən ayrı-ayrı qruplar həyata keçirird ilər. 

Fevral burjua-demokratik inqilabının qələbəsindən sonra "Müsavat" partiyası 

leqal şəkildə xalqı öz tərəfinə çəkmək istiqamətində geniş siyasi və təşkilati fəaliyyətə 

başladı.  Artıq  1917-ci  ilin  payızında  "Müsavat"  Azərbaycanda  milli-demokratik 

hərəkata  başçılıq  edən,  sinfi  və  sosial  mövqeyindən  asılı  olmayaraq,  Azərbaycan 

cəmiyyətinin müxtəlif təbəqələrini öz arxasınca apara bilən s iyasi partiyaya çevrilirdi. 

Partiyanın  dövlət  quruluşu  məsələsinə  dair  mövqeyi  onun  taktikasını  və  fəaliyyət 

istiqamətini müəyyən edən əsas amillərdən biri idi. 

"Müsavat‖  partiyası  federativ  demokratik  Rusiya  tərkibində  Azərbaycana 

milli-ərazi  muxtariyyəti  və  20  yaşına  çatmış  azərbaycanlı  vətəndaşlara  seçki  hüququ 

verilməsi  ideyasını  irəli  sürürdü.  Monarxiyanın  süqutundan  cəmi  bir  neçə  gün  sonra 

Gəncədə  Türk  Federalistlər  Partiyası  yarandı.  Bu  partiya  Rusiya  dövlətinin  muxtar 

ərazilərin  federasiyasına  çevrilməsi  ideyası  ilə  çıxış  edirdi.  Partiyanın  yaradıcısı  və 

ideya rəhbəri Nəsib bəy Yusifbəyli idi. 

Hələ  1905-ci  ildə  azərbaycanlı  ziyalıların  yaxından  iştirakı  ilə  məramı 

Rusiya  müsəlmanla rın ın hüquqların ı  müdafiə  et mə k o lan "Rusiyada Müsəlmanlıq 

partiyası" təşəkkül tapmışdı. 

1917-c i  ildə  part iya  və  ona  ya xın   mühafizə kar  d ini  dairə lər  ölkədə  baş 

verən hadisələrə münasibətdə gözləmə mövqeyi tutdular. 

1918-c i  ilin  yanvar  ayında  "Rusiyada  Müsəlmanlıq  Pa rtiyası"  ilə  

Gəncədəki  "İttihad"  Cəmiyyətinin  qovuşması,  nəticəsində  vahid  "İttihadi-İslam  - 

Rusiyada Müsəlman lıq Partiyası yarandı". Bir il sonra, yəni 1919-cu  ilin aprelində 

partiyanın  adı  dəyişdirilərək,  " Qafqaz  İttihad  firqəsi"  adlandırıld ı.  Bu  partiyanın 

əməli fəaliyyət və nəzəri baxışlarının bünövrəsi hər şeydən əvvəl islama əsaslanan 

ittihad  -  birlik  idi.  İsla mı  yalnız  din  deyil,  siyasi,  iqtisadi,  hüquqi,  mənəvi  və  s. 

norma  kimi  qiy mətləndirən  ittihadçılar  onu  müsəlman  həyatının  ö zülü,  əsas 

strukturu  hesab  edir,  in kişaf  yolunu  isə  məh z  İslam  normalarını  təkmi lləşdirmək 

vasitəsilə həyata keçirməkdə görürdülər

20



"Müsəlman  kütlələrinin   psixologiyasını  nəzərə  alan"  və  "özünün  xüsusi 



tarixə malik olduğunu iddia edən bolşevik "Hü mmət" partiyası 1917-ci il martın 3-

də  fəaliyyətini  bərpa  ed ib,  ö zünün  Müvəqqəti  Ko mitəsini  yaratdı.  Müvəqqəti 

Ko mitənin  başçısı  N.Nərimanov,  üzvləri  isə  M.Əzizbəyov,  M.N.İsrafilbəyov  və 

N.M.Sultanov  seçildilər.  Ko mitə  bolşevik  mövqeyində  durduğunu  bəyan  etdi. 

Halbuki "Hü mmət"in əyalətdəki  ko mitələri  menşeviklərin üstünlük təşkil etdikləri 

digər yerlə rdə, hə mç inin Tiflis quberniyasında onlara meyil göstərirdilə r

21




 

 

226 



Yeni  inqilabi  şəraitdə  Azərbaycan  xalqın ın  məqsəd  və  arzularını 

müəyyənləşdirmək  məqsədi ilə bağlı ilk addım  1917-ci  il aprelin  15-20-də Bakıda 

keçirilmiş Qafqaz müsəlmanların ın qurultayında atıld ı. 

Qurultay  ərəfəsində  Bakı  Müsəlman  İctimai  Təşkilatlarının  Müvəqqəti 

Ko mitəsi  Qafqaz  müsəlmanlarına  mü raciət  dərc  etdi.  Müraciətdə  deyilird i: 

"Komitə  ü mu mmüsəlman  qurultayı  çağırmaqdan,  milli-siyasi  proqramı  irəli 

sürməkdən  imtina ed ir, lakin  məh z  indi  millətlərin  mənafey ini ən yaxş ı təmin edə 

biləcək  dövlət  idarəçiliy i  haqqında  fikrini  bildirməy i  zəruri  sayır...  Belə  bir  idarə 

forması, söz yo x ki, yaln ız de mokratik respublikadır"

22



Hələ  qurultay  açılmamışdan  əvvəl  Azərbaycanın  siyasi  təşkilatları 

Rusiyanın gələcək siyasi quruluşu haqqında öz  məramlarını  elan etmişdilər.  Onlar 

bütün  Rusiyada  demokratik  respublikanın  yaradılması  ideyasını  irəli  sürən  və 

müdafiə edən ilk təşkilatlardan biri idi. 

Qurultayda  Azə rbaycanın  siyasi  partiya  və   ict ima i  təşkilat larının, 

həmçinin  Şimali  Qafqaz,  Gürcüstan  və  İrəvan  müsəlman larının  nü mayəndələri 

iştirak edird ilər. 

Qurultayda  əsas  məsələlərdən  biri  Rusiyanın  gələcək  siyasi  quruluşu  və 

kiçik  xalq ların  hüquqlarına  aid  idi.  Rusiyanın  siyasi  quruluşu  barədə 

M.Ə.Rəsulzadə  məruzə etdi.  O göstərdi ki, "dövlətə daxil olan  mü xtəlif  millətlərin 

möhkəm b irliyini onların  dövlət  ittifaq ı haqqında azad  ifadə olun muş arzusundan 

başqa heç bir qüvvə təmin edə bilməz"

23

. Qurultay Qafqaz  müsəlmanların ın  milli-



siyasi  idealları  haqqında  M.Ə.Rəsulzadənin  mə ruzəsi  üzrə   qətnamə  qəbul  etdi. 

Qətnamədə  deyilird i:  "Federativ  əsaslarla  demokratik  respublika  Rusiya  dövlət 

quruluşunun  müsəlman  xalqların ın  mənafeyini  ən  yaxşı  təmin  edən  forma  kimi 

tanınsın"

24



RSDFP  BK-n ın  qərarına  əs asən  qurultayın  işində  iştirak  edən  bolşevik-



hümmətçilər  N.Nərimanov,  M.Əzizbəyov  və  R.Nağıyev  nümayəndələr  qarşısında  

tələblər irəli sürdülər. On ların tələb ləri sosialist inqilabının ü mumdünya miqyasında 

qələbəsi  uğrunda  hamını  pro letar  Rusiyası  şüarı  alt ında  birləşməyə  çağıran  sırf 

inqilab i  şüarlardan  ibarət  idi.  N.Nərimanov  deyirdi:  " Rusiyada  inqilab  ü mu m-

dünya  imperialist  müharibəsindən  sonra  bütün  dünyada  inqilab ın  başlanması 

deməkdir".  O,  kiçik  xalqların  taleyin i  yaln ız  fəh lə-kəndli  Rusiyasının  taley i  ilə 

bağlayırdı

25



Qurultay  aprelin  20-də  keçirilmiş  ic lasında  Qafqaz  müsəlmanların ın 

Müvəqqəti  hökumətə,  habelə  müharibə  və  Rusiyanın  digər  xalq larına  münasibəti 

məsələlərini müzakirə etdi. 

Qafqaz  müsəlmanları qurultayı  Rusiya Müvəqqəti hökumətinin  1917-ci il 

6 mart tarixli qətnaməsinin "Əsgər və Fəh lə Deputatları Sovetinin razılığı ilə bəyan 

etdiyi prinsiplərini ard ıcıl və dön mədən həyata keçirəcəyi  müddətdən onun bütün 

tədbirlərini hər cəhətdən müdafiə etməyi zəruri saydı"

26



Müharibəyə münasibət məsələsində isə qurultay Rusiya demokratiyasının 


 

 

227 



müharibənin ilhaqsız və təzminatsız qurtarmaq tələbinə qoşulmağı qərara ald ı.  

Başqa  xalqlara  münasibət  məsələsinə  gəldikdə  isə  qurultayın  qərarında 

deyilirdi: "Rusiya dövlətinin bütün xalqlarının, o cümlədən Qafqaz xalqlarının milli-siyasi 

ideallarını  həyata  keçirmək  cəhdləri  hər  vəchlə  müdafiə  olunmalıdır".  Qurultay 

qarşılıqlı hörmət əsasında ümumi demokratik idealları həyata keçirmək məqsədilə onlarla 

yaxınlaşmağın  zəruriliyini  vurğuladı

27

,  həmçinin  Qafqazda  qadınların  vəziyyəti 



haqqında  məsələni  də  müzakirə  etdi.  M.Ə.Rəsulzadə  müsəlman  qadının  azad  və 

bərabərhüquqlu olmasını müsəlman xalqlarının  milli-azadlıq mübarizəsində ən mühüm 

məsələlərdən  biri  kimi  qiymətləndirdi.  M.Ə.Rəsulzadə  göstərirdi:  "Bütün  digər 

xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da 

öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz 

və  qalmamalıdır".  Siyasi  komissiyanın  qətnaməsində  müsəlman  qadınlara  kişilərlə 

bərabər siyasi və iqtisadi hüquqlar verilməsinin zəruri sayıldığı bəyan edildi

28

. Bu qətnamə 



Rusiyada  ictimai  həyatın  bütün  sahələrində  kişilərə  qadınların  hüquqlarını  bərabər 

tutan siyasi sənəd idi. 

Qurultayın gündəliyinə fəhlə və torpaq haqqında məsələlər də daxil edilmişdi. 

Lakin qurultay bu məsələlərə aid qətnamə qəbul  etmədi və onların həllini Müəssislər 

Məclisi çağırılana qədər təxirə saldı. Lakin buna baxmayaraq, qurultayda bu məsələlərə 

dair  bəzi  layihələr  irəli  sürüldü.  Fəhlə  və  torpaq  komissiyası  adından  məruzə  edən 

X.P.Sultanov  nümayəndələri  fəhlə  məsələsinə  dair  qətnamə  layihəsi  ilə  tanış  etdi. 

Həmin  layihədə  fəhlələrin  həyat və  güzəranını  yüngülləşdirən bir sıra sosial  islahatlar 

keçirilməsi təklif olunur, onların hamısının yalnız Müəssislər Məclisində qanunvericilik 

yolu ilə həll ed ilməli o lduğu vurğulanırdı.  

Torpaq məsələsinə aid aşağıdakı təkliflərin həyata keçirilməsi  zəruri sayılırdı: 

"Qafqazda əməkçi kəndlilərin torpaq ehtiyaclarını ödəmək məqsədilə bütün dövlət, udel 

və  idarə  torpaqları  müsadirə  olunsun  və  iri  xüsusi  torpaq  mülkiyyəti  ədalətli 

qiymətlərlə məcburi şəkildə ö zgələşdirilsin"

29



Məruzədə göstərilirdi  ki, torpaqdan, istifadə edilməsi  məsələsində  meydana 



çıxa  biləcək  bütün  mübahisə  və  anlaşılmazlıqlar  kəndlilər,  torpaq  sahibləri  və  qəza 

icraiyyə komitələrinin nümayəndələrindən ibarət (barışdırıcı) komissiya tərəfindən həll 

edilməlidir. 

Qurultayın  müzakirə  etdiyi  son  məsələ  əhalinin  əsas  kütləsinin  savadsız 

olduğu  Qafqaz  xalqları  üçün çox  böyük  əhəmiyyəti  olan  kütləvi  təhsil  haqqında  idi. 

Pedaqoq  M.Ə.Əfəndiyevin  məruzəsi  üzrə  "Türk  dilində  ümumi,  məcburi  və  pulsuz 

təhsilin zəruriliyi haqqında" qətnamədə müəllim  kadrlar hazırlamaq üçün seminariya və 

institutlar açılması nəzərdə tutulurdu

30



Qurultayın sonuncu günü Qafqazda müsəlman milli komitələrinin təşkili və iki 



mərkəzin - biri Şimali Qafqaz üçün Vladiqafqazda və digəri Cənubi Qafqaz üçün Bakıda 

yerləşən iki mərkəzi büro açılması haqqında qərar qəbul edildi. 

Müsəlmanların  Ümumqafqaz  qurultayı  Rusiya  müsəlmanlarının  siyasi 

həyatında  mühüm  rol  oynadı,  siyasi  hadisələrin  həmin  mərhələsində  onların 




 

 

228 



mənafelərini  ifadə  edərək,  Rusiya  müsəlmanları  milli  hərəkatının  gücləndirilməsi 

yollarını,  demokratik  respublika  prinsiplərinə  söykənən  dövlət  quruluşu  seçimini 

müəyyənləşdirdi. 

Milli  regionlar  çərçivəsində  formalaşmış  əksər  qrupların  (Cənubi  Qafqaz, 

Başqırdıstan,  Krım,  Qırğızıstan  və  s.)  nümayəndələri,  Rusiya  dövlətinin  həyati 

mənafelərinə  toxunmamaqla,  bütün  sahələrdə  özünüidarə  hüququ  verən  ərazi 

mu xtariyyəti  prinsipinin  tərəfdarı  idilər.  Rusiyanın  müxtəlif  hissələrinə  səpələnmiş 

tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar

31



Məsələ  ilə  bağlı  ziddiyyətlər  1917-ci  il  mayın  1-dən  11-nə  qədər  Moskvada 



keçirilmiş  Ümumrusiya Müsəlmanlar  qurultayında özünü  büruzə  verdi.  Qurultayı  təşkil 

etmək  üçün  Qafqaz  sosial-demokratı  Əhməd  Salihovun  başçılığı  ilə  büro  yaradıldı. 

Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə 

etdiyi  binada  900  nümayəndənin  iştirakı  ilə  keçirildi.  Qurultayın  gündəliyində 

Rusiyanın  gələcək  idarə  forması;  mədəni  və  məhəlli  mu xtariyyət,  müharibəyə 

münasibət,  Məclisi-Müəssisan;  Qadınlar,  fəhlə,  torpaq  məsələləri  (hər  biri  ayrılıqda); 

Qafqaziya,  Türküstan,  Qazaxıstan  məsələləri  (müstəmləkə  siyasəti  və  s.);  əsgəri 

təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanların ın böyük milli şurasını 

seçmək  və  s.  məsələlər  dururdu.  Konqresin  gündəliyindəki  on  dörd  məsələnin 

müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil 

olunmuşdu

32



Qurultayın  müzakirə  etdiyi  ən  mühüm  məsələlərdən  biri  Rusiyanın  gələcək 

dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki  nümayəndə - M.Ə.Rəsulzadə və 

Ə.Salihov çıxış etdilər. 

M.Ə.Rəsulzadə  idarə  üsulu haqqında Azərbaycan türk  dilində  etdiyi  çıxışında 

göstərirdi ki, bu məsələyə həm insanlıq mədəniyyəti, həm də  milli  maraqlar nöqteyi-

nəzərindən baxılmalıdır. 

M.Ə.Rəsulzadə hesab  edirdi  ki,  vahid  Ümumrusiya təşkilatının  yaradılmasına 

mane olan mədəni muxtariyyət proqramı türk  xalqlarının yüksələn milli özünüdərketmə 

şüuruna ədalətli şəkildə cavab verə bilməz. O öz çıxışında da vurğuladı ki, "Rusiya xalq 

cümhuriyyəti  üsulu  ilə  idarə  edilməlidir...  Mən,  ədəmi-mərkəziyyəti  muxtariyyətlərdən 

təşəkkül  edən  bir  federasiya  şəklində  təsəvvür  edirəm.  Bu  mu xtariyyətləri  milli-

məhəlli  prinsipi  içində  faydalı  bilirəm"

33

. Müsəlmanların  Rusiyada slavyanlardan sonra 



ikinci yeri tutduğu, onların  96 vilayət və  qəzada  yaşadıqları,  Qafqazda, o  cümlədən  10 

vilayətdə  -  onlardan  Bakı  vilayətində  676243  (82,05%),  Tiflis  vilayətində  189098 

(17,98%), İrəvan vilayətində 350096 (42,47%) nəfər olduğu göstərilmişdi

34



Rusiya dövlətinin  ərazi  federasiyası  əsasında təşkili əleyhinə çıxış  edən  Əhməd 

Salihov iddia edirdi ki, belə quruluş aqrar məsələnin həllini çətinləşdirəcək, müsəlman 

fəhlələr  Ümumrusiya sosial qanunvericiliyinin  faydasından  bəhrələnə  bilməyəcəklər, 

çünki həmin quruluş şəraitində qanunlar müxtəlif regionlarda fərqli xarakter daşıyacaqdır. 

Onun təklif  etdiyi  qətnamə  layihəsində deyilirdi  ki,  ərazi  federalizmi  müsəlmanların 

tam parçalanmasına gətirib çıxaracaq və milli  məsələni həll etməyəcəkdir. Federalizm 




 

 

229 



prinsipinin  Rusiya  müsəlmanlarını  siyasi  cəhətdən  parçalayacağını  israrla  bildirən 

Ə.Salihovun  fikrincə, birbaşa, bərabər və  gizli  seçki  hüququ əsasında  mərkəzi  orqan  - 

milli-mədəni  parlament  yaratmaqla  müsəlman  milli-mədəni  muxtariyyəti  formasında 

həyata keçirilməlidir

35



Məsələnin  vacibliyini  nəzərə  alan  nümayəndələr  Ə.M.Topçubaşovun 



rəhbərliyi altında bir daha onun müzakirəsinə qayıtdılar. Nümayəndələrə müraciət edən 

Topçubaşov göstərdi ki, "idarə üsulu məsələsi çox mühüm və böyük bir siyasi problemdir. 

Bu, bizim üçün bir imtahan məqamıdır". Məsələnin müzakirəsi çox gərgin keçdi. 200-ə 

qədər təklif verilmişdi. Ə.M.Topçubaşov öz çıxışında qeyd  etdi ki, "hər şeydən əvvəl, 

biz  xalq  cümhuriyyəti  (demokratik-federal  cümhuriyyət)  istəyirik,  bu  bizim  əsas 

diləyimizdir.  Xalq  cümhuriyyəti  demək,  bütün  hakimiyyətin  tamamilə  xalqın, 

demokrasinin  öz  əlində  bulunan  idarə  deməkdir.  Buna  digər  bir  sözlə,  "xalq  haki-

miyyəti" də deyilir". 

Ərazi  mu xtariyyəti  blokunun  əsas  məruzəçisi  olan  M.Ə.Rəsulzadə  hesab 

edirdi  ki, vahid  Ümumrusiya  təşkilatının  yaradılmasına  mane olan  mədəni  muxtariyyət 

proqramı türk xalqlarının yüksələn milli özünüdərk şüuruna ədalətli şəkildə cavab verə 

bilməz. "Sual olunur: millət nədir? Mən əminəm ki,  millətin ən mühüm xüsusiyyətləri 

dili və tarixilə bağlı əlaqələrdən, adət və ənənələr birliyindən ibarətdir. Bəzən deyirlər 

ki,  İslam  millətin  təcəssümüdür,  çünki  türk-tatardan  milləti  soruşulduqda,  o  "mən 

müsəlmanam" deyə cavab verir. Lakin bu, səhv baxışdır. Xristian milləti yoxdur və eləcə 

də İslam  milləti mövcud deyildir. Bu böyük müsəlman evində türklər  və ərəblər üçün 

ayrı-ayrı otaqlar olmalıdır"

36



Nəticədə Rəsulzadənin "Müsəlman millətlərin mənfəətlərini  saxlamaq üçün 

ən uyğun idarə üsulu milli-mədəni mu xtariyyəti verən xalq cümhuriyyətidir" - fikrini 

ifadə edən layihəsinin lehinə 446, əleyhinə 271, Ə.Salihovun unitar cümhuriyyət təklifinin 

lehinə 271, əleyhinə 442 səs verild i. 

Konqresdə 30 üzvdən ibarət Şura (Qafqazdan 5 nəfər) 12 nəfərdən  ibarət  İcra 

Komitəsi  seçildi.  Əsasən  Azərbaycan  siyasətçilərinin  təmsil  etdikləri  federasiya 

tərəfdarlarının  bu  qələbəsinə  baxmayaraq,  onlar  Petroqraddakı  Mərkəzi  Şuranın 

tərkibində  say  etibarilə  xeyli  az  idilər,  unitar  dövlət  tərəfdarları  isə  əksəriyyət  təşkil 

edirdi.  Bundan  sonra  unitar  dövlət  tərəfdarları  ilə  yalnız  formal  əlaqə  saxlayan 

azərbaycanlı  milli siyasi  xadimlərin fəaliyyət dairəsi əsasən Cənubi və  Şimali  Qafqazı 

əhatə  edirdi.  Dövrünə  görə  mühüm  qərarlar  qəbul  etmiş  qurultay  Rusiyadakı  30 

milyonluq Türk aləminin düşüncələrini, ictimai-siyasi, milli, dini görüşlərini, arzu və 

məqsədlərini bəyan etdi

37



Müsəlman Komitəsində birgə iş təcrübəsi qazanmış müsavatçılar artıq Ədəmi-

Mərkəziyyət  Partiyası  ilə  birləşmək  məsələsini  irəli  sürdülər.  Birləşmə  1917-ci  il 

iyunun 20-də (yeni təqvimlə 3  iyul) baş verdi. Yeni partiya Türk Ədəmi-Mərkə ziyyət 

Müsavat  (Türk  Federalistlər  Partiyası  Müsavat)  Partiyası  adlandı  və  qəbul  etdiyi 

bəyannamədə  özünü  "əməkçi  kütlələrə,  həmçinin  Rusiyanın  türk  və  digər  müsəlman 

xalqlarının milli-mədəni səylərinə əsaslanan demokratik partiya" elan etdi

38




 

 

230 



Birləşmə nəticəsində "Müsavat" Partiyası 1917-ci ilin yayında Azərbaycanın 

ictimai-siyasi həyatında xalqın milli-azadlıq hərəkatı ideyalarını daşıyan, yüksək nüfuzu 

olan siyasi qüvvəyə çevrildi. 

1917-ci  ilin  yayı  və  payızında  Rusiyada,  o  cümlədən  Cənubi  Qafqazda, 

xüsusən  Bakıda  kütlələrin  genişlənən  güclü  inqilabi  hərəkatı  Zaqafqaziya  bölgəsində 

vəziyyətə  ciddi  təsir  göstərir,  Azərbaycanda  inqilabi  hərəkat  zamanı  müxtəlif 

nəzəriyyələri,  rəqabət  aparan  siyasi  qüvvələrin  intellektual,  təşkilati  və  insani 

potensialını sınağa çəkird i. 

Bolşeviklərlə  menşeviklər  arasında siyasi  mübarizə daha da  kəskinləşdi.  Eser-

menşevik bloku kütlələri öz tərəfinə çəkmək üçün mübarizəni qətiyyətlə gücləndirir, öz 

baxışlarını  daha  fəal  şəkildə  təbliğ  edirdi.  1917-ci  ilin  yayında  ciddi  məsələlərin  həlli 

zamanı daşnaklar eser-menşevik blokunun mövqeyini müdafiə edir, bolşeviklər isə əksər 

hallarda təcrid olunmuş vəziyyətdə qalırdı. 

1917-ci  il  iyulun  26-da  Petroqradda bolşeviklər  partiyasının  VI  qurultayı  öz 

işinə  başladı.  Bakı  bolşevik  təşkilatını  qurultayda  Prokofi  Caparidze  və  Ağabala 

Yusifzadə  təmsil  edirdilər

39

.  P.Caparidze  Mərkəzi  Komitənin  xəttini  tam  bəyəndiyini 



bildirdi. A.Yusifzadə "Hümmət" təşkilatı adından qurultayı təbrik edərək, Azərbaycanın 

və  bütün  Cənubi  Qafqazın  əməkçi  kütlələrinin  bolşevik  təşkilatı  ətrafında  birləşməsi 

işində  "Hümmət"in  rolundan  danışdı.  O  göstərdi  ki,  "...inqilabdan  sonra  təşkilat 

dirçəlməyə başlayıb. Artıq o, Bakının bütün rayonlarında geniş iş aparmağa başlayıb. Bir 

çox qəzalarda - Şamaxı, Quba və s. yerlərdə təşkilatın orqanları yaradılıb"

40



A.Yusifzadənin  çıxışında  o  da  göstərilirdi  ki,  "Hümmət‖in  ətrafında  hələlik 

yalnız sadiq ziyalı qrupu birləşsə də, şüurlu müsəlman fəhlələri də təşkilatda təmsil olunur. 

"Hümmət" qəzetinin vəsait çatışmazlığı üzündən həftədə cəmi bir dəfə çıxa bildiyindən 

şikayətlənən  A.Yusifzadə  təşkilata  kömək  göstərilməsi  xahişi  ilə  qurultaya  müraciət 

etdi

41

. Bunu nəzərə alaraq, RSDF(b)P MK-nın avqustun 5-də olmuş plenumu "Hümmət" 



təşkilatına 5 mln manat həcmində maddi yardım göstərilməsi haqqında qərar qəbul etdi

42



Sosial-demokratiya  təbliğatı  aparan,  "müsəlman  kütlələrinin  psixologiyasını 

nəzərə alan"

43

 "Hümmət‖in siyasi təşkilat kimi real gücü haqqında təkcə A.Yusifzadənin 



qurultaydakı çıxışı yox, həm də onun rəhbəri N.Nərimanovun sözləri də aydın təsəvvür 

yaradır.  O  qeyd etmişdi  ki,  1917-ci  ilin  yazında  təşkilatı genişləndirmək  zərurəti  ortaya 

çıxarkən işimiz çox olsa da, lazımi sayda adamlar çatışmırdı

44



N.  Nərimanov  "Hümmət"  təşkilatının  vəzifəsini  müəyyənləşdirərək  belə 

demişdi:  "Biz  kütlələrin  içinə  getməli,  insanlara  Zaqafqaziya  Ko mitəsinin 

mah iyyətini  başa  salmalı,  xalqı  maarifləndirməli,  hər  şəhərdə,  hər  bir  kənddə  iş 

aparmalıyıq"

45



1918-c i  il  yanvarın  1-də  N.Nə rimanov  müsəlman  əhalisinin  bütün 



hakimiyyətin  Fəhlə  və  Kəndli  Deputatları  Sovetinə  verilməsi  tələbini  müdafiə 

etməyə çağıraraq yazırdı ki, "əgər  müsəlmanlar ö z haqlarını qoru maq  istəyirlərsə, 

...onda onlar tezliklə öz səslərini ucaltmalıdırlar"

46



VI  qurultay  V.İ.Len inin  hakimiyyəti  silahlı  üsyan  yolu  ilə  ə lə  almaq  


 

 

231 



xəttini qəbul etdi.  Çünki bolşeviklər  Rusiyada iyul hadisələrindən sonra yaranmış 

siyasi  vəziyyəti  təhlil  edərək,  onun  ümu mmilli  böhrana  keçəcəyi  qənaətinə 

gəlmişdilər. 

Digər sosial-demokrat partiyaları da hakimiyyətə gəlmək imkan larını 

götür-qoy  edirdi.  Bütün  iyul  ay ı  ərzində  Bakı  menşeviklərinin  partiya  ko mitələri 

iclaslar  keçirirdi.  Lakin  bütövlükdə  öz  sayına  və  fəhlələr  içərisindəki  nüfuzuna 

görə menşeviklər getdikcə ö z mövqelərini itirirdilər. 

Eserlər  rus  əhalisi  içərisində  populyar  partiya  idi.  Onun  fəalları 

partiyalarının  təcrübə  və  nüfuzundan  geniş  istifadə  edir,  mit inqlərdə  Petroqrad 

hadisələrinin  mahiyyətini  kütlələrə  izah  edirdilər.  Eserlərin  iştirak  etdikləri  bütün 

yığıncaqlarda  Müvəqqəti  hökuməti  müdafiə  edən  qətnamələr  qəbul  olunur, 

möhkəm  inqilab i  hakimiyyətin  yaradılması,  demokratiyanın  yerlərdə  bütün 

hökumət orqanlarına nəzarət etməsi tələbləri irəli sürülürdü. 

1917-c i  ilin  iyulunda Ba kı  müsəlman  ict ima i və  siyasi təşkilat larında 

cəmiyyətin  mü xtəlif təbəqələrini b irləşdirmək  məqsədilə  onun icraiyyə Ko mitəsini 

yenidən təşkil etmək qərara alındı.  33 nəfər  üzvdən  ibarət bu  Ko mitə  ilə əlaqədar 

mü xtəlif rəy lər söylənir və qeyd edilirdi  ki, "Ko mitədə  6 yer  kəndli və  fəhlələrin 

nümayəndələri üçün saxlan ılır"

47



Hümmətçilər  Ko mitənin  tərkibinə  daxil  edilmədilər.  İyulun  14-də  26 



nəfərin  iştirakı  ilə  keçən  iclasda  Əlimərdan  bəy  Topçubaşov  Komitənin  sədri, 

M.H.Hacınski  və  M.Ə.Rəsulzadə  onun  müavinləri,  M .H.Vəzirov  isə  katib 

seçildilər. 

"Hümmət"  öz  iclasında  seçkilər  haqqında  məsələni  mü zakirədən 

keçirib, sonda iştirakdan imtina etmək qərarına gəldi. İmtinanın dörd səbəbindən ilk 

üçü  daha  çox  prosedur  məsələlərə  aid  idi,  dördüncüsü  isə  ideoloji  xarakter  daşıyırdı. 

Qərarda  deyilirdi ki, "Komitə üzvlərin in ço xu kapitalistlərin tərəfindədir"

48



Avqustun  sonlarında  müharibənin  əldən  saldığı  Rusiyada  iqtisadi  və  siyasi 

vəziyyət  pisləşdi.  Belə  şəraitdə  Lavr  Georogiyeviç  Kornilov  Müvəqqəti  hökuməti 

devirməyə cəhd göstərdi. General Kornilovun qiyamı Azərbaycanda, demək olar ki, bütün 

siyasi  partiyalar  tərəfindən  pislənildi.  Eserlər  yaxınlaşan  təhlükə  qarşısında  bütün 

qüvvələri  əksinqilabla  mübarizəyə  yönəltmək  üçün  sosialistləri  köhnə  ixtilafları 

unutmağa,  bütün  rayonlarda  onların  daxil  olacağı  xüsusi  Sovetlər  yaratmağa  çağırırdı. 

Menşeviklərin və eserlərin təkidi ilə Bakı Sovetinin İcraiyyə Komitəsi İctimai Təşkilatların 

İcraiyyə Komitəsinə tabe olacaq "Əksinqilabla Mübarizə üzrə Mərkəzi Büro yaradılması 

haqqında" qərar qəbul  etdi.  Həmin  büronun  müstəqil  orqan olması təklifini  irəli sürən 

bolşeviklər bu qərara etiraz etdilər. 

Bolşeviklər Sovetin 1917-ci il 30 avqust tarixli  iclasında öz təkliflərini yenidən 

irəli sürüb, eserlərin tərəddüdündən faydalanaraq, 63 səsə qarşı 94 səslə iclas keçirməyə 

imkan qazandılar

49



1917-ci il sentyabrın 1-də Sovetin qapalı iclasında menşeviklərin təşəbbüsü ilə 

bolşevik  qətnaməsi  ləğv  olundu.  Sovet  Müvəqqəti  hökumətə  tam  etimad  göstərdiyini 




 

 

232 



bildirdi

50

.  Eyni  zamanda  menşeviklər  Kornilov  qiyamına  qarşı  çıxış  edən  burjuaziya 



qrupları ilə birgə hərəkət siyasəti yerid ird ilər. 

Eserlər  partiyası  Şurası  özünün  1917-ci  il  30  avqust  tarixli  iclasında 

Əksinqilabla  Mübarizə  üzrə  Büronun  yaradılması  haqqında  Bakı  Soveti  İcraiyyə 

Komitəsinin  təşəbbüsünü  müdafiə  etdi.  Milli  partiyalara  münasibətdə  öz  taktikasına 

sadiq  qalan  Şura  onların  bu  qurumda  iştirakını  arzuolunmaz  hesab  edirdi.  Ancaq 

hadisələrin  sonrakı  gedişi  kornilovçuluğa  qarşı  mübarizədə  milli  qüvvələrin  qətiyyət 

göstərdiklərini  nümayiş  etdirdi.  Müsəlmanlar,  xüsusən  də  Zaqafqaziya  müsəlmanları 

üçün  Kornilov  qiyamı  son  dərəcə  narahatçılıq  mənbəyinə  çevrildi,  çünki  onun  baş 

tutacağı  təqdirdə  müsəlmanların  mu xtariyyətlə  bağlı  ümidlərinə  son  qoyula  bilərdi. 

Müsəlman İctimai Təşkilatları Şurasının Bakı İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-

da əksinqilabi qiyamı qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam  müdafiə etdiyini 

bildirdi. 

Müsəlmanlar  sentyabrın  1  və  2-də  Təzə  Pir  məscidində  və  Sura xan ıda 

təşkil  etdikləri  mitinqlərdə  Kornilov  qiyamın ı  qətiyyətlə  p islədilər.  Çıxış  edənlər 

inqilab i  demokratiya  ilə  həmrəy  o lduqlarını  göstərməklə  yanaşı, siyasi  avantüraya 

qatılan  "Vəhşi  diviziya"nın  hərəkətlərindən  məyus  olduqlarını  bildirdilər

51



Ə.M.Topçubaşov çıxışında bəyan etdi: "Bizim yo lu muz düz və aydındır. A zadlığa 



doğru getmək və onu təsdiq etmək bizim xeyrimizədir. Biz inqilabi demokratiya ilə 

birgə olmalı, ...bütün əksinqilabi cəhdlərə qarşı çıxmalıyıq"

52



Bakın ın  müsəlman  rayonlarında  mitinqlər  təşkil  edən  "Müsavat" 



Partiyasının  Mərkəzi  Ko mitəsi  sentyabrın  1-də  keçird iyi  konfransında  inqilabı 

müdafiə  etmək  məqsədilə,  partiya  ü zvləri  tərəfindən  bütün  zəruri  tədbirlərin 

görülməsi,  o   cü mlədən  lazım  gəldikdə  silaha  əl  atılması  haqqında  qərar  qəbul 

etdi


53

Lakin  bu  addımlardan  sonra  da  eser  və  menşeviklərin  A zərbaycan  milli 



hərəkatına  münasibətləri  dəyişilməd i.  Kornilov  qiyamı  günlərində  təşkil  o lunmuş 

Əksinqilabla  Mübarizə  üzrə  Büroya  müsavatçıları  qəbul  etmədilər.  Buna 

baxmayaraq, "Müsavat" fəal mövqe tutdu

54



Kornilov  qiya mı  uğursuzluqla  nəticə lənsə  də,  Müvəqqəti  hökumət in 

mövqeyini  sarsıtdı.  Korn ilova  qarşı  inqilab i  qüvvələrin  səfərbərliy i  gedişində 

yaranmış  şərait  bolşeviklərin  nüfu zunun  güclənməsinə  kö mək  edirdi.  On lar 

fəhlələrin  hüquqları  uğrunda  Rusiya  sosialist  partiyaların ın  mübarizə  proqramına 

tərəfdar çıxaraq, sentyabrın sonlarında Bakıda başlanmış ümu mi tətili tam  müdafiə 

etdilər.  Bakı  Sovetində  vəziyyət  gərginləş di,  hamı  həyəcan  içində  idi.  Siyasi 

hadisələr  ço x  sürətlə  dəyişir  və  kütlələr  tərəfindən  tam  dərk  o lunmu rdu. 

Azərbaycanın siyasi xəritəsində mü xtəlif fəallıq ocaqları var  idi. Ən yüksək fəallıq 

mərkəzi  o lan  Bakıda  siyasi  partiyaların  əhalinin  ayrı-ayrı  təbəqələrinə  göstərdiyi 

təsir mü xtəlif idi. 

Bu  cəhətdən  qəzalarda  vəziyyət  daha  mürəkkəb  id i.  Baş  verən  siyasi 

hadisələr  haqqında  məlu mat  qəza  sakinlərinə  ço x  nadir  hallarda  çatırdı.  Sovetin 




 

 

233 



İcraiyyə  Ko mitəsinin  başqa  şəhərlərlə  iş  ü zrə  ko missiyası  yayın  ortalarına  qədər 

təkcə  Bakı quberniyasını gəzdikdən sonra inqilabi prinsiplərin hələ əhalin in geniş 

təbəqələrinin şüuruna daxil olmadığı, onların baş verən hadisələrdən tam  xəbərsiz 

qaldıqları,  ruhanilərin,  bəylərin  nüfuzunun  hələ  də  güclü  olduğu  yerli  icraiyyə 

komitələrinin  öz  tərkibinə  görə  zamanın  tələblərinə  cavab  vermədiy i  qənaətinə 

gəlmişdi


55

Ərzaq  məsələsi  əvvəlki  kəskinliyində qalırdı.  Bakı  Sovetinin  bu  istiqamətdə 



gördüyü tədbirlər ancaq narazılıq törədirdi. Qənaətçilik, möhtəkirliklə mübarizə haqqında 

qərarlar icra edilmirdi. Sovet hər dəfə çörək paylarının azaldılmasını qanuniləşdirirdi. 

Vaxtaşırı  Sovetlərə  "etimadını  bildirən"  fəhlələr  əslində  Sovetlərlə 

hesablaşmırdılar. İnqilabın demokratik qüvvələrin səpələndiyi ilk dövründə Sovetlər bu 

qüvvələri birləşdirir, onların bəziləri əhalinin geniş təbəqələrinin istəklərini əks etdirirdi. 

Onlar qanunverici,  icraedici,  məhkəmə  hakimiyyətlərini, şəhər  özünüidarəçiliyini,  ərzaq 

təşkilatlarını, peşə  ittifaqlarını  əvəz  edirdi.  Hər hansı ehtiyacla üzləşən  insanlar  əsasən 

onlara üz  tuturdular.  Lakin  siyasi  partiyalar gücləndikcə,  Sovetlər bütün  hakimiyyətin 

cəmləşdiyi mərkəz rolunu itirird i. 

Bakı  Sovetinin  yenidən  seçilməsinin  vaxtı  çatmışdı.  Seçkilərin  demokratik 

əsaslarla keçirilməsi fikrində hamı həmrəy olsa da, struktur məsələsi və seçkilər sisteminin 

özü  siyasi  partiyalar  arasında  ixtilaflar  törətdi.  1917-ci  il  oktyabrın  22-də  keçirilən 

seçkilərin  nəticələri  qeyri-sosialist  partiyaların  ictimai  rəydəki  rolunun  gücləndiyini 

göstərdi. 

Bakı Sovetinin İcraiyyə Komitəsi, S.Şaumyan başda olmaqla,  milli partiyaların 

cəmiyyətdə  artan  nüfuzunun  qarşısını  almaq,  onların  seçkilərdə  iştirakını  zəiflətmək 

məqsədilə yeni seçkiqabağı kampaniyada dolaşıqlıq yaratmaq üçün seçkilərin keçirilməsi 

vaxtı  haqqında  axırıncı  günə  qədər  heç  bir  məlumat  vermədi.  "Müsavat"ın  Mərkəzi 

Bürosu öz  xüsusi  seçki  nömrəsini  son  anda  aldı  və  buna  görə  də  fəhlələr  içərisində 

kifayət qədər təbliğat aparmağa imkan tapmadı

56



Seçkilərin nəticələri isə tamamilə gözlənilməz oldu: "Müs avat" 9617, eserlər 



6305,  bolşeviklər  3823,  menşeviklər  687,  daş naklar  528  səs  topladılar.  Beləliklə, 

Zabrat  rayonu  istisna  olmaqla,  bütün  neft-mədən  rayonlarında  keçirilmiş  seçkilərdə 

"Müsavat" Partiyası qalib gəldi

57



Bundan  sonra  "Müsavat"  Partiyası  diyarda  hakimiyyət  strukturlarının 

formalaşdırılması  prosesinə  ciddi  təsir  göstərməyə  başladı.  Onun üzvlərindən qəza  və 

quberniya komissarları və müvəkkilləri vəzifəsində işləyənlər var idi. Məsələn, Bakı 

quberniyasında  M.Rəfiyev  və  F.X.Xoyski,  Bakı  qəzasında  Y.Əliyev,  Quba 

qəzasında  Səfərəlibəyov,  Şamaxı  qəzasında  M.Mahmudov  məsul  vəzifələrə  təyin 

olunmuşdular

58

.  Ə.M.Topçubaşovun  təqdimatına  əsasən,  OZAKOM   İ.Heydərova 



Bakı  quberniyasının  ko missarı,  M.Vəkilova  isə  onun  müavini  vəzifələrini 

vermişdi


59

.  Hələ  mart  ayında  isə  Dövlət  Du masının  ü zvü,  Gəncə  şəhər  başçısı 

X.Xasməmmədov quberniya İcraiyyə Ko mitəsinin sədri seçilmişdi

60



"Müsavat" Partiyasının 1917-ci  il oktyabrın 25-dən 31-dək davam etmiş I 


 

 

234 



qurultayı  Azərbaycanın  ictima i  həyatında  və  partiyanın  özünün  siyasi  tarixində 

əhəmiyyətli  hadisə  id i.  Partiya  proqramın ın  müzakirəsi  və  qəbul  edilməsi 

qurultayın ən başlıca məsələsi oldu. 

"Müsavat" Partiyasının proqramı dövlət quruluşu, fəhlə  məsələsi,  milli və 

dini  məsələlər, vətəndaş hüquqları, aqrar  məsələ və s. sahələri əhatə edən 9 bölmə 

və 76 maddədən ibarət id i. 

"Müsavat‖ın  I  qurultayı  partiyanın  sonrakı  siyasi  mübarizəsin in  və 

Azərbaycana  milli  ərazi  mu xtariyyəti  verilməsinin  taktika  və  strategiyasını 

müəyyən etdi

61



Proqramın  "Dövlət  quruluşu  və  mu xtariyyət"  adlanan  birinci  fəslində 

vətəndaşların  hüquq  və  azadlıqların ın  Konstitusiya  tərəfindən  qorunması, 

demokratik federativ respublika  kimi təqdim ed ilən  dövlət quruluşunun prinsipləri 

bəyan  edilmiş,  dövlət  quruluşu  formas ı  olaraq  federasiya  və  mədəni-milli 

mu xtariyyət  müəyyənləşdirilmişdi.  Proqramda  federasiyaya  daxil  o lan  mu xtar 

vahidlərə  ö z  aralarında  əsasən  iqtisadi  sahədə  ittifaq  bağlamaq  hüququ,  mərkəzi 

hakimiyyətə isə müdafiə, pul və gö mrük sistemi,  xarici siyasət, dəmir yolları və s. 

məsələlərə aid səlahiyyətlər verilməsi nəzərdə tutulurdu.  

Hər bir  mu xtar vilayətdə yerli əhalin in əksəriyyətinin danışdığı dil  rəsmi 

dil hesab olunmalı idi. Cinsindən, milliyyətindən və dini etiqadından asılı olmayaraq, 

20 yaşına çatmış bütün vətəndaşlar parlamentə seçə və ya seçilə bilərdilər. 

Proqram  Rusiya  ərazisində  yaşayan  bütün  türk  xalqları  arasında  milli-

mədəni  ittifaq  yaradılmasın ı,  milli  və  din i  fərqlərə  baxmayaraq,  bütün  Rusiya 

müsəlman ları Müftisin in (Şey xülislamın) seçilməsini nəzərdə tutur, onun rəhbərliyi 

ilə din i təşkilatların  fəaliyyətinə nəzarət edən, bütün əyalətlərdən nü mayəndələrin 

daxil  o lduğu  komissiya  yaradılması  tələbi  irəli  sürülürdü.  Maraqlıdır  ki,  həmin 

komissiyaya  kürdlər,  osetinlər,  inquşlar,  çərkəslər  və  s.  qeyri-türk  mənşəli 

müsəlmanlardan da nümayəndələr daxil etmək təklif olunurdu. 

Mülki  hüquq  sahəsində  partiya  mənsubiyyətindən,  milliyyətindən,  dini 

etiqadından, siyasi mənsubiyyətindən asılı olmayaraq, federativ respublikanın vətəndaşlarının 

qanun qarşısında bərabərliyi prinsipini irəli sürür və bununla da dinin dövlətdən ayrılmasını 

nəzərdə  tuturdu.  O,  Rusiyanı  dünyəvi  dövlət  kimi  tanıyır,  lakin  dini  etiqad  azadlığını 

istisna etmirdi. 

Proqramda  pasport  sistemini  ləğv  etməklə  ölkə  və  onun  hüdudlarından  kənarda 

sərbəst hərəkət etmək imkanı yaradılması təqdir edilirdi. 

Maliyyə siyasətinin yumşaldılması üçün gəlir vergisindən başqa bütün vergilərin 

ləğv olunmasını, yeni vergi növü  - vərəsəlikdən vergi alınmasını təklif edən partiya  iqtisadi 

inkişafı  sürətləndirmək  məqsədilə  gömrük  rüsumlarının  minimuma  endirilməsini  məqbul 

sayırdı. 

Partiyanın  kütlələr  içərisində  nüfuzu  əhəmiyyətli  dərəcədə  aqrar  məsələnin 

həllindən asılı idi. Proqramda qeyd edilirdi ki, bütün xəzinə, kilsə və sahibkar torpaqları 

pulsuz və əvəzsiz kəndlilərə paylanmalı, torpaq kəndlilərin tam mülkiyyətinə keçməlidir. 




 

 

235 



Sənəddə torpaq sahibliyinin  minimum  həcmi  müəyyən  edilir,  xüsusi  mülkiyyətə yalnız 

torpağın üstü, dövlət mülkiyyətinə isə torpağın təki şamil ed ilirdi. 

Fəhlə  məsələsində  RSDFP-nin  II  qurultayında  (1903-cü  il)  qəbul  edilmiş  fəhlə 

proqramını  əsas götürən "Müsavat" öz  partiya  proqramında bütün  fəhlə və qulluqçular 

üçün  8 saatlıq  iş günü, onlara  həftədə  24 saat  fasiləsiz  istirahət verilməsini,  əlavə  işlərə 

qadağan qoyulmasını, 16-18 yaşlı yeniyetmələr üçün 6 saatlıq iş günü müəyyən edilməsini, 

eyni  zamanda  məktəbyaşlı  uşaqların  muzdlu  əməkdə  istifadə  olunmamasını,  qadınların 

işlədiyi  fabrik  və  zavodlarda  südəmər  uşaqlar  üçün  körpələr  evi  açılmasını,  fəhlələrə 

həftəlik  maaş  verilməsini  nəzərdə  tuturdu.  Qanunların  icrasına  nəzarət  etmək  üçün 

müəssisələrdə  fəhlə  müfəttişlikləri  yaradılmalı,  sahibkarlar  əmək  qanununu pozduqları 

halda cinayət məsuliyyətinə cəlb edilməli idilər. 

"Müsavat" Partiyası məhkəmə orqanlarının yerli hakimiyyət orqanlarından tam ayrı 

və müstəqil fəaliyyət göstərməsini, yalnız qanunlara tabe olmasını, əhalinin hesabına ödənilən 

bütün  məhkəmə  xərclərinin  ləğv  edilməsini  məhkəmə  quruculuğu  sahəsində  əsas  tələblər 

kimi irəli sürürdü. 

Xalq təhsili sahəsi ilə bağlı proqram müddəalarına görə, ibtidai və ali məktəblərdə 

pullu təhsil ləğv olunmalı, təhsil hər bir muxtar vilayət əhalisinin əksəriyyətinin danışdığı 

dildə aparılmalı, ali məktəblərdə dərslər yalnız Azərbaycan dilində tədris edilməli, ali təhsil 

müəssisələrinə tam mu xtariyyət verilməli id i

62



Petroqradda  bolşeviklərin  hakimiyyəti  ələ  alması  partiyanın  qurultayı  keçirilən 

günlərə  düşdü.  Buna  baxmayaraq,  qurultay  bu  hadisəyə  konkret  münasibət  göstərməyib 

gözləmə  mövqeyi tutdu.  Yalnız qurultayın son günü  Ş.Rüstəmbəyovun  Rusiyadakı siyasi 

vəziyyətə aid dinlənilmiş məruzəsinə əsasən qəbul edilən qətnamədə Mərkəzi Komitəyə 

Azərbaycana  muxtariyyət  əldə  edilməsi  üçün  bütün  tədbirləri  görmək  və  Mərkəzi 

Müsəlman  Komitəsi  qarşısında  Azərbaycan  Müəssislər  Məclisini  çağırmaq  tələbini 

qoymaq tapşırığı verild i

63



"Müsavat"  Partiyasının  I qurultayı  partiyanı  ideoloji və  təşkilati cəhətdən  tam 

formalaşdırmaqla  yanaşı,  onun  ümummilli  siyasi  qüvvəyə  çevrilməsi  istiqamətində 

mühüm  hadisə  oldu.  Qurultayda  partiyanın  rəhbər  orqanları,  eyni  zamanda  Məmməd 

Əmin Rəsulzadə onun Mərkəzi Ko mitəsinin sədri seçildi. 

Beləliklə,  fevral  inqilabının  qələbəsindən  sonra  Azərbaycanda,  hər  şeydən 

əvvəl, milli hərəkatın daha kütləvi və siyasi səciyyə alması,  konkret  iqtisadi tələblər  irəli 

sürülməsi,  milli dövlətçilik  ideyası ətrafında əhalinin bütün təbəqələrinin birləşməsi kimi 

cəhətləri ilə fərqlənən tamamilə yeni mərhələ başlandı. 

İmperiyanın milli ucqarları bəzi siyasi azadlıqlar əldə etmiş, bütün siyasi partiyalar 

leqal işə keçmişdilər. Şəhərlərdə və qəza mərkəzlərində fəaliyyət göstərən siyasi partiyalar 

və  müsəlman  milli  şuraları  ziyalıların,  burjuaziya  və  mülkədarların  ən  qabaqcıl 

nümayəndələrindən təşkil edilmişdi. Azərbaycanda milli hərəkata vahid rəhbərlik məqsədilə 

Bakıda, digər şəhər və qəzalarda şöbələri olan Müsəlman Milli Şurası yaradılmışdı. Milli 

Şura öz fəaliyyətini demokratik prinsiplər əsasında quraraq, müsəlman əhalisinin bütün 

təbəqələrini milli partiya və təşkilatların ətrafında toplamışdı. 



 

 

236 



Fevral  inqilabından  sonra  Azərbaycan  milli  azadlıq  hərəkatını  istiqamətləndirən 

Milli  Şuradakı  ictimai-siyasi təşkilatların  hər biri ona  rəhbərlik  etmək  uğrunda  mübarizə 

aparırdı.  Onlardan  "Hümmət",  "Ədalət"  və  "Birlik"  təşkilatları  daha  fəal  idilər.  Fevral 

inqilabının qələbəsindən sonra "Hümmət" təşkilatı öz fəaliyyətini xeyli gücləndirmişdi. 

Milli  azadlıq  hərəkatında  və  milli  Azərbaycan  dövlətinin  yaradılmasında 

"Müsavat"ın  rolu  böyük  idi.  Partiyanın  liderləri  real  vəziyyətdən  çıxış  edərək,  Ölkədəki 

bütün  demokratik  qüvvələri  milli  Azərbaycan  dövləti  yaratmaq  uğrunda  mübarizəyə 

çağrırdılar. 

Beləliklə,  1917-ci  ildə  Azərbaycandakı  milli  azadlıq  hərəkatı  üç  istiqamətdə 

aparılan  mübarizəni  özündə  birləşdirmişdi.  Hər  şeydən  əvvəl,  müvəqqəti  hökumətin 

əsarətdə  olan  xalqlara  qarşı  yeritdiyi  müstəmləkəçilik  siyasətinə  qarşı  mübarizə  qeyd 

edilməlidir.  Müvəqqəti  hökumət  çarizmin  müsəlman  xalqlarına  qarşı  yeritdiyi 

müstəmləkəçilik siyasətini "daha  incə və daha qapalı" şəkildə davam  etdirir, Azərbaycan 

xalqını separatizmdə təqsirləndirir və milli azadlıq hərəkatını boğmağa çalışırdı. 

İkinci  istiqamət,  inqilabçı  demokratların  rəhbərlik  etdiyi  Sovetlərə  qarşı 

mübarizədən ibarət idi. Əvvəlcə göstərildiyi kimi, Fevral inqilabından dərhal sonra Bakı və 

digər  şəhərlərdə  ikinci  hakimiyyət  orqanı  kimi  Fəhlə  və  Əsgər  Deputatları  Sovetləri 

yaradılırdı.  Onların  içərisində  nisbətən  nüfuzlusu  Bakı  Soveti  hesab  edilirdi.  Sovetlərin 

fəaliyyəti Azərbaycan xalqının tarixi taleyi və milli mənafeyinə yabançı idi. Bakıda Fəhlə və 

Əsgər Deputatları Sovetinin tərkibində azərbaycanlılar yox dərəcəsində idi. Sovetin tərkibi 

və  rəhbər heyəti bütünlüklə ermənilərdən və  ruslardan  ibarət  idi.  Eser,  menşevik, daşnak 

blokunun rəhbərlik etdiyi bu Sovet "vahid və bölünməz Rusiya" ideyasını təbliğ edird i. 

1917-ci  il  oktyabrın  25-də  Petroqradda  bolşeviklərin  silahlı  üsyanı  nəticəsində 

Müvəqqəti  hökumət  devrildi.  Oktyabrın  25-26-da  Smolnıda  keçirilən  II  Sovetlər 

qurultayında Sülh və Torpaq haqqında dekretlər qəbul edildi və Leninin başçılığı ilə Sovet 

hakimiyyətinin əsası qoyuldu. 

 

 

 



 

 

 



 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin