Məhəbbət aşiqləri: Vilyam Şekspirin "Romeo və Cülyetta", Hüseyn Cavidin "Şeyx Sənan"
faciələrində Romeo və Şeyx Sənan. Belə rollarda Ülvi Rəcəb səhnəmiz üçün o dövrdə yeni olan
poetika xüsusiyyətlərini, estetik ifadə vasitələrini cəsarətlə sınaqdan çıxarıb. O, özünün poetik
oyununda lirizmlə psixologizıni ahəngdar cazibədə birləşdirməsi ilə ənənə yaradıb.
Aktyor bir oyun-üslubdan digərinə çox sərbəstcə, yüksək professionallıqla, janrın poetika-
estetika prinsip və ölçülərində keçirdi. Onun Romeosu təkcə Milli Dram Teatrının deyil, geniş
mənada milli səhnə sənətimizin ən parlaq Romeosu kimi tarixiləşib.
Azərbaycan aktyorları arasında "psixoloji teatr" sənətinin bünövrəsmi qoyan ilkinlərdən biri
və onun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazanan Ülvi Rəcəbdir.
Ülvi Rəcəb MDT-da işləyə-işləyə dəvətlə Tiflisdə Şeyx Sənan, Yaşar, Yarovay rollarını
oynayıb. 1931-ci ildə Bakı Türk İşçi Teatrının hazırladığı "Sevil" tamaşasında Ülvi Rəcəb Balaş
rolunu yüksək sənətkarlıqla oynayıb. Sevil rolunda onun yöndaşı Akademik teatrın aktrisası
Mərziyə xanım Davudova və Gülüş obrazında İşçi Teatrının gənc istedadlarından Farma Qədri
olublar.
Ülvi Rəcəb Bakıdakı Rus Dram Teatrında həmin kollektivin hazırladığı "Otello" tamaşasında
Otellonu oynayıb. Onun tərəf-müqabilləri B.İlin (Yaqo) və A.Suvorova (Dezdefliona) tanınmış və
təcrübəli aktyorların olmasma baxmayaraq, Ülvinin oyunu parlaqlığı ilə seçilib.
"Həyat" (rejissor Ədil İsgəndərov) tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin
Akademik teatrda son işi və son qələbəsi oldu. Aktyor ictimai-sosial tutumlu, mürəkkəb psixoloji
əsaslı, ikili xarakterli obraz yaratdı. Süleyman rolunun uğuru bütövlükdə tamaşanın ideya-bədii
tutumunu, fikir dərinliyini, quruluşçu rejissorun ali məqsədini müəyyənləşdirdi.
Bu tamaşanın premyerasından xeyli müddət sonra Ülvi Rəcəbi "Vətən xaini" damğası ilə
tutdular. O, yüzlərlə günahsız qurbanlardan biri kimi faciəli şəkildə güllələndi.
Teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə Ülvi Rəcəbə Azərbaycan
Respublikasının əməkdar artisti fəxri adı verilib.
Ülvi Rəcəb milli teatr tariximizdə ilk aktyordur ki, realist-romantik aktyor oyun üslubuna
geniş və yaradıcı tərzdə psixoloji dərinlik, lirik ahəng gətirib.
Ülvi Rəcəb nəcib ləyaqətli, saf amallı, həyat eşqli, bütöv xarakterli obrazları xüsusi şövq və
məharətlə ifa edib.
Ülvi Rəcəb monumental quruluşlu romantik faciə surətlərinin səhnə təfsirində də həyatdan
şirə çəkən poetik realizmə üstünlük verib.
Ülvi Rəcəb cəmimiyyət və məlahət, ürəyəyatımlıq onun ifası üçün səciyyəvi cəhətlər idi.
Ülvi Rəcəb gur və yapışıqlı səsində ürəkoxşayan lirizmn vardı.
Ülvi Rəcəb sifət ifadə vasitələri zəngin, sirayətedici və xarakterik olurdu.
Ülvi Rəcəb öz dövründə psixoloji pauzalardan ustalıqla istifadə edən ən bacarıqlı sənətkar
kimi tanınırdı.
Ülvi Rəcəb tərəf-müqabilləri (yöndaşları) ilə ünsiyyətdə, səhnədəki vəziyyətin psixoloji
halına uyğun davranmaqda Ülvi həmişə nümunə göstərilirdi.
Ülvi Rəcəb ifa etdiyi hər bir personajı dərindən duyan, onun həm məfkurəvi, həm də
psixoloji rəsmini dəqiqliklə ölçüb-biçən, ətə-qana gətirən aktyor kimi seçilirdi. O, obrazların daxili
dolğunluğuna heyrətamiz coşğunluqla, sadə, ancaq çoxmənalı ştrixlərlə nail olurdu.
Romantik ruhlu ehtirasa, emosional həssaslığa, dinamik plastikaya malik olan Ülvi Rəcəb
tanrının ona bəxş etdiyi istedadın cövhərli məziyyətləri ilə kifayətlənmirdi. Axtarışlar aparır, tapıb
cilaladığı və oynadığı obrazın mayasma hopdurduğu ifadə vasitələri ilə tamaşaçıları məftun edir,
onlara bədii həzz verirdi.
Ülvi Rəcəb janr baxımından rəngarəngliyə, xüsusən mövzu-problem müxtəlifliyinə can atan
aktyor idi.
Ülvü Rəcəb 1937-ci ildə "xalq düşməni" damğası ilə tutulub. 1938-ci ilin yanvarında Bakıda
güllələnib.
Dostları ilə paylaş: |