MİLLİ DRAM TEATRINDA
AKTYOR YARADICILIĞI
(1925-1965)
Birinci dərs
Milli teatrımızın institusional mədəniyyətin faktına çevrilməsi bütövlükdə səhnə sənətinin
yeni-yeni inkişaf mərhələlərinə zəmin yaradıb. Tamaşa üçün vacib olan komponentlər, teatr
sənətinin əsas atributlarını təşkil edən peşələr (səhnəqrafiya, butaforiya, əlbəsə, rekvizit, işıq,
müxtəlif texnika və texnologiyalar) inkişaf etməyə başlayıb. Eyni zamanda təsisatlı teatrın qüdrətli
sənətkarları, ilk növbədə aktyorlar, rejissorlar, teatr rəssamları və teatr bəstəkarları yetişiblər. Bu
sürətli yetişmə mərhələsində daha qabarıq nəzərə çarpan aktyor sənəti olub. Sənətə yeni gələn, ali
ixtisas təhsil almış milli rejissor kadrlarımız Milli Dram Teatrının janr və üslub xüsusiyyətlərini
müəyyənləşdirdikcə, yeni estetik oyun-üslublu aktyorlar da formalaşıblar. Formalaşdıqca da hərnin
aktyorların yaradıcılıqları örnəyə çevrilib və bu gün fərdi sənət məktəbi kimi qəbul olunurlar.
1923-cü ildə Bakıda Azərbaycan Dövlət Teatr Məktəbi açılıb. Üç il sonra bu məktəbin ilk
məzunları MDT-da və Türk İşçi və Kəndli Teatrında işləməyə göndəriliblər. Tələbələr təhsil ala-ala
dövlət teatrlarının tamaşalarında iştirak ediblər. Buna görə də MDT-nın rəhbərliyi teatrın yaradıcılıq
üslubuna yaxın olan bacarıqlı gəncləri əvvəlcə sınaq müddətinə truppaya qəbul edib. Sınaqdan
uğurla çıxanlar isə teatrın aktyor ştatında yer tutublar.
* * *
Dostları ilə paylaş: |