Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


SONA HACIYEVA (25.6.1907- 4.12.1979)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə123/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   470
SONA HACIYEVA (25.6.1907- 4.12.1979) 

 

Azərbaycan teatrının ilk milli aktrisalarından olan, opera və dram tamaşalarında  əksər 



rolların  əzəl qadın ifaçısı Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Nuxada (indiki Şəki) 

doğulub. Anası  Əzizə  Məmmədova da səhnəmizin ilk peşəkar aktrisalarındandır. Babası 

Əbdübağının xanəndəlik sənəti, anasının gözəl qarmon çalması Sona xanımda uşaq yaşlarından 

musiqiyə ciddi maraq oyadıb. Onun özünün də məlahətli səsi olub. 

Sona xanım bir yaşında olanda atası  vəfat edib. Babası xanəndə  Əbdübağı Zülalovun 

himayəsində yaşayan  Əzizə xanım və  qızı Sona 1916-cı ildə Tiflisə köçüblər. Az sonra Tiflisdən 

Türkmənistanın Aşqabad şəhərinə, 1919-cu ildə oradan Bakıya gəliblər. Əvvəl anası, sonra isə 13 

yaşlı Sona Hacıyevanın özü Əli Bayramov klubunda dram dərnəyinə üzv olublar. 1921-ci ildə Bakı 




Türk Azad Tənqid və  Təbliğ Teatrı  təşkil olunanda Sona Hacıyeva teatra aktrisa dəvət edilib. 

Aktrisa iki ilə yaxın bu teatrda işləyib. Sonralar arada yenə teatrın müxtəlif tamaşalarında oynayıb. 

Sona Hacıyeva 1923-cü ildə Milli Dram Teatrının kollektivinə daxil olub. 1979-cu ilədək, 

yəni ömrünün sonuna qədər (arada qısa fasilələrlə) bu sənət ocağında işləyib. 1925-ci ilin payızına 

kimi opera tamaşaları Milli Dram Teatrının kollektivi tərəfindən hazırlanırdı. Milli teatrda ilk rolu 

Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" faciəsində  Səlimə olan Sona Hacıyeva Üzeyir bəy 

Hacıbəyovun "Leyli və  Məcnun", "Əsli və  Kərəm", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" 

operalarında Leylinin, Əslinin,  Şahsənəmin partiyalarını ifa edib, "Arşın mal alan" operettasında 

Asyanın rolunu oynayıb. 

Yaradıcılığı dram tamaşalarında formalaşan aktrisa milli dramaturqlarımızın  əsərlərinin 

tamaşalarında Solmaz, (Gülüş və Sevil, Yaqut, Sevər, Sona, Gülsabah ("Od gəlini" "Sevil","Yaşar", 

"Oqtay Eloğlu", "1905-ci ildə" və "Dönüş", Cəffər Cabbarlı), Zinyət, Sünbül ("Toy" və "Aydınlıq", 

Sabit Rəhman), Səadət ("Bahar suları",  İlyas   Əfəndiyev), Sona ("Hacı Qara", Mirzə  Fətəli 

Axundzadə), Xumar, Lena, Çin qızı ("Şeyx Sənan", "Knyaz" və "Səyavuş", Hüseyn Cavid), Nazh 

("Ölülər", Cəlil Məmmədquluzadə), Sona, Sayad ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy 

Haqverdiyev), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Gülnar, Mehriban ("Vaqif" və 

"Xanlar", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Gülcamal ("Qatır Məmməd", Zeynal 

Xəlil) rollarını ifa edib. 

Tərcümə əsərlərinin tamaşalarındakı əsas rollarının yığcam siyahısını belə ümumiləşdirmək 

olar: Vilyam Şekspirin "Hamlet", "Otello" və "Romeo və Cülyetta" faciələrində Ofeliya, 

Dezdemona və Cülyetta, "On ikinci gecə" komediyasında Mariya, Aleksandr Ostrovskinin  "Tufan" 

və  "Cehizsiz qız" dramlarında Varvara və Qalçixa, Maksim Qorkinin "Həyatın dibində" və "Vassa 

Jeleznova" pyeslərinin tamaşalarında Anna, Nikolay Qoqolun "Müfəttiş"ində Mariya Antonovna, 

Pyer Bomarşenin "Fiqaronun toyu"nda Fanşetta, Jan Batist Molyerin "Skapenin  mələkləri"ndə 

Zerbinetta, Fridrix Şillerin "Məkr və  məhəbbət"ində Luiza, Jül Vernin "Kapitan Qrantın 

uşaqları"nda Meri, Vasili Şkvarkinin "Özgə  uşağı"nda Manya, Aleksandr Korneyçukun "Polad 

Qartal"ında Nərgiz, Lev Şeynin və Tur qardaşlarının "Gizli döyüş"ündə Osenina, Aleksandr 

Şirvanzadənin "Namus"unda Süsən və sairə. 

Sona Hacıyeva "Sevimli mahnı", "Qızmar günəş altında", "Səhər", "O olmasın, bu olsun", 

"Bəxtiyar" bədii filmlərində epizod rollara çəkilib. O, 24 aprel 1933-cü ildə Azərbaycan 

Respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

Sona Hacıyeva 4 dekabr 1979-cu ildə Bakıda vəfat edib. Teatr tariximizə  cığırdaşlar 

cərgəsində daxil olmuş Sona Hacıyeva neçə-neçə gəncin aktrisalıq sənətini seçMəsmə səbəb olub. 

Onun yaradıcılığı  təbiiliyi, sadəliyi, enerji mütəhərrikliyi,  ən  əsası isə milli koloriti ilə  səhnəmizə 

təzə ab-hava, tamaşaların ruhuna xoş iqlim və ovqat gətirib. 

  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin