Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə125/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   470
MİRZAĞA ƏLİYEV  

(1883-25.10.1954) 

 

Görkəmli aktyor Mirzağa  Əliyev 1883-cü ildə Bakının Hövsan kəndində kasıb ailədə 



doğulub. İlk təhsilini mollaxanada, sonra 2 saylı Bakı rus-tatar məktəbində alıb. Əmək fəaliyyətinə 

şəhər toxuculuq fabrikində başlayıb. Aktyor Murad Muradovla tanışlıqdan sonra onda teatra və 

xüsusən aktyor sənətinə böyük rəğbət oyanıb. 

Mirzağa  Əliyev səhnəyə ilk dəfə 1901-ci ilin iyununda Nəcəf bəy Vəzirovun "Müsibəti-

Fəxrəddin" ("Çəkmə, Çəkə bilməzsən, bərkdir fələyin yayı") faciəsinin tamaşasında Şahmar rolunda 

qədəm basıb.  Şahmar rolu ilə  də dövrün teatr xadimlərinin diqqətini cəlb edib. Ona İsgəndər bəy 

Məlikovun "Yaxşılığa yamanlıq", Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar", "Xor-xor", 

"Dursunəli və ballıbadı", Rəşid bəy  Əfəndiyevin "Qan ocağı", Vasaq Mədətovun "Qırt-qırt" kimi 

kiçik dramlarının və vodevillərinin tamaşalarında müxtəlif rollarla yanaşı, ciddi tamaşalarda da 

xarakterik obrazlar tapşırıblar. Qısa müddətdə o, nasir-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 

baş rejissorluq etdiyi teatr truppasında Kərəməli ("Hacı Qara"), Hatəmxan ağa və Xudaverdi 

("Müsyö Jordan və  dərviş  Məstəli  şah"), Xacə  Məsud ("Lənkəran xanının vəziri", Mirzə  Fətəli 

Axundzadə), Aşıq Vəli ("Yağışdan çıxdıq, yağmura düşdük" və ya "Hacı  Qəmbər"),  Əhməd 

("Pəhlivanani-zəmanə", Nəcəf bəy Vəzirov), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov) 

rollarını oynayıb. 

Paralel olaraq "Nicat", birinci və ikinci "Müsəlman teatr dəstəsi"ndə komik-dramatik rollar 

ifa edən Mirzağa  Əliyev 1906-cı ilin payızında özü "Həmiyyət" truppası yaradıb. Bir ilə yaxın 

müddətdə "Həmiyyət" Mirzə  Fətəli Axundzadənin "Mürafiə  vəkilləri" ("Təbrizin məhkəmə 

vəkilləri" adı ilə), "Hacı Qara", Nəriman Nərimanovun "Nadanlıq", Sultanməcid Qənizadənin "Xor-

xor", "Yadımdadır", "Axşam səbri xeyir olar", Nəcəf bəy Vəzirovun "Pəhlivanani-zəmanə", "Hacı 

Qənbər", Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil", "Döymə qapımı, döyərlər qapını" 

pyeslərini və digər dramlarını tamaşaya hazırlayıb. Əsas rolları Mirzağa Əliyev özü ifa edib. 

1907-ci ilin yazında "Həmiyyət" teatr truppası ikinci Müsəlman Teatr Dəstəsi ilə birləşdi. 

Mirzağa  Əliyev müxtəlif illərdə  həmin truppada, "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin 

teatr kollektivlərində, Teatr şirkətində ("Müsəlman dram artistləri ittifaqı"), "Zülfüqar bəy və Üzeyir 

bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr heyətində çalışıb. Hətta eyni zamanda bütün mövcud 

truppalarda xarakter rollarını oynayıb. 

Mirzağa  Əliyev 1912-ci ildə çar üsuli-idarəsinin  əleyhinə  səhnədən tamaşa zamanı  tənqidi 

fikirlər söylədiyinə görə Hacıtərxana sürgün edilib. Bir il sonra Romanovlar sülaləsinin 300 illiyi ilə 

əlaqədar  əfv edilib və yenidən Bakıya qayıdıb. Sürgün dövründə  də teatr fəaliyyətində olub. 

Hacıtərxanda yaşayan azərbaycanlılarla və tatar səhnə  həvəskarları ilə tamaşalar hazırlayıb, özü 

müxtəlif rollarda çıxış edib. 

1913-1918-ci illər arasında Mirzağa  Əliyev həm özünün təşkil etdiyi, həmçinin Hüseyn 

Ərəblinskinin, Mustafa Mərdanovun, Sidqi Ruhullanın və digər görkəmli səhnə ustalarının 




topladıqları teatr dəstələri ilə Türkiyənin,  İranın böyük şəhərlərində (məsələn,  İstanbul, Tehran, 

Rəşt, Təbriz,  Ənzəli), Volqaboyu şəhərlərdə, Tiflisdə,  İrəvanda, Batumda, Dərbənddə, Petrovski 

Portda (indiki Mahaçqala), Orta Asiyada qastrol səfərlərində olub. 

1918-ci il 28 mayda Azərbaycan Demokratik Cümhuriyyəti (Respublikası) quruldu və az 

sonra müxtəlif teatr truppaları birləşərək Türk Hökumət Teatrosu adlandırıldı. Hökumət teatrının 

açılışı 1919-cu il 24 oktyabrda "Azərbay və Can" (Isa bəy Aşurbəyli) pyesinin tamaşası ilə bayram 

edildi. Həmin teatrın aparıcı aktyorlarından biri də də Mirzağa Əliyev idi. 

1920-ci ilin iyununda bu kollektiv əsasında Azərbaycan  Şura hökumətinin Dövlət teatrı 

fəaliyyətə başladı. Yeni dövlət qurumunun ideoloji siyasət mövqeyini gücləndirmək məqsədilə 

1921-ci il noyabrın  13-də Bakı Türk Azad Tənqid və  Təbliğ Teatrı yaradıldı. Mirzağa  Əliyevlə 

Hacıağa Abbasovun rəhbərlik etdikləri kollektivə həmçinin "Hacımirzə teatrı", "Hacımirz" (Hacıağa 

vo Mirzağa) deyilirdi. Repertuarı kiçik həcmli ideoloji-təbliği pyeslərdən, məzhəkələrdən, 

vodevillərdən ibarət olan teatrda Mirzağa Əliyev onlarla rol oynayıb. 

1924-cü iidə yenidən doğma kollektivə, yəni bugünkü Akademik Milli Dram Teatrına 

qayıdan Mirzağa Əliyev ömrünün sonunadək bu sənət ocağının səhnəsində çalışıb. 

Yüzdən çox səhnə obrazı yaratmış Mirzağa  Əliyevin  İsgəndər   ("Ölülər", Mirzə  Cəlil 

Məmmədquluzadə), Osip ("Müfəttiş", Nikolay Qoqol), Hacı Qara ("Hacı Qara", Mirzə  Fətəli 

Axundzadə), Atakişi, Mirzə  Səməndər,  Əmiraslan bəy Salamov, Əmirqulu, Oddamdı, Balaxan  

("Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar", "Od gəlini" və "Aydın", Cəfər Cabbarlı), Skapen 

("Sıcapenin kələkləri", Jan Batist Molyer), Kərəmov, Bərbərzadə ("Toy" və "Xoşbəxtlər", Sabit 

Rəhman), Hacı Salman ("Dumanlı Təbriz", Məmməd Səid Ordubadi), Ser Tobi ("On ikinci gecə",  

Vilyam  Şekspir), Qraf Almavno ("Fiqaronun toyu", Pyer Bomarşe), Poqanel ("Kapitan Qrantın 

çocuqları", Jül Vern), Həmzə bəy,  Mirzə Qoşunəli ("Köhnə dudman", "Bəxtsiz cavan", Əbdürrəhim 

bəy Haqverdiyev) rolları milli səhnə sənətimizin ən parlaq səhifələrini təşkil edir. 

Aktyorun Namiq Kamalın "Vətən" (Zabit), Əbdürrəhim bəy Haqverdiyevin "Ağa 

Məhəmməd  şah Qacar" (Tavat Muxrani), Molyerin "Zorən təbib" (Təbib), Hüseyn Cavidin "Şeyx 

Sənan" (Şeyx Kəbir), Vilyam Şekspirin "Hamlet" (Məzarçı), "Otello" (Brabansio),  Aleksandr  

Suxovo-kobılinin "Kreçin-Skinin toyu" (Rasplyuyev), Vasili Şkvarkinin  "Özgə uşağı" (Karaulov), 

Lev Slavinin "İntervensiya" (Aptekçi), Aleksandr Korneyçukun "Eskadramn məhvi" (Drezdin), 

Mirzə İbrahimovun "Həyat" (Qurban kişi), Fridrix Şillerin "Qaçaqlar" (Keşiş), "Məkr və məhəbbət" 

(Miller), Mirzə  Fətəli Axundzadənin "Müsyö Jordan və  dərviş  Məstəli  şah" (Hatəmxan ağa), 

"Lənkəran xanının vəziri" (Mirzə  Həbib), Sabit Rəhmanın "Nişanlı  qız" (Mirzə Salman), Nazim 

Hikmətin "Türkiyədə" (Tacir), İlyas  Əfəndiyevin "İşıqlı yollar" (Baba dayı), Məmmədhüseyn 

Təhmasibin "Aslan yatağı" (Mehdi dayı), Cananın "Şahnamə" (Münəccim) pyeslərinin 

tamaşalarında oynadığı səhnə obrazları realist aktyor məktəbinin parlaq nümunələridir. 

Mirzağa Əliyev Azərbaycanın yeganə aktyorudur ki, bir rola görə Stalin mükafatı ilə təltif 

edilib. Həmin rol 1942-ci il-də oynadığı, Mirzə  İbrahimovun "Məhəbbət" dramındakı  Məşədi 

Qulamhüseyn obrazıdır. Aktyor həmin mükafata ikinci dəfə 1948-ci ildə Nəcəf bəy ("Şərqin səhəri", 

Ənvər Məmmədxanlı) roluna görə layiq görülüb. Bu dəfə mükafatla tamaşanın yaradıcı heyətinin bir 

qrupu təltifləndirilmişdi: Quruluşçu rejissor Ədil  İsgəndərov, aktyorlardan Kazım Ziya (General 

Tomson), Sidqi Ruhulla (Ağalarov), Mərziyə Davudova (Gülzar), İsmayıl Dağıstanlı (kirov), Rza 

Əfqanlı (Fərhad), rəssam Nüsrət Fətullayev. 

Üzeyir bəy Hacıbəyovun "Ər və arvad" (Kəblə Qubad), "Arşın mal alan" (Soltan bəy), "Şah 

Abbas və Xurşid banu" (Vəzir), "O olmasın, bu olsun" (Məşədi İbad), Zülfüqar bəy Hacıbəyovun 

"Əlli yaşında cavan" (Orduxan bəy), "Aşıq Qərib" (Güloğlan) operetta və operalarındakı  səhnə 

surətləri aktyorun yaradıcılığında ayrıca yer tutur. O, dəfələrlə müxtəlif quruluşlarda bu tamaşalarda 

iştirak edib. 

Dramaturgiya janrında qələmini sınayan Mirzağa Əliyev "Vəzirin gözləri", "Məşədi evlənir", 

"Orada elə, burada belə", "Necə qan ağlamasın", "Ey dad şümür əlindən", "Telefon", "Qısqanclıq" 



dramlarının və digər pyeslərin müəllifidir. "Bismillah" (1925), "Hacı Qara" (1929), "Məhəbbət 

oyunu" (1936), "Almaz" (1936), "Bakının işıqları" (1950) və başqa filmlərə çəkilib. 

Mirzağa  Əliyev rejissorlardan Cahangir Zeynalovun, Əbülfət Vəlinin,  Əbdürrəhim bəy 

Haqverdiyevin, Hüseyn Ərəblinskinin, Hüseynqulu Sarabskinin, Abbasmirzə Şərifzadənin, İsmayıl 

Hidayətzadənin, Aleksandr Tuqanovun, Cəfər Cabbarlının, Yusif Yulduzun, Əlihüseyn Rzayevin, 

Ədil  İsgəndərovun,  Şəmsi Bədəlbəylinin, Səftər Turabovun, Ələsgər  Şərifovun... quruluş verdiyi 

tamaşalarda çıxış edib. 

Mirzağa  Əliyev 1926-cı ildə Azərbaycan Respublikasının namdar (əməkdar), 1933-cü ildə 

xalq, 1949-cu ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub. 

Görkəmli səhnə ustadı Mirzağa Əliyevin aktyorluq məktəbinin əsasını realizm, səmimiyyət, 

təbii kolorit, məhrəm sadəlik, emosional cazibədarlıq, xalq gülüşünün poetik təcəssümü... Kimi 

keyfiyyətlər təşkil edir. 

Azərbaycanda realist aktyor məktəbinin banisi Cahangir Zeynalov sayılır. Bu günədək 

davam edib formalaşan həmin məktəbin ilkin və  ən layiqli davamçılarından biri Mirzağa  Əliyev 

olub. 

Mirzağa  Əliyev Azərbaycan aktyorluq məktəbində musiqili komediya janrının oyun, ifadə 



vasitələrinin formalaşmasında böyük işlər görüb. 

Mirzağa Əliyev öz estetik prinsipləri, zəngin ifadə vasitələri, forma və üslüb prinsipləri olan 

məktəb yaradıb. 

Xüsusi teatr təhsili görməmiş  sənətkarlar arasında Mirzağa  Əliyev qədər sevilən, çıxışları 

həmişə alqışlarla qarşılanan aktyor yoxdur. 

Tipajlıqdan bacardıqca uzaq olmağa çahşan aktyor yumoru, satiranı, "öldürücü" gülüşü 

əsasən obrazın xarakterində cəmləşdirirdi. 

Tarixin səhnə sənəti, küll halında teatr prosesi qarşısında sürdüyü ictimai və siyasi tələblər 

dəyişib, qabarıb, önə  çıxıb, kölgədə olubsa da, Mirzağa  Əliyev həmişə özünün aktyor üslübunda, 

aktyor səpkisində sabitqədəm, köklü və estetik cəhətdən təravətli qalıb. Onuncu illərdə  məzəli 

məişətçilik, iyirminci illərdə ictimai-sosial romantizın, otuzuncu illərdə ideologiyanın diktəsi, 

qırxıncı illərdə pafoslu vətənpərvərlik ruhu güclü olsa da, Mirzağa  Əliyev  şirəsmdən mayalandığı 

realizmdən, bu üslubun sirayətedici səmimiyyətindən uzaq düşməyib. 

Mirzağa  Əliyevin qüdrətli, məktəb yaratmış aktyor kimi böyüklüyü bir də ondaydı ki, bu 

sənətkar müasirliyi klassik ənənələrdən uzaqlaşmaqda deyil, onu yeni-yeni ifadə keyfiyyətləri ilə 

zənginləşdirməkdə görürdü. 

Görkəmli aktyor Mirzağa  Əliyev 25 oktyabr 1954-cü ildə vəfat edib. Məzarı Bakıda Fəxri 

xiyabandadır. 

 

  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin