Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


SƏFTƏR TURABOV (5.3.1910-26.11.1989)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə129/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   470
SƏFTƏR TURABOV (5.3.1910-26.11.1989) 

 

Əsil adı Əlisəftərdir, lakin quruluş verdiyi bütün tamaşaların proqram və afişalarında "Səftər 



Turabov" kimi yazılıb. Yaradıcılıq üslubu romantik teatr məktəbinə uyğun idi. Eyni zamanda 

formaca monumentallığa meyil göstərib. Hazırladığı tamaşalarda müəyyən janr məhdudluğu olsa da, 

yaradıcılıq üslubu forma baxımından  əlvan və  rəngarəng idi. Mürəkkəb kompozisiya qurmağı  və 

musiqidən yardımçı atribut kimi yox, bədii obraz tutumunda istifadə etməyi xoşlayıb. 

Bir rejissor kimi hazırladığı tamaşalara, adətən, bitkin, dəqiq və yaradıcılıq fikirləri üst-üstə 

düşən aktyor ansamblı seçib. Nəzəri  əsas kimi psixoloji yaşama məktəbinin (Stanislavski sistemi) 

estetik prinsiplərinə əsaslanıb. 

Səftər (Əlisəftər) Həbib oğlu Turabov 1910-cu il may ayının 5-də Bakıda doğulub. Yeddiillik 

təhsil alıb. On altı yaşında Milli Dram Teatrında səhnə  fəhləsi kimi əmək fəaliyyətinə başlayıb. 



1930-cu ildən texniki rejissor, laborant-rejissor, rejissor assistenti kimi çalışıb. Teatrda işləyə-işləyə 

1934-cü ildə Bakı Teatr Məktəbini bitirib. Diplom alandan sonra teatrın ştatına həm aktyor, həm də 

rejissor assistenti götürülüb. Bir neçə tamaşada rejissor assistenti kimi səylə çalışandan sonra ona 

müstəqil quruluşlar tapşırılıb. Səftər Turabov Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti-

Fəxrəddin"  (18 mart 1940), Konstantin Simonovun  "Vətən oğlu" ("Bizim şəhərli oğlan". 27 

sentyabr 1941), Zeynal Xəlilin "İntiqam" (16 may 1942), Vsevolod Rokkun "Mühəndis Sergeyev" 

(28 noyabr 1942), Cəfər Cabbarlının "Almaz" (10 yanvar 1943), "1905-ci ildə" (28 mart 1944), Mir 

Cəlalın "Mirzə Xəyal" (6 iyul 1943), Mehdi Hüseynlə İlyas Əfəndiyevin "İntizar" (26 dekabr 1944), 

Tur qardaşlarının "Bir evin sirri" (4 dekabr 1949), Əbdürrəhim bəy Haqverdiyevin  "Köhnə 

dudman" (10 iyun 1950), Səttar Axundovun "Zərif tellər" (30 noyabr 1951) əsərlərinə quruluş verib. 

O, rejissor həmkarları  Əliheydər  Ələkbərovla birlikdə Zeynal Xəlilin "Qatır Məmməd" (3 

may 1945), Leonid Malyuginin "Köhnə dostlar" (21 yanvar 1947), Məhərrəm Haşımovla müştərək 

Ceyms Qou və Arno D'Nyussonun "Dərin köklər" (6 mart 1948) pyeslərini tamaşaya hazırlayıb. 

Səftər Turabov 1954-cü ildə  hələ dövlət statusu olmayan Azərbaycan Musiqili Komediya 

Teatrında, 1956-cı ildən Dövlət Radiosunda rejissor işləyib. Teatr sənətində qazandığ1 

naililiyyətlərə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının  əməkdar incəsənət xadimi 

fəxri adı ilə təltif olunub. 26 noyabr 1898-ci ildə Bakıda vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin