Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə139/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   470
 


ƏLƏSGƏR ŞƏRİFOV 

(25.12.1909-8.9.1982) 

 

Azərbaycan teatrının tanınmış rejissorlarından olan Ələsgər Məmmədtağı  oğlu  Şərifov 25 



dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə doğulub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və 

Ələsgər burada təhsil məktəbinə gedib. Həmin illərdə Bakı teatrının ən görkəmli simalarından biri, 

aktyor və rejissor, təşkilatçı Abbasmirzə  Şərifzadə  Ələsgərin  əmisi oğlu idi. Təbii ki, bu, onun 

qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb. 

Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin 

axşam  şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri 

sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, 

Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində 

"İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), 

"Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb. Həmçinin Akademik teatrın 

tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 

1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər  Şərifov imtahanları vaxtından 

əvvəl verərək Moskvaya ali təhsil almağa gedib. Ancaq orada oxumaq ona iki il sonra nəsib olub. 

Buna görə Bakıya qayıdaraq aktyor işləyib. 

Moskvada Teatr Sənəti  İnstitutunun eksperimental teatr emalatxanasında islahatçı rejissor 

Vsevolod Meyerxoldun kursunda iki il təhsil alıb. Ali rejissor diplomu ilə Bakıya gələndə Akademik 

Milli Dram Teatrının yaradıcı heyətinə  qəbul olunub. Az sonra Azərbaycanın kənd rayonlarında 

əhalinin mədəni səviyyəsini yüksəltınək məqsədilə Bakıda kolxoz-sovxoz Teatrı yaranıb və oranın 

bədii rəhbərliyi Ələsgər Şərifova tapşırılıb. 

Səyyar fəaliyyət göstərən kollektiv ilin üç-dörd ayını Bakıda olub tamaşalar hazırlayır, sonra 

həmin repertuarla rayonlara gedib tamaşalar göstərirdi. Gənc rejissor həmin teatrda Üzeyir bəy 

Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", Sabit Rəhmanın təbdil etdiyi "Varlı gəlin", 

Cəfər Cabbarlının "Almaz", "Sevil", "Yaşar" pyeslərinə quruluşlar verib. 

İlin müxtəlif aylarında boş qalan Ələsgər Şərifov 1932-ci ildə Akademik teatrda Rza Darablı, 

Rza Təhmasib,  İsmayıl Hidayətzadə ilə birgə Hüseyn Cavidin "Şeyx Sənan" faciəsinə rejissorluq 

edib. 


Müəyyən təcrübə toplayan Ələsgər Şərifov 1934-cü il iyun ayının 11-də Milli Dram Teatrına 

rejissor götürülüb. 1935-ci il-də bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə" 

dramına quruluş verib. Teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1938, 1940, 1948, 

1957),  İmran Qasımovun "Arzu" (1938), Məmmədhüseyn Təhmasibin "Bahar" (1940), "Aslan 

yatağı"  (1942), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (1940), "Sevil" (1944), "Od gəlini" (1951 və 

1961), Abdulla Şaiqin "Nüşabə" (1946), Mirzə  Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" 

(1948), Cabbar Məcnunbəyovun "Məhəbbətin hökmü" (1962), Hüseyn Cavidin "Səyavuş" (1963), 

Qeybulla Rəsulovun "Söz yarası" (1966), Mirzə İbrahimovun "Közərən ocaqlar" (1967), Seyfəddin 

Dağlının "Mənziliniz mübarək!" (1971) pyeslərinin quruluşçu rejissoru olub. 

Ələsgər Şərifovun tamaşaya hazırladığı pyeslər içərisində tərcümə əsərləri ayrıca yer tutur. 

Onun Aleksandr Ostrovskinin "Cehizsiz qız" (1939, 1945 və 1979. Tərcüməçi  Ənvər 

Məmmədxanlı), "Tufan" (1943. Tərcüməçi  Ənvər Məmmədxanlı), "Günahsız müqəssirlər" (1948. 

Tərcüməçi Rza Təhmasib), Aleksey Kapler və Zlotoqorovanın "Lenin" (1940. Tərcüməçi Nigar 

Rəfibəyli), Tur qardaşları  və Lev Şeyninin "Gizli döyüş" (1944. Tərcüməçi Mikayıl Rəfili), Boris 

ÇirsikoVun "Qaliblər" (1947. Tərcüməçi Rza Təhmasib), Anatoli Boryanovun "O tayda" (1949. 

Tərcüməçi Ənvər Məmmədxanlı), Georgi Mdivaninin "Kimdir müqəssir?" (1949. Tərcüməçi Sabit 

Rəhman), Abdulla Qəhharın "İpək naxışlar" (1952. Tərcüməçi   Cabbar   Məcnunbəyov), Vilyam 

Şekspirin "Qış nağılı" (1955. Tərcüməçi Tələt  Əyyubov), Aleksandr Şteynin "Şəxsi iş" (1956. 

Tərcüməçi  Ənvər Məmmədxanlı), Aleksey Kaplerin "Tufanlı il" (1959 və 1967. Tərcüməçi Tələt 



Əyyubov), Anton Çexovun "Vanya dayı" (1959. Tərcüməçi Nigar Rəfibəyli), Fridrix Şillerin 

"Orlean qızı" (1965. Tərcüməçi Tələt  Əyyubov), "Məkr və  məhəbbət" (1973. Tərcüməçi Nigar 

Rəfibəyli), öz tərcüməsində Nikolay Poqodinin "Zamanın hökmü" (1970), "Kreml saatı" (1975), 

Avksenti Saqarelinin "Xanuma" (1975. Tərcüməçi Tələt  Əyyubov), Nazim Hikmətin "Məhəbbət 

əfsanəsi" (1977. Tərcüməçi  İslam  İbrahimov) tamaşalarına verdiyi quruluşlar böyük bir aktyor 

nəslinin yaradıcılığında mühüm əhəmiyyət daşıyıb. 

Ələsgər Şərifov uzun illər Milli Dram Teatrının baş rejissoru olmuş Ədil İsgəndərovla birgə 

Rəsul Rzanın "Vəfa" (1943), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (1945), Hüseyn Cavidin 

"Şeyx Sənan" (1956), Cabbar Məcnunbəyovun "İliç buxtası" (1958), Tofiq Kazımovla isə yuqoslav 

dramaturqu Branislav Nuşiçin "Nazirin xanımı" (1970. Tərcüməçi Tofiq Kazımov) tamaşalarını 

hazırlayıb. 

Arkadi Arkanov və Qriqori Qorinin "Görünməmiş toy" ("Bütün Avropanı  gəzən toy"), 

Taufiq  əl Hakiminin "Karıxmış Sultan" dramları  Ələsgər  Şərifovun tərcüməsində, Məmmədkamal 

Kazımovun və Tofiq Kazımovun quruluşlarında Milli Dram Teatrında oynanılıb. 

1960-cı ildə böyük dramaturqun xatirə gününə hazırlanmış Adil Babayevin "Cəfər Cabbarlı 

qəhrəmanları arasında"  kompozisiyasının rejissorları  Ədil  İsgəndərov,  Əliheydər  Ələkbərov və 

Ələsgər Şərifov olublar. 

O, 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə isə 

xalq artisti fəxri adları ilə təltif olunub. 

1982-ci il sentyabrın 9-da Bakıda vəfat edib. 

Ələsgər Şərifov klassik üslub-formada tamaşalar hazırlamağa üstünlük verən rejissor idi. 

Ələsgər Şərifov formalaşmış milli klassik ənənələrdən kənara çıxmağa çalışırdı. 

Ələsgər Şərifov istər monumental-romantik, istərsə də realist formalı quruluşlarında, əsasən, 

aktyor tamaşası yaratmağa səy göstərirdi. Onun quruluşlarında rejissor işi (fantaziya, yeniliklər, 

poetika prinsipləri, estetik çalar və sairə) ikinci planda qalır, öndə bilavasitə baş rolların ifaçıları 

görünürdülər. 

Ələsgər  Şərifov Azərbaycan teatr səhnəsinə Lenin mövzusu gətirən ilk və bu istiqamətdə 

daha çox tamaşa hazırlamış rejissordur. 

Ələsgər Şərifov klassik və müasir rus dramaturqlarının şöhrətli əsərlərinə daha çox müraciət 

edən, bu sahədə müəyyən səmərəli işlər görən rejissor idi. 

Ələsgər  Şərifov janr axtarışları baxımından teatrın  ənənələrindən kənara çıxmağa səy 

göstərməyib, ancaq mövzu, problem, xarakterlər müxtəlifliklərinə  cəsarətlə girişib. Onun "Pəri 

cadu" faciəsinə dörd, "Cehizsiz qız" dramına üç dəfə müraciət etməsinin kökündə janr axtarışlarına 

cəhd deyil, məhz eyni mövzunu başqa-başqa ictimai, sosial mühitdə müxtəlif istiqamətlərdə 

qabartmaq niyyəti durub. 

Bir rejissor kimi Ələsgər  Şərifov daha çox istedadlarını sübut etmiş, təcrübəli aktyorlarla 

işləməyə üstünlük verirdi. Gənc aktyoru sınaqdan çıxarmağa risk göstərməsə  də, müəyyən 

məqamlarda onlara mürəkkəb rol tapşırırdı. 

Ələsgər  Şərifov "Səbuhi" filmində görkəmli Azərbaycan  şairi Mirzə  Şəfi Vazehin roluna 

çəkilib. 

Gənc Tamaşaçılar Teatrında Mirmehdi Seyidzadənin "Qızıl quş" pyesini tamaşaya 

hazırlayıb. 

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Səməd Vurğunun "Xanlar" (1940) və 

Nikoİay Poqodinin "Kreml saatı" (1941) əsərlərinə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət 

Musiqili Dram Teatrında  şair-dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" (1958) faciəsinə  əlvan və 

parlaq quruluşlar verib. 

  

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin