Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


İSMAYIL DAGISTANLI (6.1.1907-1.4.1980)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə144/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   470
 

İSMAYIL DAGISTANLI (6.1.1907-1.4.1980) 

 

Böyük səhnəyə  həvəskarlıqdan, dram dərnəklərindən gələn sənətkarlardan biri də  İsmayıl 



Yusif oğlu Dağıstanlı (Hacıyev) idi. O, 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə  kəndində 

doğulub. Nuxa (indiki Şəki) rayonuna peşə  təhsili arxasınca gələn  İsmayıl Hacıyev 1925-ci ildə 

buradakı  Mərkəzi fəhlə klubunda dram dərnəyinə üzv olub. 1927-1930-cu illərdə Bakı Teatr 

Məktəbində təhsil alıb. Səhnə haqqında müəyyən təcrübəsi olduğuna görə elə birinci kursdan Milli 

Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, sözsüz epizod rollarda çıxış edib. Müəllimi, böyük 

ədib və teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin təklifi ilə "Dağıstanlı" ləqəbini götürüb. 

Teatr Məktəbində təhsilini başa vurduqdan sonra Akademik teatrda aktyor ştatına götürülüb. 

Müxtəlif vaxtlarda İrəvan Dövlət Azərbaycan Dram Teatrında (1936-1937), Dərbənd Dövlət 

Azərbaycan Dram Teatrında işləyib. 1938-ci ildən dünyasını  dəyişdiyi günə kimi Akademik Milli 

Dram Teatrının əsas aktyorlarından olub. 

Sənətdə qazandığı uğurlara görə respublikanın əməkdar artisti (4 may 1940), xalq artisti (21 

iyul 1949) və SSRİ xalq artisti (11 iyul 1974) fəxri adlarına layiq görülüb. Ənvər Məmmədxanlının 

"Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı,  İlyas 

Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika 

Dövlət mükafatı ilə təltif olunub. 

Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi "Səbuhi", "T-9 nömrəli sualtı qayıq", "Qara 

daşlar", "Kölgələr sürünür", "Qatır Məmməd" filmlərində  Səbuhi (Mirzə  Fətəli Axundzadə), 

Komissar, Aslan Aslanov, Zahidov, General rollarına çəkilib. "Möhsün Sənani", Abbasmirzə 

Şərifzadə barədə "Böyük sənət ustası", "SSRİ xalq artisti Akaki Xorava", "Cəfər Cabbarlı və teatr" 

kitablarının müəllifidir. 

Milli Dram Teatrının səhnəsində Lenin rolunu ilk dəfə  İsmayıl Dağıstanlı ifa edib. Aktyor 

dramaturqlarımızdan Cəfər Cabbarlının "Od gəlini" (Qorxmaz və Aqşin), "1905-ci il-də" (Baxşı və 

Eyvaz), "Yaşar" (Yaşar), "Oqtay Eloğlu" (Oqtay), "Solğun çiçəklər" (Bəhram), "Almaz" (Barat), 

Zeynal Xəlilin "Qatır Məmməd" (Qatır Məmməd), Səməd Vurğunun "Vaqif" (Əli bəy, Qacar və 

Vaqif), Mehdi Hüseynin "Cavanşir" (Bəhram  şah), "Nizami" (Şirvan  şahı), Mirzə  İbrahimovun 

"Madrid" (Karlos), İlyas  Əfəndiyevin "İşıqlı yollar" (Yelmar), "Bahar suları" (Uğur), "Mənim 

günahım" (Tahir), Məmməd Səid Ordubadinin "Dumanlı  Təbriz" (Qüdrət), Süleyman Rüstəmin 

"Qaçaq Nəbi" (Səlim bəy), Hüseyn Cavidin "Səyavuş" (Altay), "Knyaz" (Anton) rollarında çıxış 

edib. 

Tərcümə əsərlərindən Vilyam Şekspirin "Otello" (Otello), "Maqbet" (Yaralı əsgər), "Hamlet" 



(Horatsio) və "On ikinci gecə" (Sebastian), Fridrix Şillerin "Məkr və  məhəbbət" (Prezident), 

Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (Neznamov) və "Tufan" (Boris), Anton Çexovun 

"Vanya dayı" (Astrov), Maksim Qorkinin "Zikovlar" (Antipa Zikov), Lope de Veqanın "Sevilya 



ulduzu (Kral), Arno D'Nyusso və Ceyms Qounun "Dərin köklər" (Çarlz Brett), Vadim Sobkonun 

"İkinci cəbhə arxasında" (Gibson), Anatoli Qlebovun "Zaqmuq" (Ninkir Sin), Nazim Hikmətin 

"Türkiyədə" (Kamil bəy), Aleksey Arbuzovun "Tanya" (İqnatyev), Lev Slavinin "İntervensiya" 

(Leytenant Benua), Konstantin Trenyovun "Lyubov Yarovaya" (koşkin)  əsərlərindəki rolları daha 

diqqətçəkəndir. 

İsmayıl Dağıstanlı mürəkkəb xarakterli rollardan daha çox dramatik və sadə  təsvirli 

obrazların ifasına meyil göstərirdi. Ruh etibarilə romantik aktyor məktəbinin oyun estetikasma yaxın 

idi və buna görə də pafosla, gurultulu bəlağətlə danışan personajları məharətlə oynayırdı. 

İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə Bakıda vəfat edib və  məzarı ikinci Fəxri 

xiyabandadır. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin