Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə150/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   470
 

ƏLİ ZEYNALOV (4.4.1913-4.1.1988) 

 

Romantik aktyor məktəbinin nümayəndəsi, pafoslu danışığı, zərif qiraətçilik qabiliyyəti, 



coşğun daxili ehtirası, qəhrəman sevgi rollarında cazibəli səhnə məlahəti Əli Zeynalovun çoxşaxəli 

yaradıcılığında həmişə seçilmişdir. 

Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda müəllim ailəsində doğulub. Pedaqoji 

texnikumu qurtarıb.  Ədəbiyyata və teatr sənətinə 1928-ci ildən maraq göstərib. Səhnəyə ilk dəfə 

Biləsuvar dram dərnəyində çıxıb. Təyinatını Bərdə rayonuna veriblər. Ancaq o, Bakıya qayıdıb və 

1933-cü ildə Bakı Teatr Texnikumunu bitirib. Tələbəlik illərində Akademik Milli Dram Teatrının 

tamaşalarında kütləvi epizodlarda, sözsüz rollarda səhnəyə  çıxıb. Az müddət Nuxa (hazırki  Şəki) 

Dövlət Dram Teatrında, on bir il isə  İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyorluq edib 

(1934-1945). 1945-ci ilin dekabrında Əli Zeynalov Bakıya gəlib və Milli Dram Teatrının qüvvətli 

aktyor truppasına işə götürülüb. 1975-ci ilə  qədər bu sənət ocağında çalışmış, bəhrəli sənət yolu 

keçmiş aktyor fəxri təqaüdə  çıxandan sonra televiziyanın bədii proqramlarında çıxışlar etmiş, 

klassik və çağdaş Azərbaycan şairlərinin şeirləri əsasında silsilə qiraət verilişləri hazırlamışdır. 

Əli Yusif oğlu Zeynalov 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 

27 fevral 1964-cü ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 

Vilyam  Şekspirin "Antoni və Kleopatra" faciəsinə rejissor Tofiq Kazımovun verdiyi 

quruluşda Antonio rolunu yüksək ustalıqla ifa etdiyinə görə Əli Zeynalov 1964-cü ildə respublika 

Dövlət mükafatı laureatı adını alıb. 

Uzun illər romantik səpkili rollarda çıxış edən aktyor, həmçinin xarakterik, lirik-psixoloji və 

hətta komik obrazlar da oynayıb. Bunlardan Florizel, Klavdi ("Qış nağılı" və "Hamlet", Vilyam 

Şekspir), Hilbert ("Mariya Tüdor", Viktor Hüqo), Protasov ("Canlı meyit", Lev Tolstoy), Əhməd 

Rza ("Qəribə adam", Nazim Hikmət),  Əbu Übeyd və Elxan ("Od gəlini", Cəfər Cabbarlı), 

Keykavus, Şeyx Sənan ("Səyavuş" və "Şeyx Sənan", Hüseyn Cavid), Dövlət bəy, Bəhram ("Aydın" 

və "Solğun çiçəklər", Cəfər Cabbarlı), Seyran ("Namus", Aleksandr Şirvanzadə), Sanço ("Sevilya 

ulduzu", Lope de Vela), Yanar ("Sən yanmasan...", Nəbi Xəzri), Cəlal Qaşqay ("Alov", Mehdi 

Hüseyn), Rəşid ("Kəndçi qızı", Mirzə İbrahimov),   Novikov  ("Palata", Samuil Alyoşin), Süleyman 

bəy ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Nuri Gənc ("Türkiyədə", Nazim Hikmət), Uluq 

bəy ("Nüşabə", Abdulla Şaiq), Çingiz ("Eşq və intiqam", Süleyman Sani Axundov), Qacar, Doktor 



Söhbət, Fərhad ("Vaqif", "Xanlar" və "Fərhad və Şirin", Səməd Vurğun), Süleyman ("Həyat", Mirzə 

İbrahimov), Soltanov ("Kimdir müqəssir?", Georgi Mdivani), Krivenko ("Qaliblər", Boris Çirskov), 

Oleq Koşevoy ("Gənc qvardiya", Aleksandr Fadeyev), Səlim, Həsənzadə ("İşıqlı yollar" və "Sən 

həmişə mənimləsən", İlyas Əfəndiyev), Yusif ("Nişanlı qız", Sabit Rəhman), Qədim bəy ("Yağışdan 

sonra", Bəxtiyar Vahabzadə), Raffale konti ("Çarəsiz dələduz", Raffaele Viviani), Rəşid Məğrur 

("Küləklər", Sabit Rəhman) rolları daha bitkin və cazibəli olub. 

Yaradıcılığı bilavasitə teatrla bağlı olan sənətkar  Əli Zeynalov "Kölgələr sürünür" 

(İmamzadə), "Bir qalanın sirri" (Simnar xan), "Məhəbbət dastanı" ("Leyli və  Məcnun".  Şeyx 

Həşim), "Birisi gün gecə yarısı" (Şah), "Ömrün akkordları" (Həsən bəy Zərdabi) və sair bədii 

filmlərə çəkilib, bir sıra televiziya tamaşalarında oynayıb. 

1974-cü il 6 dekabrda Əli Zeynalov Milli Dram Teatrında Hüseyn Cavidin "Knyaz" faciəsini 

tamaşaya hazırlayıb. Bu, onun ilk və son rejissor işi olub. 

Əli Zeynalov 4 yanvar 1988-ci ildə Bakıda vəfat edib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin