Faciə rolları: Poliksen, Enobarb, Poloni, Kral Alonso ("Qış nağılı", "Antoni və Kleopatra",
"Hamlet" və "Fırtına", Vilyam Şekspir), Talbot ("Orlean qızı", Fridrix Şiller), Rüstəm, Müfti, Şeyx
Mərvan ("Səyavuş", "Xəyyam" və "Şeyx Sənan", Hüseyn Cavid), Altunbay ("Od gəlini", Cəfər
Cabbarlı), Qılınc ("Cavanşir", Mehdi Hüseyn) , Xosrov, Qacar ("Xosrov və Şirin" və "Vaqif",
Səməd Vurğun), Coşua ("Mariya Tüdor", Viktor Hüqo).
Dramatik rollara Cəfər Cabbarlının "Almaz" (Hacı Əhməd), Süleyman Rüstəmin "Qaçaq
Nəbi" (Nəbi), Cəlil Məmmədquluzadənin "Ölülər" (Hacı Həsən ağa), Mehdi Hüseynin "Alov"
(Kərim Rəhimli), Çingiz Aytmatovun "Ana torpağı" (Suvangil), İlyas Əfəndiyevin "Mahnı dağlarda
qaldı" (Həsənalı), Pavel Malyarevskinin "Daş qartal" (Nikita), Ceyms Qou və Arno D'Nyussonun
"Dərin köklər" (Maksuel), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" (Səltənətin atası), Taufiq əl
Hakiminin "Karıxmış sultan" (Vəzir), Yucin O'Nilin "Qızıl" (İsay Bartlet), Nodar Dumbadzenin
"Darıxma, ana!" (Çxartaşvili) pyeslərinin tamaşalarında ifa etdiyi personajlar daxildir.
İslam Səfərlinin "Göz həkimi" (Şahbazov), Sabit Rəhmanın "Küləklər" (İmanqulu),
"Xoşbəxtlər" (Bərbərzadə) və "Yalan" (Saleh), Raffaele Vivianinin "Çarəsiz dələduz" (Don Qateno),
Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Nəcəfül Əşrəf), Aleksandr Vampilovun "Övlad"
(Sarafanov), İlyas Əfəndiyevin "Qəribə oğlan" (Barsuq), Akop Paronyanın "Badasar dayı"
(Bağdasar) komediyalarında maraqlı səhnə surətləri yaradıb.
Məmmədrza Şeyxzamanov "Qızmar günəş altında" (Əmir dayı), "Bir qalanın sirri"
(Həkimbaşı), "Bəxtiyar" (Professor), "Əhməd haradadır?" (Şirin), "Tütək səsi" (İsfəndiyar kişi)
kinolentlərinə və digər filmlərə çəkilib.
Aktyorluq sənətindəki nailiyyətlərinə görə Məmmədrza Şeyxzamanov 10 iyun 1959-cu ildə
Azərbaycan Respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə isə xalq artisti fəxri adları ilə təltif
olunub. Hüseyn Cavidin "İblis" faciəsindəki İxtiyar roluna görə 1984-cü ildə (ölümündən sonra)
Dövlət mükafatı ilə təltif edilib.
Aktyor 21 yanvar 1984-cü ildə Bakıda vəfat edib.
Məmmədrza Şeyxzamanov yeri gələndə realist səhnə obrazlarını romantik vüsətlə oynayırdı.
Aktyorun çox xarakterik "məxməri" səsi vardı. O, bu səsin ən incə çalarlarından həssaslıqla istifadə
edərək oynadığı obrazlara xarakter cizgiləri verirdi.
Aktyorluq qabiliyyətinin öz təravəti, oyun üslubunun öz hüsnü, istedadının öz təsir dairəsi
vardı.
Dostları ilə paylaş: |