Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MƏHLUQƏ SADIQOVA (28.4.1917-15.8.2003)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə155/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   470
 

MƏHLUQƏ SADIQOVA (28.4.1917-15.8.2003) 

 

Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün 



janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə 

surətlərinin ifasında qazanıb. Aydın və  səlist diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı 

rollara dolğunluq və bütövlük gətirib. 

Məhluqə  Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə  Şuşa  şəhərində doğulub. Beş il 

buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı 

Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki 

fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 

1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il 

bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Qırx ildən 

çox radionun  "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. 

Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də 

Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", 

"Dönüş" və "1905-ci  ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin 

kəİəkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim 

bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad və  Şirin" və "Xanlar", 

Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Zəhra ("Şeyx 

Sənan", Hüseyn Cavid), Paulina ("Qış nağılı", Vilyam Şekspir), Sofiya ("Vanya dayı", Anton 

Çexov), Missis Daycen ("Şeytanın şagirdi", Bernard Şou), Nata xanım ("Nazirin xanımı", Branislav 

Nuşiç),  Pəri xanım  ("Lənkəran  xanının vəziri",  Mirzə  Fətəli Axundzadə), Dolores ("Qadın 

faciəsi", Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər ailəsi",   

İlyas   Əfəndiyev),   Ana   ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Sofiya ("Daş qartal", 

Pavel Malyarevski), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", Viktor Rozov) rollarını ifa edib. 

Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti və 10 

yanvar 1980-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 

Aktrisa 2000-ci il avqust ayının 15-də Bakıda vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin