MƏLİK DADAŞOV (7.6.1924 - 3.12.1996)
Yaradıcılıq yönümü xarakter rollarında formalaşan, dramatik və satirik obrazları da
oynamaqda böyük səriştəsi olan Məlik Yusif oğlu Dadaşov 7 iyun 1924-cü ildə Bakıda doğulub.
Asəf Zeynalh adına musiqi məktəbində təhsil alıb. 1941- 1945-ci illərdə Böyük Vətən
müharibəsində vuruşub.
Ordudan qayıtdıqdan sonra rejissor Məhərrəm Haşımovun çağırışı ilə Gənc Tamaşaçılar
Teatrına aktyor götürülüb. Az sonra Zaqatala Dövlət Dram Teatrında, 1946-cı ilin mayında Şəmkir
Dövlət Dram Teatrında işləyib və bir il sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Teatr
İnstitutuna, Ədil Isgəndərovun rəhbərlik etdiyi aktyorluq kursuna qəbul olunub.
Məlik Dadaşov 1950-ci il oktyabrın 30-dan Milli Dram Teatrında işləyib. Arada teatrdan
çıxaraq institutda müəllim və Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib və
sonra yenə Akademik teatra qayıdıb. Həmçinin İnstitutda aktyor sənətindən dərs deyirdi. Tədris
Teatrında tələbələrlə məşq zamanı səhnədə yıxılıb başından ağır yara alan Məlik Dadaşov üç gün
sonra, 3 dekabr 1996-cı ildə dünyasını dəyişdi. Məzarı Bakıda ikinci Fəxri xiyabandadır.
Milli Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" (Bizans sərkərdəsi,
Şiruyə və Şapur), "Vaqif" (Kürd Musa və Qacar), Cəfər Cabbarlının "Od gəlini" (Aqşin və Elxan),
Mirzə İbrahimovun "Közərən ocaqlar" (Mazar bəy və Nəriman Nərimanov), Bəxtiyar Vahabzadənin
"Yağışdan sonra" (Aslan), Şıxəli Qurbanovun "Sənsiz" (Tərlan), Hüseyn Muxtarovun "Ailə
namusu" ("Allanın ailəsi". Arif), İmran Qasımovun "Nağıl başlananda" (Qurban), Əkrəm Əylislinin
"Yastı təpə" (Manafov), İlyas Əfəndiyevin "Atayevlər ailəsi" (Ziyad Şahsuvarov), Rüstəm
İbrahimbəyovun "İstintaq" (Kamera qonşusu), Nəbi Xəzrinin "Mənsiz dünya" (Bodenştedt), Raço
Stoyanovun "Qısqanc ürəklər" (Şiveko), Nazim Hikmətin "Türkiyədə" (Bəkir), Aleksey
Ostrovskinin "Cehizsiz qız" (Paratov), Aleksİs Parnisin "Gözıllik və sevgi adası" ("Afrodita adası".
Ralf Ounes), Leonqard Frankin "Yad adam" (Ruprext) pyeslərinin tamaşalarında oynayıb.
Aktyorun faciə rolları içərisində Yaqo, Praspero ("Otello" və "Fırtına", Vilyam Şekspir),
Viktor Karenin ("Canlı meyit", Lev Tolstoy), Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), tragikomik
obrazı Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), komediya personajlarından Sebastian
("On ikinci gecə", Vilyam Şekspir), Camal, Kəblə Muxtar ("Nişanlı qız" və "Küləklər", Sabit
Rəhman), Don Aryas ("Sevilya ulduzu", Lope de Veqa), kovoler delya kotri ("Məzəli hadisə", Karlo
Haldoni), Dərviş Məstəli şah ("Müsyö Jordan və dərviş Məstəli Şah", Mirzə Fətəli Axundzadə)
obrazları bədii cəhətdən daha cazibəli olub.
Çəkildiyi çoxlu bədii filmlər arasında "Dəli Kür" (Molla Sadıq), "Axırıncı aşırım" (Qəmlo),
"Fəryad" (Aram Xaçaturyan) kinolentlərindəki rolları yaddaqalandır.
"Birisi gün gecə yarısı" filminə görə Dövlət mükafatı laureatıdır (26 may 1986). 24 may
1960-cı ildə Azərbaycan Respublikasının əməndar artisti, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adları
ilə təltif edilib.
Məlik Dadaşov daxilən rahatsız aktyor idi. Çılğın ehtiraslı xarakteri "ölçüyə sığmayan"
obrazlara ciddi maraq göstərirdi. Obrazın ritmini, səhnə hərəkət və davranışını uzun müddət axtarır,
dəfələrlə sınaqdan çıxarır və sonra tamaşada "özününküləşdirirdi". Əməl-fəaliyyət xəttinin sürət-
ritmi iti olan (məsələn, Şeyx Nəsrulla, Məstəli şah) rollara məxsusi danışıq tərzi tapırdı. Cingiltili
səsini istədiyi ritmdə və istədiyi ton yüksəkliyində asanca və aydın işlədirdi.
Dostları ilə paylaş: |