emosional və təbii yumoru oyadığı rollara təravət verir. Firəngiz Bəhər qızı Mütəllimova 1959-cu il
mayın 1-də Ağcabədidə doğuulub. Əslən Şuşalıdır.ADİİ-nin dram və kino aktyorluğu fakültəsini
fasilə ilə). Azərbaycanın xalq artisdidir (28 oktyabr 2000).
Aktrisa teatrda oynadığı Bəyim, Gülrux, Mələk ("Xursidbanu Natəvan", "Şeyx Xiyabani" və
"Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Nisə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli
Axundzadə), Arvad ("Mənim ərim dəlidir", Elçin), Həvva ("Varlı qadın", Əli Əmirli), Salehə
("Gülüstanda qətl", Cəmil Əlibəyov), Adela ("Dişi canavar", Federiko Qarsia Lorka), Reya ("Böyük
Romul", Fridrix Dürrenmatt), Nədidə ("Qanlı Nigar", Sadıq Şendil) rolları ilə tamaşaçıların
rəğbətini qazanıb.
* * *
Haqqında söhbət gedən dövrdə teatrda əməkdar artistlər Məcnun Hacıbəyov (1935), Aqşin
Vəlixanov (1936-1998) ki-mi koloritli aktyorlar işləyiblər. Hazırda truppada xalq artistləri Laləzar
Mustafayeva, Məleykə Əsədova, əməkdar artistlər Bürcəli Əsgərov, Rafael Dadaşov, Sadıq
İbrahimov, Telman Əliyev, Firuz Xudaverdiyev, Kübrabəyim Əliyeva, Əli Nur, Pərviz Bağırov,
Cəfər Namiq Kamal, Telman Adıgözəlov, Şükufə Yusupova, Elxan Quliyev, Sabir Məmmədov,
Sənubər İsgəndərova, Səidə Quliyeva, Hicran Nəsirova, Sevinc Əliyeva, İlham Əsgərov, Mətanət
Atakişiyeva, Mehriban Xanlarova, bacarıqlı aktyorlardan Tofiq Hüseynov, Əlvida Cəfərov, Məzahir
Cəlilov, İradə Ağasıbəyli (Həsənova), Abbas Qəhrəmanov, Münəvvər Əliyeva işləyirlər.
Dostları ilə paylaş: