Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə194/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   ...   470
HƏSƏN TURABOV  

(24.3.1938-23.2.2003) 

 

Azərbaycanda lirik-psixoloji aktyor məktəbinin banisi Həsən Turabov sayılır. Lap gənc 



yaşlarından ona hörmət  əlaməti olaraq afişa və proqramlarda adından sonra "ağa" sözü də yazılır. 

Onun yaradıcılığı təkcə möhtəşəm rolların siyahısı ilə deyil, həm də yaratdığı xarakterlərin mənəvi-

əxlaqi, fəlsəfi, estetik səciyyələrinin mürəkkəb, çoxşaxəli olması ilə zəngindir. 

Həsən Səttar oğlu Turabov 1938-ci il martın 24-də Bakıda doğulub. Yeddinci sinfə  qədər 

Bakıdakı 31 saylı  məktəbdə oxuyub və orta təhsilini 14 saylı  məktəbdə başa vurub. Azərbaycan 

Dövlət Teatr İnstitutunda təhsil ala-ala (1956-1960) həm radioda, həm də yenicə açılan televiziyada 

diktor işləyib.  İnstitutu komik aktyor kimi qurtarıb və diplom tamaşasında Nəcəf bəy Vəzirovun 

eyniadlı komediyasında Hacı  Qəmbəri oynayıb. 1960-cı ildən müəyyən qısa fasilələrlə Akademik 

Milli Dram Teatrında aktyor işləyib. 1962-ci ildə teatrdan uzaqlaşaraq Bakıdakı Odessa Dənizçilik 

İnstitutuna daxil olub və az sonra yenə səhnəyə qayıdaraq təhsilini yarımçıq saxlayıb. 

Görkəmli aktyor 1987-ci il fevralın 18-də kollektivin səsverməsi ilə Akademik teatra direktor 

seçilib. 1989-cu il yanvarın 15-dən həm də sənət ocağının bədii rəhbəri idi. 2001-ci il dekabrın 13-

dən öz ərizəsi ilə hər iki vəzifədən istefa verib. 

SSRİ Ali Sovetinin deputatı seçilib (1989). 

İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" (1972) tamaşasındakı Nicat və "Atları yəhərləyin" 

("Qaçaq Nəbi". 1986) filmindəki Qaçaq Nəbi rollarına görə respublika Dövlət mükafatı laureatıdır. 

Respublikanın  əməkdar artisti (29 aprel 1971) və xalq artisti (1 dekabr 1982) fəxri adlarına layiq 

görülüb. 1991 və 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının prezidenti seçilib. Avropa 

Türkləri İslam Birliyinin Qızıl medalı ilə təltif olunub (1994). 

Qüdrətli aktyor 23 fevral 2003-cü ildə ürək xəstəliyindən Bakıda vəfat edib. 

Həsən Turabov ən gözəl səhnə və ekran rollarını otuz beş vaşına qədər oynayıb. Səhnədə son 

dərəcə səmimi və cazibəli, ifadə vasitələri sadə və eyni zamanda fəlsəfi-psixoloji cəhətdən dəyərli 

təsir bağışlayan aktyorun aşağıdakı rolları milli teatrımızın klassik obrazları siyahısına parlaq 

səhifələr yazıb. Bədii hüsnü və estetik təravəti ilə sənət tarixinə daxil olub. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin