Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə214/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   210   211   212   213   214   215   216   217   ...   470
 

 

TİFLİS AZƏRBAYCAN TEATRINDA 

 AKTYOR VƏ REJİSSOR YARADICILIĞI 

 

Üçüncü dərs 

 

Tiflis teatrı dövlət statusu alandan sonraki dövrdə yeni və daha peşəkar yaradıcılıq yolu 



keçib. Həvəskar aktyorların  əksəriyyəti truppada yaradıcılıqlarını davam etdiriblər. Eyni zamanda 

vaxtaşırı kollektivə yeni-yeni istedadlı gənclər qəbul olunublar. İyirmi beş il ərzində Tiflis DADT 

aktyor və rejissor yaradıcılığında müəyyən yaradıcılıq nailiyyətləri qazana bilib. 

 

* * * 



 

ƏLI ŞAHSABAHLI (28.3.1896-13.1.1973) 

 

Əli Fətulla oğlu 28 mart 1896-cı ildə doğulub. Tiflis teatrının aparıcı aktyorlarından olub. 



Ermənistanın  əməkdar artisti fəxri adını alıb (1945). Səhnəyə ilk dəfə 1911-ci ildə  həvəskar teatr 

dəstəsində çıxıb. Vaxtaşırı müxtəlif truppaların hazırladıqları tamaşalarda kiçik rollar oynayıb. Tiflis 

Azərbaycan Dövlət Dram Teatrının təşəkkülündə  və formalaşmasında aktyor və rejissor kimi 

səmərəli işlər görüb, əhəmiyyətli təşkilatçılıq işi aparıb. 

Əli  Şahsabahlı Tiflis teatrındakı faciə, dram və komediya tamaşalarında  Əbu Übeyd və 

Aqşin,  İbad ("Od gəlini" və "Almaz", Cəfər Cabbarlı),  İblis, Keykavus, Dərviş, Anton ("İblis", 

"Səyavuş", "Şeyx Sənan" və "Knyaz", Hüseyn Cavid), Klavdi ("Hamlet", Vilyam Şekspir),  Şamil 

("Şamil", Vangelli), Lartsev ("Üzləşdirmə", Lev Şeynin), Süleyman, Kərəm və Keşiş ("Arşın mal 

alan" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyov), Əşrəf bəy ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), 

Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Seyran ("Namus", Aleksandr Şirvanzadə), Baxmetov 

("Küləklər şəhəri", Vladimir kirşon) kimi yaddaqalan rollar oynayıb. 

Tiflis teatrının Dövlət statusu aldığı ilk günlərdən həm də truppanın aparıcı rejissorlarından 

olub. Ayrı-ayrı teatr mövsümlərində Cəfər Cabbarlının "Aydın", "Od gəlini", "1905-ci ildə", Vilyam 

Şekspirin "Otello", Hüseyn Cavidin "Şeyx Sənan", Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid 




banu", Mirzə  Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Sandro Şanşiaşvilinin "Anzor" 

pyeslərinə səhnə təfsiri verib. 

Əli  Şahsabahlı 1937-ci ilin sonlarından 1949-cu ilədək  İrəvandakı  Cəfər Cabbarlı adına 

Azərbaycan Dövlət Dram Teatrında işləyib. Bir sıra məşhur pyesləri Azərbaycan dilinə tarcümə 

edib. 

Aktyor və rejissor 13 yanvar 1973-cü ildə İrəvanda vəfat edib. 



 

* * * 


 

Əsəd Xəlilov 

 

Tiflis teatrı Dövlət sənət ocağı  səlahiyyəti almamışdan  əvvəl müxtəlif həvəskar teatr 



dəstələrində çalışıb. Teatrın sayılıb-seçilən aktyorlarından idi. Kollektivin   hazırladığı Üzeyir bəy 

Hacıbəyovun "Məşədi  İbad" (Məşədi  İbad), "Arşın mal alan" (Soltan bəy), Cəfər Cabbarlının  

"Aydın"  (Dövlət bəy), "Oqtay Eloğlu" (Xaspolad), 

"Od gəlini" (Altunbay), "Sevil" (Atakişi və  Məmmədəli), "Almaz" (Hacı  Əhməd), tərcümə  əsəri 

"Qanlı  səhra" (Baba), Hüseyn Cavidin "Şeyx Sənan" (Keşiş), "Topal Teymur" (İldırım Bəyazid), 

"Knyaz" (Knyaz),  Sandro Şanşiaşvilinin  "Anzor" 

(Anzor), Viktor Lyubomirovun "Talış  qızı" (Xanlar xan), Vladimir Kirşonun "Küləklər  şəhəri" 

(Karoyon), Mirzə İbrahimovun "Həyat" (Süleyman), Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər"  

(Aşpaz Həsən) tamaşalarında xarakterik dramatik 

və komik rollar oynayıb. Yaradıcılıq yönü realist aktyor məktəbinin poetika xüsusiyyətlərinə daha 

uyğun gəlirdi. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin