Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta
əvvəllərində bağlanıb) aktrisa götürülüb. Bu teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan"
(Asya), "O olmasın bu olsun" (Gülnaz), "Ər və arvad" (Minnət xanım) operettalarında, Səməd
Vurğunun "Vaqif" (Gülnar), Abdulla Şaiqin "Vətən" (Gözəl), Səməd Vurğunun "Fərhad və Şirin"
(Şirin) Süleyman Sani Axundovun "Eşq və intiqam" (Qəmər) dramlarının tamaşalarında oynayıb.
Roza Heydər qızı Cəfərxanova 1948-ci ilin oktyabrından Naxçıvan teatrında işləyir. 15
noyabr 1984-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 28 oktyabr 2000-ci il-də xalq
artisti fəxri adları ilə təltif olunub.
Aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb. Dram əsərlərinin
tamaşalarında Pəri ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy
Vəzirov), Cəvahir ("Nakam qız", Aleksandr Şirvanzadə), Ana ("Astana", Aleksandr Dudarev),
Həyat ("Həyat", Mirzə İbrahimov), Pəri, Susanna, Dilbər, Sitarə, Sona, Solmaz, Yaxşı ("Solğun
çiçəklər", "Aydın", "Sevil", "Nəsrəddin şah", "1905-ci ildə", "Od gəlini" və "Almaz", Cəfər
Cabbarlı), kabato ("Xanuma", Aksenti Saqareli), Zəhra, Çin qızı ("Şeyx Sənan" və "Səyavuş",
Hüseyn Cavid), Pəri ("Qız atası", Əfqan Əsgərov), İradə ("Göz həkimi", İslam Səfərli), Hökmdar
("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), operettalarda Sənəm, Xala ("Məşədi İbad" və
"Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman
Ələsgərov), Səlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Şölə xanım
("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov) səhnə obrazları aktrisanın daha uğurlu
yaradıcılıq işləri sayılır.
Dostları ilə paylaş: