İRƏVAN DÖVLƏT
AZƏRBAYCAN DRAM TEATRI
(1967-2004)
İrəvanda yaşayan ziyalılardan Yunis Rzayevin, Qəşəm Aslanovun, İsrafil Məmmədovun,
Əkbər Yerevanlının, Sabir Rzayevin təşəbbüsü ilə 1966-cı ildə İrəvan Dövlət Teatrının bərpası üçün
Ermənistan hökuməti qarşısında məsələ qaldırıldı. Azərbaycan Respublikası həmin qeyrətli
vətənpərvərlik çağırışına həyan durdu. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinin
tələbələri 1967-ci ilin fevral ayında sənət müəllimləri Nəsir Sadıqzadə ilə birlikdə teatrın bərpası
üçün İrəvana göndərildilər.
Fədakar gənclər Cəfər Cabbarlının "Sevil" dramının qızğın məşqlərinə başladılar. Yerli teatr
həvəskarlarının təcrübəli sənətkarları Cəmil Əliyev, Abbasqulu Tağıyev, istedadlı gənclərdən Elmira
İsmayılova, Raya Qafarova, Səməd Abbasov truppaya qəbul edildilər. Naxçıvan teatrından Tariyel
Qasımov, Aydın Şahsuvarov, Gəncə teatrından Zemfira Əliyeva, Nisə Əliyeva, Bakıdan Zərnişan
Fətəliyeva, Tamilla Abdullayeva, Zemfira Sadıqova İrəvan teatrına çağırıldılar.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı 1967-ci il aprel ayının 28-də "Sevil"
tamaşası ilə öz pərdələrini açdı. Bərpa olunan sənət ocağının ikinci həyatı başlandı. "Sevil"
tamaşasının quruluşunu Nəsir Sadıqzadə vermişdi. Əsas rolları Zərnişan Fətəliyeva (Sevil), Tariyel
Qasımov (Balaş), Zemfira Əliyeva (Gülüş) oynadılar.
Teatrın açılışından bir qədər sonra Nəsir Sadıqzadə Bakıya qayıtdı. Teatrın baş rejissor
Kürsüsünü Azərbaycan Dövlət Teatr İnstitutunu yenicə bitirmiş Tofiq Ağayev tutdu. Onun
kollektivdə ilk işi Sabit Rəhmanın "Əliqulu evlənir" komediyasına verdiyi quruluş olub. Tamaşada
əsas rolları Aydın Şahsuvarov (Əliqulu), Nisə Rzayeva (Gövhər), Raya Qafarova Qumral), Şamil
Dəmirçiyev (Xəlil), Tariyel Qasımov (Rövşən), Zərnişan Fətəliyeva (Yasəmən), Sara Əliyeva
(Humay), Vidadi Əliyev (Kamal), Zemfira Sadıqzadə (Səadət) ifa ediblər.
Teatr Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (quruluşçu rejissor Tariyel
Qasımov, rəssam Cabbar Quliyev) komediyasını da maraqlı quruluşda oynayıb. Tamaşada baş
rolları Rəhim Rəcəbov (Hacı Qəmbər), Raya Qafarova (Yetər), Tariyel Qasımov (Cəbi), Zülfüqar
Abbasov (Əşrəf bəy), Hüseyn İsmayılov (Qıdı kirvə), Cahid Hilaloğlu (Mayor Xudaverdi) ifa
ediblər.
"Sevil", "Yağışdan çıxdıq, yağmura düşdük" və "Əliqulu evlənir" tamaşaları ilə özünün
realist dramatik yaradıcılıq platformasını bəyan edən İrəvan Dövlət Dram teatrı Şıxəli Qurbanovun
"Sənsiz" (25 dekabr 1968. Quruluşçu rejissor Tofiq Ağayev) dramı ilə milli səhnə sənətimizdə
yenicə uğurlu addımlarını atan lirik-psixoloji üsluba qadir olduğunu da göstərdi. Tədricən lirik-
psixoloji üslub formalaşaraq teatrın yaradıcılıq simasının əsas estetik prinsiplərini müəyyənləşdirdi.
Bu iki üslubun qovuşuğunda özünün poetika səciyyələrini müəyyənləşdirən İrəvan teatrı Üzeyir bəy
Hacıbəyovun "Məşədi İbad" (2 mart 1970. Quruluşçu rejissor Tofiq Ağayev), "Arşın mal alan" (20
may 1981), dramaturq Sabit Rəhmanla bəstəkar Emin Sabitoğlunun "Hicran" (9 dekabr 1985),
dramaturq Məhərrəm Əlizadə ilə bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" (24 fevral 1972),
dramaturq Məcid Şamxalovla bəstəkar Zakir Bağırovun "Qaynana" (10 fevral 1975) operettalarını
oynamaqda da müəyyən səriştə qazana bilib.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı bərpa olunandan sonra onun yaradıcılığı iki
mərhələyə bölünüb:
adını daşıdığı şəhərdəki fəaliyyəti (1967-1988);
ermənilərin azəri türklərinə qarşı törətdikləri vəhşi soyqırıınından sonra teatrın İrəvanı tərk
edərək Bakı şəhərindəki yeni yaradıcılıq dövrü (1989-cu ildən bu günə qədər).
İrəvan teatrının yeni üslub istiqamətində formalaşmasında, truppanın estetik ifadə
vasitələrinin zənginləşməsində Tofiq Ağayev uğurlu işlər görüb, səmərəli axtarışlar aparıb. O,
teatrdaxili çəkişmələr nəticəsində 1970-ci ildə baş rejissorluqdan çıxıb. Teatr 1977-ci ilə qədər baş
rejissorsuz işləyib. püzdür, 1973-1974-cü ildə qocaman səhnə xadimi Baxşı Qələndərli teatra
yaradıcılıq rəhbərliyini öz üzərinə götürüb, Lakin o, kollektivdəki durğunluğu aradan qaldıra
bilməyib. Teatrın sağlam qüvvələrinin təkidi ilə Tofiq Ağayev yeddiillik fasilədən sonra doğma
teatra qayıdıb.
Forma əlvanlığına, janr müxtəlifliyinə, repertuar zənginliyinə xüsusi diqqət yetirən rejissor
İrəvan teatrının yaradıcılığında özünün sanbalh quruluşları ilə qüvvətli aktyor oyunlarına imkan
yarada bilib. Onun rejissorluğunda oynanılan Yusif Əzimzadənin "Nəsrəddin" (25 dekabr 1968),
tərcümə olunmuş "Bağdasar dayı" (9 rnart 1969), İmran Qasımov və Həsən Seyidbəylinin "Sən nə
üçün yaşayırsan?" (6 dekabr 1970), Hüseyn Muxtarovun "Nənəm ərə gedir" (10 may 1978), Anarın
"Şəhərin yay günləri" (20 may 1979), Anatoli Safronovun "Kişilərə inanınaym" (30 dekabr
1980), Azad Abdulinin "On üçüncü sədr" (26 dekabr 1982), Karlo Haldoninin "İki ağanın bir
nökəri" (30 dekabr 1983), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (15 mart
1984), "Müsyö Jordan və dərviş Məstəli şah", Karl Vitlinkerin "Ulduzdan düşmüş adam" (11
may 1984), Aleksandr Makayonokun "Tribunal" (20 fevral 1986), İlyas Əfəndiyevin "Atayevlər
ailəsi" (5 may 1987), Mar Bayciyevin "Ər və arvad" (15 fevral 1988) pyeslərinin tamaşaları
müəyyən çatışmazlıqlarına baxmayaraq, kollektivin başlıca yaradıcılıq uğurlarını təminatlandırıb.
İrəvan teatrı 1967-1988-ci illərdəki fəaliyyət dövründə yaradıcılıq axtarışlarına meyilli olub.
Bu məqsədlə teatr vaxtaşırı Azərbaycanın müxtəlif sənət ocaqlarından yaradıcılıqlanna inandığı həm
təcrübəli, həm də gənc rejissorları tamaşa hazırlamağa dəvət edib. Bu teatrda Nəsir Sadıqzadə
Georgi Xuqayevin "Elbrus evlənir" (4 may 1972), Hidayətin "Məhəbbət yaşadır" (fevral 1976),
Zülfüqar Abbasov yerli müəllif Əziz Süleymanovun "Alovlar" (10 noyabr 1967), Cəfər Cabbarlının
"Solğun çiçəklər" (10 noyabr 1968), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər (10 dekabr 1972), Hilal
Həsənov Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (15 noyabr 1971), Sabit
Rəhmanın "Toy" (24 dekabr 1974), Vəli Babayev şair-dramaturq Bəxtiyar Vahabzadənin "İkinci
səs" (25 fevral 1971), Ağakişi Kazımov Şamil Xurşud və Əşrəf Hacıyevin "Qızıl zəncir" (10 iyul
1978), Hidayətin "Məni qınamayın" (14 may 1981), Nahid Hacızadənin "Ömür gözləmir bizi" (31
may 1982), Niyaz Şərifov Əkrəm Əylislinin "Bağdada putyovka var" (19 mart 1979), Vaqif Şərifov
Rövşən Ağayevin" Yeddi oğlan, bir qız" (7 mart 1983), Hüseynağa Atakişiyev Nəriman
Həsənzadənin "İmzalar içində" (28 aprel 1980) əsərlərinə ayrı-ayrı janrlarda quruluşlar veriblər.
İrəvan teatrının dövlət statusu ilə fəaliyyət göstərməsinin 50 illiyi münasibətilə 1978-ci ildə
Abbasqulu Tağıyev və Şamil Dəmirçiyev Ermənistan Respublikasının əməkdar artisti, teatrın
direktoru Hidayət Orucov əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüblər. İrəvan DADT
1978-ci ildə Bakıda qastrolda olub. Teatrın burada qazandığı sənət nailiyyətlərinə görə aktyorlar
Vidadi Əliyev, Tamilla Abdullayeva və Marietta Kərimova Azərbaycan Respublikasının əməkdar
artisti fəxri adı ilə təltif ediliblər.
İrəvan teatrı 1967-1986-cı illərdə Mirzə Fətəli Axundzadə adına şəhər orta məktəbinin
üçüncü mərtəbəsində yerləşib. Lakin burada tamaşa oynamağa imkan olmadığına görə teatr
tamaşalarını kirayə ilə Stanislavski adına Rus Dövlət Dram Teatrının binasında nümayiş etdirib.
Azərbaycanlılar yaşayan bölgələrdə müntəzəm olaraq səyyar tamaşalar göstərilib.
İrəvan şəhərindəki yaradıcılıq dövründə teatrın tamaşalarına yerli rəssam Cabbar Quliyev,
dəvət olunmuş fırça ustalarından Məmməd Qasımov, Fuad Qafarov, Mübariz Əliyev bədii tərtibatlar
vermişlər. Tamaşaların musiqi tərtibatı ilə Kamal Misgərov, Sabir Əliyev və Bağır Cəfərov məşğul
olmuşlar.
Bakı dövründə ilk illər ciddi maddi və yaradıcılıq çətinlikləri ilə yaşayan İrəvan DADT-nin
rəhbərlik ağırlığını istedadlı aktyor Vidadi Əliyev öz üzərinə götürüb. O, direktor və bədii rəhbər
kimi kollektivi mənəvi böhrandan çıxara bilib. Teatr 1989-1994-cü illərdə Xırdalan qəsəbəsindəki
mədəniyyət sarayında yerləşib. 1994-cü ildə hazırki binasına, yəni Hüseynqulu Sarabski adına
mədəniyyət evinə köçüb.
Aktyor ştatında cəmi 14 nəfər olan kollektiv Bakıda Vidadi Əliyevin rəhbərliyi ilə əvvəlcə
"Ər və arvad" (Mar Bayciyev), "Mənim qaynanam" (Georgi Xuqayev), "Əkizlərin nağılı" (Panço
Pançev), "Nəsrəddin" (Yusif Əzimzadə) tamaşalarını bərpa edərək oynamağa başladı. Tədricən
yaradıcılıq ritmini nizama salan teatr müxtəlif sarsıntı və sıxıntılara, dekorasiya, əlbəsə, butafor,
rekvizit çətinliklərinə baxmayaraq, sabit repertuar qurmağa çalışdı.
Teatrda Süleyman Rəşidinin "Allah onlara rəhmət eləsin" (10 iyun 1993), İnqilab
Vəlizadənin "Abbasqulu bəy Şadlinski" (15 dekabr 1995), Aydın Haqqararın "Dəli Domrul" (15
aprel 1994), Vidadi Əliyevin "Madam Badam" (20 aprel 1994), Şərəf Başbəyovun "Dəmir qadın"
(20 aprel 1997), Marsel Birkye Marinyenin "Oğru" (9 iyun 1999), Sabit Rəhmanın "Yalan" (15
dekabr 2000), Kamal Abdullanın "Elə bil qorxa-qorxa", Hüseyn Cavidin "Maral" (15 iyul 1999)
pyesləri oynanılıb. Dəvətlə çağırılmış rejissorlar Bəhram Osmanov, Vaqif Əsədov, Yusif Əkbərov,
Oqtay Salamov teatrda müxtəlif quruluşlar veriblər.
Teatrın qabaqcıl aktyorları Elmira İsmayılova və Süleyman Nəcəfov 2000-ci il iyun ayının
15-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltifləniblər.
Dostları ilə paylaş: |