Tamilla Abdullayeva
(10 dekabr 1943)
Tovuz rayonunda doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino
aktyorluğu fakültəsini bitirib. Elə həmin il Gənc Tamaşaçılar Teatrında aktrisa işləməyə başlayıb.
1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə gedib.
Zəhmətkeş aktrisa teatrın səhnəsində Gültəkin, Sara, Yaqut ("Aydın", "Solğun çiçəklər" və
"Yaşar", Cəfər Cabbarlı), Beatriçe ("İki ağanın bir nökəri", Karlo Haldoni), Qumru ("Şəhərin yay
günləri, Anar), Katxen ("Ulduzdan düşmüş adam", Karl Vitlinger), Abbi ("Qarağaclar altında
məhəbbət", Yucin O'Nil), Gülçöhrə ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Larisa
("Cehizsiz qız", Aleksandr Ostrovski), Tərlan xanım ("Yalan", Sabit Rəhman) kimi yaddaqalan
obrazlar yaradıb.
Tamilla İslam qızı Abdullayeva 1978-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti
fəxri adına layiq görülüb.
1988-1995-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1995-1999-cu illərdə
"Bəşir" miniatür teatrında işləyib. 1999-cu ildən yenə də Cəfər Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrında çalışır.
Dostları ilə paylaş: |