Cabbarlının "Sevil", "Yaşar", "Solğun çiçəklər" dramlarında Balaş, Yaşar, Bəhram, Mirzə Fətəli
Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah", "Lənkəran xanının vəziri" komediyalarında
Müsyö Jordan və Xan rollarını oynayıb. Bu teatrda illər boyu Areluizi ("İki ağanın bir nökəri",
Karlo Haldoni), Əsgər ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Bertram ("Axırı xeyir olsun",
Vilyam Şekspir), Karandışev ("Cehizsiz qız", Aleksandr Ostrovski), Rüstəm ("Sən nə üçün
yaşayırsan?", Həsən Seyidbəyli və İmran Qasımov), Qiyas ("Şəhərin yay günləri", Anar),
Müşfiq
("Səni kim unudar?..", Mustafa İsgəndərzadə), Şıxlinski ("İmzalar içində" , Nəriman Həsənzadə),
Mitoş ("Hicran", dramatruq Sabit Rəhman və bəstəkar Emin Sabitoğlu), Elcan ("Ömür gözləyir
bizi", Nahid Hacızadə), Şahmar ("Əks-səda", Nəbi Xəzri), Bəxtiyar ("Ulduz", dramaturq Sabit
Rəhman və bəstəkar Süleyman Ələsgərov) və digər maraqlı, yaddaqalan obrazlar yaradıb.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir müddət ikinci rejissor,
sonra isə quruluşçu rejissor kimi fəaliyyət göstərib. Teatrın Bakı fəaliyyəti dövründə Vidadi Hüseyn
oğlu Əliyev kollektivin direktoru və bədii rəhbəri kimi çalışıb. 1988-2000-ci illər ərzində teatrın
dağılmaması üçün böyük işlər görüb. "Ər və arvad" (Mar Bayciyev. 1989), "Mənim qaynanam"
(Georgi Xuqayev. 1989), "Əkizlərin nağılı" (Panço Pançev. 1989) tamaşalarına quruluşlar verib.
1978-ci ildə Azərbaycan Respublikasının əməkdar artist ifəxri adına layiq görülüb.
Dostları ilə paylaş: