AŞQABAD DÖVLƏT
AZƏRBAYCAN TEATRI
Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Azərbaycan teatrının fəaliyyətini
iki mərhələyə bölmək olar. Birinci mərhələ ayrı-ayrı teatr dəstələrinin yaradıcılıqlarında təcəssüm
tapıb (1904-1931).
Keçən əsrin birinci qərinəsinin sonlarında müxtəlif həvəskar teatr dəstələri bir truppada
birləşərək dövlət statusu almaq uğrunda yorulmadan, məqsədyönlü səy və ehtirasla mübarizə
aparıblar. 1932-ci ildə teatr xadimlərinin arzuları həyata keçib. Kollektivin dövlət təsisath sənət
ocağı kimi fəaliyyət göstərdiyi dövr (1932-1940) ikinci mərhələdir.
Aşqabad şəhərinin bünövrəsi 1889-cu ildə əsasən azərbaycanlılar tərəfindən qoyulub və
"Eşqabad" adlanıb. Bu şəhər Kaspi-Daşkənd dəmir yolunun çəkilməsi ilə əlaqədar olaraq, magistiral
xəttin üstündə, kiçik bir aulun yerində salınıb. Tezliklə buraya İrandan, Qarabağdan, Şirvandan,
Gəncədən soydaşlarımız köçüblər. Əsasən ticarətlə və sənətkarlıqla məşğul olan azərbaycanlılar ana
dilində və türk-rus adında məktəblər açıblar. Belə bir münbit zəmində Azərbaycan milli
mədəniyyətinin müxtəlif sahələrinin inkişafına da şərait yaranıb. Daha çox isə musiqi və teatr
sənətləri inkişaf tapıb.
Aşqabad şəhərində Azərbaycan dilində ilk teatr tamaşası hazırda oranın əsas sakinləri olan
türkmənlərin teatrının təşəkkülündən iyirmi üç il əvvəl göstərilib. Bu tarixi mədəniyyət hadisəsi
1904-cü il Novruz bayramı ərəfəsində, su çərşənbəsi günündə baş verib. Şəhər ziyalısı Əsgər bəy və
qocaman müəllim Əkbər bəy Tahirov qardaşlarının təşəbbüsləri, təşkilatçılıqları və rəhbərlikləri,
Aşqabad məktəbi şagirdlərinin yaxından iştiraki ilə tamaşa göstərilib. Əkbər bəyin təklifi ilə tamaşa
üçün dramaturq Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər")
komediyası seçilib. Tamaşa Aşqabadda kütləvi tədbirlər keçirmək üçün ən əlverişli yer sayılan
Dobrojanski sirkinin binasında göstərilib. Bu binaya xalq arasında "Padşahlıq sirki" də deyilirdi.
Tamaşaya azərbaycanlılarla yanaşı, digər millətlərin ziyalıları da gəlmişdilər. İlk teatr
tamaşası gözlənildiyindən də çox uğur qazandı və bundan ruhlanan həvəskarlar bir müddət sonra
Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" məsxərəsmi hazırladılar. Az
sonra Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi oynanıldı.
Qısa müddətdə Tahirov qardaşlarının ətrafına çoxlu teatr həvəskarı cəmləşdi və onlar,
əsasən, Novruz, Qurban, Orucluq... bayramlarında tamaşalar göstərməyi ənənəyə çevirdilər. Bu işdə
müəllimlər və şagirdlər daha fəal çalışırdılar. Mümtaz Əsgərov (məşhur ədəbiyyatşünas Salman
Mümtaz), Məcid Əfəndiyev, Cəfər bəy Tahirov, Əli Məmmədov kimi ziyalılar səhnə həvəskarlarına
yaxından qayğı göstərir və özləri də hazırlanan tamaşalarda aktyorluq edirdilər. Onların təşəbbüsü
ilə osmanlı ədibi Namiq Kamalın "Vətən" ("Vətən, yaxud Silistirə") dramı yerli teatrsevərlərə
göstərilib.
1908-ci ildən başlayaraq Aşqabadda teatr həvəskarları "Firudini" məktəbi yanında truppa
kimi formalaşaraq, daha səmərəli fəaliyyətə başlayıblar. Tədricən truppada peşəkar aktyorluğa meyil
göstərən bacarıqlı və istedadlı gənclər toplaşıblar. Hazırlanan tamaşaların əsasını Mirzə Fətəli
Axundzadənin komediyaları, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", "Hacı Qəmbər", "Ev
tərbiyəsinin bir şəkli", "Daldan atılan daş topuğa dəyər", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz
cavan", "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar", "Ac həriflər", "Pəri cadu", Rəşid bəy
Əfəndiyevin "Saqqalın kəraməti", "Qonşu qonşu olsa, kor qız ərə gedər", Sultanməcid Qənizadənin
"Xor-xor", "Dursunəli və ballıbadı", Nəriman Nərimanovun "Nadir şah", "Şamdan bəy", Ceyhun
Hacıbəylinin təbdilində İvan Turgenevin "Pulsuzluq", yerli, müəllim Yusif Heydərzadənin "Vəfalı
Şərəf", "Kəbinim halal, canım azad", Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə" əsərləri təşkil edirdi.
Həvəskarlar Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyov qardaşlarının opera və operettalarını da səylə
oynayırdılar.
Bakıda məşhur olan Hüseyn Ərəblinski, Ələkbər Hüseynzadə, Sidqi Ruhulla, Abbasmirzə
Şərifzadə, Şura Olenskaya, Cəlil Bağdadbəyov, Əhməd Qəmərli, Əhməd Anatollu kimi aktyorların
Aşqabada müxtəlif illərdəki qastrol səfərləri burada teatrın daha geniş miqyasda fəaliyyətinə təkan
verib. Aşqabadın teatr fədailəri Orta Asiyanın Mərv, Taxtabazar, Firuzə, Bayraməli, Qızılarvad,
krasnavodsk, Buxara, Cərco şəhərlərində də teatr tamaşaları göstərir və bu yerlərdə azərbaycanca
teatr dərnəkləri yaradırdılar.
1916-1920-ci illərdə Aşqabadda "Firudini" truppası ilə yanaşı, "Müzəffəri" məktəbi ətrafında
birləşmiş teatr dəstəsi də səmərəli çalışıb. 1919-cu ildə şəhərin əsas teatr qüvvələri birləşərək
"Hüseyn Ərəblinski adına Azərbaycan musiqi-dram dərnəyi" (qısaca "Ərəblinski truppası" adlanıb)
yaradıblar. Eyni zamanda "5 nömrəli Azərbaycan dram dəstəsi", "Mərifət" truppası ətrafında
qabiliyyətli teatr həvəskarları cəmləşiblər və onlar teatrın fəaliyyət coğrafiyasını qat-qat
genişləndiriblər.
Bu teatr dəstələrində Əziz Cavadov, Sultan Muradov, Həbib Məlikov, Qulam Məmmədli
(Makedonski), Rzaqulu Abdullazadə, Mirzə Səmədov, Yədulla Rzayev, Ağabala Həbibov, Mehdi
Mehdiyev, Əta (Ətəulla) Kazımovski, Aslan Hacıyev kimi kifayət qədər səhnə təcrübəsi toplamış
teatr həvəskarları toplaşmışdılar.
Onlar teatr dəstələrinin sabit repertuarı uğrunda səylə çalışır, milli dramları, faciələri,
komediyaları, opera və operettaları oynamaqla bərabər, tərcümə əsərlərini, təbdil və iqtibasları da
tamaşaya hazırlayırdılar. Maraqlı hadisədir ki, Hüseyn Cavidin "İblis" və "Şeyda" faciələri, Cəfər
Cabbarlınm "Nəsrəddin şah" dramı İlk dəfə 1919-cu ildə məhz Aşqabadda tamaşaya qoyulub.
"İblis" faciəsi, ümumiyyətlə, Cavidin ilk dram əsəri Bakıda birinci dəfə 1920-ci ilin dekabrında
səhnə həyatı qazanıb.
Aşqabad Azərbaycan Teatrı 1920-1931-ci illərdə özünün daha əzəmətli yaradıcılıq
mərhələsini yaşayıb. Tamaşalar Dobrojenski sirkində, "Sport" klubunda (sonralar "Şura teatrı"
adlanıb) göstərilirdi. Repertuarın əsasını Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun,
Əbdürrəhim bəy Haqverdiyevin pyesləri, Üzeyir bəy Hacıbəyovun operaları və operettaları ilə
yanaşı, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Süleyman Sani Axundovun
müxtəlif janrlı əsərləri təşkil edirdi. Dünya ədəbiyyatından Jan Batist Molyerin, Nikolay Qoqolun,
Vilyam Şekspirin, Fridrix Şillerin yaradıcılığı da repertuar tərtibində diqqət mərkəzində idi.
Aktyorların sırasına Əbdüləli Ələkbərov (Bosforski), Fəridə Mustafina, Klavdiya Həbibova,
Əsgər Babayev, Hüseyn Həsənov, Yaqub Nasirli (o, pyeslər də yazıb), Xavər Nasirli, Həyat
Musayeva, Hilal Qəmbərov, Əkbər Əliyev, Bəhram Kərimov da daxil olmuşdular. Yerli ziyalı Sabit
Manafzadə teatr dəstələri üçün "Şərq", "Talan-talan", "Münafiqlər", "Divan" pyeslərini yazmışdı və
özü həm rejissorluq, həm də aktyorluq etmişdir.
1931-ci ildən azərbaycanlı teatr həvəskarları, əsasən, bir truppada cəm olaraq kollektivə
dövlət statusu almaq üçün ciddi repertuar qurmağa başladılar. Dəstənin adı afişa və tamaşa
proqramlarında Aşqabad Türk (Azərbaycan - İ.R.) Dramı (ATD) adı ilə təqdim olunurdu. Kollektiv
il ərzində beşdən çox premyera oynamışdı. Bir il sonra isə Türkmənistan Maarif Komissarlığı
nəzdində Aşqabad Dövlət Azərbaycan Teatrı açmaq qərara alındı. Bakıdan Milli Dram Teatrının
məşhur aktyoru Rza Əfqanlı kollektivə baş rejissor dəvət olunmuşdu. O, Aşqabada gəlincə
quruluşçu rejissorluğu Rzaqulu Abdullazadə, Əsgər Babayev və Əziz Cavadov ediblər.
Truppa yerli həvəskarlardan təşkil edildi və Bakı Teatr Məktəbinin bir neçə məzunu da
buraya göndərildi. Kollektivin repertuarında Cəfər Cabbarlının "Almaz", "Sevil", "1905-ci ildə",
"Yaşar", Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın mal
alan", konstantin Trenyovun "Düşmənlər" ("Lyubov Yarovaya"), Zülfüqar bəy Hacıbəyovun "Aşıq
Qərib", Vano Mçedaşvilinin "Qaçaq Kərəm" əsərlərinin tamaşaları vardı. Buna baxmayaraq,
kollektiv dövlət statusu almaq cəhdində teatrın ilk tamaşası üçün Cəfər Cabbarlının "Almaz"
(quruluşçu rejissor Rzaqulu Abdullazadə) və Şamaxı sakini Aleksandr Şirvanzadənin "Namus"
dramlarını hazırladı (quruluşçu rejissor Əziz Cavadov).
Teatr öz pərdələrini 1932-ci il noyabrın 27-də "Namus" tamaşası ilə açıb. Tamaşada əsas
qadın rollarını teatra təzəcə qəbul olunmuş aktrisalardan Nərgiz Yusifova, Tənzilə Dadaşova və
Nazənin Rzayeva oynayıblar.
Sənət ocağının adı afişalarda belə verilirdi: Az Millətlər Dövlət Teatrosu ("Natsmen"
teatrı). Kollektiv bu adla bir neçə il işlədi. "Az millətlər evi" ("Natsmen evi") binası teatnn
sərəncamına verildi. Bu binanın həm "qış salonu", həm də "yay salonu" vardı. Yay aylarında
tamaşalar yay salonunda və şəhər bağında oynanılırdı.
Rza Əfqanlı Aşqabadda bir il baş rejissor kimi çalışıb və bu müddət ərzində Cəfər
Cabbarlının "Almaz", "Yaşar", "1905-ci ildə", "Sevil", Hüseyn Cavidin "Şeyx Sənan", Vilyam
Şekspirin "Otello", Üzeyir bəy Hacıbəyovun "Əsli və Kərəm", "Leyli və Məcnun", "Arşın mal alan",
"Məşədi İbad", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" pyeslərinə, operalarına və operettalarına
maraqlı quruluşlar verib.
1934-cü ilin noyabrında isə baş rejissorluq vəzifəsinə birilliyə yenə Bakıdan Yusif Yulduz
dəvət edilib. Bakıda, Naxçıvanda, İrəvanda, Tiflisdə maraqlı tamaşalar hazırlamış rejissor
Aşqabadda Cəfər Cabbarlının "Od gəlini", fransız dramaturqu Jan Batist Molyerin "Cancur Səməd",
Osmanlı ədibləri Əbdülhəq Hamidin "Hind qızı", Şəmsəddin Saminin "Dəmirçi Gavə", türkmən Ata
Niyazovun "Qızıl orden" əsərlərini tamaşaya hazırlayıb.
Bir ildən sonra Yusif Yulduzun ezamiyyət müddəti sona çatıb və o, Bakıya qayıdıb. Teatra
baş rejissor Aşqabad Dövlət Rus Dram Teatrında işləyən Yakov Feldman təyin olunub. Onun ən
maraqlı quruluşları Fridrix Şillerin "Qaçaqlar", Valentin katayevin "Çiçəklər yolu", Boris
Lavrenyovun "Hücum" dramlarına verdiyi səhnə təfsirləri sayılır.
1935-1936-cı illərdə teatrın repertuarında mühüm yer tutan əsərlər arasında aktyor və rejissor
İbrahim Helminin quruluş verdiyi "Arşın mal alan", "Leyli və Məcnun", Həsən Qafarovun
hazırladığı "Arşın mal alan", "Evliykən subay" (Zülfüqar bəy Hacıbəyov) tamaşaları da olub.
1935-ci ildən kollektivin adı rəsmi olaraq belə yazılıb: Aşqabad Dövlət Türk Teatrı. 1937-
ci ildə teatr Yakov Feldmanın quruluşunda Mirzə İbrahimovun "Həyat" dramının tamaşasını
repertuara daxil edib. Tamaşanın premyerası noyabrın 5-də oynanılıb. Həmin gündən isə sənət ocağı
Dostları ilə paylaş: |