Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


Aşqabad Dövlət Azərbaycan Opera və Dram Teatrı



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə253/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   249   250   251   252   253   254   255   256   ...   470
Aşqabad Dövlət Azərbaycan Opera və Dram Teatrı adını daşımağa başlayıb. 

Aşqabad teatrı 1938-ci ildə Müslüm Maqomayevin "Şah  İsmayıl" (quruluşçu rejissor 

Bakıdan dəvət edilmiş Soltan Dadaşov idi), Jan Batist Molyerin "Meşşan dvoryanlıqda" (quruluşçu 

rejissor Yakov Feldman), Sandro Şanşiaşvilinin "Anzor" (quruluşçu rejissor Əsgər Babayev), Üzeyir 

bəy Hacıbəyovun "Arşın mal alan" (quruluşçu rejissor Ağdam teatrından dəvət edilmiş Heydər 

Şəmsizadə olub), 1939-cu ildə Üzeyir bəyin "Koroğlu" (rejissor Yakov Feldman) əsərlərinin 

tamaşaları ilə yeni-yeni sənət nailiyyətləri qazanıb. 

Repertuarında opera və operettalar əsas yer tutan sənət ocağının adı 1939-cu ildə yenə 

dəyişdirilib. Bu dəfə afişa və proqramlarda kollektiv Aşqabad Dövlət Musiqi Teatrı adı ilə təbliğ 

olunub. 1940-cı il mart ayının 31-də teatr "Arşın mal alan" operettasını oynayıb və bununla da 

özünün dövlət təsisatlı fəaliyyətinə son qoyub. Bu kollektivin güclü aktyor və vokalçı sənətkarlardan 

ibarət güclü truppası əsasında Türkmənistan Dövlət Opera Teatrı yaradılıb. 

Bundan sonra azərbaycanlı teatr sənətkarlarının bir qismi Türkmənistanın müxtəlif 

teatrlarında işləyiblər. Bir qrup isə Aşqabadda "Xalq teatrı" yaradaraq, uzun illər orada Azərbaycan 

dilində tamaşalar oynayıblar. Bu işdə onlara milliyyətcə azərbaycanlı olan, Türkmənistanın xalq 

yazıçısı, dramaturq Hüseyn Muxtarov da yaxından köməklik göstərib. 

Aşqabad teatrının rəsmi dövlət statusunda fəaliyyət göstərdiyi müddətdə yuxarıda adları 

çəkilən sənətkarlardan əlavə xeyli aktyor və aktrisa da truppanın üzvü olublar. Onlardan Rəmziyyə 

Veysəlovanın (sonralar Gəncədə xalq artisti olub), onun əri Bəhram  Əfəndiyevin (xeyli tamaşaya 

bədii tərtibat da verib), Qulam Ağayevin, Məmmədsadıq  Ələkbərovun, Abdulla Məhərrəmovun, 

Hüseynağa Həsənovun,  İsmayıl Səlimovun,  İsmayıl Rəhimovun, Rəhim Rəhimovun, Miri 

Miribəybnin, Yəhya  İsmayılovun, Firuzə  Nəcəfovanın, Həsən  Şirinovun, Münəvvər 

Cahanbaxışovanın, Blkə  Ağayevanın, Sona Kərimovanın, Məhbubə  Həsənovanın,  İsgəndər 

Səmədovun, milyonçu Musa Nağıyevin oğulluğu Fərəc Nağıyevin adlarını  çəkmək olar. İstedadlı 

gənclərin teatra cəlb olunmasında Türkmənistanın əməkdar artisti fəxri adı ilə təltif olunmuş Əsgər 

Babayev böyük cəfakeşlik edib, səmərəli xidmətlər göstərib. 

Aşqabadda müxtəlif vaxtlarda Azərbaycan dilində nəşr olunmuş "Zəhmət", "Sədayi-füqəra", 

"Qızıl yıldız", rus dilində  çıxan "Türkmenskaya iskra", "Aşxabad", "Zakaspiyskoye", türkməncə 

"Türkmənistan", özbəkcə "Türküstan" qəzetləri, eləcə də Bakı, Moskva, Daşkənd, Tehran ("Sədayi-

İran")  şəhərlərinin müxtəlif dövri mətbuat orqanları teatr barədə  dəyərli resenziyalar, elmi-nəzəri 

məqalələr, geniş informatik məlumatlar dərc etmişlər. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin