götürüb. Səhnəyə ilk dəfə Gəncədə tarzən Məşədi Cəmil Əmirovun "Seyfəlmülk" operasında çıxıb
(1914). Tamaşanın rejissoru və Bülbülə bu rolu təklif edən aktyor Sidqi Ruhulla olub. İrəvanda
"Arşın mal alan"da Telli rolunu da oynayıb. Səs tembri lirik-dramatik tenor olub.
1920-ci ilin sonlarında Bakıda Birləşmiş Dövlət Teatrının Türk truppasına (bugünkü
Akademik Milli Dram Teatrı) qəbul olunub. Bülbül həm Hüseyn Cavidin "Şeyx Sənan" (Kor ərəb),
"Şeyda" (Xanəndə), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Niyaz və Dərviş), Namiq Kamalın
"Qaplan paşa" (Yavər), Karl Qutskovun "Uriel Akosta" (Xidmətçi) dramlarının tamaşalarında
oynayıb, həm də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (İbn Səlam), "Əsli və Kərəm"
(Kərəm), Zülfuqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operalarında əsas partiyaları ifa edib.
1925-ci ildə opera truppası AMDT-dən ayrılıb və Bülbül (jə həmin kollektivə daxil olub.
İşləyə-işləyə konservatoriyanı bitirən (1927) Bülbül dövlətin göndərişi ilə İtaliyanın Milan
şəhərindəki "La Skala" teatrına təhsil-təcrübəyə gedib. Oradan qayıdaraq ADOBT-yə solist
götürülüb. Teatrda Üzeyir bəy Hacıbəyovun "Koroğlu" operasındakı misilsiz ifasından sonra
"səhnəmizin koroğlusu" ləqəbini alıb. Opera teatrında Üzeyir bəyin "Arşın mal alan" operettasında
Əsgər rolunda da çıxış edib. Müslüm bəy Maqomayevin "Nərgiz" (Əlyar), Əfrasiyab Bədəlbəylinin
"Nizami" (Nizami), Niyazinin "Xosrov və Şirin" (Fərhad), Qara Qarayev və Cövdət Hacıyevin
"Vətən" (Aslan), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib), tərcümə olunmuş "Anuş" (Saro) və
"Səfa" (Seyran), Jorj Bizenin "Karmen" (Xoze), Cüzeppe Verdinin "Riqoletto" (Hersoq), Cül
Massnenin "Verter" (Verter), Cakomo Puççininin "Toska" (Kavaradossi), Sergey Raxmaninovun
"Aleko" (Aleko) operalarında əsas partiyaları oxuyub.
Misilsiz xidmətlərinə görə SSRİ xalq artisti (17 aprel 1938), Stalin mükafatı laureatı (1950)
olub. Adina məktəb və küçə var. Məzarı Fəxri xiyabandadır.
Dostları ilə paylaş: