MUĞAM VƏ VOKAL OPERA
İFAÇILARI (1908- 1975)
İkinci dərs
VASİLİ NİKOLSKİ (16.3.1882-3.4.1967)
Aydın və ifadəli bas səsi olan müğənni Vasili Alekseyeviç Nikolski Rusiyanın İvanovo
vilayətinin Şuya şəhərində doğulub. Moskva konservatoriyasını 1907-ci ildə bitirib. Ali təhsil
alandan sonra Moskvanın, Kiyevin, Odessanın, Tiflisin opera teatrlarında işləyib. 1919-cu ildə
Bakıya gəlib və 1952-ci illə qədər ADOBT-nın solisti olub. Azərbaycan Respublikasının xalq artisti
(1934) fəxri adı ilə təltif olunub.
Vasili Nikolski Bakı teatrında Həsən kişi, Aslan şah ("Nərgiz" və "Şah İsmayıl", Müslüm
Maqomayev), İbrahim xan ("Koroğlu", Üzeyir bəy Hacıbəyov), Bəhram ("Şahsənəm", Reynqold
Qlier), Pimen və Boris Qodunov ("Boris Qodunov", Modest Musorqski), Susanin, Ruslan ("İvan
Susanin" və "Ruslan və Lüdmila", Mixail Qlinka), Don Bazilio ("Sevilya bərbəri", Coakkino
Rossini), Koçubəy ("Mazepa", Pyotr Çaykovski), Nilakanta ("Lakme", Leo Delib), Dəyirmançı ("Su
pərisi", Aleksandr Darqamıjski), Qalitski ("Knyaz İqor" Aleksandr Borodin), Mefistofel ("Faust",
Şarl Quno), Lindor ("Hofmanın nağılları", Jak Offenbax), German, Henri: ("Tanqayzer" və
"Leonqrin", Rixard Vaqner), Sen Bari ("Qu qenotlar", Cakomo Meyerber), Çub ("Traviata",
Cüzeppe Verdi), Famusov və Skalozub ("Ağıldan bəla", Boris Zeydman) Qaspar ("Kornevil
zəngləri", Rober Plaket), Knyaz Quda ("Demon", Anton Rubişteyn), Stansiya nəzarətçisi ("Stansiya
nəzarətçisi", Vladimir Kryukov) partiyalarını ifa edib.
1941-ci ildən 1962-ci ilə qədər müəyyən fasilələrlə konservatoriyada pedaqoji fəaliyyət
göstərib.
Dostları ilə paylaş: |