Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


HƏQİQƏT RZAYEVA (20.5.1907- 2.8.1969)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə280/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   ...   470
HƏQİQƏT RZAYEVA (20.5.1907- 2.8.1969) 

 

Milli operalarımızda çıxış edən ilk azərbaycanlı müğənnilərdəndir. Zil və ürəyəyatımlı, lirik 



və saf messo-soprano səsi vardı. Bir insan kimi şahanə qadın idi. Oxuduğu partiyaları  şövqlə, 

qəlblərə yol tapan səmimiyyətlə ifa edirdi. 

Yüksək dərəcədə dramatik aktyorluq istedadı vardı  və bu yaradıcılıq keyfiyyəti onun 

obrazlarının psixoloji dərinliyi-ni, estetik hüsnünü daha sanballı, daha təravətli göstərirdi. Mürəkkəb 

partiyaları da hərəkətli oyun-üslubda oxuya bilirdi. Yaraşıqlı  və  cəlbedici, cazibədar və füsunkar, 

məlahətli və lətafətli səhnə görkəminin olması onun ifasına emosional təravət verirdi. 

Qızlıq soyadı  "Əliyeva" olan Həqiqət  Əli qızı Rzayeva 20 may 1907-ci ildə  Lənkəran 

şəhərində doğulub. Beş aylıq körpə olanda, Lənkəranda həvəskar xanəndə kimi tanınan  Əli kişi 

rəhmətə gedib və ailənin yükünü anası Zinyət xanım çəkməli olub. O, imkanlı ailələrə  əl işləri 

görməklə çörək pulu qazanırdı. Həqiqət 11 yaşına çatsa da, kasıblığın ucbatından məktəbə gedə 

bilməmişdi. 1918-ci ildə Lənkəranda müəllimliyə yenicə başlamış ağıllı və müdrik qadın, vətənsevər 

maarifçi Məryəm xanım Bayraməlibəyovanın fədakarlığı ilə şəhərdə birinci qız məktəbi açılıb. Bina 

olmadığına görə  məktəb Məryəm xanımın öz evində  fəaliyyət göstərirdi. O, ev-ev gəzib oxumaq 

üçün on nəfərə yaxın qız seçib valideynlərindən onları məktəbə vermələrinə güclə razılıq almışdı. 

Həmin balalardan biri də gələcəyin opera müğənnisi Həqiqət idi. Şəhərin imkanlı maarifçiləri şagird 

qızların geyim və məktəb ləvazimatı üçün yardım komitəsi təşkil etmişdilər. 

1920-ci ilin sonlarında məktəbə bina verildi. Məryəm xanımın və  gənc müəllimə Tehran 

xanımın təşəbbüsü ilə  məktəbdə dram dərnəyi yaradıldı. "Dursunəli və ballıbadı", "Vətən" 

tamaşalarında  şagird Həqiqət də oynayırdı. Ancaq o, ilk növbədə  məktəbin müəllim və  şagird 

kollektivinin sevimli müğənnisi idi. Get-gedə onun güclü səsinin sorağı bütün Lənkərana yayıldı. O, 

şəhərin bayram tədbirlərində öz məharətini nümayiş etdirə bilirdi. 

Beşillik təhsil verən məktəbin son sinifində Həqiqət xanım dərsdən sonra onun üçün ayrılmış 

evlərə gedir və qadınlara savad öyrədirdi. 1923-cü ildə məktəbi bitirib və maarif şöbəsinin göndərişi 

ilə Bakı Darülmüəllimatda (Pedaqoji Texnikum) təhsil almağa gəlib. Burada səsinin məlahəti ilə 

heyranlıq doğuran Həqiqət xanım tez-tez Qadınlar klubunda çıxışlara dəvət alıb. 1926-cı ildə Mədən 

İşçiləri Həmkarlar İttifaqı nəzdindəki "Damğa" adlı "canlı qəzetin" (dram-dərnəyinin) bədii rəhbəri 

Yunis Nərimanov onu səhnədə görüb və çox bəyənib. Növbəti həftədən Həqiqət Rzayeva 

"Damğa"nın məşqlərinə gəlib. Prinsip etibarilə Tənqid və Təbliğ Teatrının ilkin dövrünü xatırladan 

bu gənc kollektivin hazırladığı tamaşalarda qəzetçilik publisistikasının ünsürlərindən, xordan, 

nəğmələrdən və musiqi ifaçılığından istifadə olunurdu. Ona görə  də "Damğa"ya qəbul olunan 

gənclər oxumağı, çalmağı, rəqsi, xoreoqrafik hərəkətləri bacarınalı idilər. Bu istedad 

keyfiyyətlərinin hamısı on doqquz yaşlı Həqiqətdə vardı. 

Həqiqət Rzayevanın "Dalğa"dakı musiqili-dramatik obrazlarda çıxışı opera teatrı 

rəhbərlərinin diqqətini cəlb edib. O, Dövlət komissiyasının sınağından çıxaraq bəstəkar Müslüm 

Maqomayevin tövsiyəsi ilə 1927-ci ildə teatra solist götürülüb. Güclü və coşğun səsini peşəkar 

müğənni, ustad xanəndə kimi formalaşdırmaq üçün Azərbaycan Dövlət konservatoriyasının muğam 

şöbəsində oxuyub (1928 - 1932). Teatrda işləyən və  təhsil alan Həqiqət Rzayeva sənət dərslərini 

Üzeyir bəy Hacıbəyovun rəhbərliyi ilə xanəndələr Cabbar Qaryağdıdan, Seyid Şuşinskidən və tarzən 

Qurban Pirimovdan alıb. Teatra təzə qəbul olunanda, 1927-ci ildə Həqiqət Rzayeva əvvəlcə Üzeyir 

bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında Leylinin anası, Məcnunun anası rollarını oynayıb. 

Elə həmin il Peterburqda ali təhsil alıb yenicə Bakıya qayıtmış quruluşçu rejissor Yusif Yulduzun 

təklifi ilə  gənc xanəndəyə Müslüm Maqomayevin "Şah  İsmayıl" operasında  Ərəb Zəngi rolu 

tapşırılıb. Aktrisa gözlənildiyindən də artıq uğur qazanıb və bütün ümidləri doğruldub. Bununla da 

taleyini ömürlük opera müğənniliyinə bağlayıb. 

Aktrisa-müğənni Azərbaycan Dövlət Opera və Balet Teatrında hazırlanan muğam 

operalarında romantik və lirik sevgi qəhrəmanlarının partiyalarını ifa edib. Eyni zamanda teatrın 




quruluş verdiyi milli operettalarımızda məzəli obrazların ifasında böyük məharət göstərib. Hətta 

1938-ci ildə Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyündə göstərilən "Arşın mal 

alan" operettasında Həqiqət Rzayevanın ifa etdiyi qulluqçu Telli rolu tamaşaçılarda böyük maraq 

doğurub. Telli-Vəli (Əhməd Anatollu və Lütfəli Abdullayev ) dueti tamaşaçıların istəyi ilə 

görüşlərdə və konsert proqramlarında da göstərilib. 

Həqiqət Rzayevanın şərəfli yaradıcılıq yolunu zinətləndirən, həzin lirizmlə, romantik vüsətlə 

cilalanan səhnə obrazları eyni zamanda milli operalarımızın  şərəfli səhifələrini təşkil edir. Onun 

zəngin ifaçılıq irsi həmçinin səhnəmizdə  qırx ildən çox milli aktrisa yoxluğundan zillətlər çəkən 

teatrımızdakı boşluğu cəsarətli hünərvərliklə doldurub. Əlbəttə, bu cəsarət, bu hünərvərlik nə qədər 

tərifəlayiq olsa da, Həqiqət Rzayeva sənətinin estetik hüsnünü, fədakarlığının dəyərini Üzeyir bəy 

Hacıbəyovun "Əsli və  Kərəm" (Əsli), "Leyli və  Məcnun" (Leyli), "Koroğlu" (Xanəndə  qız), 

Müslüm Maqomayevin "Şah İsmayıl", "Nərgiz" (Ərəb Zəngi və Yengə), Zülfüqar bəy Hacıbəyovun 

"Aşıq Qərib" (Şahsənəm və Qaraca qız) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" 

(Telli), "Məşədi İbad" (Sənəm) operettalarında oynadığı rolların adları da aydınca təcəssüm etdirir. 

Məsələnin bu tərəfi də maraqlıdır ki, Həqiqət Rzayeva yuxarıda adları  çəkilən opera və 

operettaların 1927 - 1960-cı illərdəki  ən müxtəlif quruluşlarında oynayıb. Fərdi rejissor üslubları, 

teatr poetikalarının estetik göstəriciləri bir-birindən fərqlənən Abbasmirzə Şərifzadə, Yusif Yulduz

İsmayıl Hidayətzadə,   Soltan   Dadaşov   kimi   qüdrətli   sənətkarların mıüxtəlif səhnə təfsirlərində 

səhnəyə baş rollarda çıxıb.  İstər  ənənəvi etnoqrafik, istər konstruktivizın, istərsə  də raonu-mental 

forma-məzmunda hazırlanan tamaşalarda aktrisanın dramatik oyunu və  "Əraq", "Pəncgah" kimi 

muğam  şöbələri-nin ifasında səsinin məlahəti və aydınlığı  həmişə yüksək pe-şəkarlıq nümunəsi 

olub. Bütövlükdə isə  Həqiqət xanım oynadığı obrazların hamısını donuq, şablon "ənənəvilikdən" 

uzaq ifa etməyə səylə çalışmışdır. 

Aktrisanın sənət eşqi, səhnə ehtirası, yaratmaq coşğunluğu o qədər güclü, daxili enerjisi o 

dərəcədə tükənməz idi ki, operada partiyalar oxuyan, konservatoriyada tələbə olan Hə-qiqət xanım 

həmçinin Bakı Türk İşçi Teatrında da aktrisalıq edib (1928-1930). Bu teatrın səhnəsində o, Əsəd 

Tahirov və  ƏbdülKərim  İmamzadə  tərəfindən təbdil olunmuş  "İncə" (Usta Paşanın arvadı), 

Əbdülhəq Hamidin "Hind qızı" (Telitra), Vladimir kirşonun "Kü1əkiİ  şəhər" (Qadın)  əsərlərinin 

tamaşalarında da dramatik rollar oynayıb. Həqiqət xanım məhz dramatik aktrisa kimi 

"Azərbaycanfilm"də istehsal olunmuş  səssiz və  səsli "İsmət", "Şərqə yol", "Lətif", "Muxtar" 

("Dostlar"), "Ögey ana" (Qəmər xala) filmlərinə də çəkilib. 

Pedaqoji fəaliyyəti Həqiqət Rzayevanın şərəfli ömür tarixçəsində xüsusi yer tutur. O, uzun 

illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində muğamın incəliklərindən, ifa mədəniyyətindən 

dərs deyib. Azərbaycan xalq artistləri Rübabə xanım Muradova, İslam Rzayev və neçə-neçə opera 

solisti məhz onun yetirmələridir. Ömrünün son illərində Azərbaycan Dövlət Opera və Balet 

Teatrının muğam  şöbəsində  məşqçi-pedaqoq işləmiş, gəncləri hazırlayıb səhnəyə Leyli və  Əsli, 

Məcnun və Kərəm, Ərəb Zəngi kimi çıxarınışdır. 

Onun ifasında müxtəlif klassik muğamlarımız, xalq mahnıları, bəstəkar nəğmələri lentə 

alınınışdır. Xüsusən radionun Qızıl fondunda "Rast" və "Çahargah" muğamları çox Qəyərlidir. 

Aktrisanın ifasında Ərəb Zəngi - Şah İsmayıl (Əlövsət Sadıqov) və Leyli - Məcnun (Əbülfət Əliyev) 

duetləri lentə alınıb. 

Opera səhnə ifaçılığının inkişafında göstərdiyi səmrəli yaradıcılıq fəaliyyətinə, qazandığı 

sənət nailiyyətlərinə görə  Həqiqət Rzayeva 23 fevral 1940-cı ildə Azərbaycan Respublikasının 

əməkdar artisti və 17 iyun 1943-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

Həqiqət Əli qızı Rzayeva 2 avqust 1969-cu ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn 

olunub. 


 

 

 





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin