rayonunda doğulub. Məktəbi bitirən ili Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun
Musiqili Komediya aktyorluğu fakültəsinə daxil olub. 1969-cu ildə oranı bitirərək Azərbaycan
Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul edilib. Professor Elmira Quliyevanın sinifində
Yaradıcılıq dövründə Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Həsən xan), "Əsli və Kərəm"
(Keşiş), "Leyli və Məcnun" (Nofəl), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Şahvələd), Müslüm
bəy Maqomayevin "Şah İsmayıl" (Aslan şah), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Fikrət
Əmirovun "Sevil" (Atakişi və Əbdüləli bəy), Şəfiqə Axundovanın "Gəlin qayası" (Xan), Əfrasiyab
Bədəlbəylinin "Söyüdlər ağlamaz" (Murad), Cahangir Cahangirovun "Xanəndənin taleyi" (Aşur
bəy), Süleyman Ələsgərovun "Bahadır və Sona", Məmməd Quliyevin "Aldanmış ulduzlar"
(Yumruqoğlu), Cüzeppe Verdinin "Aida" (Amanasro), "Riqoletto" (Monteron), Jorj Bizenin
"Karmen" (Eskamilio), Cakomo Puççininin "Toska" (Baron Snarpio), "Bohema" (Şonar), Pietro
Maskaninin "Kənd namusu" (Alfio), Aleksandr Borodinin "Knyaz İqor" (Knyaz İqor), Sergey
Raxmaninovun "Aleko" (Aleko), Nikolay Rimski-Korsakovun "Çar gəlini" (Qryaznoy) operalarında
daha yaddaqalan partiyaları ifa edib.
Milli opera sənətinin inkişafında göstərdiyi xidmətlərə və sənətdə qazandığı nailiyyətlərə
görə 19 sentyabr 1991-ci il-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.
Dostları ilə paylaş: