Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə394/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   390   391   392   393   394   395   396   397   ...   470
GƏNCƏ DÖVLƏT DRAM TEATRINDA 

REJİSSOR SƏNƏTİ 

 

Gəncə teatrı 1933-cü ilin martında fəaliyyətə başlayanda ilk növbədə Bakı Türk İşçi 



Teatrının hazır tamaşaları  bərpa olunub repertuara daxil edildi. Eyni zamanda teatrla birlikdə 

Gəncəyə gəlmiş və burada payız mövsümünün sonuna qədər rejissorluq etmiş Abbasmirzə Şərifzadə 

Hüseyn Cavidin "Şeyx Sənan", Cəfər Cabbarlının "Yaşar" və Aleksandr Şirvanzadənin "Namus" 

dramlarına səhnə quruluşu verib. Repertuardakı bir sıra tamaşalara yeni aktyorları da Şərifzadə 

hazırlayıb. 

Gəncə dram kollektivinin yetirməsi olan İsmayıl  Əfəndiyev 1934-cü ildən teatrda aparıcı 

rejissor kimi önə  çıxıb.  Şərifzadə Bakıya qayıdandan sonra İsmayıl  Əfəndiyev kollekti-və baş 

rejissor təyin ediblər. Teatr onun rejissorluğunda "Fahişə" (Viktor Marqaret), "Üzləşdirmə" (Lev 

Şeynin və Tur qardaşları), "Namus" (Aleksandr Şirvanzadə), "Sevil", "Od gəlini", "Almaz" (Cəfər 

Cabbarlı), "Vaqif" (Səməd Vurğun) tamaşalarını oynayıb. 

Həbib  İsmayılov 1936-cı ildə teatra bədii rəhbər təyin olunub. Mirzə  Fətəli Axundzadənin 

"Lənkəran xanının vəziri",  Cəlil Məmmədquluzadənin   "Ölülər",  Cəfər Cabbarlının "1905-ci ildə", 

Mirzə İbrahimovun "Həyat" pyesləri onun quruluşlarında tamaşaçılara göstərilib. 

Ağəli Dadaşov 1938-1939-cu və 1945-1948-ci illərdə  Gəncə teatrında baş rejissor işləyib. 

Burada Georgi Mdivaninin "Vətən namusu" (1938), Sabit Rəhmanın "Toy" (1939) və "Aşnalar" 

(1946), Hacıağa Quliyevin "Qohumlar" (1939), Əyyub Abbasovun "Məlik Məmməd", Əbdürrəhim 

bəy Haqverdiyevin "Pəri cadu" (1946), Səməd Vurğunun "Fərhad və  Şirin" (1947), Konstantin 

Simonovun "Praqanın şabahd ağacları altında" (1947), İmran Qasımovun "Arzu və Sevinc", Kərim 

Sultanovla Məmməd Bürcəliyevin "Yadigar" (1948) pyeslərini tamaşaya hazırlayıb. 

Teatra dəvət edilmiş Yusif Yulduzun 1936-cı ildə hazırladığı "Od gəlini" (Cəfər Cabbarlı) 

qəhrəmanlıq dramının tamaşası, həmçinin onun quruluşlarında oynanılan Cəfər Cabbarlının 

"Almaz", "Solğun çiçəklər", Vadim Sobkonun "İkinci cəbhə", (1950), Hüseyn Muxtarovun "Ailə 

namusu" (1952) əsərləri kollektivin yaradıcılıq nailiyyəti kimi dəyərləndirilib. O, Gəncə teatrına ilk 

gəlişində az müddət baş rejissor olub. 

Əjdər Sultanov Gəncə teatrına BTİT-nin kollektivi ilə gəlib. Dörd ilə yaxın bu kollektivdə 

işləyib. Əvvəl-əvvəl teatrın hazır repertuarındakı tamaşalarda çıxış edib. Gəncədə hazırlanan səhnə 

əsərlərində oynayıb. Teatrın nəzdində "Uşaq və Gənclər Teatrı" bölməsi yaradılıb və Əjdər Sultanov 

burada rejissorluqla məşğul olmağa başlayıb. O, bu bölmədə Biçer Stounun "Tom dayının koması", 

Zəfər Nemətov və Əhməd Həsənovun "Qaralar ölkəsində", Cəfər Cəfərovla Şamil Məlikyeqanovun 

"Papiros çəkmə" uşaq əsərlərinə səhnə quruluşları verib. 

 

*  *  * 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   390   391   392   393   394   395   396   397   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin