Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


İSMAYIL AXUNDOV (15.41907 -13.9.1969)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə434/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   430   431   432   433   434   435   436   437   ...   470
İSMAYIL AXUNDOV (15.41907 -13.9.1969) 

 

Yaradıcılığına əsasən kitab illüstrasiyası ilə başlayan İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 

1907-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Bakı  Rəssamlıq Məktəbini bitirdikdən (1928) 

sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb. 1932-ci ildə oranı qurtararaq 

təyinatla Bakıya göndərilib və   "Azərnəşr"də  rəssam  işləyib. 

Rəssamlığın qrafika, karikatura və plakat janrları ilə  məşğul olub. Uzun müddət "Kirpi" 

satirik jurnalında işləyib. 

Teatra ilk dəfə 1937-ci iidə rejissor Ədil Isgəndərovdan dəvət alıb və Akademik Milli Dram 

Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşasında geyim eskizlərini 

çəkib. Bu teatrda İ938-ci ildə Mirzə  Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy 

Haqverdiyevin "Pəri cadu" (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun 

"Yanar dərə", Səməd Vurğunun "Vaqif", 1944-cü ildə Cəfər Cabbarlının "1905-ci ildə", 1955-ci il-

də Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasının tamaşalarında geyim rəssamı olub. 

1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı "Müsyö Jordan və  dərviş Mestəli çah" 

(Mirzə  Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı  rəssam kimi addıınını atıb. Bundan sonra 

AMDT-də 1939-cu ildə Onore de Balzakin "Ögey ana", Mehdi Hüseynin "Şöhrət", Cəlil 

Məmmədquluzadənin "Ölülər", 1943-cü ildə Aleksandr Ostrovskinin "Tufan", 1945-ci ildə 

Məmməd Səid Ordubadinin "Dumanlı  Təbriz", 1948-ci il-də Aleksandr Ostrovskinin "Günahsız 

müqəssirlər", Mirzə Fə-təli Axundzadənin "Lənkəran xanının vəziri", 1949-cu ildə Sabit Rəhmanın 

"Aydınlıq", Cəfər Cabbarlının "Solğun Çiçəklər", Anatoli Boryanovun "O tayda", Tur qardaşlarının 

"Bir evin sirri", 1952-ci ildə Karlo Haldoninin "Mehmanxana sahibəsi", 1956-cı ildə Hüseyn 

Cavidin "Şeyx Sənan", 1961-ci ildə Sabit Rəhmanın "Əliqulu evlənir", Mehdi Hüseynin "Alov", 

1966-cı ildə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərlərinin tamaşalarına həm monumental-romantik

həm də realist səpkilərdə səhnə tərtibatları verib. 

Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirmiş İsmayıl Axundov Azərbaycan Dövlət 

Musiqili Komediya Teatrında oynanınış Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", Səid Rüstəmovun 




"Durna" (dramaturq Süleyman Rüstəm), Fikrət  Əmirovun "Gözün aydın" (dramaturq Məhərrəm 

Əlizadə), Nəriman Məmmədov və Tofiq Bakıxanovun "Məmmədəli kurorta gedir" (dramaturq Atif 

Zeynallı) operettalarına əlvan tərtibatlar işləyib. 

İsmayıl Axundov səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verib. Yaradıcılığı 

rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə 

poetik ahəngdarlıq yaratınası baxımından səciyyəvidir. Təsviri sənətin müxtəlif sahələrində 

qazandığı nailiyyətlərə görə respublikanın  əməkdar incəsənət xadimi (1940) və xalq rəssamı (24 

may 1960) fəxri adlarına layiq görülüb. 1950-ci ildə Stalin mükafatı ilə təltif olunub. 

İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Bakıda vəfat edib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   430   431   432   433   434   435   436   437   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin