Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə95/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   470
ABBASMİRZƏ ŞƏRİFZADƏ 

(9.3.1891-16.11.1938) 

 

Romantik aktyor məktəbinin Hüseyn Ərəblinskidən sonraki ən ləyaqətli davamçısı görkəmli 



faciə aktyoru, böyük rejissor, cəfakeş teatr xadimi, kino sənətimizin tərəqqisində müstəsna rolu olan 

Abbasmirzə Şərifzadədir. O, 9 mart 1891-ci ildə Şamaxıda doğulub və iki yaşında ikən ailəsi Bakıya 

köçüb. Atası Mirzə Rəsul Şərifzadə müəllim işləyib, anası Fərruxbəyim isə evdar qadın olub. 

İlk təhsili evdə atasından alan Abbasmirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar 

(yəni rus-tünc) məktəbinə daxil olub. Üç il burada oxuyan Şərifzadə bir ildən sonra Üçüncü 

Aleksandr adına kişi gimnaziyasma qəbul edilib. Ancaq tutulduğu uşaq xəstəliyi ona təhsilini davam 

etdirməyə imkan verməyib. Böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticari işlərdə məşğulluğa 

başlayıb, həm də onunla teatr tamaşalarına gedib. Hüseyn Ərəblinskinin oyunu digər həmyaşıdları 

kimi, Abbasmirzəni də  məftun edib. Get-gedə  qəlbində aktyorluq sənətinə böyük maraq oyanan 

gənc 1908-ci ildə Müsəlman Dram Artistləri dəstəsinin hazırladığı Molyerin "Zorən təbib" 

komediyasında Lal qız rolunda ilk dəfə səhnəyə çıxıb. Bununla taleyini ömürlük səhnəyə bağlayan 

Şərifzadə "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi 

fəaliyyət göstərib. Aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı 

"Şərifzadə-1" (Şərifov), özü "Şərifzadə-2" yazılıb. 




1917-ci il 18 oktyabrda kifayət qədər  şöhrətlənmiş  sənətkar Azərbaycan Artistlər  İttifaqı 

yaradıb və özü də onun sədri olub. İttifaqda lkiilik aktyorluq kursu yaraddmışdı ki, bu da ilk milli 

səhnə təhsilimizin qaranquşu sayılır. 

İttifaqın  əsas idarə heyəti "İsmailiyyə" binasında yerləşirdi və onların hazırladıqları 

tamaşaların əksəriyyəti də məhz orada göstərilirdi. 1918-ci ilin mart hadisələrində erməni daşnakları 

Bakını tarmar edəndə "İsmailiyyə" binasını da yandırdılar və İttifaq dağıldı. Məcburiyyət qarşısında 

qalan  Şərifzadə Bakını  tərk edib Volqa çayı boyunca uzunmüddətli qastrola çıxdı. Həmin ilin 

payızında Baraya döndü. 1919-cu ildə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının 

müdiriyyəti" dram və opera truppasında baş rejissor işlədi. 1920-ci ilin iyununda Bakıdakı bütün 

teatr dəstələri bir truppada cəmləşərək Birləşmiş Dövlət Teatrosu yaradıldı. Buraya rus, gürcü və 

digər dillərdə fəaliyyət göstərən, o cümlədən bugünkü Akademik Milli Dram Teatrı daxil idi. Milli 

teatr 1922-ci ildə ayrılıb müstəqil oldu. 1924-cü ilədək Şərifzadə bir neçə dəfə Akademik teatra baş 

rejissor təyin edildi. 

Abbasmirzə Şərifzadə iyirminci illərin sonunda qısa müddət Bakı Türk İşçi Teatrında (1932) 

və kino fabrikində işləsə də, 1928-ci ildə opera teatrına baş rejissor təyin olunsa da, onun rejissor, 

əsasən aktyor yaradıcılığı tiiavasitə Milli teatrla bağlıdır. O, Azərbaycan səhnə  sənətini başqa 

məmləkətlərdə tanıtmaqda da böyük işlər görüb. Onun başçılığı ilə aktyorlarımız  İranda (1914), 

Aşqabadda (1917), Hacıtərxanda (1918), dəfələrlə Tiflisdə, Batumda, İrəvanda... qastrollarda 

olublar. 

Səssiz kino dövründə "Bayquş" filmində Xan roluna çəkilmiş Şərifzadə "Bismillah" (1925), 

"Hacı Qara" (1929), "Məhəbbət oyunu" (1934) bədii və "Azərbaycana səyahət" (1926) sənədli 

filmlərinə rejissorluq edib. Bakı Teatr Məktəbində aktyor sənətindən dərs deyib. Azərbaycan 

respublikasının əməkdar artisti (19 dekabr 1928) və xalq artisti (1 fevral 1936) fəxri adlarına layiq 

görülmüş Abbasmirzə  Şərifzadə 1938-ci ilin martında "xalq düşməni" damğası ilə tutulub. 

Şəxsiyyətə  pərəstiş dövrünün qurbanı olan sənətkarın güllələnmə ili və günü dəqiq bilinmədiyinə 

görə bir müddət onun ölümü martdan götürülüb. Bəzi mənbələrdə bu tarix 1943-cü ildir. 

Əslində Abbasmirzə Şərifzadə 16 noyabr 1938-ci ildə güllələnib. Əllinci illərdə ölümündən 

sonra bəraət almış  sənətkara 1963-cü ildə  təntənəli  şəkildə 70 illik yubiley keçirilib. Onun adına 

Bakıda küçə var. Vaxtilə özü sədr olduğu Cəmiyyətin yerləşdiyi Aktyor Evi Abbasmirzə 

Şərifzadənin adını daşıyır. 

Aktyorun mənim verdiyim olum və ölüm tarixi tam dəqiqləşdirilib. 

Aktyorun oynadığı rolları beş qismə bölmək olar: faciə rolları, romantik qəhrəmanlıq 

obrazları, dramatik psixoloji surətlər, komediya personajları, opera partiyaları. 

Ən parlaq qələbələr qazandığı ifaları faciə rolları olub. Cəfər Cabbarlının əsərlərində Aydın 

("Aydın"), Oqtay ("Oqtay Eloğlu"), Elxan ("Od gəlini"), Hüseyn Cavidin faciələrində İblis ("İblis"), 

Şeyda ("Şeyda"), Cəlal ("Uçurum"), Knyaz ("Knyaz"), Səyavuş ("Səyavuş"), Vilyam Şekspirin 

eyniadlı pyeslərində Hamlet, Otello, Maqbet, həmçinin Nadir şah, ("Nadir şah", Nəriman 

Nərimanov), Qurban, Nəcəf bəy, Qacar ("Pəri cadu", "Dağılan tifaq" və "Ağa Məhəmməd  şah 

Qacar",  Əbdürrəhim bəy Haqverdiyev), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov). 

Ferdinand, Karl ("Məkr və məhəbbət" və "Qaçaqlar", Fridrix Şiller), Seyran ("Namus", Aleksandr 

Şirvanzadə), Buridan ("Qanlı qala", Aleksandr Düma), Ənvər bəy ("Sultan Əbdülhəmidin xəli", Rza 

Zaki Lətifbəyov), Səid bəy ("Zülmün səmərəsi", Səkinə Axundzadə), Xosrov ("Qara bəla", Namiq 

Kamal), Barxlay de Tolli ("1812-ci il və ya Moskva yanğını", Baxmetov), Uriel Akosta ("Uriel 

Akosta", Karl Qutskov) rolları faciə bölumünün ən parlaq nümünələridir. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin