75
Milli ədəbiyyat
80
illiyi
Cabir Novruz
1933-2002
MART
Cabir Mirzəbəy oğlu Novruzov
(Cabir Novruz) 1933-cü il mart ayının
12-də Xızı rayonunun Upa kəndində
anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra Mirzə Ələkbər Sa-
bir adına Pedaqoji Texnikumda təhsil
almış və 1952-ci ildə Azərbaycan
Dövlət Universitetinin jurnalistika
fakültəsinə daxil olmuşdur. Bir il son-
ra Azərbaycan Yazıçılar İttifaqının
tövsiyəsi ilə təhsilini davam etdirmək
üçün Moskvaya, Maksim Qorki adına
Ədəbiyyat İnstitutuna göndərilmiş və
1957-ci ildə oranı bitirmişdir.
1958-ci ildə “Bakı” axşam qəzetinin
Ədəbiyyat şöbəsində ədəbi işçi kimi
əmək fəaliyyətinə başlayan Cabir Nov-
ruz 1967-1970-ci illərdə “Azərbaycan”
ədəbi-bədii jurnalının, 1991-1993-cü
illərdə isə “Ədəbiyyat və incəsənət”
qəzetinin baş redaktoru vəzifələrində
çalışmışdır. O, 1970-1997-ci illərdə
Azərbaycan Yazıçılar İttifaqı İdarə
Heyətinin katibi olmuşdur.
Şairin əsərləri dünyanın müxtəlif
xalqlarının dillərinə tərcümə edilərək
nəşr olunmuşdur. Şeirlərinə mahnılar
bəstələnmişdir. Onun bədii tərcümələri
sayəsində isə Azərbaycan oxucusu
dünya poeziyasının bir sıra qiymətli
nümunələri ilə tanış olmaq imkanı qa-
zanmışdır.
“Mənim mugamatım”, “İnsan təbi-
əti”, “Həyat, sən nə qəribəsən”, “Bir
dünyam var”, “İnsan himnləri”, “Se-
çilmiş əsərləri” (iki cilddə) və s. kitab-
ların müəllifidir.
Şairin ədəbi və ictimai fəaliyyəti
yüksək qiymətləndirilmişdir. O, 1978-
ci ildə “Əməkdar incəsənət xadimi”,
1999-ci ildə “Xalq şairi” fəxri adla-
rına, dövlət mükafatına, 1986-cı ildə
“Qırmızı əmək bayrağı“ ordeni və me-
dallara layiq görülmüşdür.
Cabir Novruz 1995-ci ildə Azər-
baycan Milli Məclisinin deputatı seçil-
mişdir.
Azərbaycan Respublikası Preziden-
tinin fərdi təqaüdçüsü olmuşdur.
Cabir Mirzəbəy oğlu Novruzov
(Cabir Novruz) 2002-ci il dekabr ayı-
nın 12-də ömrünün 70-ci ilində vəfat
etmişdir.
Xatirəsinin əbədiləşdirilməsi məq-
sədilə Cabir Novruz adına fond yara-
dılmış (2003), onun yaşadığı binaya
(N.Nərimanov prosp.11) xatirə lövhəsi
vurulmuş, Xızıda orta məktəbə onun
adı verilmiş, eləcə də haqqında www.
cabirnovruz.gen.az saytı hazırlanmış-
dır.
Saytda Cabir Novruzun həyat və ya-
radıcılığı haqqında məlumatlar, kitab-
ları, tərcümələri, çap olunan və olun-
mayan şeirləri, onun haqqında yazılan
rəylər, məqalələr, ədəbi tənqidlər, şai-
rin sözlərinə yazılmış 128 mahnı, on-
lara çəkilmiş kliplər yerləşdirilmişdir.
Saytda materiallar 3 – Azərbaycan, rus
və ingilis dillərində verilmişdir.
Dostları ilə paylaş: