181
Milli ədəbiyyat
85
illiyi
İsa Muğanna
1928
İYUN
İsa Mustafa oğlu Hüseynov (Mu-
ğanna) 1928-ci il iyun ayının 12-də
Ağstafa rayonunun Muğanlı kəndində,
ziyalı ailəsində düny
aya gəlmişdir.
Orta məktəbi bitirdikdən sonra 1945-
ci ildə N.Nərimanov adına Tibb
Universitetinə daxil olsa da, 4 ay
sonra kəndə qayıtmışdır. Sonradan
Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olmuş, bu-
rada 4 illik təhsilini başa vurmuş və
Moskvadakı Qorki adına Ədəbiyyat
İnstitutunda oxumuşdur.
1952-ci ildən Yazıçılar Birliyinin
üzvüdür.
1952-1954-cü illərdə “Azərnəşr”də
Ədəbiyyat şöbəsinin redaktoru, 1960-
1964-cü illərdə “Literaturnıy Azerbayd-
jan” qəzetində Nəsr şöbəsinin müdiri,
1964-1968-ci illərdə C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
baş redaktor, 1968-1974-cü ildə redak-
tor, 1974-1979-cu illərdə Ssenari şura-
sının üzvü, 1979-cu ildə Azərbaycan
Kinematoqrafiya Komitəsində baş re-
daktor vəzifələrində çalışmışdır.
Ədəbi fəaliyyətə 1947-ci ildə, 19
yaşında ikən “İnqilab və Mədəniyyət”
qəzetində çap edilən “Anadil ötən
yerdə” oçerki ilə başlamışdır. Yazı-
çının “Yanar ürək”, “Doğma və yad
adamlar”, “Tütək səsi”, “Məhşər”,
“İdeal” əsərləri nəsrimizə yeni təlatüm
gətirmiş, Azərbaycan nəsri repressiya
dövrünün vahimələrindən xilas olaraq
cəsarətlə yeni mərhələyə qədəm qoy-
muşdu.
1950-ci ildən etibarən kitabları
nəşr olunmuşdur. Ssenariləri əsasında
(“Nəsimi”, “Ulduzlar sönmür”, “Niza-
mi”, “Tütək səsi”, “Qərib cinlər diya-
rında” və s.) filmlər çəkilmiş, əsərləri
xarici dillərə tərcümə olunmuşdur. İstər
inqilabi-tarixi mövzuda və istərsə də
müasirlərimizin həyatından bəhs edən
kino əsərlərində İ.Muğanna həmişə
həyat həqiqətlərinə, tarixi faktorla-
ra, dəlillərə sadiq qalmağa çalışmış
və bunun kino təcəssümünə nail ola
bilmişdir. “26 Bakı Komissarı” filmi
1968-ci ildə Ümumittifaq Leninqrad
Festivalının ən yaxşı tarixi-inqilabi
film mükafatını almışdır.
Görkəmli yazıçı haqqında
“Azərbaycanfilm” kinostudiyasında
ssenari müəllifi Əhməd Oğuz, rejis-
soru Şahəddin Elxan Mayıloğlu olan
“Muğanna” adlı sənədli televiziya fil-
mi çəkilmişdir.
2007-ci ildə yazıçının həyat və
fəaliyyətini əks etdirən sayt (www.isa-
huseynov.com) yaradılmışdır.
İsa Hüseynov (Muğanna) 1976-cı
ildə “Əməkdar inc
əsənət xadimi”, 1988-
ci ildə “Azərbaycanın Xalq yazıçısı” fəxri
adına layiq görülmüşdür.
Dostları ilə paylaş: