240
Coğrafiya.Geologiya
85
illiyi
Ramazan Tarverdiyev
1928-1983
AV
Q
U
S
T
Ramazan Baxşəli oğlu Tarverdiyev
1928-ci il avqust ayının 5-də indiki Ha-
cıqabul rayonunun Navahı kəndində
anadan olmuşdur.
1953-cü ildə Azərbaycan Dövlət
Universitetinin coğrafiya fakültəsini
bitirmişdir.
1953-1956-cı illərdə Azərbaycan
Hidrometeoroloji Xidmət İdarəsində,
1956-1968-ci illərdə Azərbaycan SSR
EA Coğrafiya İnstitutunda, 1968-
1973-cü illərdə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda Fiziki coğrafiya
kafedrasında dosent və 1973-cü ildən
ömrünün sonuna kimi kafedra müdiri
vəzifəsində çalışmışdır.
Tədqiqatları əsasən Azərbaycanın
gölləri və su anbarlarının hidrolo-
ji xüsusiyyətlərinə həsr edilmişdir.
Azərbaycanın Böyük Qafqaz təbii
vilayətində yerləşən Cavanşir, No-
hurqışlaq, Qaranohur, Aşıq Bayramlı,
Yekəxana su anbarlarının, Tufangöl,
Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin
hidroloji xüsusiyyətlərini öyrənmişdir.
Əsas tədqiqat obyekti Mingəçevir su
anbarı, onun suyunun səviyyə reji-
mi, külək-dalğa rejimi, temperaturu,
lillənməsi, donma halları, suyun rəngi,
şəffaflığı, su balansını öyrənmişdir. Su
anbarının lillənməsinin təkcə çayın
gətirdiyi lil materialları ilə deyil, həm
də sahillərin yuyulub uçması, külək
vasitəsilə gətirilən materiallar hesabı-
na da baş verməsini tədqiq etmişdir.
Məhz onun irəli sürdüyü elmi-metodik
hesablama üsulları Şəmkir SES-in
tikintisində tətbiq olunmuşdur.
Ramazan Tarverdiyev 1980-ci
ildə Rusiyanın Baykal gölündə elmi-
tədqiqat işləri aparmışdır. Həmçinin,
1963-cü ildə Azərbaycanın İsmayıllı
rayonu ərazisindəki Qafqaz Albaniya-
sı dövrünə aid Cavanşir qalasının (VII
əsr) tam sxemini bussol planaalma
yolu ilə tərtib etmişdir.
ASE-nin I-VII cildlərində əhatə
olunmuş göl və su anbarlarına aid bir
çox məqalələrin müəllifidir.
1977-ci ildə coğrafiya elmləri dok-
toru elmi dərəcəsi almış, 1978-ci ildən
professordur.
R.B.Tarverdiyev 1945-ci ildə
“1941-1945-ci illər Böyük Vətən
Müharibəsində
fədakar
əməyə
görə”, 1975-ci ildə “Böyük Vətən
Müharibəsində Qələbənin 30 illiyi” və
1980-ci ildə “Sosializm yarışının qali-
bi” medalları ilə təltif edilmişdir.
Görkəmli coğrafiyaşünas alim
1983-cü il may ayının 27-də Bakıda
vəfat etmişdir.
Dostları ilə paylaş: