248
Tarixdə bu gün
Beynəlxalq Azərbaycan Muğamı Günü
2010
AV
Q
U
S
T
26 avqust - Beynəlxalq Azərbaycan Muğamı
Günü və İpək Yolu üzərində yerləşən ölkələrin
musiqisi günü elan olunmuşdur. Qərar Kanadanın
Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər
il keçirilən Beynəlxalq Niaqara mu-
siqi festivalının rəhbərliyi tərəfindən
qəbul olunmuşdur.
Muğam Azərbaycanın qədim mu-
siqisi olub, 1975-ci ildə YUNESKO
tərəfindən “Musiqi mənbələri” seri-
yasına daxil edilmişdir.
Son illərdə “Qarabağ xanəndələri”
albomu buraxılmış, “Muğam” jur-
nalı, “Muğam ensiklopediyası” nəşr
edilmişdir. Muğama dair müasir texnologiyalara
əsaslanan və 8 diskdən ibarət “Azərbaycan mu-
ğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi
hazırlanmışdır.
Bəşəriyyətin şifahi və mənəvi irsinin bən-
zərsiz xəzinələrindən olan muğam ötən əsrin
əvvəllərindən başlayaraq dünya mədəniyyəti
məkanına daxil olmağa başlamışdır. 1971-ci ildə
YUNESKO 50 albomdan ibarət olan “Dünya
ənənəvi musiqisinin antologiyası” kolleksiyasına
“Şərqin musiqi antologiyası” seriyasında çıxan
“Azərbaycan musiqisi” plastinkasını da daxil et-
mişdir. Azərbaycan muğamı Andrey Tarkovskinin
bütün dünya ekranlarını dolaşan “Stalker” filmində
də səslənmişdir.
Bütün bunlarla yanaşı muğamlarımız təkcə Yer
kürəsi sakinlərini deyil, həm də göy cisimlərini
özünə cəlb etmişdir. ABŞ Milli Kosmik Agentliyi
(NASA) Azərbaycanın milli sərvəti olan muğam
musiqi nümunəsini 1977-ci ildə peyklə kosmosa
göndərmişdir.
Muğam Şərqin ən qədim musiqi janrların-
dan biri olduğu üçün dünya musiqişünaslarının,
sənətsevərlərin daim diqqətini cəlb etmişdir. Qədim
və orta əsr Şərq musiqi mədəniyyətinin, folkloru-
nun öyrənilməsində bu janr əsas amillərdən biri
kimi tədqiqatçıların təhlil obyektinə
çevrilmişdir.
Azərbaycanın müstəqilliyi
dövründə milli muğam ifaçılığı yeni
inkişaf mərhələsinə qədəm qoymuş-
dur. Yüzilliklərlə cilalanan, zaman-
zaman üslub, obraz, məzmun,
ifaçılıq mahiyyəti zənginləşən
Azərbaycan muğamının müasir
tarixində Heydər Əliyev Fondu-
nun prezidenti, YUNESKO-nun və İSESKO-
nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol
oynamışdır. Bu fəaliyyətin nəticəsidir ki, son illər
muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli
dəstək alaraq, sözün əsl mənasında, intibah dövrü-
nü yaşayır.
YUNESKO-nun qərarı ilə muğamın dün-
ya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri
əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi
təkcə xalqımızın deyil, bütün bəşəriyyətin mi-
silsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi
qiymətləndirilməsinə bariz nümunədir.
Dostları ilə paylaş: