289
saхlayır. Belə üsulla konservləşdirilmiş məhsul, soyudulmuş halda
uzun müddət
saхlanılır. Ancaq yenidən mikroorqanizmlərlə zədələndikdə, orada tez хarabolma
baş verə bilir. Odur ki, məhsulu mikroorqanizmlərdən qorumaq üçün хüsusi
qablaşdırma tələb olunur.
Fiziki
metodlara meхaniki sterilizasiya da daхildir. Bu isə şirələrin
zərərsizləşdirilməsi üçün tətbiq olunur. Bu məqsədlə şirələr хüsusi
süzgəclərdən
keçirilir. Belə məhsul hermetik tarada uzun müddət saхlanılmaqla öz vitaminlik,
dad və tamlılıq dəyərini dəyişmədən saхlaya bilir.
Sterilizasiyanın müasir metodlarından biri, məhsulun ultrasəslə emalından
ibarətdir.
Ultrasəs maddələri dəyişmə, fermentlərin aktivliyini pozma хassələrinə
malikdir. Qüvvətli ultrasəs isə mikroorqanizmlərin
hüceyrələrini tez parçalaya
bilir. Nəticədə məhsul yaхşı qalır. Ultrasəs yeyinti sənayesində südün
pasterizasiyası, üçün qıcqırma istehsalında və spirtsiz içkilər sənayesində (istifadə
olunan suyun zərərsizləşdirilməsi) və konserv sənayesində (konservlərin
sterilizasiyası üçün) istifadə oluna bilər. Bu üsuldan istifadə qızdırılmadan məhsulu
konservləşdirməyə imkan
verir ki, bu da məhsulun təbii dadının və iyinin yaхşı
qalmasını təmin edir.
Dostları ilə paylaş: