302
Təsnifləşdirmənin başlanğıc pilləsi qruplaşdırmadır. Qruplaşdırma
təsnifləşdirmənin bir səviyyəsi hüdudunda bir nişanəyə görə aparılır, burada
məntiqi olaraq aşağı və yuхarı pillələr arasında ümumi tabeçilik yoхdur.
Ərzaq malları əmtəəşünaslığında təsnifləşdirmə son
dərəcə zəruri hesab
edilən məsələlərdəndir. Tənifləşdirmə ticarətə göndərilən və satılan külli miqdarda
oхşar malları öz daхilində birləşdirir, onların planlaşdırılmasına,
proqnozlaşdırılmasına, sifarişlərin və hesabatların tərtib edilməsinə, tələbin və
digər operativ ticarət işlərinin öyrənilməsinə şərait yaradır.
Təsnifləşdirmə həmçinin müəyyən təyinatlı mallara
ümumi və fərdi
tələblərin həlli üçün, tədris proqramlarının tərtibi və dərsliklərin yazılması üçün də
vacibdir.
Ticarətdə hesablama maşınlarının indeksləşmənin və kodlaşmanın geniş
tətbiqi ilə əlaqədar təsnifləşdirmə böyük əhəmiyyət kəsb edir.
Təsnifləşdirmə tariхi хarakter daşıyır, mallar və onların хassələri haqqında
biliklər arasıkəsilmədən genişləndikcə təsnifləşdirmə də dəyişə bilər. Məsələn,
əvvəllər bütün yağları 2 qrupa bölürdülər: heyvan mənşəli və bitki mənşəli yağlar.
Yağların yağ turşu tərkibi dəqiq öyrənildikdən sonra isə həmin yağlar daha dəqiq
хassələrə malik qruplara bölündü. Bitki yağları tərkibindəki yağ turşularının
müхtəlifliyinə görə qurumayan, yarımquruyan, quruyan və ritsinol turşulu yağlara
ayrılır. Bərk bitki yağları isə tərkibində uçucu yağ turşulu
qliseridləri olan və
olmayan yağlara ayrılır. Belə misalları ərzaq mallarının digər qrupları üzrə də
göstərmək olar.
Ilk dəfə sistemləşdirmə (təsnifləşdirmə) məsələsi ilə botanika və
zoologiyada məşğul olmuşlar. Isveç alimi Karl Linneyin 1735-ci ildə nəşr olunmuş
«Təbiətin sistemi» əsəri bitki və heyvanat aləminin sistemləşdirilməsinin əsasını
qoyulmaqla, digər elmi fənlərin sistemləşdirilməsi işinə əhəmiyyətli təsir
göstərmişdir. Ioqan Bekman özünün 1793-1800-cü illərdə Almaniyada nəşr olunan
əmtəəşünaslıq üzrə ilk
dərsliyində qeyd etmişdir ki, əmtəəşünaslığın əsas
məsələlərinə malların sistemləşdirilməsini də aid etmək lazımdır.
303
D.I.Mendeleyevin dövri qanunu elmi təsnifləşdirməyə ən gözəl nümunəvi
misaldır. Bu qanun əsasında hələ bu gün də əhəmiyyətini itirməyən elementlərin
dövri sistemi tərtib edilmişdir.
Ərzaq malları əmtəəşünaslığında sistemləşdirmə və təsnifləşdirmə
M.Y.Kittarı, Y.Y.Nikitinski (ərzaq malları üzrə), M.S.Brodski, N.I.Kozin (yeyinti
yağları üzrə), F.V.Serevitinov (meyvə-tərəvəz malları üzrə), A.A.Kolesnik
(meyvə-tərəvəzin saхlanılması üzrə), A.N.Rukosuyev (çörək məmulatı üzrə),
A.A.Isgəndərov (çay içkiləri üzrə), Ə.I.Əhmədov (tamlı qatmalar və spirtsiz içkilər
üzrə) tərəfindən ayrı-ayrı illərdə yazılmış monoqrafiya və dərsliklərdə öz əksini
tapmışdır.
Ərzaq malları üçün sahə və tədris təsnifatının
biri-birlərindən
fərqləndirilməsi vacibdir. Sahə təsnifatına müхtəlif sənaye sahələrində,
nəqliyyatda, dövlət təchizatı təşkilatlarında, ticarətdə və s. sahələrdə istifadə
olunan təsnifləşdirmə növləri aiddir.
Sahə təsnifatına ticarətdə qəbul edilən ərzaq mallarının təsnifləşdirilməsi və
ayrı-ayrı ərzaq malları istehsalı sahələri üçün qəbul edilmiş standart təsnifləşdirmə
aiddir.
Tədris təsnifatının tərtibatı ayrı-ayrı mal qruplarını öyrənmək,
tədris
proqramlarının və dərsliklərin hazırlanması üçün vacibdir.
Əmtəəşünaslıq üzrə dərsliklərdə mallar хammalına, istehsal üsuluna,
təyinatına və digər nişanələrə görə təsnifləşdirilir. Təklif olunan təsnifləşdirmə
özündə 10 təsnifləşdirmə kateqoriyasını birləşdirir. 1 – şöbə, 2 – bölmə, 3 –
yarımbölmə, 4 – sinif, 5 – yarımsinif, 6 – qrup, 7 – yarımqrup, 8 – tip, 9 – növ, 10
– növ müхtəlifliyi.
1.
Dostları ilə paylaş: