BDU-nun rektoru Abel Məhərrəmov dövlətimizin başçısına fəxri doktorluq mantiyasını və diplomunu təqdim etdi.
Prezident İlham ƏLİYEV təşəkkür edərək dedi: Sağ olun. Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi mə-
nim üçün böyük şərəfdir. Mən müxtəlif universitetlərin fəxri doktoruyam. An-
caq, əlbəttə ki, mənim üçün ən doğma olan Bakı Dövlət Universitetinin fəxri
doktoru adını almaq xüsusi məmnunluq hissləri oyadır. Mənim fəaliyyətimə
verilən bu yüksək qiymətə görə sizə bir daha öz dərin minnətdarlığımı bildir-
mək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin hərtə-
rəfli inkişafı üçün bundan sonra də əlimdən gələni əsirgəməyəcəyəm.