Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə39/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   35   36   37   38   39   40   41   42   ...   66
1.
 
Server: Bu bölmə informasiyanı qorumaq, saxlamaq və idarə etmək 
vəzifəsini daşıyır. Yəni sənədlərin və oxucuların və  həmçinin sənədləri 
oxucuya vermək üçün əlaqədar informasiya bu bölmədə saxlanır. 
2.
 
 Klient: Bu bölmə kitabxanaçı  və oxucu ilə  əlaqə saxlamaq və 
informasiyanı qəbul, təqdim və emal etmək vəzifələrini həyata keçirir. 
Adətən kitabxana proqram təminatı  tətbiq olunmuş kitabxanalarda bir 
neçə kompüter istifadəçilərin öhdəsinə verilir. Belə olduqda da kompüterlərin 
sayında  Klient (xidmətləri qəbul edən) proqramı quraşdırılır. Yalnız bir 
kompüterdə Server proqramı quraşdırılır. 
Klient/Server arxitekturasının üstünlüyü, informasiyanın təhlükəsizliyidir. 
Bu belə izah olunur ki, əgər  Klient kompüterləri işdən düşsə  və dağılsa, 
 
111


informasiya heç bir ziyana məruz qalmır çünki informasiya bir kompüterdə  
Server də saxlanır. 
WinLib 2000 proqram təminatı tamamilə  İP Based (internet protokolu) 
proqramıdır. Bu proqramı  şəbəkədə istifadə etmək üçün TCP/İP (ötürməni 
idarəetmə protokolu/internet protokolu) protokolundan faydalanmaq lazımdır. 
Proqramdan istifadə edənlərin çoxluğu heç bir məhdudiyyətlə qarşılaşmır (18). 
WinLib 2000 proqram təminatını kitabxanada istifadə etmək üçün öncə 
onun quraşdırır, CD-ni kompüterin CD drayverinə daxil edib gözləyirlər ki, 
proqramın avtomatik icra olunması fəaliyyətə başlayıb və quraşdırma mərhələri 
icra olsun. Proqram təminatını quraşdırandan sonra informasiyanın daxil edil-
məsi işi başlayır. İnformasiyanın daxil edilməsi bir başa və vasitəli həyata keçi-
rilir. Bu proqram təminatında etibarlı  məlumatlar bazalardan informasiyanı 
mübadilə etmək imkanı yaradılıb. Məsələn,  İSO 2709 standartı, Z 39.5 stan-
dartı, İran milli biblioqrafik məlumat bazası. 
Bu proqram təminatının çıxış yollarından biri İSO 2709 standartıdır. Bu 
standart zamanı, məsələn, hər hansı bir idarədə bu proqram təminatı istifadə 
edilərkən o idarənin informasiyasının bütün və ya bir hissəsini başqa bir 
idarəyə ötürmək mümkün olur. O mərkəzlərdə ki, Pars Azərəxş proqram 
təminatından istifadə edirlər, informasiyanı mübadilə etmək üçün İSO 2709 
standartından istifadə olunur. Beləliklə, proqram təminatına informasiyanı 
daxil etmək üçün tələb olunan vaxt minimuma enir. 
Dünyada internet şəbəkəsinin yayımlanmasından sonra ABŞ Konqres 
Kitabxanası informasiyasının yayımlanması üçün bu kitabxananın kataloqlarını 
internetdə öz veb saytında bu ünvanda www.1cweb.1oc.gov/z 39.50 yerləşdirdi. 
Bu  şəbəkədən istifadə etməklə  həmin sayta daxil olub, istənilən sənədlərin 
biblioqrafik axtarışını həyata keçirib, axtarışın nəticəsini HTML faylda yadda 
saxlayıb, sonra bu faylı kitabxana proqram təminatına ötürmək olar.  
İran milli biblioqrafik məlumat bazası  İran  İslam Respublikasının milli 
kitabxanasının istehsalıdır ki, onda kitabxanada mövcud olan 500000-dən artıq 
fars kitablarının biblioqrafik informasiyası göstərilir. Bu məlumat bazasından 
istifadə və informasiyanı mübadilə etmək üçün əvvəlcə istənilən yazını axtarış 
edib və axtarış  nəticəsi  İSO 2709 formatda olan faylda yadda saxlanır və 
proqram təminatına köçülür. 
İnformasiyanı bir başa daxil etmək üçün bu proqram təminatının işçi 
səhifəsində menyu lövhəsindən "informasiyanı daxil və islahat" seçimi seçilir 
və sonra informasiyanı daxil etmək üçün işçi səhifəsində sənədin növünü (fars 
dilində kitab, latın dilində kitab, jurnal və s.) seçib və kompüterə biblioqrafik 
informasiyanı klaviatura vasitəsilə daxil edirlər.(16) 
Təbriz Universitetinin mərkəzi kitabxanasının computerləşdirilməsinin 
ilkin mərhələsində bütün sənədlər haqqında informasiya kompüterə daxil edildi. 
Bu kitabxanada Amerika Konqres Kitabxanası (LC) təsnifatından istifadə edilir. 
 
112


Bu proqram təminatının başqa imkanlarından biri mövzu başlığı məlumat 
bazasından istifadə etməkdir.  İranda mövzu başlığı kitabların standart məz-
mununu tanımaq və  təyin etmək üçün hazırlanır. 1969-cu ildə  İran milli 
kitabxanası "Fars Mövzu Başlıqları"nın birinci versiyasını hazırladı. Bu işlə 
əlaqədar yeni versiyalar növbəti illərdə hazırlandı və kitabxanaların ixtiyarına 
verildi. Burada göstərilmiş  məqsədlərə diqqət yetirməklə bu proqram 
təminatında latın və fars mövzu başlığından istifadə etmək üçün lazım olan 
proseslər nəzərə alınıb.  Bu proqram təminatında fars mövzu başlığın yardımcı 
faylı var ki, özündə 20 mindən artıq mövzu başlığını birləşdirir ki, o da  
kataloqları  tərtib edəndə kitabların mövzularının daxil edilməsi üçün istifadə 
olunur. Yəni mövzuya bağlı olan informasiyanı klaviatura ilə yazmaq əvəzinə 
mövzu başlığı faylından istifadə edilib və mövzu istənilən yerə daxil edilir. 
İran Milli Kitabxanası bir formada və rahat istifadə üçün müəlliflərin 
haqqında informasiyaları yığıb, sənədləşdirir. Bu proqram təminatı sənədləşmiş 
məşhurlar məlumat bazasından istifadə etmək imkanı yaradır. Qeyd 
olunmalıdır ki, İran milli kitabxanası fars mövzu başlığı  və  sənədləşmiş 
məşhurlar məlumat bazasını hazırlayıb və yeniləşdirir və proqram təminatı 
yaradan şirkətlərin ixtiyarına verir. 
Bu proqram təminatda bir və ya bir neçə faylı, yaddaşda saxlanan yazıya 
əlavə etmək mümkündür. Bu imkandan elektron kitabxana və arxiv yaratmaq 
üçün istifadə edilir. Məsələn, məqalələrin tam mətnini və ya dissertasiyanın 
xülasəsini və ya kitabın mündəricat siyahısını skaner edib və fayl formasında 
yazıya əlavə etmək olur, beləliklə istifadəçilər axtarışdan sonra istənilən yazını 
tam mətn formasında oxuya  bilərlər.(15) 
Bu proqram təminatı vasitəsilə hesabat yaratmaq mümkündür, yəni 
informasiyanın daxil edilməsindən sonra xüsusi standart hesabat növlərini 
məsələn sərlövhə kataloq kartoçkaları, mövzu kataloq kartoçkaları, oxucuların 
oxucu biletləri və s. hazırlayıb və çapa təqdim etmək mümkündür. Sürət və 
diqqətlə informasiyanı  əldə etmək bu hissənin xüsusiyyətlərindən biridir. Bu 
hissənin digər imkanları aşağıdakılardan ibarətdir: 
1. Əsas (toplu) kataloq kartoçkasının hazırlanması.  
2. Mövzu kataloq kartoçkasının hazırlanması. 
3. Sərlövhə kataloq kartoçkasının hazırlanması.  
4. Müəllifin kataloq kartoçkasının hazırlanması və s. 
Bu proqram təminatı vasitəsilə müxtəlif növlü məlumatları istənilən 
formada layihələşdirib, çap etmək mümkündür. Məsələn, hər hansı bir tanınmış 
yazıçının kitablarının siyahısını hazırlamaq mümkündür (19). 
Həmçinin oxucuların  şəxsi informasiyalarını daxil  etmək mümkündür,  
bunun üçün işçi səhifədə lazım olan sahələrdə (məsələn adı  və soyadı, peşə, 
ünvan, götürdüyü sənədlərin sayı və s.) layihələşdirilib. Hətta fərdin şəklini də 
skaner edib və fayl formada yadda saxlayib və daxil edilmiş yazıya birləşdir-
 
113


mək mümkündür. Bu hissədə daxil olunmuş informasiyadan oxucu bileti və 
ştrix kodun hazırlanma və çap olması üçün istifadə olunur. Ştrix kodun hazır-
ladıqdan sonra onu oxucu bileti arxasına yapışdırmaq ilə, ştrix kodun oxuyucu 
qurğu vasitəsilə oxucunun informasiyasını klaviaturadan istifadə etmədən 
proqram təminatına daxil etməsi mümkündür. Bu bölmənin  ən mühüm infor-
masiya sahələri aşağıdakılardan ibarətdir: oxucu nömrəsi, adı, soyadı, doğul-
duğu tarixi, təhsil aldığı sahənin adı, təhsil səviyyəsi,  şəkli, oxucu biletinin 
etibarlılıq tarixi, üzvlük tarixi, tələbə və ya işçi vəsiqəsinin nömrəsi, peşəsi, iş 
yerinin ünvanı, iş yerinin telefon nömrəsi, e-mail(elektron) ünvanı və s. (19). 
Kitabxananın fəal bölmələrindən biri də abonement şöbəsıdir. Sənədlərin 
mütaliə üçün oxuculara verilməsi, qaytarılması, geri qaytarılma müddətinin 
uzadılması və s. burada yerinə yetirilir. Bu hissənin iş strukturu kitabxananın 
qeydiyyat dəftərində olan  nömrələrin  əsasındadır. Beləliklə, bu proqram 
təminatı ilə o sənədlərin ki qeydiyyat nömrəsi yoxdur oxuculara vermək olmaz, 
bu vəziyyətdə bu iş əl üsulu əsasında yerinə yetirilir. Proqram təminatında bu 
hissənin müxtəlif imkanları ibarətdir: 
1.
 
Sənədləri oxumaq üçün oxuculara vermək,  əvvəlcə sifariş etmək 
(rezerv), geri qaytarılma  vaxtının  uzadılması. 
2.
 
Sənədi götürən fərdin və  sənədin vəziyyətinin yoxlanılması. Bu iş 
deyilən hallarda həyata keçirilir: 
3.
 
Oxucu biletinin nömrəsi və sənədin nömrəsi əsasında, sənədləri ştrix 
kodun oxuyucu qurğusu və ya klaviatura vasitəsilə oxucuya vermək imkanı. 
4.
 
Oxucu biletinin nömrəsi mövcud olmadığı zaman adı və soyadını təq-
dim edərək informasiyanı əldə etmək imkanı. 
5.
 
Oxucuya verilmiş sənədlərin siyahısını müşahidə etmək imkanı. 
6.
 
Proqram təminatının mövcud təqvimin əsasında sənədin geri qaytarıl-
ma gününün təyin edilməsi.  
7.
 
Ekranda sənədin geri qaytarılma tarixinin yazılması. 
8.
 
Kompüterdə  sənədləri oxuculara verən hissədən rahatlıqla informasi-
ya-axtarış hissəsinə daxil olmaq imkanı. 
9.
 
Proqram təminatı vasitəsilə şəxsə aid səciyyəvi xüsusiyyətlərin yoxla-
nılması və avtomatik formada sənədinin oxucuya verilməsinə icazə və ya geri 
qaytarılma vaxtının uzadılması və geri qaytarılma tarixinin təyin edilməsi. 
Kitabxananın məsul işçiləri bu proqram təminatı imkanlarından istifadə 
etməklə müxtəlif zaman və fasiləsiz müddətində üzvlərin xahiş  və  tələblərini 
və kitabxananın əməliyyat fəaliyyətini kitabxana rəhbərliyə çatdırır. Bu hesabat 
vasitəsilə kitabxana işçiləri gələcəkdə görüləcək işlər haqqında məlumat alır və 
bunun  əsasında informasiya sənədlərinin sifarişi və hazırlanması, iş saatının 
tənzim edilməsi və s. planını hazırlanır.  
Bu proqram təminatı vasitəsilə müxtəlif diaqramlar yaratmaq mümkündür. 
Məsələn, kitabxanadan sənəd alan oxucuların diaqramı, hər mövzuda olan sə-
 
114


nədlərin diaqramı, təsnifat əsasında sənədlərin diaqramı və s. Proqram təmina-
tının bir hissəsində oxuculara və sənədin qeydiyyat informasiya əsasında ştrix 
kodu yaradılır. Sonra kitabxananın sənədi oxuculara verən hissəsində ştrix ko-
dun oxucu qurğusu bu ştrix kodunu oxuyur, beləliklə, sənəd və oxucu haqqında 
olan məlumat klaviaturadan istifadə etmədən kompüterə daxil olur. Bu 
əməliyyat ilk öncə iş surətinin irəliləməsinə, ikinci məlumatın kompüterə daxil 
edilməsi zamanı qarşılanan səhvlərin miqdarının azalmasına səbəb olur (17).  
Əl sistemində  sənədləri sərlövhə, müəllif, mövzu girişlərdən axtarış et-
mək mümkündür. Amma bu proqram təminatında yuxarıda qeyd olunmuş gi-
rişdən əlavə istənilən digər bir girişdən axtarış aparmaq mümkündür. Bunlara 
naşir, nəşr ili, informasiyanın tərtib edildiyi dil, saxlanılan yer, beynəlxalq stan-
dartlara uyğun nömrə (İSBN, İSSN) daxildir. Axtarış zamanı nəzərdə tutulmuş 
söz və ya söz birləşmələri bütün və ya xüsusi sənədlərdə tapmaq olar. 
İnformasiyanın axtarış metodu indeks yaratmaq üzrə həyata keçirilir (15).                   

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin