2
ANESTEZİYALI EKT-dən ƏVVƏL MƏSULİYYƏTLƏRİNİZ
Aşağıda yazılanları tətbiq etdiyiniz zaman anesteziya riskiniz daha az olacaqdır:
Sağlamlıq problemlərinizi (hipertoniya, diabet və s.), keçirdiyiniz əməliyyatları və diş problemlərinizi
həkiminizə söyləyin.
Əməliyyatdan əvvəl heç nə yeməyin, su içməyin və saqqız çeynəməyin. Mədənin boş olduğuna əmin
olun. Beləliklə anesteziya zamanı qussanız ağciyərlərinizə heç bir şey getməyəcəkdir.
Ən son yemək yediyiniz və su içdiyiniz saatı həkiminizə söyləyin.
Siqaret çəkirsinizsə bunu tətbiqdən əvvəl psixiatr və anestezioloqa söyləyin.
İstifadə etdiyiniz bütün reseptli və bitki tərkibli dərmanlarınızı özünüzlə gətirib psixiatr və anestezioloqa
göstərin; Sizdə allergiya və ya əks təsir yarada biləcək dərmanları söyləyin.
Tətbiqdən əvvəlki 24 saat ərzində qətiyyən spirtli içki və ya narkotik maddə qəbul etməyin.
Əgər narkotik maddədən asılılığınız varsa bunu psixiatr və anestezioloqa söyləyin.
Dostları ilə paylaş: