Cənubi Qafqaz regionunda (Ermənistan, Azərbaycan və Gürcüstan)
insan hüquqları müdafiəçilərinin vəziyyətinə dair
HESABAT
Hesabat 11 mart 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları Şurasının
16-cı sessiyasında təqdim edilib
2010 – Mart 2011
Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvləri və İnsan Hüquqları Evi Fondu
( Human Rights House Foundation) tərəfindən hazırlanıb
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında Niderland Krallığının Missiyasının
və Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə tərtib edilib
Tövsiyələr
Beynəlxalq birliyə tövsiyələr – bu tövsiyələr bütövlükdə Cənubi Qafqaz regionuna şamil
olunur:
•
Dövlət orqanları hüquq müdafiəçilərinin, müstəqil jurnalistlərin və hüquqşünasların
müdafiəsini təmin etməlidirlər;
•
Dövlət orqanları insan hüquqları ilə bağlı mühiti yaxşılaşdırmaq və bununla da
hüquq müdafiəçilərinin öz fəaliyyətlərini həyata keçirə bilmələrini təmin etmək
üçün tədbirlər görməlidirlər;
•
Dövlət orqanları, xüsusən də Azərbaycanın və Gürcüstanın hakimiyyət orqanları
İ
nsan Hüquqları Şurasının xüsusi prosedurları çərçivəsində ölkəyə səfərlərə icazə
verməyə və bu səfərləri dəstəkləməyə çağırılsın;
•
Azərbaycan hakimiyyəti özünün Universal Dövri İcmalında icraya qəbul etmiş
olduğu tövsiyələri və İnsan Hüquqları Komitəsinin və İşgəncələrə qarşı Komitənin
yekun qeydlərini bütünlüklə yerinə yetirməyə çağırılsın;
•
Ermənistanın dövlət orqanları Hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi
Məruzəçinin 2010-cu ildə ölkəyə səfərindən sonrakı icra tədbirlərini görməyə və
onun tövsiyələrini yerinə yetirməyə çağırılsın;
•
Birləşmək və toplaşmaq azadlığı haqqında qanunvericilikləri beynəlxalq
standartlara uyğunlaşdırmaq üçün həmin qanunvericiliklərdə dəyişikliklərin lehinə
təşviqat aparılsın;
•
Hakimlərin müstəqilliyinin və qanunun aliliyinin səmərəli şəkildə təmin olunması
üçün məhkəmə sistemində mühüm dəyişikliklərin lehinə təzyiqlər həyata keçirilsin.
Mündəricat
2
Ermənistan
Hüquq müdafiəçilərinin təqib və hücumlara məruz qalması
Hüquq müdafiəçilərinə qarşı ləkələyici kampaniyalar
İ
nsan hüquqlarına təsir göstərən hüquqi addımlar və hüquq müdafiəçilərinin vəziyyəti
Azərbaycan
Hüquq müdafiəçilərinin ümumi vəziyyəti
Hüquq müdafiəçilərinə, gənc fəallara, hüquq müdafiəsi ilə məşğul olan təşkilatlara və
media təşkilatlarına qarşı son dövrlərdəki təzyiqlər
İ
nsan hüquqları təşkilatlarının ofislərindən çıxarılması və ofislərində axtarışlar
İ
nsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinə qarşı hücumlar
İ
fadə azadlığına hücumlar
Toplaşmaq azadlığına məhdudiyyətlər
Birləşmək azadlığının məhdudlaşdırılması
Dövlət orqanlarının təzyiqi – mediada ləkələyici kampaniyalar
Gürcüstan
Hüquq müdafiəçilərinə qarşı təzyiq və təqiblər
Hüquq müdafiəçilərinə hücumlar
Cəzasızlıq və qanunun aliliyinin olmaması
Mediada ləkələyici kampaniyalar
Hüquq müdafiəçilərinə təsir göstərən hüquqi addımlar
Ermənistan
2010-cu ildə Ermənistan Respublikasında insan hüquqlarının vəziyyəti çoxsaylı
problemlərlə səciyyələnib. Dövlət orqanları müxalifət fəallarını və tənqidi fikir
bildirənləri qorxutmaq və repressiyalara məruz qoymaq üçün təqiblərdən istifadəni
və bürokratik tədbirlərin bezdirici tətbiqini davam etdiriblər, hərçənd ki, hökumət
özünün Universal Dövri İcmalında ifadə azadlığına şərait yaradan mühiti yaratmaq
öhdəliyini qəbul edib.
1
Polislər məhkəməyəqədər həbsdə olanları döyüblər və bəzi
hallarda müvafiq prosedurlara riayət edilməsini təmin etməyiblər. 2008-ci ilin
martından bəri tənqidçi QHT-lər birgə tədbirləri üçün yer icarəyə götürməkdə
problemlərlə üzləşirlər.
Hüquq müdafiəçilərinin təqib və hücumlara məruz qalması
2
2008-ci ilin martında nümayişlər zorakılıqla dağıdıldığı vaxtdan bəri QHT-lər birgə
tədbirləri üçün yer icarəyə götürməkdə problemlərlə üzləşirlər. Müvafiq məkanların
sahibləri çox vaxt həssas mövzulara dair mətbuat konfranslarının və ya görüşlərin təşkil
edilməsi üçün həmin məkanları QHT-lərə verməkdən çəkinirlər. Əsasən Ermənistanda
siyasi məhbuslar problemini önə çəkən Demokratiyanın Təşviqi uğrunda Qadın Qeyri-
Hökumət Təşkilatı “Şahxatun” mütəmadi olaraq belə problemlərlə üzləşir. LGBT
hüquqlarını (lesbiyan, gey, biseksual və transseksualların hüquqlarını) önə çəkən PİNK
təşkilatı da 2010-cu ilin aprelində analoji problemlə üzləşdi. Həmin ayda naməlum şəxslər
LGBT hüquqlarını önə çəkən PİNK təşkilatının ofisinə soxuldular.
1
Norveç tərəfindən irəli sürülmüş tövsiyə (recommendation 94.25, UN Doc: A/HRC/15/9, page 20).
2
Universal Dövri İcmalında Ermənistan Norveç tərəfindən irəli sürülmüş aşağıdakı qətnaməni icraya qəbul
edib: “Hüquq müdafiəçilərinə, jurnalistlərə və müxalifət üzvlərinə qarşı cinayətlər və pozuntular səmərəli
şə
kildə araşdırılsın və məhkəmə qaydasında təqib olunsun, məsuliyyət daşıyanlar ədalət mühakiməsi
qarşısına çıxarılsın” ( recommendation 94.15, UN Doc: A/HRC/15/9, page 19).
3
13 dekabr 2010-cu ildə naməlum şəxslər hüquq müdafiəçisi və “Hüquqşünaslar
İş
gəncələrə Qarşı” qeyri-hökumət təşkilatının koordinatoru Artak Zeynalyanın ofisinə
soxuldular, bu təşkilat Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvüdür.
Naməlum şəxslər ofisə girdilər, mühüm sənədlərin saxlanıldığı siyirtmələrin kilidlərini
sındırdılar. Onlar kompüter monitorunu və peyk televiziyası kanallarının kodunu açan
qurğunu götürdülər. 10 yanvar 2011-ci ildə Artak Zeynalyanın ofisinə yenidən hücum
edildi. Artak Zeynalyan Ermənistan Respublikasının məhkəmələrində və Avropa İnsan
Hüquqları Məhkəməsində doqquzdan artıq siyasi məhbusun hüquqlarını müdafiə edib.
“Haykakan Jamanak” qəzetinin baş redaktoru və müxalif Erməni Milli Konqresinin fəalı
Nikol Paşinyan 3 il yarım müddətinə azadlıqdan məhrum edildi. 15 noyabr 2010-cu ildə
Nikol Paşinyan iddia etdi ki, Araqatsotn əyalətindəki Koş həbsxanasında hücuma məruz
qalıb və fiziki xəsarət alıb. Baş prokurorun qərarı ilə cinayət işinə başlanıldı.
Ermənistanda hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçinin ölkə üzrə
hesabatında 2009-cu və 2010-cu illərdə jurnalistlərə qarşı hücumlar xüsusi narahatlıq
doğuran hal kimi qeyd edilir. Hesabatda həmçinin qeyd edilir ki, polis və məhkəmə
orqanları bu insidentləri araşdırmayıblar və hüquq pozucularını ədalət mühakiməsi
qarşısına çıxarmayıblar.
Hüquq müdafiəçilərinə qarşı ləkələyici kampaniyalar
3
Beynəlxalq qurumlar daha sonra yayım mediasında yüksək dərəcədə özünüsenzuranın
olmasından və dövlət orqanları tərəfindən media plüralizminin məhdudlaşdırılmasından
narahatlıqlarını ifadə etdilər. 2010-cu ildə hüquq müdafiəçilərinə, o cümlədən Cənubi
Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvü olan təşkilatların nümayəndələrinə qarşı
ləkələyici kampaniyalar aparılıb. Bir neçə siyasi partiya, hökumətyönlü təşkilatlar və
kütləvi informasiya vasitələri hüquq müdafiəçilərini casuslar, agentlər, qrant alan, amma
vəsaitlərdən düzgün istifadə etməyən adamlar adlandırmaqda davam edirlər.
Erməni jurnalist Nikol Paşinyanın həbsi ilə bağlı Cənubi Qafqaz Hüquq Müdafiəçiləri
Şə
bəkəsinin narahatlıq məktubu dərc olunduqdan sonra
4
gündəlik “Aravot” qəzeti bu
qəzetin baş redaktoru Aram Abramyana və “A1+” nəşrinin baş redaktoru Mesrop
Movsesyan ünvanlanmış açıq məktub dərc etdi. 12 fevral 2010-cu il tarixli bu məktubda
“Gənclik Tərəqqi və Demokratiya Uğrunda” təşkilatı Cənubi Qafqaz Hüquq Müdafiəçiləri
Şə
bəkəsinə etimadı sarsıtmaq üçün ona və üzvlərinə hücumlar etdi.
7 iyul 2010-cu ildə hökumətyönlü gündəlik “Hayots Aşxarh” qəzeti hüquq müdafiəçiləri
Melissa Braun, Nune Sarkisyan, Mika Danielyan, Boris Navasardyan, Artur Sakunts,
Artak Zeynalyan və digərlərini qrantalanlar adlandıran məqalə dərc etdi: “Aydın olur ki,
ölkəmizdə “vətəndaş cəmiyyəti” qrant alan təşkilatlarla, radikal müxalifət fəalları ilə və
Ter-Petrosyanın agentləri ilə başlayır və onlarla qurtarır”. “Əlbəttə, biz bu “vətəndaş
cəmiyyəti” təmsilçilərinin kim tərəfindən və necə seçildiyini bilmirik, amma reallıq ondan
ibarətdir ki, bu şəxslər anti-milli fəaliyyətləri ilə cəmiyyətimizdə birinci deyil, sonuncu
yerlərdədirlər”.
3
Öz hesabatında Hüquq müdafiəçilərinin vəziyyəti üzrə BMT-nin Xüsusi Məruzəçisi tövsiyə edib ki,
“hökumət çiçəklənən, plüralist və demokratik cəmiyyətə nail olmaqda hüquq müdafiəçilərinin rolunu və
mühüm əhəmiyyətini açaq şəkildə etiraf etsin” (UN Doc.: A/HRC/16/44/Add.2, 23 décembre 2010, page 21).
4
http://caucasusnetwork.org/index.php?a=main&pid=173&lang=eng
4
19 noyabr 2010-cu ildə elə həmin qəzet keçmiş əsgərin “Casus, yoxsa hüquq müdafiəçisi”
adlı məktubunu dərc etdi, məktubda Ermənistan ordusunun vəziyyətini tənqid edən
Vanadzor Helsinki Vətəndaş Assambleyasının sədri, Cənubi Qafqaz Hüquq Müdafiəçiləri
Şə
bəkəsinin üzvü Artur Sakunts barəsində deyilirdi: “... Artsax müharibəsi ilə heç bir
ə
laqəsi olmayan, qrant almaq üçün tez-tez Ermənistan ordusunu tənqid edən adam Artsax
müharibəsindən danışır ...”
5
.
Yuxarıda qeyd edilən nümunələr Ermənistan hakimiyyətini tənqid edən hüquq
müdafiəçilərini gözdən salmaq və sıxışdırmaq üçün mediadan istifadə etməkdən ibarət
yeni meyllərin meydana çıxdığını açıq-aydın nümayiş etdirir.
İ
nsan hüquqlarına təsir göstərən hüquqi addımlar və hüquq müdafiəçilərinin
vəziyyəti
5 avqust 2010-cu ildə Ermənistan Hökuməti Qeyri-Kommersiya Təşkilatlarının
Fəaliyyətinin Qanuniliyinə Nəzarət Departamentini təsis edən qərar qəbul etdi, bunda
məqsəd açıq-aydın qeyri-hökumət təşkilatlarına nəzarət etmək idi. O, Ermənistan
hakimiyyətinin vətəndaş cəmiyyəti üzərində nəzarətin artırılmasına yönələn səylərinin
tərkib hissəsi kimi nəzərdə tutulub. Narahatlıq doğuran daha bir məqam – “Qeyri-hökumət
təşkilatları haqqında” Qanuna dəyişikliklər layihəsi 2009-cu ildə təqdim edildi və 2010-cu
ildə yerli QHT-lər tərəfindən tənqid olundu. Baxmayaraq ki, dəyişikliklər hələlik təsdiq
edilməyib, onlar vətəndaş cəmiyyətinə qarşı hüquqi təzyiqi artırmaq səylərini nümayiş
etdirir.
Ermənistanın vətəndaş cəmiyyəti Ermənistanın İnsan Hüquqları üzrə Ombdusmanı
təsisatının səmərəliliyi ilə bağlı narahatdır. Baxmayaraq ki, milli qanunvericilik bu
təsisatın Ermənistanda insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı fərdlərin
ş
ikayətlərinə baxmasını nəzərdə tutur, praktikada onun səlahiyyətləri səmərəliliyinə xələl
gətirən dərəcədə məhdudlaşdırılır.
Azərbaycan
Hüquq müdafiəçiləri və müstəqil hüquq müdafiə təşkilatları azadlıqlarının və
hüquqlarının məhdudlaşdırıldığının şahidi olurlar. Dövlət orqanları hüquq
müdafiəçilərini müdafiə etmək və onların işinə dəstək vermək üçün bütün tədbirləri
görmürlər, əksinə, onları təhdid edir, təqib edir və hətta bəzilərini həbsə alırlar.
Azərbaycan özünün Universal Dövri İcmalında vətəndaş cəmiyyətini və hüquq
müdafiəçilərini dəstəkləmək səylərini gücləndirmək barədə tövsiyəni icraya qəbul
edib.
6
Hüquq müdafiəçilərinin ümumi vəziyyəti
Vətəndaş cəmiyyətinin məkanı daralmaqda davam edir, hüquq müdafiəçilərinə, müstəqil
media orqanlarına və insan hüquqlarının keşiyində duran təşkilatlara təzyiq artır. İnsan
hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlar repressiv və təhlükəli mühitdə işləyirlər,
belə mühitdə hüquq müdafiəçisi olmaq getdikcə daha da çətinləşdir. Bütün ölkədə dinc
toplantıların təşkilinə və ifadə azadlığına güclü məhdudiyyətlər qoyulur. Əhalinin daha
böyük hissəsini səfərbər etməyə çalışan və dövlət orqanlarını hakimiyyətdən sui-istifadə
5
http://armworld.am/detail.php?paperid=3990&pageid=123399&lang=
6
Niderlandın irəli sürdüyü tövsiyə: “Toplaşmaq və birləşmək azadlığını təmin edilməsinə yönələn səylərini
gücləndirmək, hüquq müdafiəçilərinin işinə hörmət etmək və müvafiq olaraq, QHT-lər barədə
qanunvericiliyi yerinə yetirmək” (recommendation 18, UN Doc.: A/HRC/11/20, page 20).
5
etməkdə və təzyiqlərdə təqsirləndirən gənc fəallar təhdidlərə, təzyiqlərə və həbslərə qarşı
müdafiəsiz vəziyyətdə olanlar arasında qalmaqdadır. İki gənc bloqçu xüsusi şəraitdə
azadlığa buraxıldı – bu, əsasən 2010-cu il parlament seçkilərində beynəlxalq tənqidləri
azaltmaq cəhdi idi.
7
Mütəmadi hücumlar və təhdidlər vasitəsilə dövlət orqanları müstəqil və müxalif media ilə
yanaşı həm də vətəndaş cəmiyyəti fəallarının işində özünüsenzuranın tətbiqinə əsasən nail
olublar. Onlarla hüquq müdafiəçiləri və hökumət tənqidçiləri, o cümlədən açıq fikir
bildirən jurnalistlər gündəlik vəzifələrinin icrasında ciddi problemlərlə üzləşməkdə davam
edirlər. Dövlət orqanları təqiblərdən, qeydiyyatın ləğvindən, maliyyə stimullarından,
habelə vergi yoxlamalarından tutmuş həbs cəzalarına qədər hədə-qorxulardan istifadə
etməklə tənqidi səsləri susdurmağa çalışırlar. Hökumətin tənqidlərə qarşı qoruyucu sipər
qurmaqdan və hər hansı alternativ baxışlara qarşı dözümlülük göstərmədən hakimiyyəti
qoruyub saxlamaqdan ibarət geniş siyasətinin tərkib hissəsi olaraq, getdikcə insan
hüquqları fəallarının imkanları və fəaliyyət şərtləri məhdudlaşmaqdadır.
Hüquq müdafiəçilərinə, gənc fəallara, hüquq müdafiəsi ilə məşğul olan təşkilatlara və
media təşkilatlarına qarşı son dövrlərdəki təzyiqlər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsindən olan Cabbar Savalanlı
Facebook
şəbəkəsində demokratiya uğrunda etirazlara çağırışlar etdikdən sonra 5 fevral
2011-ci ildə Sumqayıtda həbs olundu və narkotik maddələr saxlamaqda ittiham edildi.
Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi.
Planlaşdırılmış 11 mart etirazlarının təşkilində əli olduğu iddia edilən gənc fəal, bloqçu və
parlament üzvlüyünə keçmiş namizəd Bəxtiyar Hacıyevin barəsində 4 mart 2011-ci ildə 1
aylıq həbs qətimkan tədbiri seçildi, bu tədbir hərbi xidmətdən yayınma ilə bağlı ittihamlar
araşdırıldığı müddətdə Gəncə şəhərini tərk etməməsinə dair qərarın onun tərəfindən
pozulmasına görə qəbul edildi. Hacıyevin sözlərinə görə, onun vəkili ilə görüşməsinə icazə
verilmədi və o, polislər tərəfindən döyüldü və pis rəftara məruz qaldı. Savalanlı və
Hacıyev üç və iki ilədək azadlıqdan məhrumetmə cəzasına məruz qala bilərlər.
Eləcə də 4 mart 2001-ci ildə küçədə telefonla danışarkən siyasi müxalifət fəalı Dəyanət
Babayev tutuldu və “ictimai qaydanı pozduğuna” görə 10 günlük inzibati həbs cəzası aldı.
İ
ki gün ətraf aləmdən təcrid halında saxlanılmış Babayevin sözlərinə görə, polislər ona
deyiblər ki, onun həbsi müxalifətin planlaşdırdığı 12 mart 2011-ci il etirazları ilə bağlıdır.
Babayev bundan bir neçə gün əvvəl Cabbar Savalanlının işinə baxmış məhkəmənin
qarşısında həbs edilmişdi. Bir neçə saat sonra ona xəbərdarlıq edib buraxmışdılar.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan (IRFS) olan Mehman Hüseynov və
Ə
bülfət Namazov martın 7-də axşam Bakıda maşınlarından zorla çıxarıldıqdan sonra
polislər tərəfindən iki saat ərzində dindirildilər. Onlara Hüseynovun Facebook
şə
bəkəsindəki profili, 11 mart etiraz aksiyası və IRFS-in fəaliyyətləri və işçiləri barədə
suallar verildi. Martın 9-da gənc fəallar Orxan Bayramov, Fuad Hacıyev və Famil Paşayev
polis tərəfindən dörd saat ərzində həbsdə saxlanıldıqdan sonra azadlığa buraxıldılar.
8 mart 2011-ci ildə gənc fəal Rəşadət Axundov və siyasi müxalifət fəalı Səxavət Soltanlı
tutuldular və polisin göstərişlərinə tabe olmamağa (Axundov) və xuliqanlığa (Soltanlı)
görə beş gün müddətinə həbs edildilər. Onların hər ikisi vəkil istəsələr də vəkillə təmin
olunmadılar. Hər ittihamların qondarma olduğunu iddia edir.
7
İnsan Hüquqları Komitəsinə və İşgəncələrə qarşı Komitəyə seçkilərdə Azərbaycan qiymətləndirilərkən bu
gənc bloqçuların məsələsi qaldırıldı.
6
İ
nsan hüquqları təşkilatlarının ofislərindən çıxarılması və ofislərində axtarışlar
2010-cu ildə insan hüquqları təşkilatlarına qarşı bir neçə təftişlər həyata keçirildi. Yeni
vergi qaydaları QHT-ləri daha əlverişsiz vəziyyətə salıb və vergi təftişlərinə şərait yaradıb,
çox vaxt həmin təftişlər böyük cəzalarla və ya ofisin bağlanması ilə, yaxud məhkəmə
təqibi ilə nəticələnir. İndi QHT-lər üzvlərinin siyahısını təqdim etməyə borcludurlar ki, bu
da məlumatların məxfiliyinin qorunması ilə bağlı narahatlıqlar yaradır. Maliyyət
hesabatlarının təqdim edilməsinin sərtləşdirilmiş prosedurları dövlət orqanlarının texniki
səbəblərə görə qeydiyyatları ləğv etməsinə imkan yaradır. 2010-cu ilin yanvar-aprel
aylarında Naxçıvanda Demokratiya və QHT-lərin İnkişaf və Resurs Mərkəzində vergi
təftişi aparıldı.
Fikirlərini açıq ifadə edən QHT-lərin icarəyə götürdükləri ofislərin mülkiyyətçilərinin
təzyiqləri altında ofislərindən çıxarılması yerli hüquq müdafiə qruplarına qarşı geniş
istifadə edilən taktikalar arasındadır. Yanvarın 19-da İnsan Hüquqları Klubu IRFS-in
ofislərində tədbir keçirdi. İştirakçıların IRFS-in ofislərinə girişinə maneə yaradıldı, bu
müddətdə kimliyini bildirməyən üç polis əməkdaşı IRFS-in təmsilçilərini planlaşdırılan
tədbirlər barədə sorğu-suala tutdu.
8
Dövlət orqanları QHT ilə icarə müqaviləsini dayandırması üçün ofisin mülkiyyətçisinə
təzyiq göstərdikdən sonra Media Hüquqları İnstitutu 2009-cu ildə ofisindən çıxarıldı.
3 mart 2011-ci ildə üç QHT – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi,
“Demos” İctimai Birliyi və Gəncə Regional İnformasiya Mərkəzi ofislərindən çıxarıldı.
Gəncənin icra hakimiyyəti orqanları və polis əməkdaşları bu barədə heç bir rəsmi izahat
vermədilər.
İ
nsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinə qarşı hücumlar
2010-cu ilin aprelində Media Hüquqları İnstitutu ilə İnsan Hüquqları Evi Fondunun
Azərbaycan bölməsinin (İnsan Hüquqları Evi-Azərbaycan) ofislərində polis tərəfindən
axtarış aparıldı və onların təmsilçiləri fəaliyyətləri barədə sorğu-suala tutuldu.
10 fevral 2011-ci ildə İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinin ofisində iki
polis əməkdaşı axtarış apardılar və təşkilatı ofisdən çıxaracaqları ilə hədələdilər. Polislər
menecer Vüqar Qocayevə təkidlə bildirdilər ki, planlaşdırılan toplantılar barədə
qabaqcadan onlara məlumat verilsin. İnsan Hüquqları Evi Fondunun Bakıdakı bölməsinin
tərəfdaşları polis yoxlamasına qarşı Daxili İşlər Nazirliyinə şikayət etdilər.
10 mart 2011-ci ildə Ədliyyə Nazirliyi İnsan Hüquqları Evi Fondunun Azərbaycan
bölməsinə göstəriş verdi ki, fəaliyyətlərini dayandırsın və təşkilatın gələcək fəaliyyətlərinə
dair Ədliyyə Nazirliyi ilə razılıq əldə edilənə qədər ofisi bağlasın.
İ
nsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsi 2007-ci ildə İnsan Hüquqları Evi
Fondunun beynəlxalq bölməsi kimi qeydiyyata alınıb və buna görə də fəaliyyətlərinə dair
Azərbaycan Respublikası ilə rəsmi müqaviləsi yoxdur. 2009-cu ildə qanunvericiliyə
dəyişikliklər edildiyi vaxtdan bəri İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsi heç
bir xəbərdarlıq almayıb.
8
IRFS, 19 yanvar 2011-ci il.
7
İ
fadə azadlığına hücumlar
Bütün növ kütləvi informasiya vasitələri, o cümlədən mətbuat, televiziya və radio xüsusi
olaraq ifadə azadlığı ilə bağlı maneələrlə qarşılaşırlar. Tənqidi fikirlər səsləndirən
jurnalistlər çox vaxt dövlət orqanlarının təqiblərinin hədəfinə çevrilirlər. Diffamasiya,
narkotik maddələri saxlama, ədavətə təhrik etmə və xuliqanlıq kimi siyasi motivli
ittihamlar hökumət tənqidçilərini həbsxanaya salmaq üçün istifadə edilir. Məhkəmə
araşdırmalarının ədalətsiz olduğuna dair geniş rəy yarandıqdan sonra bir sıra jurnalistlər və
redaktorlar qondarma ittihamlarla əsassız olaraq həbsxanaya salınıblar.
Redaktor Eynulla Fətullayev terrorizmi dəstəkləmə, ədavətə təhrik etmə, vergidən yayınma
və diffamasiya ittihamları üzrə təqsirli bilindikdən sonra səkkiz il yarım həbs cəzası alıb.
Onun azadlıqdan məhrum edilməsinin düzgün olmadığı barədə Avropa İnsan Hüquqları
Məhkəməsinin (AİHM) 2010-cu ilin aprelində çıxardığı qərara baxmayaraq, Fətullayev
həbsxanada qalmaqdadır. Qərarda deyilir ki, o, öz ifadə azadlığını həyata keçirib, onun
ə
dalətli məhkəmə araşdırması hüququ pozulub, o, dərhal azad edilməli və ona
kompensasiya ödənilməlidir.
Diffamasiyaya görə cinayət cəzası müəyyən edən qanunların əsassız tətbiq edildiyi
çoxsaylı hallardan birində, 2010-cu ilin yanvarında Təhsil Nazirliyi riyaziyyatçı, fizik və
dərslik müəllifi Əlövsət Osmanlıya qarşı ittihamlar irəli sürdü. Onun cinayəti ondan ibarət
idi ki, o, riyaziyyat dərsliklərindəki səhvlərə görə Nazirliyi açıq tənqid etmişdi.
2010-cu ilin noyabrında iki bloqçu – Emin Milli və Adnan Hacızadə 16 aylıq həbsdən
sonra azadlığa buraxıldılar. Onlar şərti azad edilmişdilər, bir çox təşkilatlar onların azad
edilməsinə təhrif olunmuş 7 noyabr seçkilərindən sonra beynəlxalq tənqidləri azaltmaq
üçün hökumətin cəhdi kimi baxırdılar.
Toplaşmaq azadlığına məhdudiyyətlər
Vətəndaş cəmiyyətinin toplantılarına, xüsusən də Bakıdan kənardakı toplantılara hələ də
ş
übhə ilə yanaşılır və çox vaxt onlar polis tərəfindən zorakılıqla dağıdılır. Hətta ictimai
debatlar da hücumlara məruz qalır. Paytaxt Bakıdan uzaqlaşdıqca hüquq müdafiəçilərinin
müstəqil işləməsi daha da çətinləşir. Seçkilər ərəfəsində regionların icra hakimiyyəti
orqanları tərəfindən qanunsuz müdaxilələrin sayı artdı. Məsələn, bu həmlələrin hədəfləri
vətəndaş cəmiyyəti təsisatlarının, o cümlədən Cənubi Qafqaz Hüquq Müdafiəçiləri
Şə
bəkəsinin keçirdiyi maarifləndirici tədbirlər idi. Əksər regionların dövlət orqanları heç
bir hüquqi əsas olmadan bu cür tədbirlərin keçirilməsinə icazə alınmasını istəyirlər. Tələb
olunan icazəsi olmayan təşkilatlar polis müdaxilələrinin hədəfinə çevrilir. Seçkilərdən
qabaq Bakıdan kənardakı regionlarda – Gəncə, Sabirabad və Zərdabda Hüquq Maarifçiliyi
Cəmiyyətinin və Hüquq və İnkişaf İctimai Birliyinin təlimlər keçirməsinə icazə verilmədi.
Sabirabadda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri təbii fəlakət zonalarında
vətəndaşlara dəymiş ziyan və qurbanların aldığı kompensasiya barədə məlumat əldə
edərkən polis tərəfindən qanunsuz olaraq həbs edildilər.
Baxmayaraq ki, həm qanun, həm də Konstitusiya məhdudiyyət qoyulmadan toplaşmaq
azadlığına təminat verir, praktikada müvafiq icra hakimiyyəti orqanının icazəsi tələb
olunur. 2010-cu ildə aparılmış kütləvi tədbirlərin monitorinqi göstərdi ki, Bakıda və
ölkənin digər şəhər və rayonlarında ictimai toplantılar qadağan olunub, buna görə də
onların çoxu “icazəsiz” keçirilib. Demək olar ki, bütün tədbirlər zamanı polislər
toplantılara müdaxilə ediblər və onları dağıdıblar. Naxçıvanda 2010-cu ilin aprel, may və
iyununda dinc piketlər təşkil etmək cəhdləri polislər və mülki geyimli naməlum dövlət
8
nümayəndələri tərəfindən zorakılıqla dağıdıldı. Onlarla müxalif partiya fəalları və bir neçə
jurnalist 12 iyun və 19 iyun 2010-cu ildə dinc mitinqlər keçirərkən polis tərəfindən
mühasirəyə alındı, bu mitinqlərdə dövlət orqanlarının toplaşmaq azadlığına hörmət etməsi
və seçkiqabağı durumu yaxşılaşdırması tələb olunurdu.
2010-cu il parlament seçkiləri saxtalaşdırmalar və pozuntularla keçirildi. İnsan Hüquqları
Evi Şəbəkəsinin Çevik Monitorinq Qrupunun milli tərəfdaş təşkilatlarla birlikdə
sənədləşdirdiyi narahatlıq doğuran məsələlər arasında bunlar da vardı: 2010-cu il noyabrın
7-də milli QHT-lərdən olan müstəqil seçki müşahidəçilərinə qarşı təzyiqlər, təqiblər və
onların həbsi. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan olan jurnalist
Nizami Cəfərov protokolların saxtalaşdırılmasına qarşı etiraz etdikdən sonra həbs olunan
müşahidəçilər arasında idi. Digər yeddi müşahidəçi ilə birlikdə o, 5 saat ərzində vəkillə
görüşmədən məhkəmə binasının həyətində saxlanıldı. Cəfərov bu hal barədə şikayət
etdikdən sonra 2011-ci ilin fevralında dövlət orqanları tərəfindən hədələndi. 2010-cu ildə
bir neçə aparıcı vəkil Vəkillər Kollegiyasının üzvlüyündən azad edildi. Müxalifətçi
Müsavat Partiyasının üzvü olan, bir neçə mübahisəli həssas işlərdə vəkillik etmiş tanınmış
vəkil Osman Kazımov vəkillikdən xaric olundu.
Birləşmək azadlığının məhdudlaşdırılması
2010-cu ildə birləşmək azadlığının pozuntusu ilə bağlı 10-dan artıq məhkəmə işinə
başlanılması üçün müraciət edildi. Lakin onların hamısı qanunsuz olaraq rədd edildi. 2007-
ci ildən 2010-cu ilədək olan dövrdə Avropa İnsan Hüquqları Məhkəməsi İnsan hüquqları
və əsas azadlıqlar haqqında Konvensiyanın 11-ci maddəsinin pozulduğuna dair
Azərbaycana qarşı dörd qərar çıxardı.
Həmin qərarlar bu işlərə aid idi:
1) Evsiz və Məzlum Bakılıların İnsan Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyinin
işi;
2) Jurnalist Tədqiqatları İctimai Birliyinin işi;
3) Fərdlərin və Ətraf Mühit İctimai Birliyinin işi;
4) Azərbaycan Hüquqşünaslar Forumunun işi.
Avropa Məhkəməsinin bu qərarlarına baxmayaraq, Ədliyyə Nazirliyi birləşmək hüququnu
həyata keçirmək istəyən vətəndaşların bu istəyini qanunsuz olaraq rədd edir, yuxarıda qeyd
edildiyi kimi, təsis sənədlərində nöqsanların olması əsas gətirilərək sənədlərin təkrar-təkrar
geri qaytarılması praktikası hələ də qalmaqdadır.
Dövlət orqanlarının təzyiqi – mediada ləkələyici kampaniyalar
Ermənistan QHT-ləri ilə yüksək dərəcədə həssas layihələrdə, məsələn, münaqişənin
transformasiyasına və ya sülhyaratma diplomatiyasına aid layihələrdə işləyən təşkilatlara
çox vaxt “xalq düşməni” damğası vurulur, yaxud onlar dövlətin idarə etdiyi media
tərəfindən ləkələnir. Ötən illərdə bir neçə insan hüquqları fəalı casusluqdan tutmuş anti-
konstitusion fəaliyyətlərə qədər siyasi motivli olduğu güman edilən ittihamlarla bağlı
təhdid ediliblər və təqsirləndiriliblər. İnsan hüquqlarının müdafiəçisi və Media Hüquqları
İ
nstitutunun rəhbəri Rəşid Hacılı 2010-cu ilin dekabrında mediada dövlət orqanlarının
böhtanı ilə üzləşib.
9
Bəzi hallarda siyasi cəhətdən həssas məsələlərə, məsələn, korrupsiyaya dair araşdırma
aparan və ya məlumat verən hüquq müdafiəçilərinə hədələyici telefon zənglərinin edilməsi
onların belə halların araşdırılması uğrunda mübarizəsinə mənfi təsir göstərir.
2010-cu ildə Naxçıvanda yerli hakimiyyət orqanları jurnalistləri və hüquq müdafiəçilərini
gülüş hədəfinə çevirmək məqsədi ilə ləkələyici və böhtan xarakterli xüsusi kağızlar
hazırlamış və yaymışdılar. Bu sənədlərdə onlar dövlətə xəyanətdə, məlumatları xarici
ölkələrə satmaqda və beynəlxalq səviyyədə Naxçıvanın nüfuzuna ziyan vurmaqda ittiham
olunurdular. 2010-cu ilin aprelində Naxçıvan Xarici İşlər İdarəsi Resurs Mərkəzi haqqında
reallıqdan uzaq olan ləkələyici və böhtan xarakterli informasiya məktubları hazırladı.
Təşkilatla donorlar arasında problemlər yaratmaq üçün hakimiyyət orqanları Məlahət
Nəsibovanın rəhbərlik etdiyi Naxçıvandakı Resurs Mərkəzinə qarşı ləkələyici məktub
yaydılar.
24-29 yanvar 2011-ci ildə Azərbaycanın bir neçə hüquq müdafiə təşkilatlarının nümayəndə
heyəti Strasburqda AŞPA-nın sonuncu qış sessiyasında iştirak etdi, orada 2010-cu ilin
noyabrında Azərbaycanda keçirilmiş parlament seçkiləri məsələsinə baxılırdı. AŞPA-nın
sessiyasında müzakirə edilən məsələlərlə əlaqədar İnsan Hüquqları Evi Fondu və Human
Rights Watch təşkilatı milli hüquq müdafiəçiləri ilə birlikdə Azərbaycanda insan
hüquqlarının vəziyyəti ilə bağlı paralel tədbir keçirdilər. AŞPA-nın sessiyası müddətində
hüquq müdafiə təşkilatlarının qeyd edilən fəaliyyətləri Azərbaycanda dövlət rəsmilərinin
ciddi narazılığına səbəb oldu. 1 fevral 2011-ci ildə ölkənin milli parlamentinin spikeri bu
səfərlə bağlı narazılığını bildirdi və beynəlxalq qurumlarda hökuməti tənqid edən bu cür
QHT-lərə qarşı “tədbirlər görməyə” çağırdı.
Gürcüstan
2010-cu ildə Gürcüstandakı tendensiyalar narahatedici oldu. Ədliyyə sistemi hər bir
vətəndaşın hüquqlarını təmin etmək üçün fəaliyyət göstərmir, dövlət orqanları isə
toplaşmaq azadlığı hüququnu məhdudlaşdırır. Hüquq müdafiəçiləri insan
hüquqlarının pozuntularının qurbanlarını müdafiə etməkdə çətinliklərlə üzləşirlər.
Bundan əlavə, dövlət orqanları tənqidlərə kəskin reaksiya verirlər. Gürcüstan
özünün Universal Dövri İcmalında ona verilən ciddi tövsiyələri qəbul etməklə müsbət
ə
lamətlərin təməlini qoya bilərdi.
Hüquq müdafiəçilərinə qarşı təzyiq və təqiblər
Jurnalistlər də daxil olmaqla hüquq müdafiəçiləri və onların ailələri öz hüquq və
azadlıqlarının həyata keçirilməsində müxtəlif formada təzyiqlərə və təhdidlərə məruz
qalıblar. Buraya ölümlə hədələmə, qondarma ittihamlar, məsələn, casusluq, fiziki hücum
və sözlə təhqir etmə ittihamları əsasında həbsə almaqla hədələmə, dövlət orqanları
tərəfindən qanunsuz təftişlər, media vasitəsilə və yüksək vəzifəli dövlət məmurları
tərəfindən damğalama və ləkələmə kampaniyaları daxildir. Bəzi hallarda dövlət məmurları
hüquq müdafiəçilərinə qarşı fiziki hücumlarda və onların təhdid edilməsində şəxsən iştirak
ediblər.
Gürcüstanın regionlarında fəaliyyət göstərən hüquq müdafiəçiləri xüsusilə əlverişsiz
vəziyyətdədirlər, orada yerli hakimiyyət orqanlarına qarşı açıq tənqidlər və hüquqlar
uğrunda mübarizə daha çox problemlər yaradır. Əsas diqqət paytaxta və iri şəhərlərə
yönəldiyinə görə, regionlarda yerli hakimiyyət orqanlarının sui-istifadə halları,
qanunsuzluqları və cəzasızlığı artmaqdadır.
10
Hüquq müdafiəçilərinə hücumlar
İ
fadə azadlığı Gürcüstanda ən problemli hüquq olaraq qaldığı üçün 2010-cu ildə Gürcüstan
jurnalistlərinə qarşı təzyiq və təhdidlər güclənməkdə davam etdi. Onlar xüsusən 2010-cu
ilin yazında və yayında müxalifətin nümayişləri zamanı hədəfə alındılar, onların bir neçəsi
dövlət nümayəndələrinin, habelə dövlət nümayəndəsi olmayan şəxslərin fiziki hücumlarına
və sözlə təhqirlərinə məruz qaldılar. Dövlət orqanları qadağan olunmuş silahlardan,
xüsusən plastik və rezin güllələrdən istifadə etdiyinə görə nümayişləri işıqlandıran
jurnalistlərin bir neçəsi ciddi fiziki xəsarətlərə məruz qaldı və bu günə qədər belə
hərəkətlərlə bağlı lazımi qaydada araşdırma araşdırılmayıb.
2010-cu ilin fevralında Gürcüstanın aparıcı tədqiqatçı jurnalisti və Cənubi Qafqaz Hüquq
Müdafiəçiləri Şəbəkəsinin üzvü Vaxtanq Komaxidze Rusiya ilə Gürcüstan arasındakı
münaqişə ilə bağlı apardığı jurnalist araşdırması ilə əlaqədar olaraq ölümlə təhdid edildi.
Məlumatlara əsasən, o, 2008-ci ilin avqustundakı Gürcüstan-Rusiya müharibəsinə dair
sənədli film çəkilişində fəal iştirakına və Cənubi Osetiyaya səfər etdiyinə görə, habelə
həmin sənədli filmin müharibəyə aid naməlum faktları üzə çıxaracağı barədə ictimaiyyətə
verdiyi açıqlamalara görə hədələndi.
2010-cu ilin yanvarında Gürcüstanın jurnalisti, İnsan Hüquqları Mərkəzinin regional
müxbiri və “Kartlis Khma” (Kartlinin səsi) regional qəzetinin baş redaktoru Saba
Tsitsikaşvili Şida Kartlidə regional təhlükəsizlik mühafizəçiləri tərəfindən təhqirlərə və
təqiblərə məruz qaldı. Mühafizəçilər Tsitsikaşvilini fiziki hücumlara və sözlə təhqirlərə
məruz qoydular və onun peşə fəaliyyətlərini həyata keçirməsinə, konkret olaraq, regional
administrasiyanın sərf etdiyi inzibati-təşkilati məsrəflər barədə ictimai informasiya əldə
etməsinə mane oldular. Saba Tsitsikaşvili birinci dəfə 2008-ci ilin sentyabrında məcburi
köçkünlər üçün nəzərdə tutulan maddi yardımı almaqda məcburi köçkünlərə kömək
etdiyinə görə regional hakimiyyət orqanları tərəfindən təqiblərə və təhdidlərə məruz
qalmışdı.
Cəzasızlıq və qanunun aliliyinin olmaması
Jurnalistlərə, vəkillərə, hüquq müdafiə fəallarına və hüquq müdafiəçilərinin daha geniş
toplumuna qarşı hücumlara və təqiblərə görə cəzasızlıq xüsusən regionlarda geniş şəkildə
yayılıb. Hüquq müdafiəçilərinə qarşı hücumlar və ya təhdid və təzyiqlər nadir hallarda
dovlət orqanları tərəfindən açıq şəkildə pislənilir; üstəlik, siyasi iradənin olmaması
səbəbindən heç bir araşdırma aparılmır, məsuliyyət daşıyan şəxslər barəsində cinayət
təqibi həyata keçirilmir. Nəticədə bəzi hüquq müdafiəçilərinə qarşı zorakılıq halları adi
praktikaya çevrilib, çünki cəzasızlıq hüquq pozucuları qarşısında yaşıl işıq yandırıb.
Narahatlıq doğuran digər mühüm məsələ ədliyyə sistemində qərəzsizliyin olmaması və
Gürcüstanda ədalət mühakiməsinin selektiv şəkildə tətbiq edilməsidir. Milli məhkəmələr
nəinki hüquq pozucularını məsuliyyətə cəlb etmirlər, hətta icra hakimiyyətinin bəzi
nümayəndələri tərəfindən törədildiyi iddia edilən pozuntuları çox vaxt ört-basdır edirlər.
Bundan başqa, qeydə alınmış belə bir həyəcan doğuran nümunə var ki, məhkəmə və
bütövlükdə hüquq sistemi tənqidi səsləri susdurmaq üçün cəza mexanizmi kimi istifadə
olunur. Nəticədə jurnalistlər qisasdan və əməkdaşlıq xahişlərinin rədd ediləcəyindən
qorxaraq onlara qarşı törədilmiş sui-istifadə hallarına görə dövlət orqanlarını məhkəməyə
verməkdən çəkinirlər. Ədalət mühakiməsinin selektiv tətbiqi və qanunun aliliyinə
sadiqliyini olmaması barədə qeydə alınmış tendensiya insan hüquqlarının keşikçilərinə və
bütövlükdə tənqidi fikir söyləyənlərə qarşı davamedici təhlükə yaradır.
11
Mediada ləkələyici kampaniyalar
Media üzərində hökumət nəzarəti, müxtəlif hakimiyyət orqanları tərəfindən jurnalistlərin
fəaliyyətlərinə qanunsuz müdaxilələrlə, o cümlədən fiziki hücumlarla və media orqanlarına
təzyiqlərlə bağlı səmərəli araşdırmaların aparılmaması və təqsirkarların məsuliyyətə cəlb
olunmaması, özünüsenzura, jurnalistlərin ictimai informasiyalara çıxışına imkan
verilməməsi, media üzərində mülkiyyət hüququ ilə bağlı şəffaflığın olmaması, media
üzərində mülkiyyətin təmərküzləşməsi, müstəqil və öz mövcudluğunu təmin edə bilən
medianın inkişafı üçün əlverişsiz şəraitin olması media ilə bağlı mühüm problemlərdəndir.
Bu, hüquq müdafiəçilərinin ictimaiyyətə çıxışını, insan hüquqlarına, onların həyata
keçirilməsinə və müdafiəsinə dair informasiya təqdim etməsini və eyni zamanda ölkədə
insan hüquqları ilə bağlı pozuntular barədə məlumatlılığın artırılmasını ciddi şəkildə
məhdudlaşdırır.
Üstəlik, 2009-cu ilin sonunda mediadan hüquq müdafiəçilərinə təzyiq üçün istifadə
etməkdən ibarət yeni tendensiya formalaşıb və 2010-cu ildə davam edib. Hüquq
müdafiəçiləri belə bir faktdan xüsusilə narahatdırlar ki, ictimaiyyətlə manipulyasiya etmək
və hüquq müdafiəçiləri və onların işi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaq üçün
media və siyasi xadimlər Rusiya-Gürcüstan müharibəsi, etnik-ərazi münaqişələri, azlıqlar
və s. kimi həssas mövzulardan istifadə edirlər. Bəzi media orqanları, xüsusən televiziyalar
Gürcüstanda hüquq müdafiəçilərinə qarşı dövlət tərəfindən dəstəklənən ləkələyici
kampaniyalara başlanılmasına cəlb olunurlar. Məcburi köçkünlərin və 2008-ci il Rusiya-
Gürcüstan müharibəsinin təsirinə məruz qalmış əhalinin məsələləri ilə bağlı fəaliyyət
göstərən hüquq müdafiəçiləri xüsusilə hədəfə alınırlar. Hökumətin nəzarət etdiyi media
orqanları hüquq müdafiəçilərinin xain və Gürcüstan xalqının düşməni olduqlarını, dövlət
maraqlarına zidd fəaliyyət göstərən şəxslər olduqlarını elan edən qərəzli televiziya
verilişləri yayımlayırlar. 2010-cu ildən öncə “İnsan Hüquqları Prioriteti” təşkilatının (10
dekabr) və Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının (12 dekabr) üzərinə hücumlar
edildi. Daha sonra 2010-cu ildə “Reportyor Studiyası”nın təsisçisi Vaxtanq Komaxidze,
“Əlil veteranlar və həlak olmuş əsgərlərin həyat yoldaşları birliyi”nin rəhbəri Manana
Mebuke və münaqişələr üzrə alim Paata Zakareişvili (17 dekabr) bu kampaniyanın
hədəfinə çevrildilər. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas
Hammarberq və Gürcüstanın keçmiş ictimai müdafiəçisi Sozar Subari də bu cür açıq
tənqidlərə məruz qaldılar.
2009-cu ildə Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvü olan “Çoxmillətli
Gürcüstan” təşkilatının rəhbəri, hüquq müdafiəçisi Arnold Stepanyan fəaliyyətini
dayandırmaqdan imtina edəcəyi təqdirdə mediada xarici ölkə casusu olmaqda ittiham
ediləcəyi ilə hədələndi. “Çoxmillətli Gürcüstan” təşkilatı azlıqların hüquqları uğrunda
çalışır və 2008-ci il münaqişəsindən sonra Rusiya ilə Gürcüstanın vətəndaş cəmiyyətləri
arasında dialoqun qurulmasında iştirak edib. 2010-cu ilin əvvəlində Gürcüstanın “Versiya”
qəzetində məqalə dərc olundu, orada deyilirdi ki, dövlət orqanları Rusiyanın xüsusi xidmət
orqanlarının agentlərini ölkədən xaric etməyə başlayıblar və qeyd edilirdi ki, bu işdə QHT-
lər xüsusi diqqət mərkəzində olacaq. Daha sonra məqalədə deyilirdi ki, Arnold
Stepanyanın Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsi var, çünki o, iddia edildiyinə,
kodlaşdırılmış məlumatlar və sənədlər alıb. Bir qədər sonra bu məlumat Gürcüstanda Real
TV-də yayımlandı.
Hüquq müdafiəçilərinə təsir göstərən hüquqi addımlar
12
Son dövrdə insan hüquqlarının tətbiq dairəsini məhdudlaşdıran və milli hakimiyyəti
orqanlarının səlahiyyətlərini genişləndirən hüquqi addımların atılmasına hüquq
müdafiəçilərini susdurmaq, demokratik inkişafı təhdid etmək üçün meydana çıxan yeni
tendensiyanın tərkib hissəsi kimi baxılır.
2010-cu ildə Gürcüstan Parlamenti Gürcüstan Konstitusiyasına baş nazirin səlahiyyətlərini
gücləndirən və müstəqil qanunverici orqan kimi Parlamentin mövcudluğunu təhlükə altına
alan yeni dəyişikliklər qəbul etdi. Bu addımların Venesiya Komissiyası tərəfindən tənqid
edilməsinə baxmayaraq,
9
Gürcüstanın hakimiyyət orqanları onun qeydlərinə əhəmiyyət
vermədilər.
Məlumat almaq azadlığı “Məlumat azadlığı haqqında” Qanuna 2010-cu ilin iyulunda
edilmiş sonuncu dəyişikliklər vasitəsilə məhdudlaşdırıldı, belə ki, həmin dəyişikliklər
beynəlxalq məhkəmələrin icraatında olan Gürcüstan hökumətinə aid işlərlə bağlı
məlumatları “üçüncü şəxslərin” əldə etməsinə ciddi məhdudiyyətlər tətbiq edir.
2010-cu ilin sentyabrında qanunvericiliyə yeni dəyişikliklər qəbul edildi, həmin
dəyişikliklər hüquq müdafiəçilərinin vəziyyəti ilə bağlı narahatlıq yaradır. Dəyişikliklər
polis əməkdaşlarının səlahiyyətlərini artırır, onlar hər hansı şəxsin cinayət törətdiyinə dair
ə
saslı şübhə olduqda ictimai yerdə həmin şəxsi dayandırmaq və üzərində axtarış aparmaq
səlahiyyətinə malikdirlər. Qanunda “əsaslı şübhə”nin anlayışı verilmir və sözügedən
şə
xslərin hüquqları və onlara verilən təminatlar nəzərdə tutulmur. Yeni qəbul edilmiş
Cinayət Prosessual Məcəlləsində bir çox təqdirəlayiq müddəalar var, lakin narahatlıq
doğuran məsələ ondan ibarətdir ki, həmin Məcəllə cinayət işləri üzrə ədalət
mühakiməsinin şəffaflığını məhdudlaşdıra bilər. O, cinayət prosesinin tərkib hissəsi hesab
edilən zərər çəkmiş şəxs anlayışını ləğv edir və müvafiq olaraq, sonuncunu araşdırmada
iştirak etməsinə və onun səmərəliliyinə nəzarət etməsinə imkan yaradan hər hansı
prosessual hüquqlardan və ya mexanizmlərdən məhrum edir.
9
http://www.venice.coe.int/docs/2010/CDL-AD(2010)028-e.pdf
Dostları ilə paylaş: |