azad edilməsi
90.0. İslah işlərinə və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına
çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar:
90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş
cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
90.0.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən
sonra;
90.0.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki
hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.
M a d d ə 9 1 . Müddətin keçməsi
Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad
edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı
azaldılır.
M a d d ə 9 2 . Məhkumluğun ödənilməsi müddətləri
77
92.0. Şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin
83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar
üçün qısaldılır və aşağıdakı müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir:
92.0.1. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən
altı ay;
92.0.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan
məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il;
92.0.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə
cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə.
Bölmə VI
78
CİNAYƏT-HÜQUQİ XARAKTERLİ DİGƏR TƏDBİRLƏR
15-ci fəsil
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
M a d d ə 9 3 . Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları
93.1. Məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:
79
93.1.1. Bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan
şəxslərə;
93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan
şəxslərə.
93.1-1. Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə
tərəfindən:
80
93.1-1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya
hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;
93.1-1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən
psixi xəstəliyə düçar olmuş şəxslərə;
93.1-1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan
şəxslərə təyin edilir.
93.2. Bu Məcəllənin
93.1-1-ci maddəsində
nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi
tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər
yetirilməsi təhlükəsi yaradır.
81
93.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunur.
93.4. Bu Məcəllənin
93.1-1-ci maddəsində
göstərilən və öz psixi vəziyyətinə görə təhlükə
törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya
onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir.
Maddə 93-1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər
barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
82
93-1.1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi
xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması,
səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial
qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən
insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin
qarşısının alınmasından ibarətdir.
93-1.2. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli
məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
M a d d ə 9 4 .
Psixi pozuntusu olan şəxslərə tibbi
xarakterli məcburi tədbirlərin
tətbiq edilməsinin məqsədi
83
Psixi pozuntusu olan şəxslərə tibbi
xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi
bu Məcəllənin
93.1-1-ci maddəsində
göstərilən şəxslərin müalicə olunması və ya psixi
vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin
qarşısının alınmasından ibarətdir.
M a d d ə 9 5 .
Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi
xarakterli məcburi
tədbirlərin növləri
84
95.0. Məhkəmə
psixi pozuntusu olan şəxslərə
aşağıdakı tibbi xarakterli məcburi tədbirləri
təyin edə bilər:
85
95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;
95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi
müalicə.
M a d d ə 9 6 . Məcburi ambulatoriya müşahidəsi altında olma və psixiatr tərəfindən
müalicə edilmə
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin
şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi
bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
M a d d ə 9 7 . Psixiatriya stasionarlarında məcburi müalicə olunma
97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun
üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə,
psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində
nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər.
97.2. İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və
müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi
müalicə təyin edilə bilər.
97.3. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış
psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.4. Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi
müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə
altında məcburi müalicə təyin edilə bilər.
M a d d ə 9 8 .
Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi
xarakterli məcburi
tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi
86
98.1.
Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi
xarakterli məcburi tədbirlərin
tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi
əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin
təqdimatı
ilə
məhkəmə tərəfindən həyata keçirilir.
87
98.2.
Psixi pozuntusu ilə əlaqədar barəsində
tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş
şəxs bu tədbirin tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi
ilə altı ay müddətində bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan
keçirilməlidir. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün
əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi
müalicənin müddətinin uzadılması haqqında məhkəməyə öz rəyini təqdim edir. Məcburi
müalicənin ilk dəfə uzadılması müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata
keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir.
88
98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin
edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli
digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin
dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.
98.4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs
barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir.
M a d d ə 9 9 .
Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi
xarakterli məcburi
tədbirlərin tətbiqi müddətinin hesaba alınması
89
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra
cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında
məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə
hesablanır.
Fəsil 15-1
90
Xüsusi müsadirə
M a d d ə
99-1. Xüsusi müsadirə
99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın
məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır:
99-1.1.1. məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni
sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla);
99-1.1.2. məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak,
habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni
sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş
gəlirlər istisna olmaqla);
99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-
hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər
əmlak və ya onun müvafiq hissəsi;
99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin
və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar
təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak.
99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində
nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.
Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
99-1.3. Məhkum tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər
şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda
müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini
bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir.
M a d d ə
99-2. Əmlakın dəyərinə görə müsadirə
Bu Məcəllənin 99-1.1.2—99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş müsadirə
edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən
dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma
məxsus olan digər əmlak müsadirə edilir.
M a d d ə
99-3. Cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak
vasitəsilə ödənilməsi
99-3.1. Müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın
qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.
99-3.2. Cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa ziyanın
ödənilməsini təmin edəcək əmlakı olmadıqda, cinayət nəticəsində əmlakın qanuni
sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra
əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır.
Fəsil 15-2
Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər
M a d d ə
99-4. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının
əsasları və şərtləri
99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya
onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən
cinayətlərə görə tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli
şəxs;
99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş
vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin
işçisi.
99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya
onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini
istisna etmir.
99-4.4. Bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində
qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə
cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur.
99-4.5. Dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-
hüquqi tədbirlər tətbiq edilə bilməz.
99-4.6. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1, 144-2,
144-3, 167–169, 169-1, 170–171-1, 193-1, 194, 200-1, 200-2, 214–220, 233, 242–244-1, 271–
284, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə
tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir.
91
99-4.7. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar
qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda cinayət-hüquqi tədbirlər
hüquqi şəxsin hüquqi varisinə təyin olunur. Məhkəmə tərəfindən cinayət-hüquqi
tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya
ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin
(iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə
ləğv edilməsi qadağandır.
M a d d ə
99-5. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri
99-5.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-2-ci fəsli ilə müəyyən edilmiş qaydada
tətbiq edilir.
99-5.3. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm
əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq
olunur.
99-5.3. Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi
müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:
99-5.3.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
99-5.3.2. cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun
maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
99-5.3.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
99-5.3.4. cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində
əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
99-5.3.5. cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq
ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına
yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər.
99-5.3.6. hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində
cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai
faydalı fəaliyyətlə məşğul olması.
M a d d ə
99-6. Cərimə
99-6.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu
Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və
dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir.
99-6.2. Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən
hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan
iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur.
99-6.3. Hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə
təyin edilir:
99-6.3.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - əlli min manatdan
yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş
gəlirin) bir mislindən iki mislinədək miqdarda;
99-6.3.2. az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək,
yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç
mislinədək miqdarda;
99-6.3.3. ağır cinayətlərə görə - yüz min manatdan yüz iyirmi beş min manatadək,
yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən dörd
mislinədək miqdarda;
99-6.3.4. xüsusilə ağır cinayətlərə görə - yüz iyirmi beş min manatdan yüz əlli min
manatadək miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş
gəlirin) dörd mislindən beş mislinədək miqdarda.
99-6.4. Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox
hissəsini təşkil edə bilməz.
M a d d ə
99-7. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə
99-7.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi
razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin
bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən
subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul
olmanın qadağan edilməsindən ibarətdir.
99-7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
bu Məcəllənin 99-5.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin
müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab
edildikdə aşağıdakı müddətlərə təyin edilir:
99-7.2.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - bir ildən iki ilədək
müddətə;
99-7.2.2. az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə;
99-7.2.3. ağır cinayətlərə görə - üç ildən dörd ilədək müddətə;
99-7.2.4. xüsusilə ağır cinayətlərə görə - dörd ildən beş ilədək müddətə.
M a d d ə
99-8. Hüquqi şəxsi ləğv etmə
99-8.1. Hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının
qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə,
hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam
verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir.
99-8.2. Hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin
törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və
ya digər əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox
hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət
olduqda tətbiq olunur.
99-8.3. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə
əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə
alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir.
99-8.4. Hüquqi şəxsi ləğv etmə siyasi partiyalara və həmkarlar ittifaqına, dövlət
(bələdiyyə) müəssisələrinə və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə
(bələdiyyəyə) məxsus olan hüquqi şəxslərə tətbiq edilmir.
M a d d ə
99-9. Hüquqi şəxsin cinayət-hüquqi tədbirlərin tətbiqindən azad
edilməsi
Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs bu
Məcəllənin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət
məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə
bilməz.
XÜSUSİ HİSSƏ
YEDDİNCİ BÖLMƏ
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
92
16-cı fəsil
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
93
M a d d ə 1 0 0 . Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya
aparma
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
94
100.2. Təcavüzkar müharibəni aparma—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
95
M a d d ə 1 0 1 . Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
96
101.2. Eyni əməllər kütləvi informasiya vasitələri ilə və ya vəzifəli şəxs tərəfindən
törədildikdə—
üç ilədək müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 0 2 . Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum
Dostları ilə paylaş: |