CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 28 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Qiymətə dair həssas məlumatlara maliksinizmi?
Siz hadisəni tamlığı ilə söyləmisinizmi?
1.0 Prinsiplərə əsasən Yaşamaq
Bizim səmimiyyət, prinsipiallıq və insanlara hörmətin paylaşılan əsas dəyərlərimiz etdiyimiz bütün işləri
dəstəkləyir və bizim Biznes Prinsiplərimizin əsasını təşkil edir.
Biznes Prinsipləri istər böyük və ya istərsə də kiçik olan bütün əməliyyatlara tətbiq edilir və bütün
zamanlarda öz biznesinin həyata keçirilməsində hər Şöbədə işləyən işçidən gözlənilən davranışı
formalaşdırır.
Biz nə cür hərəkət ediriksə, o cür mühakimə edilirik. Əgər qanuna uyğun hərəkət etməsək, Biznes
tərəfdaşlarımız belə qanunlar və ya onlara ekvivalent prinsiplərə uyğun hərəkət etməzsə, bizim
reputasiyamıza zərər dəyər.
Öz nümunəsi əsasında yönləndirmək, bütün işçilərin belə prinsiplərdən xəbərdar olduqlarını təmin
etmək və bu bəyannamənin məramına uyğun hərəkət etməyə görə rəhbərlik məsuliyyət daşıyır.
Bu prinsiplərin tətbiqi işçilərimizin bu prinsipləri başa düşdüklərindən əmin olmaq və işçilərin onlara
uyğun hərəkət etdiklərini təsdiqləmək üçün nəzərdə tutulmuş müfəssəl təminat proseduraları dəsti ilə
dəstəklənir.
Təminat sisteminin tərkib hissəsi kimi, rəhbərlik həm də işçiləri narahatlıqları və riayət etməmə hallarını
bildirmək üçün təhlükəsiz və məxfi kanalla təmin etməyə görə məsuliyyət daşıyır. CMS işçiləri isə, Biznes
Prinsiplərinin güman edilən pozuntularını CMS-ə bildirməyə görə məsuliyyət daşıyırlar.
Uzun illərdən bəri Biznes Prinsipləri bizim biznesi həyata keçirmək tərzimiz üçün əsas olmuş və onlara
uyğun yaşamaq bizim davamlı müvəffəqiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edir.
2.0 Bizim Dəyərlər
CMS işçiləri səmimiyyət, prinsipiallıq və insanlara hörmət kimi mühüm dəyərlər dəstini paylaşır. Biz
həmçinin etibar, açıqlıq, komanda işi və peşəkarlıq kimi dəyərlərin fundamental vacibliyinə tam inanır və
bununla qürur duyuruq.
3.0 Davamı İnkişaf
Biznes Prinsiplərinin tərkib hissəsi kimi, biz davamlı inkişafa öz töhfəmizi verməyə sadiqik. Bu bizdən qısa
və uzun-müddətli maraqları tarazlaşdırmaq, iqtisadi, ekoloji və sosial məsələləri biznesə dair qərar
çıxarmağa daxil etməyi tələb edir.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 29 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
4.0 Məsuliyyətlər
CMS şöbələri beş məsuliyyət sahəsini tanıyır. Prioritetləri davamlı qiymətləndirmək və belə bir-
birindən ayrılmaz məsuliyyətləri həmin qiymətləndirmə əsasında həvalə etməyə görə rəhbərlik
cavabdehlik daşıyır.
a. Səhmdarlar
Səhmdarların investisiyalarını qorumaq və sənayedə olan digər aparıcı şirkətlərlə rəqabət
şəraitində investisiyadan uzun-müddətli əvəz ödənişləri təmin etmək.
b. Müştərilər
Qiymət, keyfiyyət, təhlükəsizlik və ekoloji təsir nöqteyi-nəzərindən qiymət təklif edən və
texnoloji, ekoloji və kommersiya ekspertizası ilə dəstəklənən məhsul və xidmətləri hazırlayaraq
və təmin edərək müştəri qazanmaq və saxlamaq.
c. İşçilər
İşçilərin insan hüquqlarını qorumaq, onları yaxşı və təhlükəsiz iş şərtləri, rəqabətli məşğulluq
şərt və müddəaları ilə təmin etmək.
İstedadlı işçilərimizin inkişafı və ən üstün şəkildə istifadəsini yüksəltmək; hər bir işçinin öz
bacarıq və istedadlarını inkişaf etdirmək üçün bərabər imkanlara malik olacaqları əhatəli iş
mühiti yaratmaq. İşçiləri onların işinin planlaşdırılması və yönləndirilmsinə cəlb olunmağa
ruhlandırmaq, onları narahatlıq doğuran məsələləri bildirmək üçün müvafiq kanallarla təmin
etmək.
Biz kommersiya uğurlarının bütün işçilərimizin tam sədaqətindən asılı olduğunu qəbul edirik.
d. Biznes həyata keçirdiyimiz tərəflər
Podratçı, təchizatçı və müştərək müəssisələrlə qarşılıqlı mənfəətli münasibətlər qurmaq, belə
qarşılıqlı münasibətlərdə CMS-in Ümumi Biznes Prinsipləri və ya ekvivalent prinsiplərinin
tətbiqini genişləndirmək. Bu prinsiplərin effektiv tətbiqi qabiliyyəti belə münasibətləri qurmaq
və ya saxlamaq üçün qəbul edilən qərar verilən zaman vacibdir.
e. Cəmiyyət
Biznesi cəmiyyətin məsuliyyəti korporativ üzləri kimi həyata keçirmək, tətbiq edilən qanun-
qaydalara əməl etmək, biznesin qanuna uyğun roluna uyğun fundamental insan haqlarını
dəstəkləmək, sağlamlıq, təhlükəsizlik və ətraf mühitə lazımi diqqət yetirmək.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 30 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
5.0 CMS-in Ümumi Biznes Prinsipləri
Prinsiplər 1: İqtisadi məsələ
Uzun-müddətli mənfəətlilik bizim biznes məqsədlərimiz və davamlı artıma nail olunmağımız baxımdan
mühümdür. Bu, səmərəlilik və müştərilərin CMS xidmətlərinə verdiyi dəyərin ölçüsüdür. Müştəri
ehtiyaclarını qarşılamaq üçün gələcək enerji təchizatının inkişafı və hasilatı üçün tələb edilən davamlı
investisiya məqsədilə zəruri olan korporativ resursları təchiz edir. Mənfəət və güclü maliyyə əsası
olmadan bizim məsuliyyətləri həyata keçirmək mümkün deyil. İnvestisiya və investisiyanın
özgəninkiləşdirilməsinə dair qərarlar üçün meyara davamlı inkişaf məsələləri (iqtisadi, sosial və ekoloji)
və investisiya risklərinin qiymətləndirməsini daxil edir.
Prinsip 2: Rəqabət
CMS azad sahibkarlığı dəstəkləyir. Tətbiq edilən rəqabət qanunları çərçivəsində biz ədalətli və etik
rəqabət aparmaq istəyirik; başqalarının bizimlə azad rəqabət aparmasının qarşısını almırıq.
Prinsip 3: Biznesdə Prinsipiallıq
CMS bizim biznesin bütün aspektlərində səmimiyyət, prinsipiallıq və ədalətdə israr edir və eyni
münasibətləri bizim biznes apardığımız bütün tərəflərdən gözləyir. Birbaşa və ya dolayı təklif, ödəniş,
rüşvətin hər hansı formada tələb edilməsi və ya qəbulu yolverilməzdir. Asanlaşdırıcı ödənişlər də rüşvət
hesab edilir və verilməməlidir. İşçilər öz özəl fəaliyyətləri və şirkətin biznesinin aparılmasında oynadıqları
rolda ziddiyyətlərə yol verməməlidir. İşçilər həm də öz şirkətlərinə potensial maraqları bəyan
etməlidirlər. CMS adından aparılan bütün biznes əməliyyatları şirkətin hesablarında təsbit edilmiş
proseduralara uyğun dəqiq və ədalətli əksini tapmalı, audit edilməli və açıqlanmalıdır.
Prinsip 4: Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit
CMS işdə davamlı təkmilləşməyə nail olmaq üçün sağlamlıq, təhlükəsizlik və ətraf mühitin idarə
edilməsinə sistematik yanaşmaya malikdir.
Bu məqsədlə CMS belə məsələləri kritik biznes fəaliyyətləri kimi idarə edir, təkmilləşdirmə üçün
standart və hədəfləri müəyyən edir və iş icrasını ölçür, qiymətləndirir və kənar tərəfə bildirir.
Biz davamlı olaraq, öz əməliyyat, məhsul və xidmətlərinin ətraf mühitə təsirlərini azaltma
yollarını arayırıq.
Prinsip 5: Yerli icmalar
CMS bizim birbaşa və ya dolayısı ilə işlədiyimiz icmaların ümumi rifahına töhfə vermək
üsullarımızı davamlı yaxşılaşdırmaqla yaxşı qonşuluq etmək məqsədi daşıyırıq.
Biz biznes fəaliyyətlərimizin sosial təsirlərini idarə edir, yerli icmalara mənfəəti artırmaq üçün
başqaları ilə işləyir və fəaliyyətlərimizin hər hansı mənfi təsirlərini yüngülləşdiririk.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 31 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Bundan əlavə, CMS bizim biznesimizlə birbaşa və ya dolayı bağlı olan sosial məsələlərə yaradıcı
maraq nümayiş etdirir.
Prinsip 6: Rabitə əlaqəsi və Birgə iş
CMS bizim tərəfdaşlarımızla müntəzəm dialoq və iş birliyinin mühüm olduğunu tanıyır. Öz
mühüm biznes məxfiliyi məsələlərinə əsasən, qanuni maraqları olan tərəflərin tam layiq
olduqlarını təmin edərək öz iş icramızı bildirməyə sadiqik.
İşçi, biznes tərəfdaşları və yerli icmalarla qarşılıqlı əlaqələrimizdə biz onları səmimiyyət və
məsuliyyətlə dinləmək və cavablandırmağa çalışırıq
Prinsip 7: Riayətetmə
Biz işlədiyimiz ölkələrin tətbiq edilən bütün qanun-qaydalarına əməl edirik.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 32 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
LÜĞƏT
Xeyriyyə ödənişləri
Xeyriyyə təşkilatı, ondan haqq tutulmadan sponsorluğa verilən dəyərə malik istənilən şey və ya hər hansı icma inkişaf xərci.
Davranış Kodu
Sizdən gözlənilən və sizin CMS-dən gözlədiyiniz davranışı təsvir edən dəyər, etika, qayda və prinsiplər.
Rəqib
Oxşar məhsul və ya xidməti təklif edən və eyni sənaye sahəsində olan şirkət.
Normativ-hüquqi Uyğunluğa görə məsul Rəhbər
Riayət etmə fəaliyyətləri ilə bağlı hadisələr və biznes riskini izləyir.
Məxfi biznes məlumatı
Məlumat və verilənlər qorunmalı və icazəsi olmayan heç bir tərəflə paylaşılmamalıdır.
Müştərilər
CMS müştəri və alıcılarının məhsul və xidmətləri.
Asanlaşdırıcı ödəniş
İnzibati prosesi sürətləndirmək üçün edilən ödəniş.
Dövlət rəsmisi
Dövlət (yerli və ya milli), yaxud da dövlətin tamlığı ilə və ya qismən nəzarət etdiyi şirkətin işçisi; siyasi partiyanın rəsmisi;
beynəlxalq təşkilatın işçisi və ya yuxarıda sadalananlardan hər hansı birinin ailə üzvü.
Qeyri-müvafiq hədiyyə
Qeyri-məqbul dəyər, xarakter və ya qeyri-məqbul şərtlər altında təklif edilən və ya qəbul edilən hədiyyə.
Əqli mülkiyyət
Patent hüquqları, istifadə modelləri, əmtəə və xidməti nişanlar, domen adları, müəllif hüququ (o cümlədən proqram təminatının
müəllif hüququ), tərtibat hüquqları, məlumatlar bazasından çıxarış hüquqları, nou-xau və ya digər məxfi (bəzən "ticarət sirri" və
ya "özəl" sirr adlanır) məlumat hüquqları və IP ilə bağlı razılaşmaları daxil edir.
Nominal dəyər malik elementlər
Cüzi dəyərə malik məsələn, konfrans qələmi və bir fincan kofe kimi elementləri daxil edir.
Müştərək müəssisə
Biznes fəaliyyətini birgə həyata keçirmək üçün CMS və digər tərəflər arasında yaradılmış hüquqi qurum.
Tərəfdaş
CMS ilə hər hansı müştərək müəssisəyə cəlb olunmuş təchizatçı, müştəri, agent və ya digər tərəf.
Məhdudiyyət və ya qadağalar
İcazə verilən və verilməyən məsələləri tənzimləyən məhdudiyyətlər. Məsələn ölkəyə hansı növdən olan malların gətirilməsi
məsələsi.
Sosial Fəaliyyət
CMS-in öz biznesinin fəaliyyət göstərdiyi icma və cəmiyyətlərə təsirini nə cür idarə etməsi.
CMS-in mühüm dəyərləri
Səmimiyyət, prinsipiallıq və insanlara hörmət.
CMS-in Ümumi Biznes Prinsipləri
CMS-in öz məsələlərini idarə etmə üsulu.
CMS-in Qlobal Yardım xətti
Hüquqi və riayət etməmə hadisələri, qeyri-müəyyənlik və narahatlıq doğuran məsələlərinin bildirilməsi və ya məsləhətin
alınması üçün bütün işçilərə təmin edilir.
Tərəfdaş
CMS biznesində maraqları olan şəxs, qrup, təşkilat və ya sistem
Supervayzer
Sizə göstəriş və/ya əmrlər vermək səlahiyyətinə malik şəxs.
Dəyər hədləri
Qəbul edilə və ya təklif oluna biləcək hədiyyə, qonaqlıq və ya əyləncənin qəbul edilmiş dəyəri.
Dostları ilə paylaş: |