XOCALI - 1992
34
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin ATƏT-in VII sammitində
nitqindən – 1 dekabr 2010-cu il
...Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlə-
dən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə
davam edir. Ermənistan şəhər və kəndlərimizi, ev-
lərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın
məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar
hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və
orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı oldu-
ğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən
məhv edilmişdir.
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Goranboyda məcburi
köçkünlər üçün salınmış yaşayış
məhəlləsinin açılışında nitqindən –
Goranboy şəhəri, 10 fevral 2011-ci il
...Xocalı soyqırımı XX əsrin ən dəhşətli, ən böyük
cinayətlərindən biri idi, erməni faşizminin vəhşi
və eybəcər sifətini göstərmişdir. Əfsuslar olsun ki,
uzun illər ərzində dünya erməniliyi, onun xaricdəki
havadarları və erməni lobbisi Xocalı haqqında
həqiqətləri gizlədirdilər.
Dünya birliyinə bu məsələ ilə bağlı kifayət qədər
məlumat verilmirdi. Bizim də imkanlarımız məhdud
idi, xüsusilə müstəqilliyimizin ilk illərində imkanımız
yox idi ki, bu həqiqətləri dünya birliyinə çatdıraq. Ancaq
indi vəziyyət tam başqadır, Azərbaycanın imkanları
var, geniş diaspor şəbəkəsi var. Azərbaycanın ictimai
təşkilatları, dövlət qurumları Xocalı soyqırımı ilə bağlı
www.aliyevheritage.org
35
XOCALI - 1992
kifayət qədər materiallar dərc edirlər, kitablar nəşr
olunur, bütün dünyada konfranslar, digər tədbirlər
keçirilir. Yəni Xocalı soyqırımı haqqında dünya birliyi
artıq tam məlumatlıdır. Ancaq o da həqiqətdir ki,
dünyada ikili standartların mövcud olması bizim
işimizi çətinləşdirir...
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Xocalı soyqırımının 20-ci
ildönümü ilə əlaqədar Azərbaycan xalqına
müraciətindən – Bakı şəhəri, 23 fevral 2012-
ci il.
...Son iki əsrdə erməni millətçiləri tarixi Azər-
baycan torpaqları hesabına mifik “Böyük Ermənis-
tan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə
xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya
və etnik təmizləmə kimi bəşəri cinayətlər törətmiş-
lər. XX əsrin sonunda dünyanın gözü qarşısında
baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən
Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qan-
lı səhifəsi idi. Bu ağır cinayətə görə siyasi-hüquqi
məsuliyyət birbaşa Ermənistanın o zamankı və in-
diki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı
rejimin üzərinə düşür.
Azərbaycan dövləti erməni faşistlərinin törət-
diyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə
soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə
yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son
illərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası
çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı
www.aliyevheritage.org
XOCALI - 1992
36
vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları
və diaspor qurumları bu sahədə hakimiyyət struk-
turları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Ar-
tıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni
təbliğat maşınının iç üzü ifşa olunur və dünya icti-
mai fikri Xocalı həqiqətlərini qəbul etməyə başla-
yır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı
bu faktı “insanlığa qarşı törədilmiş kütləvi cinayət”
hadisəsi kimi tanımış və üzv dövlətləri həmin fa-
ciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağır-
mışdır. Pakistan və Meksikanın parlamentlərində
bu qətliamın soyqırımı aktı kimi tanınması barədə
qətnamə qəbul edilmişdir.
Azərbaycan Respublikası hazırda dünya təh-
lükəsizlik sistemində və beynəlxalq terrorizmə qar-
şı mübarizədə mühüm rol oynayır. Harada baş ver-
məsindən asılı olmayaraq, biz hər cür irqi ayrı-seç-
kiliyi, etnik və dini zəmində düşmənçiliyi bütöv-
lükdə bəşər cəmiyyətinə qarşı cinayət hesab edirik.
Dövlətimiz bundan sonra da Xocalı soyqırımına,
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi
ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirə-
cək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara
qarşı barışmaz mübarizə aparacaqdır.
Xocalı soyqırımını törətməkdə düşmənin
məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik
və ərazi bütövlüyü uğrunda mübarizədən çəkin-
dirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa
da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş,
qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və
www.aliyevheritage.org
37
XOCALI - 1992
milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşək-
kil mübarizəyə səfərbər etmişdir.
Bu ümummilli hüzn günündə bir daha Xocalı
faciəsinin günahsız qurbanlarının əziz xatirəsini
ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan
rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki,
Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət
məhkəməsi qarşısında cavab verərək layiqli cəza-
larını alacaq, şəhidlərimizin qanı yerdə qalmaya-
caqdır.
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Ikinci Bakı Beynəlxalq
Humanitar Forumun açılış mərasimində
nitqindən – Bakı şəhəri, 4 oktyabr 2012-ci il
...Hazırda dünyada adambaşına düşən qaçqınla-
rın ən yüksək sayı məhz Azərbaycandadır. Bir mil-
yondan artıq qaçqın və köçkün soydaşımız var ki,
onlar bu gün öz doğma torpağına qayıda bilmirlər.
Çünki Ermənistanın işğalçı siyasəti bu gün də da-
vam edir.
Xalqımız böyük faciələr yaşadı. Xocalı soyqırımı
törədildi, günahsız insanlar, onların içində qadın-
lar, uşaqlar vəhşicəsinə qətlə yetirildi, dini, mədəni
abidələrimiz ermənilər tərəfindən dağıdıldı. Yəni,
həm xalqımıza, həm mədəniyyətimizə qarşı soyqı-
rımı törədildi. Bu soyqırımını, bu vəhşiliyi törədən-
lər hələ ki, dünya birliyi tərəfindən adekvat qınaqla
üzləşməyiblər...
www.aliyevheritage.org
XOCALI - 1992
38
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Quba Soyqırımı Memorial
Kompleksinin açılışında nitqindən – Quba
şəhəri, 18 sentyabr 2013-cü il
...Xocalı soyqırımını törədənlər bu gün Ermənis-
tan rəhbərliyində təmsil olunan adamlardır. Bu fa-
ciə dünyanın gözü qabağında baş vermişdir. Yəni,
biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsa-
sı olmayan mifologiya əsasında deyil, real faktlar
əsasında görürük. Videomateriallar, fotoşəkillər,
canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir
və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək
istəmir, bəziləri bu günə qədər də erməniləri qur-
ban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun
səbəbi vardır. Dünyada fəaliyyət göstərən erməni
lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və
rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək
bütün günahı Azərbaycanın üzərinə qoymağa ça-
lışırlar. Bu ədalətsizlik bu günə qədər də davam
edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan
ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Əgər burada uyuyan soydaşlarımız soyuq silahlar-
la və küt alətlərlə öldürülmüşlərsə, Xocalıda artıq
soydaşlarımız avtomatlarla, qumbaralarla öldürül-
müşdür. Yüzlərlə insan itkin düşmüşdür. Xocalıda
ermənilər tərəfindən 63 uşaq, 106 qadın öldürül-
müşdür. Bu, misli görünməmiş vəhşilikdir.
Bu gün Azərbaycan dövləti və Azərbaycanda
fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə
Heydər Əliyev Fondu Xocalı soyqırımının dünya-
da soyqırımı kimi tanıdılmasında çox böyük işlər
www.aliyevheritage.org
39
XOCALI - 1992
görür. Quba Soyqırımı Memorial Kompleksinin
yaradılmasında da Heydər Əliyev Fondunun fəa-
liyyətini xüsusilə vurğulamaq istəyirəm. “Xocalıya
ədalət!” kampaniyasının başlanması və uğurla da-
vam etdirilməsində də Heydər Əliyev Fondu, bizim
diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan
dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyi-
mizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada
Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu pro-
ses davam etdirilir...
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin andiçmə mərasimində
nitqindən - Bakı şəhəri, 19 oktyabr 2013-cü
il.
...Xocalı soyqırımını soyqırımı kimi dünyada
tanıtdırmaq üçün artıq gözəl imkanlar vardır. Bir
neçə ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.
Bu proses davam etməlidir...
www.aliyevheritage.org
XOCALI - 1992
40
Xocalı soyqrımı bəşəriyyətə qarşı cinayətdir
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı apa-
rılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən ar-
tıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları
qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilər-
də erməni tarixçilərinin və ideoloqlarının uydurduğu
“Böyük Ermənistan” dövləti yaratmaq idi. Öz mənfur
və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün onlar
müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılma-
sından, siyasi təxribatlardan istifadə etmiş, dövlət sə-
viyyəsində davakar millətçiliyi, separatizmi və qonşu
xalqlara qarşı təcavüzü dəstəkləmişlər. Bu məqsədlə
Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə “mil-
li-mədəni”, dini, siyasi və hətta terrorçu təşkilatlar
qurmuş, erməni diasporunun və lobbisinin imkanla-
rını səfərbər etmişlər.
XIX əsrin birinci rübündə Rusiya və İran arasında
gedən müharibələrin nəticəsi kimi Azərbaycan tor-
paqlarının ikiyə bölünməsi ilə Qarabağ ərazisinə İran
və Türkiyədən ermənilərin məqsədli şəkildə kütləvi
köçürülməsinə start verilmiş, burada demoqrafik və-
ziyyət süni surətdə dəyişdirilmişdir. 1905-ci ildə er-
məni millətçiləri tərəfindən azərbaycanlılara qarşı öz
doğma yurdlarında kütləvi qırğınlar törədildi, yüz-
lərlə yaşayış məntəqəsi dağıdıldı. 1918-ci ildə siyasi
və hərbi rəhbərliyi əsasən ermənilərdən ibarət Bakı
Kommunasının himayəsi ilə Bakı quberniyasını azər-
baycanlılardan təmizləmək məqsədi güdən mənfur
plan həyata keçirildi. Nəticədə on minlərlə dinc insan
məhv edildi, yaşayış məntəqələri, mədəniyyət abi-
www.aliyevheritage.org
41
XOCALI - 1992
dələri, məscidlər və məktəblər dağıdıldı. Gəncədə, Şa-
maxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda
və Azərbaycanın digər yerlərində də ermənilər dinc
azərbaycanlı əhaliyə divan tutdular.
Azərbaycanlılara qarşı soyqırımı və deportasiya si-
yasəti millətlərin və xalqların bərabərliyi şüarını elan
etmiş sovet hakimiyyəti dövründə incə və məkrli me-
todlarla davam etdirilmiş, Azərbaycana münasibətdə
çoxlu yanlış və ədalətsiz qərarlar qəbul edilmişdir.
20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur
heç bir əsas olmadan Ermənistana verildi və beləliklə,
Azərbaycanın qədim torpağı Naxçıvan Vətənimizin
qalan hissəsindən ayrı salındı. Dağlıq Qarabağda er-
məni muxtariyyəti yaradıldı. SSRİ rəhbərliyinin vol-
yuntarist qərarı ilə 1948-1953-cü illərdə ermənilər yüz
minlərlə azərbaycanlıların öz ata-baba yurdlarından
deportasiyasına nail oldular və faktiki olaraq Ermə-
nistan Respublikası ərazisində monoetnik respublika
yaratdılar.
1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən
erməni irticası və bu irticanın qurbanı olan günahsız
Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş
SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə
qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən
ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini
və misli görünməmiş tarixi cinayətlərini bir-birinin
ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbay-
can ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ-
dan kənarda yerləşən daha 7 rayon – Kəlbəcər, Laçın,
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermə-
www.aliyevheritage.org
XOCALI - 1992
42
nistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 mil-
yondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından
vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi,
şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskə-
ni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi,
tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sita-
yiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli
görünməmiş erməni vandalizminə məruz qaldı.
Münaqişənin ilk illərində Dağlıq Qarabağın azər-
baycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular,
Qaradağlı, Ağdaban və digər kəndlərində erməni si-
lahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xoca-
lı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında
əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.
Xocalı faciəsi XX əsrdə “Böyük Ermənistan” və
monoetnik dövlət yaratmaq kimi şovinist siyasət
müəllifləri olan ermənilərin Azərbaycan xalqının
başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İn-
diyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar
tərəfindən dərk olunub pislənilməməsi və qarşısının
alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci
ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını
davam etdirən erməni qəsbkarları XX əsrin sonunda,
sivilizasiyalı dünyanın gözünün qabağında bütün in-
sanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik
törətmişlər.
Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış
1992-ci ilin 26 fevral gecəsində erməni silahlı dəstələ-
ri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş,
şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan
366-cı motoatıcı alayın zirehli texnikasının və hərb-
www.aliyevheritage.org
43
XOCALI - 1992
çilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yek-
san etmişlər.
Əvvəlcə Xocalı toplardan və digər hərbi texnika-
dan şiddətli atəşə tutularaq darmadağın edilmişdir.
Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piya-
da qüvvələr bir neçə istiqamətdən şəhərə girmiş, sağ
qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur.
Həmin gün qısa bir vaxt ərzində erməni silahlı
dəstələri şəhərin dinc əhalisindən 613 nəfəri qəddar-
casına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə
ağır xəsarət yetirmişlər.
Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yol-
larda, meşələrdə pusqu quran erməni hərbçiləri xü-
susi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəl-
ladlar insanların başlarının dərisini soymuş, müxtəlif
əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış,
hamilə qadınların qarınlarını yarmış, adamları diri-di-
ri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir
qismini minalamışlar.
Bu zaman 1275 nəfər itkin düşmüş və girov götü-
rülmüş, 10 min əhalisi olan şəhər talan edilmiş, tiki-
lilər dağıdılmış və yandırılmışdır. Onlardan 150 nəfə-
rinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu
gün də məlum deyildir. Faciə nəticəsində 1000-dən
artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq
şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın,
63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. 487 nəfər
şikəst edilmişdir. Şikəst olanların 76 nəfəri yetkinlik
yaşına çatmamış oğlan və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə
məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə
www.aliyevheritage.org
XOCALI - 1992
44
valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56
nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yan-
dırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İl-
ham Əliyevin Xocalı soyqırımının ildönümü müna-
sibətilə Azərbaycan xalqına müraciətində deyildiyi
kimi: “Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc
sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürül-
dü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qoca-
lar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə
Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı
ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz
ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriy-
yətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer
tutur.”
Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu
olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən
törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşı-
sında baş vermişdir!
Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın
dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çev-
rilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azər-
baycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə
törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçilə-
ri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma
torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan
xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və
məhv etmək niyyəti güdmüşlər.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın
ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü
taqımının komandiri Yevgeni Nabokix, birinci taqımı-
www.aliyevheritage.org
45
XOCALI - 1992
nın qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər.
Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş ma-
şını və digər hərbi texnikası cəlb edilmişdi. Dinc əha-
liyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qul-
luqçularından Slavik Arutyunyan, Andrey İşxanyan,
Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebek-
yan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr
Ayrapetyan və başqaları, erməni silahlı birləşmələri-
nin üzvlərindən Karo Petrosyan, Seyran Tumasyan,
Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər.
Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında
Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş
Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbə-
sinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini
Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq
cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi
şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və
başqa şəxslərin də olduğu müəyyən edilmişdir.
Xocalı soyqırımı zamanı mayor rütbəsində olan
S.Ohanyan indi general paqonları gəzdirir və Ermə-
nistan Respublikasının müdafiə naziridir. Cinayətin
bir sıra digər iştirakçıları da Ermənistanın yaratdığı
oyuncaq qurumda və Ermənistan Respublikasının
dövlət orqanlarında müxtəlif vəzifələr tuturlar.
BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96
saylı qətnaməsində qeyd olunur ki, soyqırımı, insan
qruplarının yaşamaq hüququnu tanımamaqla insan
mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən
yaradılan maddi və mənəvi dayaqlardan məhrum
edir. Belə bədnam əməllər BMT-nin məqsəd və və-
zifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr
www.aliyevheritage.org
XOCALI - 1992
46
1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş
və 1961-ci ildə qüvvəyə minən “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması haqqında”
Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təs-
bit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh
və yaxud müharibə dövründə törədilməsindən asılı
olmayaraq, genosidin beynəlxalq hüquq normalarını
pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısı-
nın alınması və səbəbkarlarının cəzalandırılması üçün
tədbirlər görməyi öhdələrinə götürmüşlər. Xocalı
şəhərində törədilmiş müdhiş cinayətin xarakteri və
miqyası göstərir ki, həmin konvensiyada təsbit olun-
muş soyqırımı cinayətini təşkil edən bütün əməllər
tətbiq olunmuşdur. Qabaqcadan planlaşdırılmış küt-
ləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan in-
sanları məhz azərbaycanlı olduqlarına görə tamamilə
məhv etmək niyyəti ilə törədilmişdir.
Ermənistanın müharibə zamanı davranış normala-
rını müəyyənləşdirən beynəlxalq hüquq normalarına
məhəl qoymaması ilə bağlı faktlar yalnız bütün bun-
larla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn
tələblərinə əsasən müharibə yalnız silahlı münaqişə-
də olan tərəflərin silahlı qüvvələri arasında aparıl-
malıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və
onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı
mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Kon-
vensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin
həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların
hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar
davranış, onlara əzab və işgəncə verilməsi, insan lə-
yaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan
www.aliyevheritage.org
47
XOCALI - 1992
edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur
ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusu-
na görə cəzalandırıla bilməz.
Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin gö-
rülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı
terror hərəkətləri, onların repressiyaya məruz qoyul-
ması birmənalı qadağan edilir. Həmin konvensiyanın
34-cü maddəsinə görə mülki əhalinin girov götürül-
məsi də qadağandır. Lakin təkcə Xocalıda mindən ar-
tıq insanı girov götürən ermənilər bu prinsipə aşkar
sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı
qüvvələri bu hüquq normalarına məhəl qoymamış,
Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl at-
mışlar. “Soyqırımı cinayətinin qarşısının alınması və
onun cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr
tarixli konvensiyasında nəzərdə tutulmuş soyqırımı
cinayətinin tərkibi vardır.
Xocalının zəbt olunması zamanı dinc azərbaycanlı
sakinlərə qarşı ağlasığmaz vəhşilik törədənlər və Ce-
nevrə konvensiyasının, “İnsan hüquqları haqqında
ümumi bəyannamənin” 2, 3, 5, 9 və 17-ci maddələri-
nin, “Hərbi münaqişələr və fövqəladə hallar zamanı
qadın və uşaqların müdafiəsi haqqında” konvensiya-
nın, “Soyqırım cinayətlərinin qarşısının alınması və
cəzalandırılması haqqında” konvensiyanın tələblərini
kobud surətdə pozanlar indiyədək cəzalandırılma-
mışdır. Cəzasızlıq mühiti isə yeni cinayətlər üçün əsas
yaratmaqdadır.
Ermənistan baş vermiş vəhşiliklərə görə çəkinmir,
əksinə, azərbaycanlılara qarşı törədilmiş soyqırıma
həyasızcasına haqq qazandırılır, bu faciəni törədən-
www.aliyevheritage.org
Dostları ilə paylaş: |