Xocalı soyqırımının 3-cü ildönümünün keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(19 fevral 1995-ci il)
1995-ci il fevral ayının 26-da Xocalı soyqırımının 3-cü ildönümü tamam olur. Bu faciənin qurbanlarının
xatirəsini dərin
hüznlə yad edərək, Azərbaycan xalqının milli matəm günü münasibətilə
qərara alıram:
1. Xocalı soyqırımının 3-cü ildönümü ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı tərkibdə Dövlət
Komissiyası yaradılsın:
Ramiz Mehdiyev — Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri (sədr)
Hidayət Orucov—Azərbaycan Respublikasının Dövlət müşaviri
Qabil Hüseynli — Azərbaycan Respublikasının Dövlət müşaviri
İzzət Rüstəmov — Azərbaycan Respublikası Baş nazirinin müavini
Rəfael Allahverdiyev — Bakı şəhər İcra hakimiyyətinin başçısı
Həsən Həsənov — Azərbaycan Respublikasının xarici işlər naziri
Yusif Hümbətov — Azərbaycan Respublikası Prezidenti aparatının Ərazi idarəetmə orqanları ilə iş
şöbəsinin müdiri
Fatma Abdullazadə — Azərbaycan Respublikası Prezidenti aparatının humanitar siyasət şöbəsinin müdiri
Allahşükür Paşazadə—Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri
Lidiya Rəsulova — Azərbaycan Respublikasının təhsil naziri
Sabir Rüstəmxanlı—Azərbaycan Respublikasının mətbuat və informasiya naziri
Polad Bülbüloğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri
Əbülfəz Qarayev — Azərbaycan Respublikasının gənclər və idman naziri
İlqar Rəhimov — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vaqif Qasımov — Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının sədri
Eldar Salayev — Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti
Anar Rzayev — Azərbaycan Yazıçılar Birliyinin sədri
Səttar Mehbalıyev — Azərbaycan həmkarlar İttifaqları Konfederasiyasının sədri
Elman Məmmədov—Xocalı rayonu İcra hakimiyyətinin başçısı
Babək Məmmədov—Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri
Yusif Əliyev — Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
2. Xocalı soyqırımının 3-cü ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 19 fevral 1995-ci il.
№ 157.