MƏRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix27.09.2019
ölçüsü2,94 Mb.
#29266
1   ...   4   5   6   7   8   9   10   11   12
mersiyeler-1509550192

Zeynəbin (ə) vəfatı 
Tutub üz sahati-Pərvərdigara, 
Dedi mən neyləmişdim ruzigara, 
Qalıb həsrət üzüm el-təbara, 
Gələn yoxdur mülaqatıma, ya Rəbb, 
Tək evdə can verir məzlumə Zeynəb. 
 
Gəlib şura Hüseyn eşqi başımda, 
Əsər vardı yəqinən göz yaşımda, 
Gözüm var hamıdan çox qardaşımda, 
Sərəfraz et məni sal yada, qardaş, 
Çətin vaxtımda gəl fəryadə, qardaş. 
 
Nə müddətdir çəkər göz intizarın, 
Mülaqatı şirindi yara-yarın, 
Köməksizdi qəribi-biqərarın, 
Bu həsrətdə axır əşkim üzara, 
Özün gəl Zeynəbi tapşır məzara. 
 
Bir ömür oldu sənə Zeynəb tüfeyli, 
Əzizim, gəlməsən ollam gileyli, 
Dalınca yolladım mən əşki-seyli, 
Əliləm, bimüinəm, başsızam mən, 
Görən fikr eləyir qardaşsızam mən? 
Həzrət Zəhranın Əbulfəzl başı üstünə 
gəlməsi 
Həzrət Zəhradan aldım muzdumu, padaşımı, 
Başıma qoydu əlin, ərşə yetirdi başımı, 
İzn verdi tez çağır gəlsin imam haşimi, 
Səsləməzdin bi icazə yoxsa mən qardaşımı, 

 
213 
Yaxşı imdad elədi Xeyrün-nisa Əbbasidən. 
 
Aldı Əbbasın səsin, verdi Hüseyn fil-fövri səs, 
Aşyanından haman eşq olubdur bihəvəs, 
Üz qoyub meydana dildə ah çəkdi hər nəfəs, 
Qıl kömək ya Rəbb dedi yoxdur mənə dadrəs, 
Naümidəm, ey Xudayi-kibriya Əbbasidən. 
 
Gəzdi meydanı yetib dildən düşən səqqasına, 
Nəqş olub gördü vucudu Kərbəla səhrasına, 
Baxdı qolsuz peykərə məcruh olan ə`zasına, 
Ləblərin öpdü qoyub simasını simasına, 
Gödü səs gəlir gözü başı yarə Əbassidən. 
Həzrət Əbulfəzlin (ə) zəban halı Rövzə)  
Səs ver səsimə, qətlimə qardaş tələsən var, 
On yeddi nəfər bir yaralı başı kəsən var, 
Mə`nadə anam Fatimə, qardaşım Həsən var, 
Bu məhfili-alidə yerin boşdu yubanma. 
 
Gahi dəyib ox, gahi dəyib daş bədənimdən, 
Qan su tək axır torpağa qardaş bədənimdən, 
Tə`xir eləsən ayrılacaq baş bədənimdən,             
Sdəmə yetə ənguştərə qaş saxlaya bilməz, 
Bir cismiki,qolsuz qala baş saxlaya bilməz. 
Ərze-hacət (rövzə) 
Gəl başım üstə olsa Hüseyn can, ləyaqətim, 
Axır nəfəsdə vardı sənə ərz-hacətim. 
Çox mayiləm dübarə görüm məh cəmalını, 
Qoyma ürəkdə qalsın amandır bu həsrətim. 

 
214 
Sən şahisən gələndə ayağa duranmasam, 
Mə`zur et ki, qəlbidə yox ayrı niyyətim. 
Bir hala qalmışam ki, özüm şərh edəmmərəm, 
Yoxdur ayağa durmağa bu dizlərdə taqətim. 
Əfv elə xeyməgahə sarı gələmməsəm, 
Nazlı Səkinədən bilirsən var xəcalətim. 
Sə`y elədim ki, məşkə xətər yetməsin, vəli, 
Məşk oxlanıb dağıldı su, heyf oldu zəhmətim. 
Qolsuz yıxılmışam yerə, düşmənlərim gəlir, 
Tab eyləyəmmirəm, məni öldürdü qeyrətim. 
Hasil gəlibdi dada Hüseyn şahi-teşnəqan,  
Səsləndi aç gözün məni çox etmə bağrıqan. 
Qan laxtası yumub gözünü heyf görəmmisən, 
Salmış nə hala fovci-bəla qəmgüsarini. 
Aç qanilə dolan gözünü göz-gözə baxaq, 
Bir də görüm doyunca o çeşmi-xümarini. 
Çox olma del qəmgin ki, ayağa durammısan, 
Salma özünü zəhmətə ki, bildim işarəni. 
Ətşan Fərata daxil olub içmədin sudan, 
Artırdı dəhridə bu əməl e`tibarini. 
Nazlı Səkinəm indi çəkir intizarini, 
Gördü Hüseyn yoxdu dəxi rahi-çarəsi. 
Tab eləmir bu qəmdə deli parə-parəsi, 
Ağlar gözilə durdu ayağa o didətər, 
Üz qoydu xeyməgaha tərəf zarü-xuncigər. 
Qoyduqca hərdəm yerə ahəstə səslənir, 
Qardaş ölümü qardaşın axı belin bükər. 
 
 
 
 
 

 
215 
 
İmamın zəban halı rövzə) 
Səsləndi gəl bacı, evimi yıxdı qovmi-kin, 
Əbbasım öldü kama çatıb qovmi-xirə-sər. 
Yandı dilim, büküldü belim,öldü qardaşım, 
Əbbasın ölməyin ver özün qızlara xəbər. 
Amma Səkinədən bacı çox-çox müvazib ol, 
Bu qüssədən balam özün axır həlak edər. 
Su üstə verdi bir göz iki qol o bavəfa, 
Qoydu sizi qara günə bu çərxi-fitnəgər. 
Əbbasın balinində İmamın zəban halı 
Qalan çöldə adamsız qardaşım vay! 
Yatan qan içrə yarü-yoldaşım vay! 
Səni kim saldı bu hala Əbülfəzl, 
Gözündən ox dəyən vay qardaşım vay! 
 
Belim sındı səni qolsuz görəndə, 
Sinəndən oxları bir-bir dərəndə, 
Xəcalət ölməyin nisgilli oldu, 
Dönüb əxyamə baxdın can verəndə. 
 
Edər ahım əsər almasa Zeynəb, 
Çağır gəlsin anamı yasa Zeynəb, 
Yığışsın qızlarım bu xeyməgaha, 
Hamımız ağlayaq Əbbasə, Zeynəb. 
 
 
 
 

 
216 
 
Əbbasın (ə) zəban halı 
Yerə qoy başımı sinən olub qan, 
Özün də xəstəsən ey şahi-ətşan, 
Bu axır ləhzədə bir xahişim var, 
Ölüncə başıma rahat verim can. 
 
Fələk qoysaydı əxyamə gedərdin, 
Ürəkdə bu səbəbdən çoxdur dərdim, 
Əlim olsaydı qalxıb saxlayardım, 
Gələn oxdan su məşkin hifz edərdim. 
 
Yıxıldım düşmənim əl çaldı, qardaş, 
Bu qovğadan fələk kam aldı, qardaş, 
Məni çox ağladan bu nisgilimdir, 
Bacım Zeynəb daha tək qaldı, qardaş. 
 
Neystanə tərəf çəkdim üqabı, 
Dolandırdım döşümdə məşki-abı, 
Səkinəndən əxa, şərməndə oldum, 
Özün aram elə ol delkəbabı. 
Əbbasın (ə) zəban halı  
(Yaralı sinə) 
Səsləndi mənim düşdü işim müşkülə qardaş, 
Düşmən bu başım üstə edər həlhələ, qardaş, 
Qoyma yaralı baş düşə əldən-ələ qardaş, 
Tez gəl sürünüm mən qabağında üzü üstə, 
Əfv eylə dura bilməsə Əbbas ayaq üstə. 

 
217 
Aldı səsini qardaşım,can dedi qardaş, 
Din üstə düşən qollara qurban dedi qardaş, 
Gəlləm sənin imdadına əlan dedi, qardaş, 
Nə halilə Allah bilir mindi at üstə, 
Nəhr üstə yetirdi özünü şahi-xocəstə. 
 
Endi yerə at üstdən ol şəhpərin öpdü, 
Baxdı yumulan gözlərinə gözlərin öpdü,  
Teşnə idi Əbulfəzl, quruyan ləblərin öpdü, 
Yanır sənə baxdıqca yanır yarəli sinəm, 
Əxyamidə gözlər yolunu nazlə Səkinəm. 
 
Mən Əbbasam, mənə səqqalar ağlar, 
Susuz əhvalıma dəryalar ağlar, 
Mənim hicranım ağlatdı Hüseyni, 
Ədəbli nökərə mövlalar ağlar. 
 
Hüseyni heç kəs haraya Əbulfəzl tək səsləməyib, 
Salanda möhnətini yada nəm-nəm ağlamışam, 
Otuz dörd ildi ya mövla demişdi sözünü, 
Vəli deyillər başı sınanda çağırdı qardaş. 
Həzrət Fatimə (ə) Əbəlfəzlə zəban halı 
Sən başında yara vardı, mən başımda qara var, 
Sən düçar oldun əmuda, mən dözüm mismara, 
var, 
Gəl qucağıma ki, hər dərdə oğul, bir çara var, 
Halımı amma müraat et, döşümdə yara var. 
 

 
218 
Əbəlfəzlin (ə) zəban halı 
Ağlamaram peykərim qolsuz qalır, 
Ağlamaram nənəm oğulsuz qalır, 
Bu qəm mənə müşkül olub hər nədən, 
Mən gedirəm Hüseynim yalqız qalır. 
Hüseynin (ə)  sözü 
Mən demirəm məşküvü doldur gedək, 
Mən demirəm Səkinəm ağlır gedək, 
Qolun yoxdu təkyə eylə çiynimə, 
Düşmən baxır yavaş-yavaş dur, gedək. 
 
Qəhrəmanam qədrimi sındırmayın, 
Yaralıyam yolum üstə durmayın, 
Xəncər yarasına, oxa dözüm, 
Namərdilər, dil yarası vurmayın. 
 
Anam gəlib məhəbbət etdi, qardaş, 
Çətin zaman haraya yetdi, qardaş, 
Medali-iftixarıdır sinəmdə, 
Gözüm-qolum su üstə getdi, qardaş. 
Hüseynin (ə) zəban halı (nöhə) 
Əbulfəzlim ölübdür gəl bacı, ağla yana-yana, 
Düşübdür qardaşım nəhri-Fərat üstə biyabana, 
Axır bu göz yaşım, ölübdür qardaşım, 
Qalıbdır ərsədə  vəfalı yoldaşım. 
 
Gedibdi izzətim əldən, yoxumdu yarü-ənsarım, 
Nə vardır Əkbərim nə Qasim və nə qolsuz 
ələmdarım, 

 
219 
Axır bu göz yaşım  ölübdür qardaşım, 
Qalıbdır ərsədə  vəfalı yoldaşım. 
 
Əbulfəzlim öləndən ağlayır bu gözlərim, Zeynəb,  
Qalıbdır dağlı sinəmdə yanıqlı sözlərim, Zeynəb. 
Axır bu göz yaşım  ölübdür qardaşım, 
Qalıbdır ərsədə  vəfalı yoldaşım. 
 
Hüseynin (ə) zəban halı (rövzə) 
Əbbas, mən bəradəri-del dağdarınam, 
Sən məst cami ləm yəzəli mən xumarınam, 
Mehman gələn zaman tanışı dindirər tanış, 
Qurban olum şirin dilinə mənlə bir danış, 
Mən bel sınıq sənin də cəbinin sınıb belə, 
Mən çarə eyləyim anuva, bu sınıq belə. 
İmamın zəban halı (nöhə) 
Aç o şəhla gözün bax mənə, qardaş Əbülfəzl, 
Səslə qardaş, deyim can sənə, qardaş Əbülfəzl. 
Qaldım bu çöldə tənha, bəradər, 
Öldün sevindi ə`da, bəradər. 
 
Ey atam oğlu, ey münşiyidərbarım Əbbas, 
Ey ucaboy, uzunqol sipəhsalarım Əbbas, 
Ağlaşır xeymədə gör necə qızlarım, Əbbas, 
Dur aman vermə bu düşmənə qardaş, Əbulfəzl, 
Qaldım bu çöldə tənha, bəradər, 
Öldün sevindi ə`da, bəradər. 
 
 

 
220 
 
Ruca qaməti bavərim yoxdur yıxıblar, 
Xətt mərdanigidən qoşun, qardaş çıxıblar, 
Üstünə sarı çox nizə və xəncər vurublar, 
Qoy çəkim peykərin mə`mənə,qardaş Əbulfəzl, 
Qaldım bu çöldə tənha, bəradər, 
Öldün sevindi ə`da, bəradər. 
 
Qolların agaham, zülmilə meydanda düşdü, 
Sağ qolun saldılar vəlvələ, hər yanda düşdü, 
Qolların düşcəyin pərçəmi Qur`an da düşdü, 
Bu ələm çatmaz əhrimənə, qardaş Əbulfəzl, 
Qaldım bu çöldə tənha, bəradər, 
Öldün sevindi ə`da, bəradər. 
Sərvi-qamət 
Dərdi dərmansız olan, səslə Əbülfəzl ağanı, 
Getmə birahə dayan, səslə Əbülfəzl ağanı. 
 
Naümüd olma Əli oğludu bu himməti var, 
Sərv qamətdi, uzun qollara bax qüvvəti var, 
Vəhşətə saldı otuz min qoşunu, qeyrəti var, 
Nigaran olma gilən, səslə Əbülfəzl ağanı. 
 
Otuz il Fatimənin oğlunu mövla çağırıb, 
Demə aşiqləri imdadına bica çağırıb, 
Təllin üstündə bunu Zeynəb-kübra çağırıb, 
İşi müşküldə qalan, səslə Əbülfəzl ağanı. 
 

 
221 
Müşkül açan 
Hüseynin ey rəşidü-bavəfası, 
Ələmdarı, sipəhdarı, əxası. 
Cahanda şöhrəti babül-həvaic, 
Əlacı olmayan dərdin dəvası. 
Sənin tək gəlməyib dünyaya qardaş, 
Hüseynə can dedin, oldun fədası. 
Əlinin qəhrəman oğlu Əbülfəzl, 
Olan bu kəslərin müşkül goşası. 
Hayanda zikr olunsa nami-pakın, 
Behiştə bənzər ol bəzmin səfası. 
Məhərrəmdi, hamı qara geyiblər, 
Çıxar ərşə Hüseynin vay sədası. 
Kimə dərdin desin bu ağlayanlar, 
Təvəccüh et, səni Zəhra balası. 
Qapından heç kimi rədd etməyibsən, 
Bu cəmin vardı səndən iltiması. 
Bizim də dərdimiz var, can Əbülfəzl, 
Əzadarın sənə qurban, Əbülfəzl. 
Qəməri-Bəni Haşimin zəban halı 
Göz açdı gördü Əbulfəzl İmamı qan ağlayır, 
Əli belində qalıb sərvəri ürək dağlayır. 
Dedi sən ağlama mövla, ədüv baxar sevinər, 
Yaralı qəlbim əxa, can verən zaman döyünər. 
İcazə versən əgər düşməni utandıraram, 
Dişimdə bu ələmi başına dolandıraram. 
Xəcalət oldum əxa, birbəbir susuzluqdan, 
Aparma şərm edirəm mən həyalı qızlardan. 
Bu Şümrü mən tanıram xeyməgahı yandıracaq, 
Bəlalı Zeynəbimi hər bəhanəyə vuracaq. 

 
222 
Cavabı imamın (ə) 
Bu məşkini aparım xeymədə susuzlarıma 
Nişan verim ələmi, məşki-abi qızlarıma. 
Necə deyim bacıma qardaşımı doğradılar, 
Necə bəyan eləyim sağ gözünü oxladılar? 
Səkinə görsə əgər məşkini fəğan edəcək, 
Ayaqyalın, baş açıq qətligahına gələcək. 
Ayağa dur atam oğlu, qalıb belimədə əlim, 
Düşəndə sən atın üstdən mənim də sındı belim. 
Vəfalı qardaş idin, heyf ola süzüldü gözün, 
Çıxıbdı can bədənindən, solubdu qanlı üzün. 
Başına mən dolanım bağrıqan Əbülfəzlim, 
Qum üstə yatma oyan, mehriban Əbülfəzlim. 
Yaralı namavər 
Mümkün olsa özünü rəzmgaha fövri yetir, 
Şahbazın yıxılıb sədmə görüb şəhpərdən. 
Gözümün ağ-qarasın qana qatıb tiri-se pər, 
Dəxi səlb oldu təvan yaralı namavərdən. 
Gah vurullar məni nizə ilə gahi xəncərilə, 
Görmürəm ta özümü hifz eliyəm xəncərdən. 
Ox atanlar məni indi kamanilə vurur, 
Nə həya etdilər məndən nə də Peyğəmbərdən. 
Ayrılıq vaxtıdı gəl bir də doyunca danışaq, 
Kami-del qəvi əl-Əbbas dəm axirdən. 
Göz ki, görmürdü o dəm qardaşın ətrin aldı, 
Pişvaz istədi etsin o susuz sərvərdən. 
Taqəti olmadı əfsus, ayaq üstə dura, 
Bu qiyamət ona balatər olub məhşərdən. 
Dedi əfv eylə ağa, durmağa yox imkanım, 
Yaralar vermir aman ta duram axır yerdən. 

 
223 
Çarəm olsaydı hüzurunda ağa, yatmazdım, 
Keç Əli Əkbərə xatir yaralı nökərdən. 
Lütf eylə yoxdu əlim gözlərimin sil qanın, 
Qoy çatım qəlbidəki məqsədə bu məhzərdən. 
Üzünə baxmaq Hüseyn, eyni səadətdi mənə, 
Etmə məhrum məni feyzi ruxi ənvərdən.  
Əba Əbdullahın zəban halı (rövzə) 
Bir oxşama deyim sənə aşiqlər ağlasın, 
Atdan yıxılsa kim, yerə əvvəl atar əlin. 
Alnın, üzün baxıb görürəm parka-parçadı, 
Versin eşitsə kim başına biqərar əlin. 
Müşkül olar sənə uca yerdən yıxılmağın, 
Ovraq olar qoy bədənin salsalar əlin. 
Gördüm bir iş bu çöldə səni istəyənlərə, 
Əhli-hesab işimə verdim əyar əlin. 
Qiymətli bildi qardaşının əllərin Hüseyn, 
Zəhraya verdi saxlamağa yadigar əlin. 
 
Əba Əbdullahın (ə) zəban halı 
Nələr oldu yıxılıb səslədi ədrikni əxa, 
Səsini aldı gəlib qətlgahə miri-hüda, 
Qəm olan əlləri bir-bir götürüb etdi nəva, 
Dedi ya Rəbb, nə qəməfzadı Əbülfəzlin əli. 
 
Busə etmişdi olan gün bu iki əldən atam, 
Sayəsində demişdi məni asudə yatam, 
İş belə gəldi ədü qoymadı məqsudə çatam, 
Öpürəm, qəlbimə yaradı Əbülfəzlin əli. 
 

 
224 
Bu kəsik pəncələrə istəyirəm yaxşı baxam, 
Ruzi-məhşərdə ala sinəsinə xeyrün-nisa, 
Pak əzadara şəfaət edib oddan qurtara, 
Görələr zinəti üqbadı Əbülfəzlin əli. 
Həzrət Əbulfəzlin (ə) həzrət Zeynəblə 
(ə) 
söhbəti 
Ol şəbdə ağam hər sözü minbərdə dedi, 
Yarü-ənsarına hər mətləbi bipərdə dedi, 
Teşnələb öldürəcəklər bizi bu yerdə dedi, 
Zibh olan başlarımız neydə bədənsiz qalacaq, 
Soyulub peykərimiz yerdə kəfənsiz qalacaq. 
 
Ölən oğlanlarına ağlayacaqlar analar, 
Sən özün də olacaqsan ağama tə`ziyədar, 
Fikr elə, gör bu Əbulfəzlin aya kimi var, 
Burda olsaydı anam zəhmətim olmazdı sənə, 
Yox mənim ağlayanım, lütf eləsən ağla mənə. 
 
Qardaşımsan, sənə şəxsən mən özüm yas 
tutaram, 
Qəm yemə, Ümmi bənin yoxdu əgər, mən ki, 
varam, 
Nigaran olma Hüseyndən sənə az ağlamaram, 
Nə`şinin üstə o qədri edərəm dadü-ənin, 
Həm anam Fatimə razı ola, həm Ümmi bənin. 
 
Söz belə qaldı olub çatdı mahi-əza, 
Qətligaha dövrələrdən yerə endi üsəra, 
Məst edib qəmzədə bülbülləri ətri-şühəda, 
Hər bir yanda gülün tapdı həmağuş oldu, 

 
225 
Çeşmələr çeşmə zəmzəm kimi porcuş oldu. 
 
Hamı məşğul o çuxur yerdə olub ağlamağa, 
Gördülər gah sola Zeynəb baxır, gahi sağa, 
Nagəhan durdu xanım otduğu yerdən ayağa, 
Pozmasın məclisi etdi bəyan bu gedişim, 
Nəhri-Əlqəmdə Əbülfəzlimlə vardı işim. 
 
Üz qoyub məqtəli-Əbbasa pərişan Zeynəb, 
Yetişib gördü əcəb mənzərə var ya lil-əcəb, 
Bir xanımdır oturub başda qara çadır şəb, 
Baxır əlsiz bədənə zikri fəqət oxşamadı, 
Elə ağlayır elə bil oğlu ölən bir anadı. 
 
Dedi kimsən oturubsan bu biyabanıda tək, 
Məskənin Kərbübəladır məgər ey qara ləçək, 
Göz yaşın axdıqca eylər Zəhray kömək, 
Gəlisən şiddətilə naləyə, titrir bədənin, 
Mislinki, dağılan peykər öz oğlundu sənin. 
 
Zeynəbim oxşayasan yaxşı əziz qardaşını, 
Sözünün suzişi rüxsarə çəkər göz yaşını, 
O xanım ziccə çəkib birdən ucaltdı başını, 
Dedi gəl ver mənimlə başbaşa mən Fatiməyəm, 
Qızıyla xoşdu ana ağlaşa, mən Fatiməyəm. 
 
Neçə gündür mənə məskəndi qızım, Kərbü-bəla, 
Nöfəlin zülmü salıbdır balamı gör nə hala? 
Mən deyim oxşama, ya sən deyisən qəmli bala, 
Sən denən bu dağılan cismə hüma sayəmdi, 
Mən deyim əlləri məhşər günü sərmayəmdi. 
 

 
226 
Zəhərli ox 
Ox dəyib sağ gözümə süzülür qanı Hüseyn! 
Əllərim yox çıxardım qanlı peykanı Hüseyn! 
 
Gör necə səlb eləyib bu ox əldən dözümü, 
Kimə səndən sora mən faş edim del sözümü, 
Gəl özün xaric elə incidir ox gözümü, 
Axtarır indi gözüm məhi-tabanı Hüseyn! 
 
Dedim ey zəhərli ox, qəmü-hirman yeridi, 
Eşqin əs-saə mənə səxtü-böhran yeridi, 
Sən qədəm qoyma bu göz şəhixuban yeridi, 
Dərdimin həşrə kimi yoxdu dərmanı Hüseyn! 
 
Hey dedim bircə dayan izzu-cahım gələcək, 
Çək kənara özünü dadixahim gələcək, 
Başımın üstə yəqin teşnə cahım gələcək, 
Ağlayıb ağladacaq hamı dünyanı Hüseyn! 
Nənəsi Ümmül-bənin 
Ey gözüm, cari elə xun deli zarı yerə, 
Yıxdılar atdan uzun qollu ələmdarı yerə. 
 
Uca yerdən yıxılan vaxtı birin görsəz əgər, 
Qoyar əvvəldə bu mə`lumdu qolları yerə. 
Olmadı əlləri versin yıxılanda qabağa, 
Üzü üstə gəlib peykəri-xunbarı yerə. 
Sən özün fikr elə aya necə ünvan eləyim? 
Dəydi çox möhkəm onun surəti-gülnarı yerə. 
Üz tutub xeyməyə səsləndi o deldadə əxa, 
Qoy əlində su əgər olsa da icbarı yerə. 

 
227 
Mənə xatir demirəm gəl ananın xatirinə, 
Gün kimi cilvə verir pərtuvi-ənvarı yerə. 
Göyərib surəti nilufərə bənzər üzü var, 
Mən kimi dəymiş onun olmaya rüxsarı yerə, 
Ya vurublar üzünə sili dolub qan gözünə, 
Sili tutsa yıxar hər övrəti bardarı yerə. 
Heydər balası (rövzə) 
Ağam Əbbasın uca qamətinə can qurban, 
Canını verdi vəli,qoymadı tək cananı. 
Heydərin babül-həvaic balası şir oğlu, 
Kaşifül-kərbidi bu mülki-vəfa sultanı. 
Çox çətin müşkülüm olsa ətəyindən tutaram, 
Sən də tut nazlı Səkinə yapışan damanı. 
Nəfəsi el dayağıdı, özü ləşkər qabağı, 
Odu eylərdi dua Zeynəb o məhi-simanı. 
Hey deyərdi səni çox görməsin Allah bacına, 
Kimi var Zeynəbin ey gözlərinin qurbanı. 
İndi bir möhnəti var ərz edirəm yəbnəl-Həsən, 
Məni əfv elə çətindir bilirəm ünvanı. 
Üçpər ox bir nigaran göz nə sipər var, nə əli, 
Göz evindən necə xaric eləsin peykanı. 
Dizlərin qovzadı tutdu oxu bir verdi təkan, 
Çıxmağı müşküldü parçalanıb pişanı. 
Yenə üzr istəyirəm yəbnəl Həsən, bu sözümə, 
Bilirəm qəlbi-şərifindən alır yaranı. 
Bir açıq başın əmudilə məgər nisbəti var, 
Necə mən şərh eləyim bu mühəni-üzman? 
Atın üstdən onu torpağa əmud oldu yıxan, 
Bürüdü qırmızı qan mahi-cahanaranı. 
Biri düşsə uca yerdən ona əl lazımdı, 

 
228 
Ki, hayil edib görməyə çox izanı. 
Olmadı əlləri, dəydi üzü üstündə yerə, 
Var əgər Ümmi bənin bilsə belə cəryanı. 
Çox çətin vaxtda hər kəs çağırar öz kəsini, 
Səslənər dadına vazehdi bu söz ə`vanı. 
O qədər ali-Əlidən birini səsləmədi, 
Dil tuta-tutmaya səsləndi xanım Zəhranı. 
Atın üstən yıxılanda çağırıb ya Zəhra, 
Başı üstündə görüb Fatimə üzmanı. 
Dedi gəl yaxşı gəlibsən ana qurban olum, 
Əcəba yad elədin sən bu bəla gərdanı. 
Elə bir zaman gəlibsən nə gözüm var, nə əlim, 
Acizəm, neyləyə billəm dəxi bu ə`danı? 
Qəm günləri 
(rövzə) 
Qəm əyyamilə gərçe bu dilim porqəmdi, 
Bir Hüseyn adlı ağam var, ürəyim xürrəmdi. 
Aləmi gözdən atıb bir ona bel bağlamışam, 
O gözəl adına qurban, şərəfi adəmdi. 
Qapısından bilirəm saili boş qaytarmaz, 
Çün kərəm sahibidi, sibti şəhi-əkrəmdi. 
Köynəyin sailə ehsan edənin oğludu bu, 
Bizi etməz əli boş, qorxma sözüm möhkəmdi. 
Gəzərəm dildə Hüseyn adı əzaxanələri 
Bu Hüseyn vay səsi yovmiyə mənə həmdəmdi 
Məkkə də olmasa qismət mənə, vardır nə qəmim. 
Ağamın məclisi Məkkəmdi, gözüm, zəmzəmdi. 
Dolanıb hər yeri gəlləm bu əza məclisinə, 
Ya Hüseyn izni düxulimdi sirişgim yəmdi. 
Ruzi məhşərdə sıxıllam ağamın sayəsinə, 
Yandıranmazlar məni, qəl`əi-müstəhkəmdi. 

 
229 
Sipəri-atəşi-iki dünya bu qara koynəyimiz, 
Abrımız iki dünya bu qara pərçəmdi. 
Bir Hüseynçi tanıram eşqinə heç kim çatmaz, 
Adı Əbbasidi ol nəhri əlan ziqəmdi. 
Başın üstə Hüseyn gəldi vəli beldə əli, 
Gördü ə`zayi-cəvarih dağılıb bərhəmdi. 
İkiəlli götürüb başını aldı dizinə, 
Şaha başı ilə salam etdi sözü mübhəmdi. 
Dedi Əbbasa uşaqlar yolunu gözlürlər, 
Belə yatma yaralı, xeyməsəra matəmdi. 
Mümkün olsa, səni Əkbər tək əbaya bükərəm, 
Bu əba aləmdə görməli bir aləmdi. 
Baxıram bu dağılan cismə əba yer verməz, 
Neyləyim ağlamayım, qüssə mənə həmdəmdi. 
O qədər dil dedi gətdi qərəz Əbbası dilə, 
Dedi şaha bu başımdır bu da ki, sinəmdi. 
Səni Zəhra əlini qoy bu dağılmış başıma, 
Sora bir ayrı sözüm var ki, qəmi ə`zəmdi. 
And verrəm ananın sili göyərdən üzünə, 
Məni əxyamə aparma ki, yerim Əlqəmdi. 
Məni qoy burda qalım məşki apar xeymələrə, 
Ağladan çoxdu məni,dildə qəmi-müdğəmdi. 
Belə fikr eylər uşaqlar ki, su içdim mən özüm, 
Şahid ol içməmişəm,bir də Xuda ə`ləmdi. 
Sənə layiq deyiləm heç demə qardaşdı mənə, 
Demə mən şəm`i-vəfayam buda pərvanəmdi. 
Yaralar ağzın açıblar sənə ləbbeyk desin, 
Min belə yaram ola, bir baxışın mərhəmdi. 
Sən əyil bir yol öpüm mən səni canım çıxsın, Can 
dodağımda durub muntəziri-busəmdi. 

 
230 
Əbulfəzlin zəban halı (rövzə) 
Dedim bu təllin üstünü yol olsa bəlkə mən aşam, 
Su məşkidən gedə-gedə uşaqlara yaxınlaşam, 
Qalan suyu verəm ölüm, deyim bu xidmətə 
xoşam, 
İçə sudan balalrın deyə əmi-əmi,Hüseyn! 
 
Xiyama gətligahdan qanilə arx açam gərək, 
Vəfa ağacların onun kənarına saçam gərək, 
Qiyamətin günündə də Səkinədən qaçam gərək, 
Xəcalətəm, olammaram onuyla rubəru, Hüseyn! 
 
Gərək xəyali-xeyməni bu saətimdə boşlayam, 
Səkinədən uzaq gəzəm, kənari-nəhri xoşlayam, 
Sənə başilə bir ələm, ona sərin su borcluyam, 
Görəndə borclu-borclusun ölmədi arzu, Hüseyn! 
 
Yadında var o Kufədə bizə bəla gələn gecə, 
Başında yara Mürtəza ürəkləri bölən gecə, 
Məni qulam edib sənə babam Əli ölən gecə, 
Baxıb qulama ağlama, belə füsərdədir, Hüseyn! 
Hüseynin zəban halı (nöhə) 
Səslədin sən məni dada, qardaş, 
Aç gözün gəldim imdadə qardaş. 
Ya Əbülfəzl, ya Əbülfəzl² 
 
Taqətim yox bilirsən fərağa, 
Qüssədən can yetibdir dodağa, 
Düşmənim əl çalır dur ayağa, 
Bir kəsim yox bu səhradə, qardaş. 

 
231 
 
Bir nəzər eylə bu bipənaha, 
Gündüzüm döndü şami-siyaha, 
Dur ayağa gedək xeyməgaha, 
Sal susuz qızları yada,qardaş. 
 
Fikri-dünyanı sən başdan atdın, 
Sə`y edib aqibət kamına çatdın, 
Su kənarında ləbteşnə yatdın, 
Can nisar etdin azadə, qardaş. 
 
Hifz edib məşki keçdin özündən, 
Çıxmadın ta ölüncə sözündən, 
Sancılıb üçpər ox sağ gözündən, 
Gəlmişəm gör nə fəryada, qardaş. 
 
Ey mənim qəm günüm, yoldaşım vay, 
Düşdü sənsiz bəlaya başım vay, 
Səslərəm vay cavan qardaşım vay, 
Qalmışam tək bu dünyada qardaş. 
 
Sən at üstdən üz üstə düşəndə, 
Gördü Zəhra qolun yox bədəndə, 
Səslədi ağlaram bu mühəndə, 
Dadına gəldi Zəhra da, qardaş. 
Ya Əbülfəzl, ya Əbüfləzl²! 
Ümmül-bəninin zəban halı (nöhə) 
Yoldadı gözlərim, 
Qəmlidi sözlərim, 
Gəlmədi Allah, qəhrəman oğlum, 

 
232 
Harda qalıb bəs mehriban oğlum? 
 
Var başımda qara, ürəyimdə yara, gedim mən 
hara, 
Yola baxmaqdan  bağrım qaraldı, 
Gəlmədi Əbbas,  rəngim saraldı. 
 
Qəlbi qan anayam, günləri sayıram, od kimi 
yanıram, 
Gəlmədi əcəl,  ömrüm qurtardı, 
Qəbrə gedərəm qəlbimdə yara. 
 
Nə yamandı hicran, məskənim qəbristan, 
qalmışam mən heyran, 
Allah, gedənlər  nə çox yubandı, 
İşim Bəqidə ahü-fəğandı. 
İmamın bacısı ilə zəban halı 
Zeynəbim gəl ələmdarım öldü, 
Ba şəhamət sipəhdarım öldü, 
Müntəzir qalmasın şiri-xarım, 
Qəhrəmani-vəfədarım öldü. 
 
Həm sağından keçib, həm solundan, 
Dönməyib vəli həqq yolundan, 
Sinəsi üstə pərçəm əsirdi, 
Qan süzürdü yerə hər qolundan. 
Qan bu qəmdə gərək qəlbə dolsun, 
Var yeri gül gülüstanda solsun, 
Xeyməsinin yatırdın sütunun, 
Qardaşım öldü, başın sağ olsun. 

 
233 
Sinəsi yaralı, baş yaralı, 
Eləyib alnını daş yaralı, 
Haqqı var ölməyə görsə qardaş, 
Can verir teşnə qardaş yaralı. 
Ox dəyibdir olub məşki parə, 
Məşkinə ağlayır gözdə yarə, 
Qeyrətə bax o halətdə gördüm, 
Axtarır Əsğərə rahi-çarə. 
Gördüm ağlır deyir can Səkinə, 
Qara gözlü, qəmli ceyran Səkinə, 
Get Rübaba deynən bağla qara, 
Əsğərə yoxdu dərman, Səkinə. 
Yat dedim yat ədəbli vəzirim, 
Yat şərafətli, qeyrətli şirim, 
Neylirəm gün də batsa batıbdır, 
Batdı Əlqəmdə mahi-münirim. 
Qardaş ağlama 
Yaralıyam yıxılmışam, 
Düşübdü qollarım əxa, 
Ağa əlin qoy alnıma, 
Əlindi dərdimə şəfa. 
 
Durammıram ayağına bağışla sərvərim, mən, 
Qolum düşəndə başıma dəyib əmudi ahəni, 
Dolubdu qanilə gözüm görənmirəm ağa, səni². 
 
Başımı al qucağına verəndə can edim səfa, 
Mənə gözəldi gəlməyin, başım ucaldı seyyidi, 
Fələk nədən bu səmtidən yolumu saldı seyyidi, 
Su xeyməgaha çatmadı,bacım qocaldı,seyyidi². 

 
234 
 
Eşitsə qardaşı ölüb necə dözər o binəva, 
Hüseyn açıbdı qolların yaralını qucaqladı, 
Öpüb əmmaməsiz başı sinəsi üstə saxladı². 
 
Buyurdu qardaş,ağlama, vəli özü çox ağladı, 
Bu dərdi yaxşı dərk edər ürəyinə dəyən yara². 
 
Göz yaşı
 (rövzə) 
Tapdı oğlun o çətin vəqtidə del xəstə imam, 
Dedi oğlum necə gör bikəs atan cana gəlib. 
Evimi yıxdılar oğlum, sən əqəllən gözün aç, 
Hər bəla vardı məni-zarü-nəvaxanə gəlib. 
Atanı gör nə günə qoydu sənin dərdü-qəmin, 
Bükülüb qaməti, göz yaşı dönüb qanə gəlib. 
Yumulan gözlərin aç, dərdimə qıl çarə oğul, 
Qoca vaxtında atan çarəvü-dərmanə gəlib. 
Niyə dindirmirsən oğlum ürəyi qan atanı, 
Fikr edirsən bala didarına biganə gəlib? 
Yıxılan ərsədə sən can verən həsrətlə mənəm, 
Bu ölüm başının üstə məni-nalanə gəlib. 
İmamın zəban halı 
Cavanani-bəni-haşim, gəlin Əkbər batıb qana, 
Vücudü pər-pər olmuş, gül kimi düşmüş 
biyabana. 
Aparın xeyməyə  bu gül bərg təri, 
Görə əhli-hərəm  bu qanlı peykəri. 
 

 
235 
Mənim yox taqətim, oğlum ölüb, qəddim kaman 
oldu, 
İşıqlı ulduzum ərşi-şəhadətdə nihan oldu. 
Salıb dildən məni  bu dilbəndi-Rəsul, 
Oğul vay səslərəm pərişanü-məlul. 
Həzrət Hüseynin (ə) zəban halı 
Dur yatma qətligahida ey qəhrəmanım Əkbər, 
Yox dizlərimdə taqət, ey mehribanım Əkbər. 
 
Cəddim düşəndə yada fövrən sənə baxardım, 
Cəddim şəbihi oğlum, qol boynuna salardım, 
Peyğəmbəri Xudanın mən ətrini alardım, 
Adın olubdur əlan virdi zəbanım, Əkbər. 
 
Aç gözlərin Əli can, ollam gözün fədası, 
Dəysin mənə bu çöldə ol gözlərin qadası, 
Əndazədən çıxıbdır görrəm başın yarası, 
Olsun sənə Əli can, qurban bu canım, Əkbər. 
 
Zeynəb gəlib qabağa səslərdi can Hüseynim, 
Ey Fatimə nişanı, ruhi-rəvan Hüseynim, 
Oğlun ölüb, yoxundur tabü-təvan Hüseynim, 
Yatmış əbanın içrə cismimdə canım, Əkbər. 
 
Əllər başında səslər ol bülbüli Mədinə 
Qurban olum deyərdi, qardaş bacın Səkinə, 
Zülm etdi Kufə əhli mən bikəsü həzinə, 
Ağzımda teşnəlikdən dönmür zəbanım, Əkbər. 

 
236 
İmamın oğluna zəban halı 
Dur yatma bu meydanda cavanım Əli Əkbər, 
Qoyma çıxa hicrində bu canım, Əli Əkbər. 
Əli can bala lay-lay. 
 
Əxyamda gözləyər yolunu əmmələr, ağlar, 
Olmuş bu qəmində bacılar didətər ağlar, 
Bu halətinə o hərəmi xunciyər ağlar, 
Ruzu-şəb olan virdi zəbanım, Əli Əkbər. 
 
Aç gözlərini bax mənə ey cəddimə bənzər, 
Qoyma yumula heyfdir oğlum, ala gözlər, 
Gəhvarədə bu halına ağlar Əli Əsğər, 
Yandırma məni ruhu-rəvanım, Əli Əkbər. 
 
Səslədi cavanlarını meydani-bəlayə, 
Ta Əkbəri həml eləyələr xeyməsərayə, 
Salalar xeymədə gəl cisminə sayə, 
Yoxdur vəli durmağa təvanım Əli Əkbər. 
 
Ta yetdilər meydana ürək dağladı Əbbas, 
Baxdı o yaralı balaya, ağladı Əbbas, 
Ağuşa aldı, gözünü bağladı Əbbas, 
Səslərdi əmi dur səni canım, Əli Əkbər. 
Əkbərin imdad istəməsi (rövzə) 
Səsləyər baba, yetiş imdadıma bəs hardasan? 
Əl-aman səs ver yanan fəryadıma, bəs hardasan? 
Gəl yubanma xeymələrdən dadıma, bəs 
hardasan? 
Ah-naləmdən töküldü suz əgər torpağa, 

 
237 
Peykərindən qan axır dəşti-bəla səhrasına, 
Qan tökür qüdsiyan insan kimi qovğasına, 
Lalə nəqşin qan çəkibdir surəti-zibasına, 
Ox dəyib yorğun düşüb meydanda əfsər torpağa. 
 
Surətindən qan axır yoxdu yarasın bağlayan, 
Vəhşəti Kərbü-bəladan qərqi-qəmdir asiman, 
Qaməti şahzadəni puşeş edib tirü-kəman, 
Gör nə halilə yıxıldı qanlı peykər toprağa. 
 
Əl-qərəz gəldi hicazın şahı meydana o gün, 
Sərzəmini-Kərbəla gördü batıb qana o gün, 
Qan veribdi Əkbəri ayini-Qur`ana o gün, 
Başda bir yara düşüb manəndi Heydər torpağa. 
Oğul qəmi (rövzə) 
Haraya Əkbərinin gəldi Seyyidüş-şühəda, 
Alışdı yandı ürək, səsləndi va vələda. 
 
Qərarü-səbrini dildən oğul qəmi aldı, 
Qalanda yeddi qədəm torpağa özün saldı. 
Süründü torpağın üstə o zarü-delxəstə, 
Gəlib yetişdi cavan oğlunun başı üstə. 
Sıxıldı qəlbi, cahan tirə tar olub gözünə, 
Üzün qoyubdu o dəm mehriban oğul üzünə. 
Dedi oğul, gözün aç hal zarını bildir, 
Bəyana gəl, məni-bidad xahi bir dindir. 
Yanır yanan ürəyim suzi iştiyaqında, 
Bu qan nə qandi Əli, var gözəl dodağında. 
Dedi ilahi, özün şahid ol bu əhvala, 
Salıblar zülmilə gör Əkbərimi nə hala. 

 
238 
Bilirlər yalqız Hüseynin əlində yox çarəsi, 
Görürlər oğlum ölüb hey vururlar dil yarası. 
Məni salıbdı cavan oğlunun qəmi dildən, 
Belə güman edirəm Əkbərim gedib əldən. 
Əli Əkbərin başı üstündə İmamın zəban 
halı (rövzə) 
Axır nəfəsdi bir ata de, can deyim sənə, 
Az qaldı cənnətə olasan rəhsipar, oğul. 
Qəlbim çox istəyir açasan qanlı gözlərin, 
Bir də görüm gözün giləsin aşkar, oğul. 
Bir yol nigah edib yenə yumsan da yum gözün, 
Baxsa oğul ata üzünə əcri var, oğul. 
 
Ey məhzəri Rəzuli-Xudayi-cahan oğul, 
Vey aftabi-ömrünə həft asiman oğul. 
Yeddi qədəm cənazənin üstə sürünmüşəm, 
Yetişmişəm bu gül bədənə nimə can oğul. 
Ey ömrümün dadı, gözümün nuru, aç gözün, 
Can üstəyəm gülür mənə bu kufiyan, oğul. 
Tapşırmışam ki, qəbridə də bir yataq, Əli, 
Sənsiz dözəmməz bilirsən, mehriban oğul. 
İmamın (ə) zəban halı (nöhə) 
Dizim quvvəsi ay bala, gözüm ziyası ay bala, 
Ayağa dur qocalmışam, əlim əsası ay bala ². 
 
O bağbanam od tutub yanıb fəğana gəlmişəm, 
Əsibdi sərasər xəzan bu gülüstana gəlmişəm, 
Solub gülüm, yanıb dilim, qəmində cana 
gəlmişəm. 

 
239 
Gedibdi əldən ömrümün gözəl səfası, ay bala. 
 
Oğul, şil olsun əlləri, səni bu hala kim salıb? 
Bu zarü bi pənahidən qərarü-səbrü-tab alıb. 
Göz aç oyan qərib atan cənazən üstə tək qalıb, 
Ürəkdə dərdü-qüssəmin yox intəhası, ay bala. 
 
Dəyibdi yara başına şeküftələndi lalə tək, 
Düzüldü qətrə-qətrə qan o gül üzündə jalə tək, 
Dolubdu laxta qanilə iki gözün piyalə tək, 
Gələydi sinəmə mənim gözün qadası, ay bala. 
Əli əkbərin (ə) vidası 
Xeymədən ki, nazilə Əkbəri çıxartdılar, 
Rubəru qabağına Əsğəri çıxartdılar. 
 
Gördülər Səkinəni qaçdı qəm otağına, 
Çıxdı xeymədən alıb Əsğəri qucağına, 
Gətdi sür`ətilə tez Əkbərin qabağına, 
Durdu birdən ağladı, məhşəri çıxartdılar. 
 
Bülbülə nə hal olar görsə qönçə yarpağın, 
Əkbərin dolub gözü şiri-xari görcəyin, 
Aldı öpdü ləblərin bir də öpdü qundağın, 
Ta bələkdən açdılar əlləri çıxartdılar. 
 
Ta iki susuz dodaq dəmbədəm öpüşdülər, 
Gərdi-matəmə hərəm, yeksərə bələşdilər, 
Hey olar öpüşdülər, hey bular mələşdilər, 
Əl gedib bağlara zülfləri çıxartdılar. 

 
240 
Həzrət Zeynəbin (ə) zəban hali (rövzə) 
Bu qədər bilməzdim bivəfadı kufəlilər, 
Əmiri fasiqilə həmsədadı kufəlilər. 
Dedim ki, hörmət edərlər görəndə mehmanı, 
Bu rahü-rəsmə yəqin aşnadı kufəlilər. 
Yeyiblər duz, sora sındırıblar nəməkdanı, 
Nə qədər pəst, nə çox bihəyadı kufəlilər. 
Dolandırıb üzünü baxdı mərdümə Zeynəb, 
Sitəmləriz dedi bi intihadı, kufəlilər. 
Peyğəmbər oğluna siz xarici xitab eylədiz, 
Bu töhmətiz bizə çox narəvadı, kufəlilər. 
Həna yaxıb əlizə gəlməsiz tamaşaya, 
Sizin də işrətiz axır fənadı, kufəlilər. 
Bu qədər dil yarası vurmayın Əli qızına, 
Ölübdü qardaşı qərqi-əzadı, kufəlilər. 
O baş ki,daş vurursuz nizədə dodaqlarına, 
Cida başında sizə rəhnümadı, kufəlilər. 
Verin mənə o başı, siz ki, bilmədiz qədrin, 
Cahanda dərdimə vallah dəvadı, kufəlilər. 
Əlim çataydı əgər qəhrəman Əbulfəzlə, 
Ürək sözün eləyərdim bəyan Əbulfəzlə. 
Deyərdim olsun iraq gözlərindən, ay qardaş, 
Gilayəmi eyləyərdim cəvan Əbulfəzlə. 
Bu dövri-bərdə əgər olmasaydı naməhrəm, 
Başın bəlasın edərdim əyan Əbulfəzlə. 
Açıb kürəkdə olan taziyanələr yerini, 
Verərdim həsrət ilə ta nişan Əbulfəzlə. 
Əgərçe bəsdi onun öz müsibəti özünə, 
Desəm də çarəsi yox mehriban Əbulfəzlə. 
Nə vardı əl bədəndə, nə başı peykərdə, 
Əza tutubdu anam canfəşan Əbulfəzlə. 

 
241 
Salıblar bir hala başın deyəm dilim gəlmir, 
Gərəkdi saxlaya yas qüdsiyan Əbülfəzlə. 
Hamıdan artıq onu səsləyir Səkinə balam, 
Olubdu yol uzunu nagiran Əbulfəzlə. 
Elə ki,Şümrü-sənanın əlində qamçı görür, 
Edər təvəssül o şirinzəban Əbulfəzlə. 
Deyir bu cümləni ey əmirü-əşcəi-nas, 
Yubanma dadıma gəl, hardasan əmi Əbbas, 
Fəda olum sənə, tez gəl haraya, ya Əbbas. 
Diyari-Kufədə indi sən qiyamətə bax, 
Çıxıbdı zülmü-sitəm gör səmaya, ya Əbbas. 
Gələn-gedən verir axır bu zarə dil yarası, 
Dözüm nə qədər mən axır cəfaya, ya Əbbas. 
Denən ki, az başıma qamçı vur, evi dağılan, 
Amandı tapşır o Şümri-dəğaya, ya Əbbas. 
Haraya gəlməsən indi gedər bibim əldən, 
Salıblar çox onu rəncü-bəlaya, ya Əbbas. 
Əliyyü-Əkbər atmasın məni gözdən, 
Mənim ki, çatmır əlim Kərbəlaya, ya Əbbas. 
Öpəm o qanlı dodaqlarını məni xəstə, 
Əlim yetişmiri nuki-cidayə, ya Əbbas. 
Deynən ki, qardaş olar bacının havadarı, 
Eylə mənim tərəfimdən gilayə, ya Əbbas. 
Demirəm heç bacıyam, bir yetim xun ciyərəm, 
Gəl Allaha görə viran səraya, ya Əbbas. 
Həzrət Zeynəbin (ə) əhvalatı (rövzə) 
Nizə başında başın lalə əhmərdi, Hüseyn, 
Ya ki, on dörd gecəlik mahi-münəvvərdi, 
Hüseyn. 
O kəsik başına qardaş, bacının canı fəda, 

 
242 
Əli əldən üzülən Zeynəbə rəhbərdi, Hüseyn. 
Əmr elə Zeynəbə qoy hökmünü icra eyləsin, 
Sənin hökmün mənə çün höccəti davərdi, 
Hüseyn. 
Qoymaram kufəlilər hqqını pamal eləsin, 
Dilim ağzımda bilirsən iti xəncərdi, Hüseyn. 
Gəlmişəm Kufəyə düşmənləri rüsva eliyəm, 
Dəvənin üstə kəcavə mənə səngərdi, Hüseyn. 
Gərçe ənsarım ölüb, yox mənə imdad eyləyən, 
Bir bölük qara ləçək qız mənə ləşgərdi, Hüseyn. 
Versələr başəvi zülfümlə gülün silim özüm, 
Görələr qəm günü Zeynəb necə xahərdi, Hüseyn. 
Oxu Qur`anı, bacın aləmə təfsir eləsin, 
Hamı bilsinlər bacın yaxşı süxənvərdi, Hüseyn. 
Oxu Qur`anı nənəm Fatimə qurban səsinə 
Uca nizə yaralı başına minbərdi, Hüseyn. 
Oxu xoş ləhnilə Qur`an rəcəz olsun bacına, 
Çarə yox, çubi-məhmil mənə xəncərdi, Hüseyn. 
Gözün olsun balalarda mənə heç fikr eləmə, 
Bağrıqan qızlara bu şəhri də məhşərdi, Hüseyn. 
Əl çalanların hələ fikrini çox eyləmirəm, 
Gərçe dil yarələri qəlbimə nəştərdi, Hüseyn. 
Daş atanlardadı fikrim, odu halım pozulub, 
Hər bəla gəlsə mənə zarü müqəddərdi, Hüseyn. 
Qorxuram daş dəyə birdən bu şirindil balaya, 
Sıxılıb qoltuğuma xırda kəbutərdi, Hüseyn. 
Dəysə daş taqəti yoxdur, dəvə üstdən yıxılar, 
Öldürər Zeynəbi axır bu qızın dərdi, Hüseyn. 
 
 
 
 

 
243 
 
Həzrət Zeynəbin (ə) Kufədə zəban halı 
Sər nizədə  Qur`an oxuyan başına qurban, 
Başdan tökülən qanına göz yaşına qurban. 
 
Ey Fatimənin ruhu, axan qanına qurban, 
Dindir məni canım o susuz canıa qurban, 
Həm qanına, həm canına, imanına qurban, 
Bu Kufənin əhli səni nə hala salıbdı, 
Sər nizədə başın, bədənin yerdə qalıbdı. 
 
Əfsus ola Zeynəb ürəyi yandı dubarə, 
Gördü yaralı başa vurublar yenə yarə, 
Şiddətlə xanım göz yaşını tökdü üzarə, 
Həsrətlə bacı əllərini bir-birə vurdu, 
Birdən dedi qardaş, başını məhmilə vurdu. 
 
Qanlı başına daş vuran aramımı aldı, 
İstəkli bacın ölmədi aya necə qaldı, 
Zeynəb də Hüseyncan, başına məhmilə çaldı, 
Qan süzdü başımdan o zaman ki, yerə qardaş, 
Az qaldı Səkinən özünü öldürə, qardaş. 
Bibi Zeynəbin (ə) əhvalatı 
Zeynəb kimi bəlalı görməz birin zəmanə 
Bir gündə yeddi qardaş birdən boyandı qanə 
Əlləri başında gəldi Zeynəb o gün fəğanə 
Zeynəb Zeynəb ya Zeynəb²! 
 
 

 
244 
Kərbübəla çölündə Zeynəb düşüb bəlaya, 
Rəhm etməyibdi düşmən övladi-Müstəfaya, 
Öldürdülər Hüseyni, Zeynəb batıb əzaya, 
Zeynəb, Zeynəb, ya Zeynəb!² 
 
Ol şəhri bivəfada Zeynəb dübarə yandı, 
Görcək yaralı başı rüxsara qan rəvandı, 
Səsləndi qardaşım vay, Zeynəb qana boyandı, 
Zeynəb, Zeynəb, ya Zeynəb²! 
 
Qardaş, yaralı başa düşmən veribdi yara, 
Yandırdılar Hüseynim, bu qəlbimi dübarə, 
Səbr eylərəm yolunda gər getsəm hər diyara, 
Zeynəb, Zeynəb, ya Zeynəb²! 
 
Görcək bu Kufə şəhrin Zeynəb nə hala qaldı, 
Qəmlər alıbdı dövrün rəngi rüxi saraldı, 
Kərbübəlada yox-yox, bu Kufədə qocaldı, 
Zeynəb, Zeynəb, ya Zeynəb²! 
 
Səsləndi düxti-Zəhra, ey dinlərin satanlar, 
Qəflətdə siz yatıbsız Qur`ana daş atanlar, 
Görmüsüz ağlayırlar şəhrizdə bu qonaqlar? 
Zeynəb, Zeynəb, ya Zeynəb²! 
 
Gəlmiş bu şəhrə mehman fərzəndi-şahi-mərdan, 
Kül yağdırır havadan adın qoyan müsəlman, 
Qur`an tilavət eylir rə`si şəhi-mərdan, 
Zeynəb, Zeynəb, ya Zeynəb²! 
 
Kufədə Zeynəbin (ə) zəban halı 
Dərbədərəm, gözləri giryan mənəm, 

 
245 
Qəmləri dərya ürəyi qan mənəm, 
Ya Zeynəb,  ya Zeynəb²! 
 
Yox anacan Zeynəbinin çarəsi, 
Saldı başa yeddi cavan qarəsi, 
Öldürəcək Zeynəbi dil yarəsi, 
Heyf ola bu Kufədə mehman mənəm. 
 
İndi bu Kufə dolanır başıma, 
Rəhm eləyən olmadı göz yaşıma, 
Ağlayıram nizədə qardaşıma, 
Çoxdu qəmi qəmkeşi dövran mənəm. 
 
Kufəlilər saxlamadı hörmətim, 
Öldü Hüseyn, oldu Səkinəm yetim, 
Qəmlər əlindən bükülüb qamətim, 
Yanam ana dərdi hezaran mənəm. 
 
Yeddi qara başıma saldım, nənə, 
Ölmədim axır necə qaldım, nənə, 
Ta ki, Hüseynin səsin aldın, nənə, 
Səslədim onda bacı qurban, mənəm. 
Zeynəbin (ə) zəban halı 
Girəndə Kufəyə Zeynəb baxıb cüda başına, 
Deyərdi dərdi-delin öz yaralı qardaşına. 
Gəlibdi nizədə qanlı başın dilə, qardaş, 
Kəlam həqqi oxur əhli-batilə, qardaş.  
Dübarə yara vurublar axar başın qanı, 
Yanar bəlalı bacın ölsün kül üstə yatmışdın, 
Məhasinin bələşib torpağa, külə qardaş. 

 
246 
O qan dolan gözün aç dərbədər əyalüvə bax, 
Vurubdu boynumuza Şümr silsilə, qardaş. 
Bəlalı başının eşqi salıb bəlaya məni, 
Bu hali-zarimi bir kimsə yox bilə, qardaş. 
O qədər qamçı vurub Şümr qollarım göyərüb, 
Bu qəmlər ilə bacın ölməyib hələ, qardaş. 
Həzrət Zeynəbin (s) zəban halı 
Vaxt o vaxt oldu qoyub məclisi-əğyar qədəm, 
Başda bir iddə ürək dağlı ğəzəlani-hərəm, 
Hamı xəstə ənduhü-qəmü-dərdü-ələm, 
Ali-ətharı görüb durdu ayaq üstə Yəzid, 
Başladı söhbətə ol zalımü-bişərmü-pəlid. 
 
Dedi Zeynəb sizi Allah necə gör xar elədi, 
Alıb ənsarini əldən səni biyar elədi, 
Gözlərində gününü həmçu şəbi-tar elədi, 
Öldürüb qardaşını qəlbini yandırdı fələk, 
Məhzərimdə səni qolbağlı dayandırdı fələk. 
 
Zeynəbə gətdi Yezidin sözü şuru-həyəcan, 
Qanı az qaldı dayansın özünə verdi təkan, 
Dedi zalım, nə dedin, lal olasan bircə dayan, 
Vurma töhmət bizə ey fərdi-kəsifi-əməvi, 
İftiradan bilirsən pakidi nəsli-Ələvi. 
 
Hübbi-dünya necə həqdən səni gör dur e,ləyib 
Belə məlum olur qüdrət səni məğrur eləyib, 
Beş günün səltənəti gözlərini kor eləyib, 
Fəxr edirsən görürəm baxdıqca hər tərəfə, 
Belə fikr eyləmə dünyada çatıbsan hədəfə. 

 
247 
 
Xarici biz deyilik şərm elə, ey şumi-dəni, 
Bu qədər tiri-şəmatətlə nişan etmə məni, 
İzzətin zillət olar dəhridə bir gün ələni, 
Dəsti-həqq qardaşımın qanını səndən alacaq, 
Qara mə`cərilə Səkinəm səni təxtdən salacaq. 
 
Rəvişin ziddi-Xudadır, əməlin mayei-nəng, 
Ələnən dini-Xuda ilə varındı səri cəng, 
Sitəmilən eliyibsən bu cahanı bizə təng, 
Bu qədər bəsdi inad üstə dəxi durma, Yezid, 
Qızlarının qabağında o başı vurma, Yezid. 
 
Doğranıb dəşti-bəla içrə Peyəmbər balası, 
Qan edib hicrinə göz yaşını Zəhra anası, 
Vardı qəlbində Əli Əsğərü-Əkbər yarası, 
Gülşənü-güllərinə badi müxalif əsilib, 
Zülmilə qardaşımın başı qəfadan kəsilib. 
 
Yandırar nisgili dünyada məni qəm zədəni, 
Gəzir əllərdə onun qana batan pirəhəni, 
İsti qum üstə qalıb üç gecə-gündüz bədəni, 
 
Bağrıqan qızları cari eləyib göz yaşını, 
Nizəyə vurduz onun zülmilə qanlı başını. 
 
Çoxdu bu yarəli başın qəmü-dərdü-kədəri, 
Nizə üstə dolanıb kuçə və bazariləri, 
Qəlbimi yarələyib qissə təlxi səfəri, 
Xeyziranı yerə qoy,qan eləmə göz yaşımı, 
Yarmışam Kufədə bir yol ona xatir başımı. 
 

 
248 
Yeddi qardaşımın hicrində ürək dağlamışam, 
Seyli-əşki üzümə həsrətilə bağlamışam, 
Ağlayan vaxtı yetimə balalar ağlamışam, 
Gecələr sübhə kimi vay Hüseyn vay demişəm, 
Yatmayan vaxtı Səkinə ona lay-lay demişəm. 
Vəfati Zeynəb (s) (sinəzən) 
Gəl diyari-Şama  mehriban Hüseynim, 
Zeynəbin verir can hardasan, Hüseynim? 
Gəl sorağıma qardaş,gözlərim tökər qan-yaş, 
Gəl vəfalı qardaş, gəl vəfalı qardaş!  
 
Mövsümi-xəzanidir,  xətm olur baharım, 
Həsrətilə yetdi  başa ruzigarım, 
Can verəndə səndən  var bu intizarım, 
Sən özün gəl Əbbasım,qoyma xar ola yasım, 
Gəl vəfalı qardaş, gəl vəfalı qardaş! 
 
Məndə var bilirsən çox sənə əlaqə, 
Sən şəhid olandan yanmışam fərağə, 
Gəl görüm camalın can yetib dodaşə, 
Gəl otur kənarımda hal-ehtizarımda, 
Gəl vəfalı qardaş,gəl vəfalı qardaş! 
 
Əllərim üzüldü yeddi qardaşımdan, 
Daim üns tutdum  qanlı göz yaşımdan, 
Açmadım ölüncə  qarəni başımdan, 
Görməyibdi bir didə  mən kimi sitəmdidə, 
Gəl vəfalı qardaş,gəl vəfalı qardaş! 
 
 

 
249 
 
Kaş olaydı indi Əkbərim səlamət, 
Başım üstə Qur`an  etməyə tilavət, 
Əmməsin qoyaydı  qəbrə dildə həsrət, 
Qürbət içrə biyarəm  neyləym, nədir çarəm, 
Gəl vəfalı qardaş  gəl vəfalı qardaş! 
 
Nə anam var etsin  nə`şim üstə nalə, 
Nə bacım ki, töksün göz yaşım cəmalə, 
Kim qoyar Hüseynim  qəbrim üstə lalə, 
Bir kəsə gümanım yox, ölsəm ağlayanım yox, 
Gəl vəfalı qardaş , gəl vəfalı qardaş! 
 
Gərçe inciyibsən Şamidən bəradər, 
Eyləyib cəfalar  qəlbini mükəddər, 
Ağlaram o zülmə  ruzi-şəb mükərrər, 
Xeyziran cəfalıdı, ləblərin yaralıdı, 
Gəl vəfalı qardaş,  gəl vəfalı qardaş! 
 
Səndən ayrılandan  günbəgün saraldım, 
Saçlarım ağardı qüssədən qocaldım, 
Ətrini həmişə  köynəyindən aldım, 
Dürrü-tək xəzinəmdə  saxlaram bu sinəmdə, 
Gəl vəfalı qardaş,gəl vəfalə qardaş! 
 
Vardı çox günahın,  et nəva Kərimi, 
Zeynəbə həmişə  tut əza, Kərimi, 
Göz yaşındı dürri porbəha, Kərimi, 
Ruzi-şəb nəva elə, döndər əşgini selə, 
Gəl vəfalı qardaş, gəl vəfalı qardaş! 
 
 

 
250 
Mündəricat 
 
Münacat ....................................................... 3 
Münacat ....................................................... 3 
Ya ərhəmər-rahimin! ................................. 4 
Münacat (Ramazan ayı) ............................ 6 
Imam Hüseynin (ə) eşqinə aid ................. 8 
Canım Hüseyn (ə) ..................................... 8 
Salam olsun İmam Hüseynə .................... 9 
Hüseyndir iftixarım .................................. 9 
Eşq olsun! .................................................. 10 
Dərmanım Hüseyn (ə) ................................ 11 
Zəhra əzizi ................................................. 11 
Növhə ........................................................ 12 
Şur ............................................................. 13 
Şur ............................................................. 15 
“Şiələr, namaz!” ......................................... 17 
Şiələrin müqtədası ...................................... 18 
Həqiqi Kə`bə Kərbəladı ............................. 19 
Münacat ..................................................... 23 
Münacat ..................................................... 24 
On dörd mə`suma təvəssül ......................... 25 
Güftarə gəlmişəm ....................................... 28 
Eşq cazibəsi ............................................... 29 
Kərbəla arzusu (cuş)................................... 32 
Kərbəlada Aşura ........................................ 34 
Kərbəla məqamı (cuşi) ............................... 37 
Ünvanımız Hüseyndir ................................ 39 
Kərbəla ...................................................... 42 
Məhərrəmin yetişməsi ................................ 44 
Nohə .......................................................... 44 
Nöhə .......................................................... 44 
Cuşi ........................................................... 46 

 
251 
Sinəzən və cuşi ........................................... 47 
İmam Zamana (ə.c) xitab ............................ 47 
Qundaqı ərşə gedən (cuş) ........................... 50 
Kərbəlada imtahan verəm ........................... 52 
Kərb və bəla kəlməsinin tə`vili ................... 54 
Bacı Zeynəb ............................................... 57 
Mən hara Kərbəla hara ............................... 60 
Ya Hüseyn,vay Hüseyn! ............................. 63 
Təşt qoymaq ............................................... 65 
Təşt qoymaq ............................................... 67 
(Sinəzən) .................................................... 67 
Kərbəlaya vurud ......................................... 70 
(Sinəzən) .................................................... 70 
İmam Hüseynin (ə) zəbani- halı .................. 72 
Zeynəbin zəban hali (nohə) ........................ 73 
Aşura gecəsi ............................................... 74 
Aşura gecəsi (nohə) .................................... 75 
Kərbəlayə daxil olmaq (nohə)..................... 76 
Aşura gecəsi ............................................... 78 
Vürude- Kərbəla ......................................... 82 
Kəsilə (sinəzən) .......................................... 85 
Peyğəmbər vəfatında .................................. 88 
Şəhidlər ağasının (ə) zəban halı .................. 89 
Ədəbli qardaş ............................................. 91 
Əbəlfəzl...................................................... 92 
Vəfalı yaralını (sinəzən) ............................. 94 
Əbbasın kömək istəməsi ............................. 98 
Hüseyni ziyarət edən, Allahı 
ziyarət edər 
ərşidə ...................................................... 100 
Əbulfəzlil Əbbas (ə) şəhadəti ................... 101 
Qardaşına (nohə) ...................................... 104 
Əbbasın (ə) anası Ümmül-bəninin zəban halı
 ................................................................. 106 
Ümmül-bənin diliycə  (nöhə) .................... 106 

 
252 
Ətşan səqqayəm ....................................... 107 
Heydər oğlu ............................................. 109 
Həzrət Əbulfəzl (ə) (Cuş) ......................... 110 
Bayrağa müraciəti .................................... 111 
İmam Hüseynin dililə ............................... 113 
Əmannamə həzrət Əbulfəzl (ə)................. 114 
Əbəlfəzlin dililə ....................................... 116 
Əbbasın oğlu Əbdullahın zəban halı (sinəzən)
................................................................. 118 
Əli-Əkbərin bacısının zəban halı (Sinəzən)
................................................................. 120 
Əli Əkbərin zəban halı ............................. 121 
İmam Hüseynin (ə) Əli Əkbərə zaban halı 
(
Sinəzən) ................................................. 123 
İmam Hüseyn (ə) Zeynəbə zəban halı ...... 125 
Hüseynin (ə) Zeynəbə Əli Əkbər üçün 
zəban 
halı .......................................................... 127 
Hüseynin Əli-Əkbərə zəban halı .............. 129 
Bayatı ...................................................... 130 
Həzrət Qasimin (ə)zəban halı 
cuşi ........... 131 
Əmisi Hüseynə (ə) xitabı.......................... 133 
Səkinə anası Rübabə xitab ........................ 135 
İmamın Əli Əsğərə zəban halı .................. 136 
Anası Rübab ............................................ 138 
Oxşama .................................................... 140 
Oxşama .................................................... 141 
Oxşama .................................................... 142 
İmam Hüseynin (ə) zəban halı .................. 142 
Rübabın zəban halı ................................... 143 
İmam Hüseynin (ə) zəban halı .................. 143 
İmamın zəban halı .................................... 145 
Oxşama .................................................... 145 
Rübabın zəban halı ................................... 147 
İmamın zəban halı .................................... 148 

 
253 
Rübabın zəban halı ................................... 149 
Qasimin (ə) anasına zəban halı ................. 150 
Hürrün zəban halı ..................................... 151 
Hürrün şəhadəti ........................................ 153 
Aşura gecəsinin növhəsi ........................... 154 
Müslümün əhvəlatı ................................... 156 
Müslümün diliycə..................................... 159 
Bayatılar Müslüm haqda ........................... 160 
İbrahim ..................................................... 162 
Abdullahın zəban halı ............................... 164 
İmamın Zeynəblə (ə) zəban halı ............... 166 
İmam Hüseyn (ə) vidalaşması................... 167 
Həzrət Səkinənin  zəban halı .................... 169 
İmam Hüseynin (ə) vidası......................... 171 
İmamın vidası ........................................... 172 
İmamın zəban halı .................................... 173 
Qətligahın çuxur yeri ................................ 174 
Zeynəbin (ə)  zəban halı (növhə) .............. 175 
Hüseynin qətli (rövzə) .............................. 176 
Zeynəbin zəban halı ................................. 177 
Həzrət Zəhranın (ə) zəban halı.................. 178 
Zeynəbin (ə) zəban halı ............................ 179 
Zeynəbin zəban halı ................................. 180 
Səkinənin zəban halı (Nöhə) ..................... 181 
Zeynəbin (ə) zəban halı ............................ 182 
Həzrət Zəhranın (ə) zəban halı (rövzə) ..... 182 
Zeynəbin zəban halı (nöhə) ...................... 183 
Qətligah (rövzə) ....................................... 184 
Saribanın qətlgahda cəfası (nöhə) ............. 184 
Zeynəbin zəban halı ................................. 185 
Zeynəbin zəban halı (rövzə) ..................... 186 
Qarəti-xiyam (cuşi) .................................. 188 
Şami-Qəriban (nöhə) ................................ 189 
Zeynəbin zəban halı ................................. 189 

 
254 
Həzrət Zəhra (ə) zəban halı ...................... 190 
Şəhidlərin dəfni İmam Səccadın (ə)  zəban 
halı ........................................................... 191 
Həzrət Zəhranın (ə) zəban halı ................. 193 
Həzrət Zeynəbin (ə) zəban halı (rovzə)..... 194 
Zeynəbin (ə) zəban halı ............................ 194 
Zəban halı Zeynəbin (ə) ........................... 196 
Zeynəbin zəban halı ................................. 196 
Həzrət Zeynəbin (ə) zəban halı (rövzə)..... 197 
Zeynəbin zəban halı ................................. 198 
Zeynəbin zəban halı ................................. 200 
Zeynəbin (ə) əhvalatı ............................... 202 
Zeynəbin (ə) vəfatı ................................... 203 
Zeynəbin (ə) dərdi-deli ............................. 204 
Oxşama .................................................... 206 
Həzrət Zeynəbə(ə) salam 
(rövzə) ............ 206 
Zəban halı Zeynəb.................................... 207 
Oxşama .................................................... 207 
Şir qadın (Rövzə) ..................................... 208 
Oxşama .................................................... 208 
Zeynəbin (s) Əbülfəzldən kömək istəməsi 209 
Zeynəbin (ə) şəhaməti ( rövzə) ................. 209 
Zeynəbin (ə) vəfatı ................................... 212 
Həzrət Zəhranın Əbulfəzl başı üstünə gəlməsi
................................................................. 212 
Həzrət Əbulfəzlin (ə) zəban halı Rövzə)... 213 
Ərze-hacət (rövzə) ................................... 213 
İmamın zəban halı rövzə) ......................... 215 
Əbbasın balinində İmamın zəban halı....... 215 
Əbbasın (ə) zəban halı .............................. 216 
Əbbasın (ə) zəban halı .............................. 216 
(Yaralı sinə) ............................................. 216 
Həzrət Fatimə (ə) Əbəlfəzlə zəban halı..... 217 
Əbəlfəzlin (ə) zəban halı .......................... 218 

 
255 
Hüseynin (ə)  sözü .................................... 218 
Hüseynin (ə) zəban halı (nöhə) ................. 218 
Hüseynin (ə) zəban halı (rövzə) ................ 219 
İmamın zəban halı (nöhə) ......................... 219 
Sərvi-qamət .............................................. 220 
Müşkül açan ............................................. 221 
Qəməri-Bəni Haşimin zəban halı .............. 221 
Cavabı imamın (ə) .................................... 222 
Yaralı namavər ......................................... 222 
Əba Əbdullahın zəban halı (rövzə) ........... 223 
Əba Əbdullahın (ə) zəban halı .................. 223 
Həzrət Əbulfəzlin (ə) həzrət Zeynəblə (ə) 
söhbəti .................................................... 224 
Zəhərli ox ................................................. 226 
Nənəsi Ümmül-bənin ............................... 226 
Heydər balası (rövzə) ............................... 227 
Qəm günləri 
(rövzə) ................................ 228 
Əbulfəzlin zəban halı (rövzə) ................... 230 
Hüseynin zəban halı (nöhə) ...................... 230 
Ümmül-bəninin zəban halı (nöhə) ............ 231 
İmamın bacısı ilə zəban halı ..................... 232 
Qardaş ağlama .......................................... 233 
Göz yaşı (rövzə) ...................................... 234 
İmamın zəban halı .................................... 234 
Həzrət Hüseynin (ə) zəban halı ................. 235 
İmamın oğluna zəban halı......................... 236 
Əkbərin imdad istəməsi (rövzə) ................ 236 
Oğul qəmi (rövzə) .................................... 237 
Əli Əkbərin başı üstündə İmamın zəban halı 
(rövzə) ...................................................... 238 
İmamın (ə) zəban halı (nöhə) .................... 238 
Əli əkbərin (ə) vidası ................................ 239 
Həzrət Zeynəbin (ə) zəban hali (rövzə) ..... 240 
Həzrət Zeynəbin (ə) əhvalatı (rövzə) ........ 241 

 
256 
Həzrət Zeynəbin (ə) Kufədə zəban halı .... 243 
Bibi Zeynəbin (ə) əhvalatı ........................ 243 
Zeynəbin (ə) zəban halı ............................ 245 
Həzrət Zeynəbin (s) zəban halı ................. 246 
Vəfati Zeynəb (s) (sinəzən) ...................... 248 
 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin