məsi.
Ünsiyyət fəaliyyətində tələbənin «mənlik» şüuru formalaşır.
Başqa insanlar kimi, tələbə də konkret sosial cəmiyyətin üzvüdür.
O, həm də kiçik sosial qrupun üzvüdür. Tələbə şəxsiyyətini
sosial-psixoloji cəhətdən düzgün xarakterizə etmək üçün onu
mənsub olduğu tələbə qrupu daxilində öyrənmək lazımdır. Çünki
tələbənin bir şəxsiyyət kimi tələbatları, xüsusən də ünsiyyət
tələbatları üzvü olduğu akademik qrupda təzahür edir. Onun sosial
mahiyyəti qrupun fəaliyyəti çərçivəsində cərəyan edir. Tələbənin
kommunikativ xüsusiyyətləri qrup daxilində aşkarlanır. Tələbə
ancaq akademik qrupun deyil, həm də digər müxtəlif qrupların üzvü
olur, müxtəlif qruplarda müxtəlif statusa malik rollar ifa edir, Bir
qrupda icraçı olduğu halda, başqasında daha fəal olur, bir
başqasında hətta lider olur. Tələbə şəxsiyyətinin inkişafı üçün daxil
olduğu akademik qrupun təsiri həlledicidir. Tələbə onun nonna və
sərvətlərindən etalon kimi istifadə edir, onları özünün şəxsi məqsəd
və davranış normaları üçün model hesab edir. Özünün və tələbə
dostlarının davranışını qrupun etalonlar sistemi əsasında
qiymətləndirir. Qrupla davamlı ünsiyyət davranışım qrupun öz
üzvlərinə verdiyi tələblərə uy- ğunlaşdırmaqla nəticələnir. Bu isə
onunla nəticələnir ki, tələbə bir şəxsiyyət kimi inkişaf etdikcə,
tələbə qrupunun nonnalarını öz normaları kimi qəbul edir, tələbə
qrupunun tələblərinə, davranış normalarına uyğun hərəkət edir.
Tələbənin ünsiyyət mədəniyyəti - mehribanlığı, xeyirxahlığı,
nəzakətliliyi, qayğıkeşliyi, diqqətlilik və həssaslığı, tərəf-müqabilini
dinləmək və haşa düşmək bacarığı, təmkinliliyi, başqasının
sevincinə Sevinməyi. kədərinə şərik olmağı məhz mənsub olduğu
akademik qrupda daha artıq inkişaf edir.
Tələbə şəxsiyyətinin ümumi inkişafından danışarkən,
inkişafın eyni qaydada getməməsi, inkişafın tərbiyəvi təsirlərin
xarakterinə tam adekvat olmaması, hər yaş mərhələsində köhnə və
yeni keyfiyyətlərin olması, inkişafın ziddiyyətli xarakter daşıması
və digər qanunauyğunluqlar da nəzərə alınmalıdır.
448
Tələbə şəxsiyyətinin inkişaf qanunauyğunluqlarından
danışarkən bunu xüsusilə qeyd etmək lazımdır ki, hər bir inkişafa
(dəyişikliyə) xas olan ümumi əlamətlər tələbə şəxsiyyətinin inkişaf
prosesi üçün də səciyyəvidir:
* dönməzlik
(ilk vəziyyətə qayıtmamaq, ancaq irəli getmək);
* qanunauyğunluq.,
* dəyiışikliyin müəyyən istiqamət üzrə ba^ verməsi.
İnkişaf prosesinin özünəməxsus xüsusiyyətləri onun
(inkişafının) qanunauyğunluqlarının məzmununu əks etdirir.
Əksliklərin vəhdəti və mübarizəsi qanunu inkişafın
hərəkətverici qüvvəsini, kəmiyyət dəyişmələrinin keyfiyyət
dəyişmələrinə keçməsi, inkarın - inkarı qanunları isə onun
xarakterini aydınlaşdırır.
Bütün insanlar kimi tələbə şəxsiyyətinin də inkişafının
hərəkətverici qüvvəsinin əsasında əksliklərin mübarizəsi durur.
Tələbənin fəaliyyət prosesində dəyişən tələbatları ilə onların
reallaşdırılması imkanları arasındakı zəruri ziddiyyətin həll edilərək
aradan qaldırılması onun (tələbənin) inkişafı üçün təkanverici səbəb
olur. Bu proses ardıcıl surətdə təkrar olunur. Hər dəfə tələbatların
təmin olunması zəminində yeni tələbatlar təzahür edir, hər dəfə də
tələbatlarla onların təmin olunması imkanları arasında ziddiyyət
əmələ gəlir. Bu ziddiyyətlər fəaliyyət prosesində həll edilir, aradan
qaldırılır və hər dəfə şəxsiyyətin inkişafında yeni keyfiyyətlər üzə
çıxır. Tələbə şəxsiyyəti təşəkkül tapır, dəyərləri, qiymət meyarları,
münasibətlər sistemi, mənlik şüuru inkişaf edir.
Tədqiqatçılar tələbəlik yaşma xas olan ziddiyyətləri belə'
qruplaşdırırlar:
• tələbatların artması ilə onları təmin etmək üçün iqtisadi
imkanlar arasındakı ziddiyyətlər;
• ali məktəb həyatının ciddi norma və qaydaları ilə
tələbələrin müstəqilliyi arasındakı ziddiyyətlər:
• ali məktəbdə verilən informasiya bolluğunu mənimsəmək
arzusu ilə «vaxt» problemi arasındakı ziddiyyətlər.
449
Beləliklə, tələbə şəxsiyyətinin ziddiyyətlərini nə axtarmaq,
nə də uydumıaq lazım deyil. Onlar inkişaf prosesində hər addımbaşı
dəyişmiş tələbatların dialektik nəticəsi kimi meydana çıxır.
Tələbənin özü isə elə bu ziddiyyətlərdən doğulmuşdur».
Ali məktəbdə təhsil-tərbiyə prosesində köhnə ilə yeni
arasında meydana çıxan ziddiyyətlər və onların aradan qaldırılması
tələbə şəxsiyyətinin inkişafının hərəkətverici qüvvəsidir. Tələbə
şəxsiyyətinin
inkişafı
prosesi
kəmiyyət
və
keyfiyyət
dəyişikliklərinin dialektik vəhdətindən ibarət son dərəcə mürəkkəb
bir prosesdir. Aydındır ki, ziddiyyətlər özlüyündə tələbə
şəxsiyyətinin inkişafını təmin edə bilməz. Ziddiyyətlər həll
olunduğu və aradan qaldırıldığı təqdirdə inkişafı təmin edir. Bu isə
fəaliyyət vasitəsilə mümkündür. Deməli, tələbə şəxsiyyətinin
inkişafını təmin etmək məqsədilə onu daim daha yüksək səviyyədə
fəaliyyət formalarına'cəlb etmək lazımdır.
Psixoloq Ə.S.Bayramovun mülahizələrinə əsaslanaraq qeyd
edə bilərik ki:
• tələbənin tələbatlarının formalaşması prosesinə ali məktəb
kollektivi və onu əhatə edən insanlar təsir göstərir:
• ali məktəbdə təhsil-tərbiyə işi elə qurulmalıdır ki. tələbə
başqa adamlarla qarşılıqlı əlaqə şəraitində öz tələbatlarını təmin
edərkən sosial normalara, əxlaq qaydalarına ciddi surətdə əməl
etsin.
Tələbə şəxsiyyətinin inkişafını müəyyən edən amillər
hansılardır?
Ümumiyyətlə, şəxsiyyətin inkişafını müəyyən edən amillər
tələbənin də bir şəxsiyyət kimi inkişafını təmin edir. Bunu sxem
şəklində aşağıdakı kimi göstərmək olar:
450
Tələbənin bir şəxsiyyət kimi inkişafını təmin edən ümumi
amillərdən
başqa daha bir sıra spesifik amillər
də mövcuddur. Onlar
üzərində bir qədər ətraflı dayanaq:
• Ali məktəbdə tələbə şəxsiyyətinin formalaşmasma təsir
göstərən ən mühüm amil elmdir.
Orta ümumtəhsil məktəbində elmlərin əsaslarına yiyələnən
tələbə ali məktəbdə elmləri daha dərindən öyrənmək imkanı
qazanır. Çünki ali məktəbdə tədris edilən fənlər elmə daha yaxındır.
Hər şeydən əvvəl, ali məktəbdə tədris edilən fənlərdə elmin inkişaf
tarixinə geniş yer verilir. Ali məktəbin tədris fənləri təkcə elmin
müəyyənləşdirdiyi bilikləri deyil, həm də elmdəki «ağ ləkələri»,
mübahisəli məsələləri, onların həllinə müxtəlif yanaşma tərzlərini,
həqiqət axtarışlarındakı müvəffəqiyyət və uğursuzluqları əks
etdirir. Ali məktəb fənlərində elmi tədqiqatın metodologiyası və
metodları da göstərilir ki, bundan da məqsəd tələbələri tədriclə
elmi-axtarıcıhğa cəlb etməkdir.
Ali məktəbdə elmi biliklərin sistematik və müntəzəm
mənimsənilməsi tələbə şəxsiyyətinin inkişafını sürətləndirir.
Elmlərə yiyələndikcə tələbə daha fəal həyat mövqeyi qazanır,
əqidəsi möhkəmlənir, dünyagörüşü genişlənir. Elmlərə yiyələnmək
tələbənin mənəvi və əxlaqi aləmini zənginləşdirir, əqli
qabiliyyətlərini inkişaf etdirir, onun əsil insan kimi yetişməsini
təmin edir.
• Tələbə şəxsiyyətini inkişaf etdirən mühüm amillərdən biri
də milli-mənəvi və bəşəri dəyərləri, mütərəqqi ictimai ideyaları
mənimsəməsidir.
Tarix boyu bəşəriyyətin mədəniyyət və incəsənət sahəsində
toplamış olduğu mənəvi sərvətlərə yiyələndikcə tələbə daha
xeyirxah olur, faydalı fəaliyyətə daha artıq meyil göstərir, davranışı
daha şüurlu və sabit xarakter alır. Bunun da nəticəsində qrupda
yoldaşlıq, dostluq münasibətləri daha da möhkəmlənir.
Qabaqcıl, mütərəqqi ictimai ideyaların mənimsənilməsi
tələbədə məsuliyyət və borc hissini gücləndrir, vətəndaşlıq
mövqeyini möhkəmləndirir. Həmişə ləyaqətli olmağa təhrik edir,
şüurlu fəaliyyətə yönəldir.
452
Müasir dövrdə respublikamızın bütün ictimai-siyasi həyatına
nüfuz etmiş demokratiya, müstəqillik və milli humanizm ideyaları
tələbə gəncləri Azərbaycan Respbulikasımn daxili və xarici
siyasətini dərindən anlamağa, cəmiyyətdə fəal həyat mövqeyi
tutmağa, əsil vətəndaş olmağa hazırlayır.
• Ali məktəbdə təlim və tərbiyə işlərinin yüksək səviyyədə
təşkili də son dərəcə həlledici amil kimi tələbə şəxsiyyətinin
inkişafını şərtləndirir.
Tələbənin əsas fəaliyyət növü olan təlim təkcə öyrədici,
inkişafetdirici deyil, həm də tərbiyəedici funksiya daşıyır. Ali
məktəbdə təlimin tərbiyəedici funksiyası təhsilin məzmunu,
metodları, təşkili foraiaları vasitəsilə həyata keçirilir. Təlimin
tərbiyəedici funksiyasının həyata keçirilməsində ali məktəbdə dərs
deyən hər bir müəllimin şəxsi nümunəsi mühüm rol oynayır.
Pedaqoji prosesin, xüsusən də təlim prosesinin tələbə
şəxsiyyətinə təsiri nə qədər güclü olsa da, əmək sərf etmədən,
müntəzəm, gərgin məşq olmadan, şəxsi fəallıq göstənuədən bir
şəxsiyyət kimi təşəkkül tapmaq mümkün deyil. Deməli, tələbə
şəxsiyyətinin inkişafına təsir göstərən amillər sırasında əməyin,
məşqin və şəxsi fəallığın da rolunu xüsusilə qeyd etmək lazımdır.
Ətraf aləmə tələbənin fəal münasibəti əmək fəaliyyətində daha
qabarıq üzə çıxır, tələbə dəyişir, kamilləşir, onda müvafiq bacarıq və
vərdişlər formalaşır, mənəvi keyfiyyətlər inkişaf edir.
İrsiyyət, mühit, tərbiyə, təhsil, təlim, əmək, şəxsi fəallıq,
məşq və bu kimi amillər təcrid olunmuş halda deyil, vəhdət halında
təsir göstərərək, tələbə şəxsiyyətinin inkişafını təmin edir.
Tələbənin inkişafı istiqamətləndirilərkən müxtəlif amillərin
vəhdətdə təsiri əsas götürülməli və bu prosesdə tərbiyənin aparıcı
roluna nail olmaq üçün aşağıdakıları nəzərə almaq lazımdır:
• tərbiyə işinin bütün sistemi tələbə şəxsiyyətinin
məqsədəuyğun inkişafını təmin etməlidir;
453
• ali təhsil müəssisələrində tərbiyə işi sistemli, ardıcıl və
müntəzəm şəkildə təşkil olunmalıdır;
• ali məktəbdə tərbiyəvi işlərdə tələbə şəxsiyyətinin heç bir
cəhəti nəzərdən qaçırılmamalı, onun ahəngdar inkişafı təmin
olunmalıdır;
• tələbənin yaş dövrləri (kurslar üzrə) nəzərə alınmalıdır;
• tərbiyəvi tədbirlərin təşkili zamanı tələbənin arzu və
istəkləri, tələbat və maraqlan, qabiliyyətləri, fərdi psixoloji
xüsusiyyətləri, potensial imkanlarına istinadən edilməlidir;
• müəllimin şəxsi nümunəsinin tələbə şəxsiyyətinə qüvvətli
təsiri nəzərdən qaçırılmamalıdır və s.
13.3.
PEDAQOJİ ÜNSİYYƏTİN TƏLƏBƏ
ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINA TƏSİRİ
Məlum həqiqətdir ki, şəxsiyyətin inkişafı yalnız fəaliyyət və
ünsiyyət prosesində reallaşır. Ünsiyyət fəaliyyətin mühüm tərkib
hissəsi, zəruri atributudur. Ünsiyyət yalnız fəaliyyətdə təzahür edir.
Onun funksiyaları fəaliyyətin məqsəd və məzmunundan, cərəyan
etdiyi şəraitdən, fonna və metodlarından asılıdır.
İnsan psixikasının mühüm komponenti olan ünsiyyət - iki və
daha çox adamın münasibətləri aydınlaşdırmaq
və ümumi nəticə
əldə etmək məqsədilə öz səylərim əlaqələndirməyə
və birləşdirməyə
yönəldilmiş qarşılıqlı fəaliyyətidir.
Ünsiyyətin predmeti başqa
adamdır. K.Marks başqa adamı ən böyük sərvət adlandırırdı. O
yazırdı ki, insan həmişə «başqa insan kimi ən böyük sərvətə...»
tələbat hiss edir. Ünsiyyətə tələbat insanın digər tələbatları
içərisində xüsusi yer tutur. Çünki ünsiyyət tələbatı insanın psixi
inkişafının əsas amilidir. İnsanın gerçək aləmə münasibətləri başqa
adama (yaxud adamlara) münasibəti vasitəsilə əks olunur.
Deməli, tələbə şəxsiyyətini başqa adamlarla kommunikativ
rabitələrdə, ictimai münasibət və əlaqələrdə öyrənmək lazımdır.
Tələbə bir şəxsiyyət kimi yalnız praktik ünsiyyət prose-
454
sinclo inkişaf edir, ictimai-əxlaqi münasibət nomıalarını
mənimsəyir.
Tələbənin
özünü
dərk
etməsi,
özünü
qiymətləndirməsi, özünütərbiyə ilə məşğul olması bilavasitə başqa
adamlara münasibəti ilə ölçülür.
Ən ümumi şəkildə ünsiyyət situasiyasının iki parametrini
fərqləndinnək olar:
• birgə fəaliyyətdə ünsiyyət;
• şəxsi ünsiyyət.
Birgə fəaiyyətdə ünsiyyət «situasiyanın obrazı» (birgə
fəaliyyətdə «rollann» funksional bölgüsü) ilə tənzim olunur.
Əgər fəaliyyəti S —> O, ünsiyyəti S —> S
(subyekt-subyekt) ilə işarə etsək, onda birgə fəaliyyətdə ünsiyyəti
$-►
-*S
formula ilə ifadə edə bilərik.
Əgər haqqında danışılan şəxsi - Sı; danışam S:; məlumat
alanı (dinləyəni) S.ı ilə işarə etsək, onda şəxsi ünsiyyəti
->S3
Sı
formulu ilə ifadə edə bilərik.
Şəxsi ünsiyyət «müsahibin obrazı» ilə şərtlənir, ünsiyyət
təkcə informasiyanın məzmunu ilə deyil, daha çox onun müsahiblər
üçün əhəmiyyəti ilə müəyyən olunur.
Şəxsi ünsiyyətin, adətən, iki səviyyəsi fərqləndirilir. Birinci
səviyyədə ünsiyyət (iki yaxud üç adam arasında) vasitəsiz təmas
kimi təzahür edir və emosional xarakter daşıyır. Şəxsi ünsiyyətin
ikinci səviyyəsində adamlar biri-birini, özlərini dərk edir,
biri-birinin nöqteyi-nəzərlərini qiymətləndinnəyə yaxınlaşırlar.
455
Tələbələrin qrup (kollektiv) daxilində ünsiyyətini xarakterizə
edərkən, həm birgə fəaliyyət ünsiyyətini, həm də şəxsi ünsiyyətini
nəzərə almaq lazımdır.
Tələbə daxil olduğu akademik qrupun üzvləri ilə birgə
fəaliyyət və şəxsi münasibətlərdə tədricən özünün və yoldaşlarının
davranışını təhlil etməyi, tələbə dostları ilə birlikdə sevinməyi və
kədərlənməyi, qayğıkeşliyi və həssaslığı öyrənir.
Ünsiyyət prosesində tələbə başqalarının biliyini, təcrübəsini,
dəyərlərini dərk edir və mənimsəyir. Bunun nəticəsində də mənəvi
cəhətdən zənginləşir, onun inkişafı üçün əlverişli şərait yaranır.
Tələbə digər tələbələrlə rabitə və münasibətlərdə emosional və iradi
cəhətdən inkişaf edir, ləyaqət və qürur hissi qüvvətlənir,
motivasiyaları məzmunca zənginləşir.
Tələbə üçün ünsiyyət tələbatı onun psixogen və sosiogen
tələbatları sırasında xüsusi yer tutur. Aydındır ki, tələbə üçün
ünsiyyət obyekti, ilk növbədə, daxil olduğu akademik qrupun
üzvləridir. Yuxan kurslara keçdikcə, tələbənin ünsiyyət «kon-
turları» dəyişir, ünsiyyət dairəsi genişlənir və mürəkkəb xarakter
alır. Hər kursda yaranan ünsiyyət dairəsi öz məzmununa və
strukturuna görə əvvəlkilərdən fərqlənir. Qrup yoldaşları ilə
ünsiyyət, sonralar yaxın yoldaşlığa, daha sonra dostluğa və bəzi
halda da məhəbbətə çevrilir.
Pedaqoji-psixoloji ədəbiyyatda ünsiyyətin əsas aspektləri
aşağıdakı kimi fərqləndirilir:
Buna uyğun olaraqr psixoloqlar ünsiyyətin üç əsas
komponentini fərqləndirirlər:
456
• ünsiyyət informasiya mübadiləsi kimi (kommunikativ
komponent).
Bu prosesi sxematik olaraq belə ifadə etmək olar:
K - ^ İ ^ R
burada:
K kommunikator (informasiya verən);
İ - informasiya;
R - resipient (informasiyanı qəbul edən).
Belə olduğu halda tələbələrin qrup (kollektiv) daxilində
ünsiyyəti subyekt-obyekt (S—>0) və subyekt-subyekt (S—»S)
sxemi əsasında qurulur. Ünsiyyət prosesi təkeə kommunika- tonın
(latınca communicatio - rabitə, əlaqə, ünsiyyət deməkdir) deyil, həm
də resipientin (ingiliscə respondent - cavab verən, müsahib
deməkdir) fəallığı şəraitində baş verir.
• Ünsiyyət qarşılıqlı təsir və ya başqa adamın davranışım
tənzimləyən prosesi kimi (interaktiv komponent).
Bu halda tələbələr birgə fəaliyyət prosesində müxtəlif əlaqə
və münasibətlərə girir, bir sözlə əməkdaşlıq edirlər.
• Ünsiyyət insanların biri-birini qavraması prosesi kimi
(perseptiv komponent). Bu halda sosial persepsiya (latınca
perceptio - qavrayış, təsəvvür deməkdir) ünsiyyət prosesinin
səmərəliliyini təmin edir.
Beləliklə məlum olur ki, ünsiyyət, bir tərəfdən, tələbələrin
birgə fəaliyyətini təşkil etməyə, informasiya mübadiləsi apannağa,
bir-birini qavramağa kömək edir. Digər tərəfdən, şəxsiyyətlərarası
münasibətlərin inkişafına şərait yaradır, tələbənin mütəxəssis kimi
fonnalaşmasını təmin edir.
Tələbənin ünsiyyət tələbatının təmin edilməsi sahəsində işin
istiqamətlərini aşağıdakı kimi müəyyən etmək olar:
• ali məktəb həyatında sağlam və əlverişli mənəvi-psixoloji
iqlimin yaradılması;
• ali məktəbdə təlim, təhsil-tərbiyə işinin səviyyəsinin
yüksəldilməsi;
• kollektiv ünsiyyətdə tələbənin əlverişli mövqe tutması
üçün şəraitin yaradılması;
• tələbələrin ünsiyyətinin məzmunca zənginləşdirilməsi,
ünsiyyət dairəsinin genişləndirilməsi;
• tələbələr arasında konfliktlərin aradan qaldırılması;
• tələbələrin
auditoriyadankənar
ünsiyyətinə,
imkan
daxilində, nəzarət edilməsi və korreksiya aparılması;
• ali məktəbdə tələbə liderləri arasında əlaqələrin
yaxşılaşdırılması;
• tələbə
qrupları
arasında
ünsiyyət
sahəsinin
genişləndirilməsi;
• tələbələrin müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi yolu
ilə ünsiyyət «konturlarınm» genişləndirilməsi.
Tələbə şəxsiyyətinin inkişafına pedaqoji prosesin təsiri daha
böyükdür.
Müəllim-tələbə münasibətləri özünəməxsus çalarları ilə
səciyyələnən ünsiyyət sferasıdır və «pedaqoji ünsiyyət» ifadəsi ilə
rabitələrin digər növlərindən fərqləndirilir. Pedaqoji ünsiyyət
müəllimin tələbələrlə (öyrədənin öyrədənlərlə) təhsil-tərbiyə
prosesində həyata keçirdiyi petfə ünsiyyətidir.
Pedaqoji ünsiyyət geniş anlayışdır. Ali təhsil müəssisəsinin
rəhbər işçiləri ilə müəllim kollektivi arasında, müəllimlər arasında,
müəllimlər və tələbələr arasında, tələbələr arasında olan ünsiyyət
pedaqoji ünsiyyətdir. Pedaqoji ünsiyyətin müxtəlif çalarları
arasında müəllim-tələbə münasibətlərini xüsusilə qeyd etmək
lazımdır. Ali məktəb müəllimlərinin öz tələbələri ilə ünsiyyətləri
şəxsiyyətlərarası münasibətlərin özünəməxsus sferasını təşkil edir.
Müəllim-tələbə münasibətləri əsasən rəsmi münasibətlərdir.
Bu
münasibətlərin düzgün qurulması akademik qrupda
şəxsiyyətlərarası münasibətlərin səmərəli inkişafı üçün şərait
yaradır. Akademik qrupda şəxsiyyətlərarası münasibətlərin səmərəli
təşkili, öz növbəsində müəllim-tələbə münasibətlərini asanlaşdırır.
Bu isə dolayısı ilə təlimin nəticələrinə müsbət təsir göstərir, tələbə
qrupunda sağlam mənəvi-sosioloji mühit yaradır, pedaqoji prosesin
səmərəliliyini yüksəldir.
45 S
Ali təhsil müəssisəsində pedaqoji ünsiyyəiin llmksiya- lanm
belə konkretləşdirmək olar:
* tələbənin ahəngdar inkişafını və mütəxəssis kimi
fonnalaşmasım təmin etmək;
* tələbə kollektivindəki sosial-petlaqoji-psixoloji prosesləri
idarə etmək:
* ali təhsil müəssisəsində, tələbə qrtıplannda sağlam
mənəvi-psixoloji mühit yaratmaq;
* fərdi-idraki funksiya (yenini öyrətnntk və ya öyrənmək);
* emosional
funksiya
(qiymətləndirmək,
təəssüratı
bölüşdürmək, münasibət bildirmək) və s.
Ali təhsil müəssisəsinin hər bir işçisi pedaqoji ünsiyyətin
mahiyyətini, sosial-psixoloji mexanizmini dərindən bilməli və öz
fəaliyyətində bunlara istinad etməlidir.
Pedaqoji ünsiyyətin məımnnu ntüəllimin qarşıya qoyduğu
məqsədin, motivlərin düzgün dərk edilməsi, tətbiq olunan
vasitələrin səmərəliliyi, tərəf-müqabillərinin müəyyən normtılara
əməl etməsi ilə müəyyənləşir.
Pedaqoji ünsiyyətin məzmununa müəllimin ünsiyyət
formaları.ünsiyyətin təşkili, metod və piyomarı. bir sözlə. İtirdi
ünsiyyət üslubu qüvvətli surətdə təsir göstərir. Pedaqoji ünsiyyətin
avtoritar^ demokratik, liberal, qeyri-sabit (ardıcıl olmayan)
üslubları var. Əlbəttə, ən səmərəli ünsiyyət üslubu demokratik
üslubdur. Pedaqoji ünsiyyətdə bu üslubu əsas götürən müəllimlər
tələbəni subyekt kimi qəbul edir, tələbə kollektivi ik) hesablaşır,
liderlərin təkliflərini qəbul edir, tələbələrin müstəqilliyini,
təşəbbüskarlığını dəstəkləyir, mü.sbət emosional əlaqələrə üstünlük
verir, tələbələrin fərdi xüsusiyyətlərini, ştıxsi təcrübələrini, ehtiyac
və tələbatlarını nəzərə alırlar. Belə müəllimlərdə heç vaxt neqativ
durum olmur və ya onu təzahür etdirmirlər.
Dostları ilə paylaş: |