BƏS ÇÖRƏK?
Məşhur rus alimi A.P.Çuprin yazır ki, elmin hələ möv-
cud olmadığı epoxoda insanın bütün qidalar arasında çörəyə
üstünlük verməsi-bəşəriyyəti çox mürəkkəb və çıxılmaz bir
vəziyyətdə qoyub.Bu qədər torpaq əkilir!Çörək istehsalına nə
qədər əmək və vəsait sərf olunur!..Çörək üstündə qırğınlar baş
downloaded from KitabYurdu.az
93
verir,müharibələr gedir.Şair əmindir ki,çörək bol olarsa-Vətən
basılmaz.Nələr deyirlər çörək haqqında:“Çörək Qurandan da
irəlidir”.Çörək and yerimiz olub.Çörəkdən ötrü əldən-ayaqdan
getməyə dəyərmi?..Dərin bilikli alimlər “yox” deyir.Xaricə
gedib gələn adamlar bilir: yüksək sivilizasiyalı ölkələrdə çörəyi
geri qalmış ölkələrə nisbətən 5-10 qat az yeyirlər.Sən demə,
çörək biz düşündüyümüz kimi dəyərli qida deyilmiş.
Taxıl məhsulunun ən böyük qüsuru ondan ibarətdir ki,
onun tərkibindəki amin turşularının tarazlığı qeyri-mütəna-
sibdir:dəyişilməsi mümkün olmayan amin turşuları taxılda çox
azdır, dəyişilənlər isə həddən ziyada çoxdur. Lakin dəyişilənlər
həyatımızda heç bir rol oynamır. Çünki hər hansı bir kompo-
nent çatmayanda-sağlam qan (və sağlam hüceyrə) yaranmırlar.
Dənli bitkilərdən hazırlanmış qidanın bəlası ondadır ki,zülal
tarazlığının pozulması və qeyri-mütənasibliyi sayəsində,orqa-
nizm daha çox zülal xörəyi tələb edir. Bu xörəyi həzm etmək
və qana çevirmək üçün çoxlu vitamin tələb olunur. Beləliklə
də, adam orqanizmə lazım olduğundan qat-qat artıq qida qəbul
edir.Acgözlük,qarınqululuq xəstəliyi,heyvandarlıq məhsulları-
na və spirtli içkilərə güclü meyl belə yaranır.Köklük xəstəliyi
də bununla bağlıdır.İnsan bədəni möhkəmliyini itirir,lırt olur,
qocalıq kök adamın başının üstünü tez alır.
Həzmetmə orqanları xəstə olan,yaxud bədənində həzm-
etmə fermentləri çatışmayan şəxs öz menyusundan bişmiş çov-
darı,buğdanı,arpanı,vələmiri çıxarmalı,onları bu dənlərin dəmlə
-mələri,tərəvəzin özü və şirələri,qatıq məhsulları ilə əvəz etmə-
lidir.Düyünü,qarğıdalını,kartofu,soyanı tərəvəz salatları və şirə-
ləri ilə birlikdə qəbul etmək çörək yeməkdən faydalıdır.Çörəyi
cod(kobud üyüdülmüş) dəndən bişirmək məsləhətdir.Çünki
bizim gemoqlabinimiz üçün çox lazım olan dəmir dənin qabı-
ğına cəmləşib.Fikir verin:buğda qabığında,yəni,özümüzə rəva
görməyib,heyvanlara verdiyimiz kəpəkdə ən yüksək növ buğda
ununa nisbətən 5 dəfə çox dəmir vardır.Dəmir isə gemoqlabin
downloaded from KitabYurdu.az
94
yaratmaq prosesində mühüm rol oynayır.Bir ağıllı xalq deyib:
“Ağ çörək və kofe -azqanlı xəstələrin xörəyidir”.
Ortalığa sual çıxr:bəs nə üçün çörək bütün xalqların bir
nömrəli qidasına çevrilib?Bunu üç şeylə izah etmək lazım
gəlir.Birinci:dənli bitkiləri hasilə gətirmək üçün bir o qədər də
böyük xərc və zəhmət tələb olunmur:taxılı əkirsən,zəmiyə yün-
gülvari qulluq edirsən və biçirsən.Vəssəlam.Həm də taxıl qısa
vaxt kəsiyində yetişir.İkinci:taxıl hər yerdə bitir.Üçüncü:taxıl
anbarlarda yaxşı qalır,onu saxlamaq,daşımaq rahat və asandır.
Meyvə və tərəvəz isə tez sıradan çıxır,çox qalmır.
Lakin dənli bitkiləri gözdən salmaq ədalətsizlik olardı.
Alimlərin fikirincə,dənli bitkiləri çiy-çiy,bütöv halda yemək
faydalıdır.İsveçrədə yaşayan həkim-Şmidt familiyalı bir qadın
öz üzərində təcrübə aparmış və gözəl nəticələr əldə etmişdir. O
yazır: “Cücərmiş buğda ilə müntəzəm qidalananda (gündə 50-
100q),orqanizmdə cavanlaşma prosesi başlayır,soyuqdəyməyə
qarşı güclü immunitet yaranır,adam sağlamlaşır.54 yaşım
tamam olanda hər səhər cücərmiş buğda yeməyə başladım.Bir
neçə aydan sonra özümü çox yaxşı hiss etdim.Saçımın ağ
tükləri ilk rəngini aldı,saçım sıxlaşdı,yumuşaq oldu.Görmək
qabliyyətim xeyli yaxşılaşdı.İndi 75 yaşım var,özümü əla hiss
edirəm, gənclik illərində olduğundan heç də pis işləmirəm”.
Nəticəni özünüz çıxarın.Mən,tərəddüd etmədən,buğda
alıb evə qoydum və günorta çörək əvəzinə,bir yekə qab tərəvəz
salatı ilə bərabər 50-60 q. cücərmiş buğda yeyirəm.
Dənli bitkilərin xassəsi də, təsiri də müxtəlifdir. Buğda -
dənlilər arasında ən çox turşu yaradan növdür.Çovdar dişlərə
pis təsir göstərir.Düyü dənlərin ən yaxşısıdır.Təsadüfü deyil ki,
dünyanın yarıdan çoxu üçün əsas qida sayılır.Lakin düyünü
göy-göyərtisiz,meyvə-tərəvəzsiz və digər çiy qidalarsız yeyən
adam Beri-Beri xəstəliyinə tutula bilər.Əfsus ki,düyünün fay-
dalı elementlərlə zəngin olan qabığı atılır.
downloaded from KitabYurdu.az
95
Cücərmiş buğdadan başqa südlə təzəcə dolmuş sünbül
də gözəl qida sayılır.Amma bilməlisiniz:dərilmiş sünbül 24
saatdan sonra müalicəvi əhəmiyyətini itirir.
Çörəyi çox yemək-bəşəriyyətin ən böyük bəlalarından
biri sayılmalıdır.Bu xəstəlik bizim respublikanın vətəndaşları
üçün daha çox təhlükə doğurur.Biz çörəyi həddən artıq çox
yeyirik. Anlamaq lazımdır ki,tərkibində heç bir vitamin və
faydalı mikroelement qalmayan çörək,üstəlik,özündə duzu,
sodanı,mayanı və digər zərərli əlavələri cəmləşdirir.Həm də
çörəyi elə qidalarla bərabər yeyirik ki,onların qonşuluğu
orqanizm üçün çox ziyandır.Çörək-bir çox xəstəliklərin törə-
məsi üçün mənbə sayılır.Çörəyin həddən çox ayrıca qəbul
edilməsi isə orqanizmə dəhşətli zərbə vurur.Lakin çörəyi digər
qidalarla,xüsusilə zülalla zəngin olan heyvandarlıq məhsulları
ilə birlikdə yemək daha böyük fəsadlar törədir.
Unutmayın ki,çox da uzaq olmayan keçmişdə insan
dənli bitkilərlə qidalanmayıb.Çörəyi öz rasionundan çıxardan
iradəli və dərrakəli şəxsin itirdiyi yeganə şey-xəstəlik ola bilər.
Təkrar edirəm:dənli bitkiləri yalnız çiy-çiy yemək lazımdır.Ya
da heç olmasa dəmləmələr şəkilində.
Çörəksiz yaşamağı heç cür ağlına gətirə bilməyən
şəxslərə məsləhətim budur ki,heç olmasa,aşağıdakı qaydalara
əməl etsin: a) çörəyi az yemək; b) çörəyi bol-bol tərəvəzlər və
göy-göyərti ilə birlikdə yemək;c)çörəyi digər zülallarla (ələlxü-
sus,heyvandarlıq məhsuldarı ilə)qarışdırmamaq;q)çörəyi mey-
vələrlə qarışdırmamaq.
Noxud,lobya,mərci,ümumiyyətlə zülalla zəngin olan
bütün paxlalı bitkilər çətin həzm olunur,sidik turşusunun
çoxalmasına səbəb olur və zərərli qida sayılırlar.
Kartof-müəyyən hədd dairəsində, özü də tərəvəzlə birgə
yeyildikdə fayda verir.Onu heç vaxt çörəklə birlikdə yeməyin.
Çiy kartofun şirəsi-diabet,qan azlığı və həzmolma ilə bağlı
digər xəstəliklər üçün gözəl qidadır,qəbizliyin qarşısını yaxşı
alır.Kartofu odda bişirib,qabıqlı yemək daha çox fayda verir.
downloaded from KitabYurdu.az
96
Bişirilmiş bitki qidaları, eləcə də bütün mürəbbələr,
konservlər və tutmalar orqanizmin düşmənidir:orqanizmdə
quzuqulağı turşusunun duzunu törədir.
MEYVƏLƏRİN TƏQSİRİ YOXDUR!..
Amerikalı Porter qidalar haqqında yazdığı kitabında
belə bir yanlış fikir söyləmişdi ki,meyvələrlə qidalanmaq-dieta
sahəsindəki yanlış vərdişlərdən biridir.Lakin alim elə burdaca
təstiq edirdi ki,ayrılıqda yeyilən meyvə heç bir fəsad vermir.
Digər həkimlər də belə hesab edirlər ki,meyvə həzmolma
prosesinə mənfi təsir göstərir.Lakin bunu deyənlər meyvənin
digər qidalarla necə tənasübdə qəbul edilməsi barədə heç bir
şey bilmirdi.Onlar,sadəcə,belə bir faktı əsas götürürdülər ki,
meyvə-başqa qidalarla birlikdə yeyiləndə müxtəlif fəsadlar
verir, özü də təqsiri təkcə meyvənin üstünə yıxırdılar.
Qida məsələləri ilə yarım əsr məşqul olan H.Şelton bu
yersiz ittihamları meyvələrin üstündən götürdü,onları təmizə
çıxartdı.Alim təkzibolunmaz faktlarla sübut etdi ki,meyvə-
təkcə göz oxşayan,ətirli,dadlı qida növü deyil,həm də çox
dəyərli qida maddələrini,vitamin və duzların faydalı qarışığını
özündə cəmləyən zəngin ərzaqdır.Fəsad məsələsinə gəlincə,
burada meyvənin heç bir təqsiri yoxdur,təqsir-menyuda meyvə-
nin yerini səhv salan insandadır.
Meyvə haqqında hər şeydən öncə onu bilmək lazımdır
ki, başqa qidalardan fərqli olaraq, meyvə-ağızda və mədədə ya
heç həzm olmur,ya da cuzi şəkildə həzm olur və bir neçə
dəqiqədən sonra birbaşa yoğun bağırsağa keçir.Burda da çox
yubanmır,qısa vaxt ərzində yüngülvari həzm olunur və bu da
qana sorulmaq üçün bəs edir.Belə bir qida ətlə (yada salaq ki,
ət 3-6 saat ərzində həzm olunur),yaxud gec həzmə gedən digər
qida növləri ilə eyni vaxtda,ya da onlardan az sonra yeyiləndə
nə baş verir? Tutalım almanı, yanlış təsəvvürlə (həzm olmanı
yaxşılaşdırsın deyə) yağlı qoyun kababının üstündən yediniz.
downloaded from KitabYurdu.az
97
Biz bilirik ki,ətin həzmolma müddəti 3-5-6 saatdır.Mədədəki ət
özü həzm olunana qədər almanı tutub yanında saxlayır, qoymur
bağırsağa keçsin.Alma bakteriyaların təsiri altında çürüyür və
korlanır,çürümüş alma əti də çürüdür.Yoğun bağırsağa korlan-
mış kütlə daxil olur-mikroblar üçün zəngin yem bazası yaranır,
xəstəlik qaçılmaz olur. Bütün sirr bundadır.
İdeal variant belədir-meyvəni bir öynə(ya səhər, ya
axşam) əsas qida növü kimi qəbul etmək.Bunu hər hansı bir
səbəbdən edə bilməyənlər meyvəni əsas qida növü saydığı
xörəkdən 30-60 dəqiqə qabaq yeməlidir.Meyvəni heç bir qida
ilə qarışdırmaq olmaz! Daha bir vacib şərt: turş meyvələri şirin
meyvələrlə qarışdırmayın!Meyvə haqqında çıxardığımız başlı-
ca nəticə budur ki, bütün meyvələr şəfaverici xassəyə malikdir.
Sadəcə,meyvəni yeyərkən yuxarıda deyilən 2 vacib qaydanı
yerinə yetirmək lazımdır.
Şübhə etmirəm ki, “Allah min dərd verib, min bir
dərman” deyən əcdadlarımız dadlı meyvələri də bu dərmanlar
arasında görüblər.Naturopat alimlər tam əmindirlər ki,bu dünya
yarananda və uzun əsrlər boyu meyvə,şülul,zoğlar,yarpaqlar,
çiçəklər insanın yeganə qidası olub.O vaxt insan min il, özü də
azar-bezarsız yaşayıb.
Bütün meyvələrin xassələrini açmaq, onların necə
zəngin tərkibə malik olduğunu göstərmək fikirində deyilik.
Zənnimcə, bir neçəsinin tərkibinə nüfuz etmək kifayyətdir.
Ərik:Tərkibində 20-27 faiz şəkər var,üzvi turşular
(salisilat,alma turşusu,limon turşusu),A vitamini (karotin), S və
B
12
vitaminləri,kalium duzu,dəmir,fosfor,maqnezium və s. ilə
zəngindir.Ərik və qurusu-ürəyi,beyni qidalandırır,onların fəaliy
-yətini xeyli yaxşılaşdırır.
Alma:Tərkibində S, B
1
, B
2
, F, E
vitaminləri,karotin,
kalium,kalsium,dəmir,marqans,pektinlər,şəkər,üzvi turşular ki-
fayət qədərdir.Skleroz əleyhinə çox gözəl vasitədir.Ürək, bağır-
saq,böyrək,hipertoniya,qansızlıq,piylənmə xəstəliklərinə,böy-
rək də daşlara qarşı səmərəli müalicə vasitəsidir.
downloaded from KitabYurdu.az
98
Armud: S və B
1
vitaminləri,şəkər və üzvi turşularla
zəngin olub,sidikqovucu,mikrob əleyhinə təsir göstərir,sidik
yollarının infeksiyası və böyrəkdə daş olan vaxt istifadə olunur.
Üzüm:Kalium,kalsium,marqans,kobalt ilə, S, P, PP, B
1
,
B
6
, B
12
vitaminləri,karotinlə və üzvi turşularla zəngindir. Tərki-
bində 18-20 faiz zülal var.Böyrəklər,ağ və qara ciyər,podaqra,
hipertoniya və s. xəstəliklərin müalicəsində istifadə olunur,
orqanizmi bütövlükdə möhkəmlətmək qabliyyətinə malikdir.
Albalı:Tərkibində qlyukoza,fruktoza,S,B
1
,PP vitamin-
ləri,karotin,üzvi turşular,mis,kalsium,maqnezium,dəmir,pektin
zəngindir.Qan azlığında,ağ ciyərin,böyrəyin müalicəsində,
atereskleroza və qəbzliyə qarşı geniş istifadə olunur.
Nar:Orqanizmi möhkəmlədir,həzmolmanı yaxşılaşdırır,
mədəaltı vəzini sağaldır,qanı təmizləyir,qan azlığını aradan
qaldırır.
Gavalı:Müalicəvi meyvədir.Tərkibində 16 faiz şəkər,
külli miqdarda kalium,pektin, S, B
1
, PP, karotin,üzvi turşular
var.Gavalı(ələlxüsus,qurumuş qara gavalı)yumuşaldıcı və sidik
-qovucu təsirə malikdir,atereskleroz,qara ciyər,ürək,böyrək,
hipertoniya xəstəliklərinə qarşı güclü təsirə malikdir.
Moruq:Tərkibində 9-10 faiz şəkər,çoxlu dəmir,pektin,
mis,kalsium,üzvi turşular, S, B
1
, B
12
, PP vitaminləri və digər
dəyərli maddələr var.Mədə-bağırsaq,atereskleroz,böyrək,hiper-
toniyaya xəstəliklərinə qarşı istifadə olunur.
Qara qarağat:İtburnudan sonra S vitamini ilə zəngin
olan ən qiymətli bitkidir.Tərkibində 300 mq/faizə qədər S
vitamini,çoxlu B
1
,PP vitaminləri,karotin,kalium,dəmir,limon
turşusu,alma turşusu və digər üzvi turşular,pektin,16 faizə
qədər şəkər vardır.Mədə yarasına,qastritə(turşusu az olanda),
atereskleroza,böyrək xəstəliklərinə qarşı,maddələr mübadiləsi
pozulanda və qan azlığı baş verəndə istifadə olunur.
Boranı:Tərkibində kalium,kalsium,maqnezium,dəmir,
şəkər,S,B
1
,B
2
,PP vitaminləri,karotin,zülal və s. vardır,vərəmə
qarşı yaxşı vasitədir.Tumundan qarın qurdunu salmaq üçün
downloaded from KitabYurdu.az
99
istifadə olunur.Boranı əsasən,ürək,böyrək,piylənmə,hipertoni-
ya,qəbzlik xəstəliklərinə qarşı səmərəli vasitədir.
Qarpız:Tərkibində S, PP, B
1
, B
2
vitaminləri,karotin,
pektin,kalium,karbohidrat zəngindir.Böyrək,ürək-damar(o cüm
-lədən,hipertoniya) xəstəlikləri vaxtı istifadə olunur,orqaniz-
mdən zəhərli maddələri çıxaran gözəl vasitədir.
Yemiş:Tərkibində 13 faiz şəkər,bolluca S,PP vitamin-
ləri,karotin,dəmir var.Qəbzlik,ateroskleroz,babasil,ürək-damar
və qan xəstəliklərinin müalicəsində istifadə olunur.Xatırla-
dırıq:yemişi bütün hallarda ayrıca qida kimi qəbul etmək
lazımdır. O, bir saatdan tez həzmə getmir.
QİDALANMAĞIN 20 ŞƏRTİ
Sağlam qidalanmaq qaydalarının ən ümdə tələbi-papi-
rosu və spirtli içkiləri rasiondan çıxartmaqdır.Yalnız bundan
sonra digər qaydalar haqqında danışmağına dəyər.Onlar
aşağıdakılardır.
1.Hər gün 2-3 litr çiy su içməyə vərdiş edin.Diqqət! Bir
ay yarım müddətində hər yarım saatdan bir 30 q çiy su içmək
gözəl müalicə metodu sayılır .
2.Heç vaxt canınız ağrıyarkən,zehni və fiziki halsızlıq
şəraitində,yorğun və hirsli halda,təlatüm içində və qızdırma
yüksək olanda qida qəbul etməyin.Bundansa qidadan imtina
etmək faydalıdır.Xatırladırıq: şüursuz saydığımız heyvanlar
halsız olanda,xəstələnəndə qidadan imtina edirlər.
3.Yalnız aclıq hiss edəndə yeyin.Yeməyə 10-15 dəqiqə
qalmış 200 q çiy suyu ilıq şəkildə qurtum-qurtum için.Bunu
həyat normasına çevirin..
4.Yemək vaxtı və yeməkdən dərhal sonra su içməyin.
Çünki su 10-15 dəqiqədən sonra mədəni tərk edir,özü ilə
bərabər mədə şirəsini də yuyub aparır.Bu da həzmolmanı
pozur.Suyu və şirəni tüpürcəklə islatmaq üçün onları qurtum-
qurtum, ağızda saxlaya-saxlaya için.Suyu meyvələrdən 30
downloaded from KitabYurdu.az
100
dəqiqə,nişastalı qidalardan 2 saat,zülallı qidalardan 4 saat sonra
içmək faydalıdır.
5.Soyuq maye içmək və soyuq xörək yemək mədədə
enzimlərin(həzmedici şirələrin) fəaliyyətini dondurur.Mədə
normal hərarətə çatana qədər enzim ifraz etmir və nəticədə
mədə divarı zədələnir.Dondurma yemək-mədənin zərif toxu-
ması üzərinə buz parçası qoymaq kimi bir şeydir.
6.Çox isti çay içmək və çox isti xörək yemək də enzim-
lərin ifrazını dayandırır və mədənin zədələnməsinə səbəb olur.
7.Purin maddələri və kofe,çay,şokolad,kakao,ekstraktiv
ət bulyonları,hisə verilmiş ətlər toksik təsirə malikdir,mədədə
yüksək dərəcədə sidik turşusu yaradırlar.Rafinadlaşdırılmış şə-
kərdən imtina edin.Pulunuzu bala,qurudulmuş meyvələrə,şirin
meyvələrə verin.
8.Əsasən,çiy və təbii qidaları(meyvə,tərəvəz,şülul, tum-
lar,qoz,fındıq, püstə,badam və s.) yeyin.
9.Xörəkləri qarışdırmayın.Bir neçə növ xörəyin eyni
vaxtda qəbul edilməsi-həzmolmanı çətinləşdirir və qidaların
çürüməsinə gətirib çıxarır.Müxtəlif qidaları eyni vaxtda yemək
həm orqanizmə ziyandır,həm də cibə.Çünki mədə hər qida
növü üçün ayrıca şirə ayırır.Qidalar qarışanda-bir qida növü
həzm olunursa,digər növlər həzm olunmur,çürüyür,o biri qida-
ları da çürüdür.Yaxşı olar ki,səhər turş meyvə,günorta-nişasta,
axşam zülal yeyəsiniz.
10.Səhər yeməyini şirəli meyvələrdən başlayın. 2-3 qoz,
yaxud 5-6 fındıq(badam) əlavə etmək də yerinə düşər.Meyvəni
çiy,qabıqlı və tumları ilə bərabər yemək faydalıdır.Qış vaxtı,
çiy meyvə yoxdursa, quru meyvələrdən gen-bol istifadə edə
bilərsiniz.Bir daha yadınıza salıram:konservləşdirilmiş,duza
qoyulmuş və bişirilmiş meyvələrin,tərəvəzin cana heç bir
faydası yoxdur,əksinə,həm cana,həm də cibə böyük ziyanı var.
11.Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək
lazımdır.Gündə 3 dəfə qida qəbul edirsinizsə,2 dəfə salat yeyin.
Salatı 4-5 növ çiy tərəvəzdən hazırlayın.Onların hamısı fayda-
downloaded from KitabYurdu.az
101
lıdır,ən çox faydalısı isə kök,kələm,kahı,ispanax,kərəviz,
şüyüd,xiyar,turp və yarpağı,göy soğan,pomidor,çuğundur və
yarpağı,cəfəri,sarımsaqdır.Soğanın çox olması zərərlidir.Göy
soğana üstünlük versəniz daha çox fayda alarsınız.
12.Təbii zülalların,yağlarin,vitaminlərin və mineral mad
-dələrin ən etibarlı daşıyıcısı olan qoz-fındıqdan,tumlardan
müntəzəm istifadə edən şəxsin ətə-yağa ehtiyacı qalmır.
13.Yağlardan mümkün qədər az istifadə edin.Yadda sax
-layın:yağların hamısı(kərə yağı,bitki yağı,qaymaq) həzmol-
manı yubadır,mədədə və bağırsaqda çürümə törədir.Evdar
qadınların nəzərinə:xörəyə yağı yalnız xörək tam hazır olan-
da çiy şəkildə əlavə edin.Xörək bişirərkən qazana 1-2 qida
növü tökün, onları mümkün qədər az qaynadın.
14.Bişmiş xörəkdən imtina edə bilmirsinizsə,xörəklə
bərabər salat yemək,təzə şirələr,itburnu,xurma,moruq və qara
qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhətdir.
Yadda saxlayın: çiy qida bişmiş xörəkdən 3 dəfə çox olmalıdır.
15.Bütün yeməkləri mümkün qədər çox çeynəmək və
ağız şirəsi ilə yaxşı-yaxşı islatmaq lazımdır.Onda qida yaxşı
həzm olunur,bu halda orqanizm həzmolma prosesinə az enerji
sərf edir.Bu da qəbul olunan qidanın həcmini və çəkisini 1,5-2
dəfə azaltmağa və az qidadan daha çox fayda götürməyə imkan
verir. Nəzərə alın:tüpürcək faydalı elementlərlə çox zəngindir.
Nişi kimi,P.Breqq də səhər yeməyini ixtisara salmağı,
gün ərzində 2 dəfə qidalanmağı məsləhət görürdü.Nişi yazır ki,
səhər çağı qida qəbul etmək vaxtı deyil, axşam yediyin qidanı
həzm etmək vaxtıdır.Bu elə vaxtdır ki, bədən özünü təmizləyir.
Yoğun bağırsaq axşam qəbul olunmuş qidanı həzm etməyə
təzəcə girişdiyi bir vaxtda,oraya yenidən qida göndərmək
axmaqlıq və israfçılıqdır.Axmaq və israfçı olmayın!..
16.Orqanizmə vaxtaşırı istirahət verin(buna “sanitar
saatı”, “sanitar gün” deyirlər).Çünki bağırsağın divarlarında
gün ərzində 3 kq-dan 25 kq-dək şlak (zir-zibil) toplanır.
downloaded from KitabYurdu.az
102
17.Əgər iradəniz zəyifdirsə,nəfsinizə qalib gələ bilmir-
sinizsə,orqanizmi zəhərləyən əti,yağı,yumurtanı,göbələkləri,
pendiri,çörəyi,dənləri,paxlalı bitkiləri öz süfrənizdən çıxarda
bilmirsinizsə, onları tərəvəzlərə əlavə kimi qəbul edin.
18.Çox yeməyə can atmayın:çox yemək orqanizm üçün
lüzumsuz və səmərəsiz əlavə zəhmət və ağır yükdür. Unutm-
ayın: çox yeyən az yaşayır, az yeyən-çox!..
19.Qidada xörək duzunun miqdarını azaldın.Ürək-
damar xəstəliyi zamanı ondan tamam imtina edin.Xörək duzun-
da yalnız 2 mikroelement var:xlor və natrium.Dəniz duzunda
isə bunlar 64-dür,hamısı da orqanizm üçün çox faydalıdır.
Soğan,sarımsaq, qıtıqotu(xren),turp(həm kökü,həm də gövdəsi
və yarpağı) xörək duzunu əvəz edə bilir.
20.Həzmolma yalnız qida “çələngi” düzgün tərtib edil-
dikdə yaxşı gedir.Ona görə də bilməyimiz çox vacibdir:nəyi nə
ilə birlikdə yemək faydalıdır?Bu sahədə uzun illər tədqiqat
aparan və qidaların düzgün uzlaşdırılması təlimini yaradan
professor Herbert Şelton bunları məsləhət görür:
-Heç vaxt bir qidada çox cəmlənmiş zülalı bir qidada
çox cəmlənmiş karbohidratla eyni vaxtda yeməyin.Yəni,qozu,
əti,yumurtanı və digər zülalla zəngin olan qidaları çörəklə,
dənlərlə,kartofla,pirojnalarla,şirin meyvələrlə eyni vaxtda yemə
-yin.Bir öynə yumurtanı,yaxud balığı,südü, pendiri yemək olar,
başqa vaxtda - çörəyi, yaxud sıyığı, lapşanı.
-Heç vaxt karbohidratlı qidanı turş qida ilə eyni vaxtda
yeməyin.Yəni:çörəyi,kartofu,noxudu,paxlalı bitkiləri,bananı və
xurmanı pamidor, limon,portaqal,kivi,narıngi,feyxoa,ananas və
digər turş meyvələrlə eyni vaxtda yemək düzgün deyil.
-Heç vaxt tərkibində çoxlu zülal cəmləşən iki qidanı
eyni vaxtda yeməyin. Çünki onlar müxtəlif həzmetmə şirəsi
tələb edirlər.Mədə isə həmin şirələrin hamısını eyni vaxtda
ifraz edə bilmir.Nəticədə, qida növlərindən yalnız biri həzmə
gedir,qalanları həzm olunmamış kütlə şəkilində bağırsağa
ötürülür.Orada yanıb faydalı maddəyə çevrilmək və qana
downloaded from KitabYurdu.az
103
sorulmaq əvəzinə,çürüyür,qanı zəhərləyir,bağırsağın divarla-
rına yapışıb qalır,onun funksiyasını pozur,müxtəlif bakteriyalar
və mikroblar üçün gözəl yem bazası yaradır.Yaxşı qidalanan
bu mikrocanlılar sürətlə artıb törəyir və qanımızı zəhərləyir.
Xəstələnirik,tez qocajırıq və tez ölürük..Odur ki,bir dəfə bir
zülallı, başqa bir vaxt o biri zülallı qidanı qəbul etmək lazımdır.
-Heç vaxt yağları zülalla eyni vaxtda yeməyin.Yəni:
qaymağı,kərə yağı, smetanı,bitki yağını ətlə,yumurta ilə,
pendirlə,qoz-fındıqla və digər zülallarla bir vaxtda yemək
olmaz:onlarla bir vaxtda yeyilən yağlar mədə vəzilərinin fəaliy
-yətini məhdudlaşdırır və mədə şirəsi ifraz etməyə mane olur.
-Heç vaxt turş meyvələri zülalla eyni vaxtda yeməyin.
Yəni portağalı,limonu,narıngini,feyxoanı,kivini,turş almanı,turş
gavalını,pomidoru,ananası,albalını ətlə,pendirlə,qozla, yumurta
və s. ilə eyni vaxtda yemək zərərlidir.
Yadda saxlayın:qida qarşığı nə qədər azdırsa, həzm-
olma prosesi bir o qədər yaxşı gedir,qanımız bir o qədər təmiz,
orqanizmimiz bir o qədər sağlam olur.Qidaları ayrı-ayrı vaxt-
larda yemək iqtisadi cəhətdən çox sərfəlidir:orqanizm az qida-
dan daha çox enerji və həyat gücü ala bilir,ərzağa az pul
xərclənir, ən başlıcası isə biz xəstələnmirik, dərmana,həkimə,
pirlərə,dələduz “şəfaverənlərə” pul xərcləmirik.Həm də iş
qabiliyyətiniz və qazanmaq imkanınız yüksək olur.
-Heç vaxt nişastalı qidaları şəkərlə eyni vaxtda qəbul
etməyin.Yəni:cemlər,meyvə,kərə yağı,şəkər,sirop və s. sıyıqla,
kartofla yola getməz.Yaxud da şəkəri dənli bitkilərlə eyni
vaxtda qəbul etmək olmaz;çürümə baş verər.Tort,konfet, piroj-
na ilə müşayət edilən şənliklər,əksər hallarda,qusmaqla, zəhər-
lənməklə və müxtəlif fəsadlarla bitir. Belə qidalar uşağa daha
pis təsir edir.
-Nişasta ilə zəngin olan qidaları ayrıca yeyin.İki nişas-
talı qida növündən eyni vaxtda istifadə olunanda(məsələn,
kartofla,yaxud sıyıqla çörək yeyiləndə) biri həzm olunur,o biri
ağır yük kimi yığılıb mədədə qalır,yoğun bağırsağa keçmir,
downloaded from KitabYurdu.az
104
qidaların həzminə maneçilik törədir,onları da çürüdür.Mədədə
turşuluq artır,gəyirmə başlayır və digər fəsadlar baş verir.
Bəs əti çörəklə yeyəndə nə baş verir? Bilmək lazımdır
ki, mədəyə zülal daxil olarkən mədə-bağırsaq traktı turş şirə
buraxır və nişastanın həzmi dərhal dayanır.Şelton yazırdı:
“Nişastaların və zülalların ilk həzmolma prosesi müxtəlif
kimyəvi maddələr mühitində gedir: nişasta-qələvi mühiti
Dostları ilə paylaş: |