2
2. İnsan öz nəfsani istəklərinə nə qədər itaət edirsə, bir o
qədər də Allaha bəndəçilikdən çıxır və həmin miqdarda
istədiyi şeyin bəndəsi; qulu olur. Buna görə də kəşf və şühud
aləmində məbud iki riyala çevrilmişdir.
3. Elə şeylərin infaq olunması dəyərlidir ki, insan onu
sevsin. Mömin öz məhbubu yolunda elə şeylərdən infaq
eləməlidir ki, onlara məhəbbəti var. Əksinə onun üçün heç bir
əhəmiyyət kəsb etməyən şeyləri infaq və ehsan etmək düz
deyildir:
«Yaxşılığa yalnız o zaman yetişə bilərsiniz ki, istədiyiniz
(və sizin üçün əziz olan şeylərinizi) bağışlayasınız».
3
ALLAHLA ÜNSİYYƏTİN YOLU
Cənab Şeyx inanırdı ki, Allahla ünsiyyət bərqərar etməyin
ən yaxşı yolu Allahın bəndələrinə ehsan etməkdir. Əgər bir
kimsə özündə dua halının yaranmasını, Allahla zikr edib
1
İki riyalın dörddə biri.
2
Casiyə surəsi-22
3
Ali-İmran surəsi-92.
163
münacatından ləzzət almağını istəyirsə, Allah xatirinə Onun
bəndələrinə xidmət etməlidir. O, bu barədə buyururdu: Əgər
Allahdan bəhrələnmək, Onunla münacat edib ünsiyyətdə
olmaqdan ləzzət almaq istəsən Onun məxluqlarına ehsan et.
Əgər tövhidin həqiqətinə yol tapmaq istəyirsənsə Allah
bəndələrinə ehsan et və ehsan yolunu Əhli-beyt (ə)-dan öyrən:
«Öz yeməklərini istədikləri halda miskinə, yetimə və əsirə
verirlər. (Və üərklərində deyirlər:) Biz yalnız Allahın razılığı
xatirinə təam veririk. Sizdən nə bir mükafat istəyirik, nə də
təşəkkür».
1
Yenə də buyururdu:
«Vacib əməlləri yerinə yetirdikdən sonra insanda Allaha
bəndəçilik halını icad edən şey—insanlara yaxşılıq etməkdir.
ALLAHDAN NƏ İSTƏYƏK?
Dua məqamında ən mühüm məsələlərdən biri də budur ki,
dua edən şəxs Allahla raz-niyaz edəndə nə dediyini və
Allahdan nə istədiyini bilsin. Cənab Şeyx duaları şərh edərkən:
«Ya ğayətə amalil-arifin, ya müntəha əməlil amilin, ya nəimi və
cənnəti və ya dünya və ya axirəti» və sair kimi cümlələrə təkid
etdikdən sonra buyurardı: Dostlar! Zirəkliyi İmamlarınızdan
(ə) öyrənin. Görün İmam (ə) Allah ilə necə raz-niyaz edir:
«Mən gəlmişəm Sənin pənahına, gəlmişəm özümü Sənə
qovuşduram, gəlmişəm Səni ağuşuma alam! Mən Səni
istəyirəm!»
Cənab Şeyxin özü dua və münacat zamanı deyərdi:
Pərvərdigara! Bunları Sənin vüsalına çatmağın müqəddiməsi
qərar ver!
1
İnsan surəsi 8-9
164
AŞİQ ÖZ MƏŞUQUNDAN NƏ İSTƏYİR?
Doktor Həmid Fərzam yuxarıdakı mətləbləri qeyd
etdikdən sonra Şeyxin barəsində belə buyurur: Bəzi hallarda
Şeyx ali irfani mətləbləri bizə başa salmaq üçün çox sadə və
incə məsəl gətirərdi. Məsələn deyirdi: Bir aşiq öz məşuqunun
evinin qapısını döydü, məşuqu soruşdu: Çörək istəyirsən?
Dedi: Xeyr.
Dedi: Su istəyirsən?
Dedi: Xeyr.
Məşuq dedi: Bəs nə istəyirsən?
Dedi: Mən səni istəyirəm!
Dostlar! Evin sahibini sevməlisiniz, onun yeməyini,
plovunu yox! Sədi demişkən:
Gərəz dust çeşmət bəri ehsani ust
Tu dərbəndi xişi nə dərbəndi dust
Bu şeri bizim üçün oxuduqdan sonra deyərdi:
Yalnız Allahı istəməlisiniz, hər nə iş görürsünüzsə, Allah
xatirinə görün. Allahın Özünə aşiq olun. Hətta Ona savab
qazanmaq üçün də ibadət etməyin.
Bəzən çox şirin avazla buyururdu: Elə bir iş gör ki,
zülflərin ora ilişsin.
Çox münasib məsəllər, xüsusilə Hafizin şerlərini şahid
gətirirdi ki, bu da şagirdlərinin qəlbinə çox təsir edirdi:
Gərət həvasət ke məşuq nə qosilət peyvənd
Niqahdar sərreşte ta niqahdarəd
KİMSƏSİZLİK HARAYI ÇƏK
Cənab Şeyx buyururdu: Gecələr Allah dərgahında gədalıq
etməyə müvəffəq olduğun zaman, kimsəsizlik harayı çək və
Allaha de: Pərvərdigara! Mən əmmarə nəfs ilə mübarizə
165
aparmaq qüdrətinə malik deyiləm. Nəfsim məni zəlil etmişdir,
dadıma yetiş! Məni əmmarə nəfsimin şərindən xilas et!
Və burada Əhli-beyti vasitə qərar ver!
Sonra aşağıdakı ayəni tilavət edirdi:
«Nəfs (insanı) pisliklərə əmr edir, yalnız Pərvərdigarımın
rəhm etdiyi şəxslərdən başqa».
1
Əmmarə nəfsin şərindən yalnız Allahın lütf və mərhəməti
sayəsində xilas ola bilərsən.
ƏHLİ-BEYTƏ (Ə) TƏVƏSSÜL ETMƏYİN
FƏLSƏFƏSİ
Cənab Şeyx buyururdu: Camaatın əksəriyyəti Əhli-beytə
(ə) təvəssül etməyin səbəbini bilmirlər. Onlar sadəcə olaraq
özlərinin dünyəvi və məişət çətinliklərinin, giriftarçılıqlarının
aradan qaldırılması üçün Əhli-beytə (ə) təvəssül edirlər.
Halbuki, biz tövhid və mərifət yollarını qət etmək üçün Əhli-
beytin (ə) qapısına gedirik. Tövhid yolu çox çətindir və insan,
yol gösətərən bir şəxsin çırağı olmadan bu yolu keçməyə qadir
deyildir.
«AŞURA» ZİYARƏTİ
Cənab Şeyxin Əhli-beytə (ə) təvəssül etməkdə təkidlə
buyurduğu
incəliklərdən
biri
də
«Aşura»
ziyarətini
oxumaqdır. O, bu barədə buyurdu: Məna aləmində mənə
tövsiyə etdilər ki, «Aşura» ziyarətini oxuyum.
Həmçinin bizə tövsiyə edirdi ki: Nə qədər ki, sağsınız
«Aşura» ziyarətini fövtə verməyin.
Şeyxin bu tövsiyəsinə əməl etmək istəyən şagirdlərindən
biri qırx il müddətində «Aşura» ziyarətini həmişə oxuyardı.
1
Yusif surəsi-53.
166
DUANIN QƏBUL OLUNMA ŞƏRTİ
Duanın qəbul olunma şərtlərinin ən mühümü yeməyin
halal olmasıdır. Bir şəxs Peyğəmbərdən (s) soruşdu: İstəyirəm
ki, dualarım müstəcəb olsun. Peyğəmbər (s) buyurdu:
«Yeməyini pakla, haram yeməyi qarnına daxil etmə».
1
ƏVVƏLCƏ DUZUN PULUNU VERİN!
Şeyxin müridlərindən biri deyir: Bir neçə nəfər Şeyxlə
birlikdə dua və münacat oxumaq üçün Rey şəhərinin ətrafında
olan Bibi Şəhrəbanu məqbərəsinə getdik. Çörək və xiyar aldıq,
xiyar satan şəxsin yanından bir qədər duz da götürdük və
dağa qalxdıq. Məqbərəyə çatanda Şeyx buyurdu: Gəlin aşağı
enək, bizi qaytardılar. Deyirlər ki, əvvəlcə duzun pulunu
verin, sonra münacata məşğul olun.
RAZ-NİYAZ EDƏN ŞƏXSİN TUTUMU
Raz-niyaz edən şəxsin diqqət yetirməli incə məsələlərdən
biri də onun Allahdan istədiyi şeylərlə ruhi tutumu arasında
mütənasibliyin olmasıdır. Belə ki, əgər lazımi qədər tutuma
malik olmasa dua oxumaqla özünə çoxlu çətinliklər və
müşküllər yarada bilər.
Şeyxin dostlarından biri belə nəql edir: Bir zamanlar
mənim məişət vəziyyətim çox çətinləşmişdi. Buna görə də çox
narahat idim. Nəhayət bir gün Şeyx məndən soruşdu: Nə üçün
narahatsan?
Mən də olan hadisəni onun üçün danışdım.
Buyurdu: Məgər namazın təqibatını oxumursan?
Dedim: Əlbəttə, oxuyuram.
Buyurdu: Nəyi oxuyursan?
1
«Mizanül-hikmət», 4/1658/5599.
167
Dedim: Mən həzrət Əmirəl-möminin Əli (ə)-ın «Səbah»
duasını oxuyuram.
Buyurdu: «Səbah» duasının yerinə namazın təqibatında
«Ədilə» duasını və «Həşr» surəsini oxu ki, sənin çətinliyin
aradan qalxsın.
Soruşdum: Nə üçün «Səbah» duasını oxumayım?
Buyurdu: Bu duada elə incəliklər vardır ki, bunu oxuyan
şəxs onlara dözməyə qadir olmalıdır. Həzrət Əli (ə) bu duada
Allahdan istəyərək deyir:
«Pərvərdigara! Mənə elə bir dərd ver ki, o anlarda da
Səndən qafil olmayım».
Bu dua xüsusi tutum tələb edir. «Səbah» duasını lazımi
qədər tutuma malik olmadığınız halda oxuduğunuz üçün bu
qədər çətinliklər sizin üçün yaranmışdır. Buna əsasən siz
«Səbah» duasının yerinə «Həşr» surəsini və «Ədilə» duasını
oxuyun. İnşaallah çətinlikləriniz həll olar.
Mən «Həşr» surəsini və «Ədilə» duasını oxumağa
başladığım vaxtdan bir müddət keçdikdən sonra dostlardan
biri mənə on min tümən borc verdi. Onunla işləyib ev aldım,
yavaş-yavaş maddi vəziyyətim də düzəldi.
DUA OXUYANIN ƏDƏB QAYDALARI
Dua məqamında Şeyxin tövsiyə etdiyi incəliklərdən biri də
dua edənin ədəb qaydalarına riayət etməsidir. Doktor Fərzam
bu barədə onun belə buyurduğunu nəql edir: Duada Allah
qarşısında zəlilanə olmalı, iki dizləri üstə, ədəblə üzü qibləyə
oturmalısan.
Bir dəfə mənim ayağım ağrıdığından istədim ki, bardaş
qurub oturam. O, mənim arxamda otağın dal tərəfində
oturmuşdu və buyurdu: Düz otur, dua zamanı dizlər üstündə
oturmalısan. Ədəb qaydalarına riayət et.
168
YEDDİNCİ FƏSİL
ALLAH ÖVLİYALARININ EHSANI
İnsanlara yaxşılıq və xidmət etmək ən mühüm tərbiyəvi
məsələlərdən biridir. İslam rəvayətlərində buna çox təkid
olunmuşdur. İslam Peyğəmbəri (s) buyurur:
«Camaatın ən yaxşısı odur ki, başqaları ondan fayda
aparsın».
1
XİLQƏTİN SİRRİ
Cənab Şeyx bu tərbiyə prinsipi əsasına son dərəcə diqqət
yetirirdi. Şagirdlərindən biri onun belə buyururduğunu nəql
edir:
«Allahla ünsiyyətdə idim, iltimas etdim ki, xilqətin sirrini
bəyan etsin. Mənə anladıldı ki, xilqətin sirri başqalarına ehsan
etməkdir.
Həzrət Əli (ə) buyurur:
«Sizə Allah qarşısında təqvalı olmaq əmr olunmuşdur. Siz
başqalarına ehsan edib, Allaha itaət etmək üçün xəlq
olunmusunuz».
2
Şeyxin dostlarından biri belə nəql edir: Bir gün ona dedim:
Ağa Mirzə! Mənə elə bir şey verin ki, istifadə edim!
Mənim qulağımı yavaşca burub, buyurdu: Camaata
xidmət, camaata xidmət!!
Cənab Şeyx buyururdu: Tövhidin həqiqətini tapmaq üçün
Allahın bəndələrinə ehsan et. Tövhid yükü çox ağır və
xətərlidir. Hər kəs ona təhəmmül etməyə qadir deyildir. Lakin
Allah bəndələrinə ehsan etmək bu işi asanlaşdırır.
1
«Mizanül-hikmət», 8/3688/2675/12635
2
«Mizanül-hikmət» 1/428/314/1555.
169
Bəzən zarafatyana buyurardı: Gündüzlər Allah bəndələrinə
yaxşılıq et, gecələr isə Allahın dərgahına gədalığa get!
YOXSULLUQLA EYNİ ZAMANDA İNFAQ
ETMƏK
İslam rəvayətlərində tövsiyə olunduğu kimi, insanlara
yaxşılıq və infaq barəsində buyurulan mühüm nöqtələrdən
biri də məhz yoxsul olan vaxt infaq etməkdir. Həzrət
Peyğəmbər (s) bu barədə buyurur:
«Üç şey imanın həqiqətlərindəndir: Yoxsul olan vaxtı infaq
etmək, camaatla insafla rəftar etmək və elm axtarana elm
öyrətmək».
1
Hafiz Şirazi də yoxsulluq zamanı infaq etməyin mühüm
əhəmiyyəti və onun insan ruhunun tərəqqisindəki rolunu belə
bəyan edir:
Hengami təngdəsti dər eyşi kuşi məsti,
Kin kimyayi həsti, qarun konəd gəda ra
ORUC TUTUB SƏDƏQƏ VER
İmam Kazim (ə)-ın dostlarından biri rəvayət edir ki, mən
fəqirlikdən
və
yoxsulluqdan
şikayət
edib
dedim:
Paltarsızlıqdan o qədər əziyyət çəkirəm ki, filankəs öz geydiyi
iki libasını mənə geyindirdi.
İmam (ə) buyurdu: «Oruc tut və sədəqə ver».
Dedim: Din qardaşlarımın mənə verdikləri sədəqədən
ehsan edimmi? Hətta az olsa belə?
İmam (ə) buyurdu: «Allahın sənə ruzi verdiyi şeylərdən, hətta
öz haqqından keçməli olsan belə, sədəqə ver».
2
1
«Mizanül-hikmət», 13/6452/3946/20664.
2
«Kafi», 4/18/2.
170
İŞSİZ AİLƏ SAHİBİNƏ EHSAN
Şeyxin dostlarından biri belə nəql edir: Bir müddət işsiz
qalıb çox giriftarçılıqlara düçar oldum. Şeyxin evinə getdim ki,
mənə bir çıxış yolu göstərsin, bu vəziyyətdən xilas olum.
Şeyxin otağına daxil olduqda gözü mənə sataşan kimi dedi:
Səndə çox qəribə zülmət pərdələri görürəm! Nə üçün Allaha
təvəkküldən məhrum olmusan? Şeytan səni elə aldadıb ki,
yuxarıları dərk edə bilmirsən.
Şeyxin yol göstərməsi sayəsində qəlbimdə bir dəyişiklik
hiss etdim, mənə buyurdu: İndi hicab aradan qalxdı, lakin çalış
ki, bir daha gəlməsin.
Sonra buyurdu: Bir nəfər həm işsizdir, həm də xəstə,
üstəlik iki ailəni dolandırır. Əgər mümkünsə, onun ailəsinə bir
qədər parça alıb gətir.
İşsiz və maddi cəhətdən yoxsul olmağıma baxmayaraq,
dostlarımın birinin dükanından bir qədər nisyə parça aldım və
onun hüzuruna apardım. Parça boxçasını Şeyxin yanında yerə
qoyduğum zaman mənə bir nəzər saldı və buyurdu: Çox heyf
ki, sənin bərzəx gözlərin açıq deyil, açıq olsaydı Kəbənin sənin
ətrafında dövr etdiyini görərdin, nəinki, sənin Kəbə ətrafına!
Doktor Səbati deyir: Şeyxin ən təkidli göstərişlərindən biri
də camaata ehsan etmək idi. O, camaata ehsan etməyə çox
əhəmiyyət verirdi və Allah dərgahına doğru seyr etməkdə
ehsan etməyi ən təsirli yollardan biri hesab edirdi. Belə ki, əgər
bir kəs seyri-süluk yolundan aciz olsaydı, ona belə tövsiyə
edərdi: Ehsan etməkdə səhlənkarlıq etmə, bacardığın qədər
ehsan et.
Ta təvani be cahan xidməti möhtacan kun
Bedəmi ya dərmi ya qələmi ya qədəmi
Özü də camaata yaxşılıq etməkdə hamıdan irəlidə idi. Bir
nəfər üçün giriftarçılıq irəli gəldi. O, Şeyxə müraciət etdikdə,
171
buyururdu: Bu şəxs təkcə xumsdan öz qohum-əqrabasına
kömək edir, başqa ehsanlar etmir.
(Yəni təkcə xums vermək kifayət deyildir.)
BACIYA EHSAN
Şeyxin şagirdlərindən biri deyir: Bir gün Şeyxə ərz etdim
ki, atamın ruhu ilə əlaqə saxlasın və ondan soruşsun ki,
ehtiyacı varsa, onun üçün lazım olan iş və ehsanı edim. Şeyx
buyurdu: «Bir Həmd surəsi oxu».
Oxuduqdan sonra qırx il bundan qabaq rəhmətə getmiş
atamın bütün əlamətlərini mənim üçün sadaladı və sonra
buyurdu:
«Atan deyir ki, mənim heç nəyə ehtiyacım yoxdur. Oğluma
de ki, özünün kiçik bacısına ev əşyaları almaqla ehsan etsin».
ŞEYX VƏ CAMAATA XİDMƏT
Cənab Şeyxin bərəkətli həyatının müxtəlif yönlərinin
mütaliə edilməsi göstərir ki, bu böyük ilahi şəxs çətinlikdə
olan camaata xidmət etməkdə və onların işlərini sahmana
salmaqda həqiqətən nümunəvi şəxs idi. Onun göstərdiyi
xidmətlərdən bəziləri bu kitabın müxtəlif yerlərində, o
cümlədən, «İsar və fədakarlıq» bölməsində qeyd olunmuşdur.
Burada nümunə olaraq onlardan bir neçəsini də qeyd edirik.
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM
CAMAATA HƏVALƏ VERMƏSİ
Şeyxin şagirdlərindən biri deyir: Mərhum Süheyli deyir:
1
Mənim dükanım Tehranın «Abbasi» meydanında yerləşirdi.
1
O, cənab Şeyxin ən yaxın adamlarından biri idi. Dördüncü
bölmədə qeyd olunacağı kimi Şeyx onun qucağında can vermişdi.
172
Qızmar yay günlərinin birində Şeyx təngənəfəs halda mənim
dükanıma gəldi, mənə bir qədər pul verib dedi: Yubanma,
dərhal bu pulları Seyyid Behiştiyə çatdır.
O, «Ariyana» xiyabanındakı «Hacı Əmcəd» məscidinin
imam camaatı idi. Mən hər hansı yolla olursa olsun, evinə
gedib pulu ona çatdırdım.
Sonralar Şeyxdən soruşdum ki, bu nə məsələ idi. O,
cavabında dedi: O gün mənə qonaq gəlmişdi və evdə yeməyə
heç nə yox idi. O biri otağa keçib həzrət Vəliyyi Əsr (ə)-a
mütəvəssil oldum, o da mənə bu həvaləni çatdırdı».
Cənab Şeyx deyirdi: Həzrət Vəliyyi Əsr (salavatullah
əleyh) mənə buyurdu: «Tez ol, Seyyid Behiştiyə pul çatdır».
EHSAN SÜFRƏSİ BARƏDƏ TÖVSİYƏLƏR
Şeyxin birbaşa özü tərəfindən, yaxud müəyyən yollarla
camaata yaxşılıq etməyə, onların müxtəlif çətinliklərini həll
etməyə çalışmasından əlavə, müxtəlif münasibətlərlə, xüsusilə
dini bayramlarda öz kiçik evində qonaqlara ehsan verirdi. O,
iman əhlinə təam verməyə və mənzilində ehsan süfrəsinin
salınmasına ciddi əhəmiyyət verirdi. Həmişə tövsiyə edərdi ki,
çalışın, evinizdə ehsan süfrəsi olsun. O, inanırdı ki, əgər o
yeməyin pulunu ehtiyacı olanlara versələr və onlar özləri üçün
yemək hazırlasalar ehsan verilməsi qədər təsirli olmaz.
Doktor Fərzam deyir: Miskinlərə və fəqirlərə təam vermək
Şeyxin həmişəki tövsiyələri idi. Bir dəfə mən ona dedim: Əgər
pulunu versək nə olar?
Şeyx buyurdu: Xeyr! Yemək vermək tamamilə başqa bir
şeydir və onun təsiri daha çoxdur.
Hamı bilirdi ki, Şəban ayının on beşinci günü toyuq
qızartması verəcəkdir. İstər ariflər, istərsə də sadə camaat
Şeyxin evinə gələrək onun evindəki rəngi getmiş palazların
üstündə oturub ehsan süfrəsindən bəhrələnirdilər. Şeyx
173
qonaqlara çox ehtiram göstərir və onlara ehsan etməkdə
əlindən gələni əsirgəmirdi.
Şeyxin iman əhlinə təam vermək, ehsan süfrəsini mənzildə
salmaq və qonaqpərvərlik ədəblərinə riayət etməkdəki
təkidləri elə bir halda idi ki, onun özü maddi cəhətdən çox
çətinlikdə idi.
İNŞAALLAH Kİ, HAMIYA ÇATAR
Məclislərin birində günorta yeməyinə Şeyxin mənzilinə
çoxlu adam gəlmişdi. Belə ki, onun kiçik evinin hər iki
mərtəbəsi qonaqla dolu idi. 24 kilo düyü bişirilmişdi. Ev əhli
qorxurdu ki, yemək qonaqların hamısına çatmaya. Şeyx bu
nigarançılıqdan agah olduqdan sonra Qumdan gəlmiş ruhani
aşpaza buyurdu: Ağa Seyyid Əbul Hüseyn! Bunlar nə
deyirlər?! Qazanın ağzını aç baxım.
Sonra bir qədər düyü götürüb dedi: İnşaallah ki, hamıya
çatar.
Təsadüfən o məclisdə yemək hamıya çatdı, üstəlik
əllərində qab qapının ağzında dayanan qonaqlara da verildi.
Heç kəs əliboş qayıtmadı.
CAMAATA XİDMƏT ETMƏYİN
BƏRƏKƏTLƏRİ
Camaata yaxşılıq və ehsan etməyin insanın maddi və
mənəvi həyatında çoxlu xeyir-bərəkətləri vardır. Şeyxin
nəzərincə ehsan etməyin təsirləri qəlbin nuraniyyəti, dua və
münacat halı tapmaq və Allah-taala ilə ünsiyyətdə olmaqdır
ki, əvvəldə buna işarə edildi.
İndi isə camaata xidmət etməyin bərəkətləri ilə əlaqədar
olaraq bir neçə maraqlı və ibrətamiz hadisəni qeyd edirik.
174
HƏZRƏT ƏBDÜL-ƏZİM HƏSƏNİNİN (Ə)
MƏQAMI
Şeyxin dostlarından biri deyir: Şeyxlə birlikdə ziyarətə
getdik. Cənab Şeyx (bərzəx aləmində) ondan (həzrət
Əbdüləzimdən) soruşdu: Necə oldu ki, bu məqama çatdınız?
Həzrət Əbdüləzim (ə) buyurdu: Camaata ehsan etməklə.
Mən Quran yazır və çox çətinliklə onları satıb pullarını ehsan
edirdim.
TAKSİ SÜRÜCÜSÜNÜN XİDMƏTİNİN
BƏRƏKƏTİ
Şeyxin şagirdlərindən biri deyir: 1337 və ya 1338-ci illərdə
taksi işlədirdim. «Cümhuriye Qərbi» xiyabanına çatdım. O
zaman marşurut avtobusları işləmirdi. Camaat sıraya
düzülmüşdü. Bu zaman iki qadının irəli gəldiyini gördüm.
Onlardan biri ucaboylu biri isə qısaboylu idi. Onlar dedilər:
Bizim birimiz «Çaharrahi-ləşkəri», digərimiz isə Ariyana
xiyabanına gedirik. Hər birimiz də beş riyal pul verəcəyik.
Mən qəbul etdim. Ucaboylu qadın düşdükdə öz pulunu
verdi. Mən «Ariyana» xiyabanına tərəf hərəkət etdim ki, o biri
qadını öz evinə çatdırım. O, türkdilli idi və fars dilini bilmirdi.
Başa düşdüm ki, öz-özünə belə danışırdı: Pərvərdigara, mən
türkəm və farsca bilmirəm. Evimizin də harada yerləşdiyini
bilmirəm. Mən hər gün avtobusa minir və iki qran (iki riyal)
pulla evimin qabağında düşürdüm. Səhər tezdən də paltar
yumağa gedib, iki tümən pul qazanmışam, indi də onun beş
riyalını bu taksiyə verməliyəm.
Mən ona dedim: Narahat olma, mən də türkəm. Ariyanaya
gedəcək və mənziliniz harada olsa tapıb səni çatdıracağam.
Qadın bunu eşidib çox sevindi.
175
Nəhayət onun evini tapıb, dayandım. Boxçasından bir kisə
çıxartdı və içindən iki tümən kağız pul götürüb mənə verdi.
Mən dedim: Pul istəmirəm, xudahafiz.
Onu maşından endirdim və dərhal dönüb iş yerimə
getdim.
Onun sabahısı günü dostlarımdan biri ilə cənab Şeyxin
hüzuruna getdim. Öz kiçik otağında oturmuşdu, bir neçə nəfər
də onun yanında idi. Salamlaşıb hal-əhval tutduqdan sonra
Şeyx mənə baxıb dedi: Sən cümə gecələri müntəzirsən, sən...
Mən imam Zaman (ə) ilə əlaqədar müəyyən proqramlara
əməl edirdim. Şeyxin «sən»—deyə buyurmaqdan məqsədi bu
idi ki, imam Zaman (ə)-ın fərəcində sən də varsan. Əvvəllərdə
Allah-taalanın mənə göstərdiyi mərhəmət səbəbi ilə Şeyxin bu
sözünü dedikdə sabaha qədər şövqdən yata bilmədik. Biz də
ağladıq, Şeyx də ağaladı. Onun ətrafındakılar həddindən artıq
ağladılar.
Şeyx mənə xitabən buyurdu: Bilirsənmi necə oldu ki,
buraya gəldin? Maşına mindirdiyin qısaboylu qadından pul
almadın. O, sənin barəndə dua etdi, Allah da onun sənin
barəndə etdiyi duanı müstəcəb etdi, səni bura göndərdi.
KORA KÖMƏK VƏ QƏLBİN NURANİLİYİ
Həmin şəxs deyir ki, bir gün həmin taksi ilə «Səlsəbil»
meydanında gedirdim. Kor bir kişini gördüm. O, bir kəsin
kömək edərək onu küçənin o biri tərəfinə keçirtməsini
gözləyirdi. Maşını saxlayıb yerə düşdüm və soruşdum ki,
haraya getmək istəyirsən?
Dedi: Küçənin o biri tərəfinə keçmək istəyirəm.
Dedim: Daha sonra haraya gedəcəksən?
Dedi: Daha sizə zəhmət vermərəm.
Mən çox israr etdikdən sonra dedi: «Haşimi» xiyabanına
gedirəm.
176
Mən onu maşına mindirib evlərinə apardım.
Sabah tezdən Şeyxin hüzuruna getdikdə heç bir
müqəddimə olmadan buyurdu: O kor kişini maşına mindirib
evinə çatdırmağın hadisəsi nə idi?
Hadisəni dedim, buyurdu: Dünən bu işi yerinə yetirdiyin
zamandan Allah səndə bir nur xəlq etmişdir ki, bərzəxdə hələ
də qalmaqdadır.
QIRX NƏFƏRƏ TƏAM VERMƏK VƏ
XƏSTƏNİN SAĞALMASI
Şeyxin dostlarından biri deyir: Oğlum yol qəzasına
düşmüşdü və xəstaxanada yatırdı. Cənab Şeyxin yanına gedib
dedim: Nə edim?
Buyurdu: Narahat olma, bir qoyun alıb kəs, meydanda iş
axtaran fəhlələrdən qırx nəfəri çağırıb onlar üçün souz hazırla.
Bir nəfər də rövzəxan çağır ki, dua etsin. O qırx nəfər «amin»
dediyi zaman sənin oğlun sağalacaq və sonrakı gün evə
qayıdacaqdır.
Mən bu məsələni bir neçə nəfərə dedim və onlar da buna
əməl edib öz hacətlərini aldılar.
QURAQLIQ İLİNDƏ YAĞIŞ
Şeyxin övladı belə nəql edir: Sari əkinçilərindən bir neçə
nəfər atamın yanına gəlib dedilər: Saridə bərk quraqlıqdır, hər
şey susuzluqdan yanıb tələf olmuşdur. Camaat çox əziyyət
çəkir.
Atam buyurdu: Gedin bir inək kəsib ehsan edin.
Onlar Tehrandan teleqraf vasitəsi ilə xəbər göndərdilər ki,
bir inək alıb kəssinlər və min nəfərə ehsan versinlər. Yemək
verən zaman o qədər yağış yağdı ki, axırda gələn qonaqlar çox
çətinliyə düçar oldular. Bu hadisə də o yerin əhalisinin Şeyx ilə
177
əlaqə yaratmalarına və bir neçə dəfə onun hüzuruna
gəlmələrinə səbəb oldu.
ATANIN ÖZ ÖVLADININ HƏYATI ÜÇÜN
EHSAN ETMƏSİ
Həmin şəxs yenə də nəql edir: Bir nəfər ölkə daxilində və
xaricdə çoxlu müalicə olunmasına baxmayaraq, övlad sahibi
olmurdu. Dostlarından biri onu Şeyxin hüzuruna gətirdi. O,
hadisəni dedikdə Şeyx buyurdu: Allah bunlara iki oğlan uşağı
verəcəkdir. Hər oğlanı verdikdə bir inək kəsib Allah
bəndələrinə verin.
O kişi soruşdu: Nə üçün?
Şeyx cavabında buyurdu: Mən imam Riza (ə)-dan
istəmişəm, o da qəbul edibdir.
Birinci oğlan dünyaya gəldikdə, atası Şeyxin göstərişinə
görə ehsan etdi. Lakin ikinci oğlan dünyaya gələn zaman
qohum-əqrəbaları müəyyən məsələləri irəli çəkərək, bu ehsanı
etməyə mane olur və deyirdilər: Məgər Şeyx Rəcəbəli Xəyyat
imamzadədir, ya imam övladıdır?! Möcüzə edibdirmi?! O
nəçidir ki, deyir ki, gərək bu belə olsun?!
Onu Şeyxlə tanış edən şəxs bu işi yerinə yetirməsini təkid
etsə
də,
o
dedi:
Boşla,
bu xurafatdır.
Bir müddətdən sonra ikinci oğlu dünyadan getdi.
BİR AC HEYVANI DOYURMAĞIN
BƏRƏKƏTİ
Şeyxin dostlarından biri deyir: Bir gün Şeyx mənə belə
buyurdu: Bir nəfər Tehranın qədim küçələrindən keçərkən
gözü su arxına düşmüş bir itə sataşır. O itin balaları onun
döşlərini dartışdırır, lakin anası acından onlara süd verməyə
178
qadir deyildi. Və bu vəziyyətdən əziyyət çəkirdi. O, dərhal
yaxınlıqdakı kabab dükanından bir neçə şiş kabab alıb o itin
qabağına tökdü. O gecənin səhəri Allah-taala o şəxsə böyük bir
mərhəmət əta etdi.
Bu hekayəti nəql edən deyir: Şeyxin o şəxsin kim olmasını
deməməsinə baxmayaraq, əlamətlərdən onun özü olduğu
məlum idi.
Doktor Fərzam deyir: Şeyxlə xudahafizləşən zaman ona
«Cənab Şeyx, mənə dair qulluğunuz yoxdurmu, bir tövsiyə
etmirsinizmi?» dedikdə o, bu cümləni buyurdu:
«Bəndələrə ehsan edin. Hətta heyvanları da unutmayın».
1
ALLAHIN İSTƏDİYİ ƏSASDA EHSAN
ETMƏK
Cənab Şeyxin nəzərində camaata xidmət etməkdə əsas
məsələ onun hansı məqsədlə və necə yerinə yetirilməsidir.
Cənab Şeyx inanırdı ki, biz camaata məhz imamlarımız və
ilahi övliyaların xidmət etdiyi kimi xidmət etməliyik. Onlar
bəndələrə xidmət etməkdə Allahın razılığından başqa heç bir
şeyi nəzərə almırdılar. Onlar camaata Allah üçün və Allah eşqi
ilə xidmət edirdilər. Bu barədə buyururdu:
«Camaata ehsan etmək Allahın istədiyi əsasda olmalıdır:
«İnnəma nutimukum livəcillah».
Sən övladının xərclərini necə təmin edirsən, ona qurban
kəsir, onun yolunda sədəqə verirsən? Məgər uşaq ata-anası
üçün bir iş görə bilər? Ata-ana kiçik yaşlı övladının aşiqidir.
Övladını sevdiklərinə görə onun yolunda pul xərcləyirlər.
Ancaq nə üçün biz Allahla belə rəftar etməyək?! Nə üçün öz
övladımızı
sevdiyimiz
qədər
Allaha
eşq-məhəbbət
1
«Mizanül-hikmət», 8/3686/2674.
179
bəsləməyək?! Bəzən bir kəsə də ehsan edəndə mükafat xatirinə
kisə tikirsən?»
İMAM XOMEYNİNİN (R.Ə) İNSANLARA
XİDMƏT BARƏSİNDƏKİ SÖZÜ
Bu fəslin axırında daha münasib olardı ki, imam
Xomeyninin (rə) camaata xidmət barəsindəki sözlərini qeyd
edək. O, öz övladı hacı Əhmədə yazdığı vəsiyyətnamədə belə
qeyd edir:
«Oğlum! İnsani məsuliyyət yükünün altından qaçma, çünki
Allaha xidmət insanlara xidmət sayəsindədir. Şeytanın bu meydanda
at oynatması məsul şəxslərin arasındakından heç də az deyildir. Hər
hansı bir məqamı, istər maddi, istərsə də mənəvi məqam—ələ
gətirmək üçün ciddi çalışma! Özün də belə üzürxahlıq etmə ki, ilahi
mərifətə yaxınlaşam və ya Allah bəndələrinə xidmət edəm. Nəinki o
məqamları əldə etmək üçün çalışmaq, hətta onlara diqqət yetrimək
şeytan tərəfindəndir. Allahın etdiyi moizələrə can-dildən qulaq as,
bütün varlığınla onları qəbul et və o xətt əsasında seyr et.
«De, sizi yalnız bir şeyə moizə və nəsihət edirəm: Allah
üçün qiyam edin, təklikdə və iki-iki».
1
Seyrin əvvəlində əsas meyar Allah xatirinə işə başlamaqdır. Həm
şəxsi işlərdə həm də ictimai fəaliyyətlərdə çalış ki, bu ilkin qədəmdə
müvəffəq olasan. Bu işlər cavanlıq dövründə daha asan və daha
müvəffəqiyyətli olur. Qoyma ki, qoca atan kimi olasan: Ya yerində
sayasan, ya da geri qayıdasan. Bu işdə ciddi muraqibət və
mühasibəyə ehtiyac var. Əgər ilahi məqsədlə cin və insin mülkü bir
kəsin olsa, yaxud əldə etsə, Allahın haqqına arif və dünyada zahid
olar. Əgər nəfsani və şeytani məqsədlərlə olsa, ələ gətirdiyi hər bir
şey—hətta bir təsbeh qədər olsa belə, həmin qədər Allahdan
uzaqlaşır».
1
Səba surəsi-46.
180
SƏKKİZİNCİ FƏSİL
ALLAH ÖVLİYALARININ NAMAZI
Cənab Şeyxin məktəbində tərbiyə olunmuş şagirdlərinin
ən gözəl və səciyyəvi xüsusiyyətlərindən biri də namaz vaxtı
Allahın hüzurunda hüzuru-qəlb tapmaqdır. Bu da yalnız ona
görə mümkün olmuşdur ki, Şeyx namazın ruhsuz cəsədinə heç
bir dəyər vermir və çalışırdı ki, onun müridləri həqiqətən
namaz qılsınlar.
Cənab Şeyxin namaz barəsindəki tövsiyə və yol
göstərmələrində dörd əsas mühüm məsələ vardır ki, onlardan
hər biri də Quran ayələrindən və islam hədislərindən əldə
edilmişdir:
1. Eşq;
Cənab Şeyx inanırdı ki, aşiq öz məşuqu ilə danışmaqdan
ləzzət aldığı kimi, namaz qılan şəxs də öz Allahı ilə raz-niyaz
etməkdən ləzzət almalıdır. Onun özü də belə idi, eləcə də ilahi
övliyaların hamısı belədir.
Rəsuli Əkrəm (s) namazdan aldığı ləzzəti belə vəsf edir:
«Pərvərdigar cəllə- cəlaluh mənim gözümün nurunu
namazda qərar vermiş, namazı mənim sevimli əməlim
etmişdir. Necə ki, yemək ac insanların, su susuz insanların
məhbubudur; bu fərqlə ki, ac insan yemək yeyəndə doyur, susuz
insan su içdikdə sirab olur, amma mən namazdan
doymuram».
1
Otuz il müddətində Şeyxin hüzurunda olan şagirdlərindən
biri deyir: Allah şahiddir ki, mən özüm görürdüm: Şeyx
namazda öz məşuqunun qarşısında dayanan bir aşiq kimi
dayanmış və Allahın camalında fani olmuşdur. Ömrüm boyu
1
«Mizanül-hikmət», 7/3092/2266/10535.
181
üç nəfər gördüm ki, onların namazı tam başqa cür idi. Birincisi
mərhum Şeyx Rəcəbəli Xəyyat, ikincisi Ayətullah Kuhistani və
üçüncüsü də Məşhəddə ağa Şeyx Həbibullah Gülpayiqani.
Onların vəziyyəti çox qəribə idi. Namaza dayananda mən ilahi
gözlərlə görürdüm ki, namaz qılınan fəza tamamilə dəyişilir.
Onlar Allah-taaladan başqa heç nəyə diqqət yetirmirdilər.
2. Ədəb qaydaları;
Namaz qılan şəxsin Allahın hüzurunda ədəbli olması
islamın çox əhəmiyyət verdiyi məslələr sırasındadır. İmam
Səccad (ə) bu barədə buyurur:
«Namazın haqqı bundan ibarətdir ki, biləsən ki, namaz
Allah-taalanın hüzuruna varid olmaq vasitəsidir və sən də
namazda Allah-taalanın hüzurunda dayanmısan. Bunu
bildiyin zaman zəlil və həqir, rəğbətli və qorxan, ümidvar və
qorxulu, binəva və zarıldayan halda olasan, hüzurunda
durduğun şəxsin ehtiramına çox aramla və vüqarla
dayanasan, qəlbən namaza üz gətirəsən və onun hüquq və
şərtlərinə riayət etməklə onun qılasan».
1
Cənab Şeyx hüzurun ədəbləri barəsində belə buyururdu:
Şeytan həmişə insanın arxasınca gələr. Yadında olsun ki,
öz diqqətini Allahdan çəkmə və namaz vaxtı ədəbli ol.
Namazda böyük və sənin əməllərindən agah olan bir şəxsin
qarşısında dayandığın kimi dayanasan. Belə ki, əgər sənin
bədəninə iynə də batırsalar, tərpənməməlisən.
Bu sözü Şeyx öz uşaqlarının suallarının cavabında demiş:
Onlar «siz namaz qıldığınız zaman bəzən təbəssüm edirsiniz»
— demişlər. Şeyxin övladı buyurdu: Mən ehtimal verirdim ki,
onun təbəssümü şeytana qarşıdır. Təbəssümlə ona deyir ki,
zorun mənə çatmaz.
Bəli, cənab Şeyx inanırdı ki, Allah-taalanın hüzurunda
ədəb qaydalarının əksinə olan hər bir hərəkət şeytan
1
«Mizanül-hikmət», 7/3124/2299/10669.
182
vəsvəsələrinin nəticəsidir. O buyururdu: Şeytanı görürdüm, o,
namaz vaxtı insanın qaşıdığı yerləri öpürdü.
3. Hüzuri qəlb;
Namazın batini — Allahı yad etmək və namaz qılan şəxsin
qəlbinin haqq-taalanın müqəddəs dərgahında sadiqcəsinə
hazır olmasıdır. Buna görə də Peyğəmbər (s) buyurur:
«Allah-taala qəlbi yaxud bədəni ilə hüzur tapmayan
bəndənin namazını qəbul etməz».
1
Cənab Şeyx bu məsələlərə diqqət yetirməklə yanaşı,
həmişə çalışardı ki, camaat namazı qılınmazdan qabaq
namazda iştirak edənləri hüzuri-qəlb ilə qılınan namaz üçün
hazırlasın. Onun öz namazı da hüzuri-qəlb ilə qılınan namaz
nümunəsi idi.
Doktor Həmid Fərzam bu barədə deyirdi: Onun namazı
çox xatircəmlik və ədəblə qılınardı. Bəzi hallarda namaza gec
çatdığım zaman onun qarşısından keçərkən namazdakı
qiyafəsini görürdüm: Sanki bədəninə lərzə düşmüşdür.
Qiyafəsi nurani, rəngi qaçmış, Allahın zikrinə qərq olmuşdur.
Bütün diqqəti namazda idi, başını aşağı salmışdı. Mən belə
başa düşürdüm ki, Şeyxdə hətta iynənin ucu qədər olsa belə
şək-şübhə yox idi.
Onun şagirdlərindən biri deyir: Şeyx bəzən mənə belə
buyururdu: Filankəs! Bilirsən ki, rükuda və səcdədə nə
deyirsən? Təşəhhüddə «Əşhədü ənla ilahə illəllahu vəhdəhu la
şərikə ləh» deyəndə bunu düz deyirsənmi?! Həvayi-nəfsin
yoxdurmu?! Allahdan başqasına diqqət yetirmirsənmi?!
«Ərbabun mutəfərriqunə» ilə işin vardırmı?!
2
4. Namazın əvvəl vaxtda qılınmasında davamiyyət;
İslam hədislərində namazın əvvəl vaxtda qılınmasına
çoxlu tövsiyələr edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur:
1
«Mizanül-hikmət»,7/3116/2290/10635.
2
Yusif surəsi-39
183
«Namazın əvvəl vaxtda qılınmasının axır vaxtda
qılınmasına olan fəziləti axirətin dünyaya olan fəziləti
kimidir».
1
Cənab Şeyx həmişə beşlik təşkil edən gündəlik namazlarını
əvvəl vaxtda qılır və bu işi başqalarına da tövsiyə edərdi.
İMAM HÜSEYN (Ə) NÖKƏRİNİN NAMAZI
İNDİYƏDƏK TƏXİRƏ DÜŞMƏZ!
Qüdrətli xətib höccətül islam cənab seyyid Qasim Şücai bu
barədə Şeyxdən maraqlı bir əhvalat danışaraq deyir: Mən
məktəb yaşlarından minbərə gedər, gözəl danışıq qabiliyyətinə
malik olduğumdan çoxlu rövzələr oxuyardım. O cümlədən
ayın yeddinci günlərini mərhum Şeyx Rəcəbəlinin mənzilinə
gedirdim. Evi bazara çatmamış «Siyahha» küçəsində idi.
Pillələrdən yuxarı gedəndə sol tərəfdəki otağa qadınlar
yığışmışdı. Onlar üçün aylıq rövzə oxuyardım. Cənab Şeyxin
otağı da birinci mərtəbədə yerləşirdi. O zaman mənim 13
yaşım vardı, hələ həddi-büluğa çatmamışdım.
Bir gün minbər qurtardıqdan sonra birinci mərtəbəyə
gəldim və ilk dəfə olaraq cənab Şeyxlə rastlaşdım. Əlində bir
neçə papaq tutmuşdu, sanki bazara getmək istəyirdi. Salam
verdim, mənim surətimə baxıb buyurdu:
«Peyğəmbər (s) və imam Hüseyn (ə) nökəri namazını
indiyə qədər təxirə salmaz».
Dedim: Baş üstə.
Günün batmasına iki saat qalırdı, o günlər qonaq idim və
həmən vaxta qədər namazımı qılmamışdım. O, mənim üzümə
baxan kimi bu haləti məndə hiss etdi və mənə xatırlatdı. Bu
məsələ səbəb oldu ki, həddi-büluğun ilk çağlarından etibarən
Şeyxin məclislərində iştirak edim. Elə yeniyetməliyimin ilk
1
«Mizanül-hikmət», 7/3130/2302/10685.
184
çağlarından hiss edirdim ki, bu kişinin söhbətlərinin mətləbləri
ona ilham olunur. Çünki onun elmi savadı yox idi. Lakin
söhbət edəndə dinləyiciləri tamamilə özünə cəlb edirdi. Hələ
də ondan aldığım xatirələr mənim yadımdadır. O cümlədən
mənim zehnimdə həmişə canlanan kəlməsi bu idi:
«Biz» kəlməsindən keçin. Hər yerdə «mənəm»lik və «biz»
hökmranılıq etsə, şirkdir. Dünyada yalnız bir zəmir (əvəzlik)
hakimdir, o da «hüvə»dir (Allah zəmirini göstərən, O əvəzliyi).
Əgər o əvəzlikdən keçsəniz, bütün əvəzlikləri demək şirkdir».
Cənab Şeyx bu cür kəlmələri bəyan edərkən sözü insanın
qəlbinə və ruhuna nüfuz edirdi.
QƏZƏB NAMAZIN BƏLASIDIR
Cənab Şeyx belə buyururdu: Bir dəfə gün batan vaxtı
Tehranın Sirus meydanındakı məscidin yanından keçirdim. İlk
vaxtda qılınan namazın fəzilətinə nail olmaq üçün məscidə
daxil oldum. Gördüm ki, bir nəfər namaz qılmağa məşğuldur
və onun ətrafını nur bürümüşdür. Öz-özümə fikirləşdim ki,
namazdan sonra onunla tanış olacağam ki, görüm onu bu
vəziyyətə salan hansı xüsusiyyətidir. Namaz qurtardıqdan
sonra onunla birgə məsciddən çıxdıq. Məscidin qapısında o,
məscidin xidmətçisi ilə bir qədər sözləşdi və onun üstünə
qəzəbləndi. Yolumuza davam etdik, əsəbiləşdikdən sonra
onun ətrafındakı nurun məhv olub aradan getdiyini gördüm.
DOQQUZUNCU FƏSİL
ALLAH ÖVLİYALARININ HƏCCİ
Cənab Şeyx heç vaxt maddi cəhətdən vacib həcc fərizəsini
yerinə yetirmək üçün istitaət tapmamış və həccə getməmişdi.
Amma onun həccə gedən bəzi şəxslərə verdiyi nəsihətlərdən
185
məlum olurdu ki, Allah dostlarının həccinin sirlərindən
tamamilə və dəqiq şəkildə agahdır. O, inanırdı ki, yalnız o
zaman həqiqi və kamil həcc gerçəkləşə bilər ki, həccə gedən
şəxs Kəbənin sahibinin aşiqi olsun ki, həcc əməllərinin həqiqi
məqsədlərini dərk edə bilsin. Buna görə də bir nəfər ona həccə
getməyi təklif etdikdə, buyururdu: Get əvvəlcə aşiqliyi öyrən,
sonra gəl birlikdə Məkkəyə gedək.
ŞEYXİN HƏCCƏ GEDƏN ŞƏXS ÜÇÜN
GÖSTƏRİŞLƏRİ
1. Həzrət Vəliyyi Əsr (əccələllahu təala fərəcəhu şərif)-i
ziyarət etmək üçün çalışmaq;
Cənab Şeyxin qədim dostlarından biri deyir: Məkkeyi-
müəzzəməyə etdiyim ilk səfərdə Şeyxin hüzuruna gəldim və
ondan mənə yol göstərməsini istədim. O, buyurdu: Hərəkət
etdiyin vaxtdan qırx gün keçənə qədər—Rəbbi ədxilni müdxələ
sidqin və əxricni müxrəcə sidqin vəcəlni minlədünkə sultanən
nəsira»
1
ayəsini oxu, bəlkə Həzrət Vəliyyi Əsri (ə) görə biləsən.
Sonra buyururdu: Necə mümkün ola bilər ki, bir şəxs
dəvət olunaraq bir evə getsin, amma ev sahibini görməsin?!
Bütün diqqətin və fikrin bunda olmalıdır ki, inşaallah, o
mübarək vücudu həccin mərhələlərindən birində ziyarət
edəsən.
2. Ehramda Allahdan başqasına məhəbbət bəsləməyin
qadağan olunması;
Ehram bağlayan şəxs bilməlidir ki, bura gəlmişdir ki,
Allahdan başqalarını özünə haram etsin. Təlbiyə (ləbbeyk)
dediyi vaxtdan Allahın dəvətini qəbul edib, Allahdan
başqalarını özünə haram etsin və ömrünün axır anlarına kimi
Allahdan qeyrilərinə diqqət yetirməsin!
1
İsra surəsi-80.
186
3. Təvafda Allahı diqqət mərkəzində saxlamaq;
Kəbənin təvafı zahirdə evin ətrafına fırlanmaqdır, lakin
bilməliyik ki, əsas məsələ mehvər qərar vermək və Allah
dərgahında fani olmaqdır. Elə bir hal tap ki, Onun ətrafına
fırlanasan, Ona qurban olasan, elə bir iş görəsən ki, həqiqətdə
ev sənin ətrafına fırlansın;
4. Qızıl navdanın altında dua;
Hicri-İsmail və qızıl navdanın altında Allah evinin
ziyarətçiləri
öz
müşküllərinin
və
çətinliklərinin
həll
olunmasını Allahdan istəyirlər. Sən isə belə de: Pərvərdigara!
Məni Özünə bəndəçilik və İmam Zaman Höccət ibnil Həsənin
xalis ardıcılı olmaq üçün tərbiyələndir.
5. Nəfsin öldürülməsi;
Minaya gedərkən qurbangahda nə edəcəksən? Bilirsənmi
qurbanlığın fəlsəfəsi nədir? Həqiqətdə əmmarə nəfsini
qurbanlıq
etməlisən—Fətubu
ila
bariikum
fəqtulu
ənfüsəkum—nəfsin başını kəs və qayıt. Özünü nəfsin əlindən
xilas et. Nəinki sadəcə gedib qayıdasan və nəfsin də
əvvəlkindən daha güclü olsun!
SƏNƏ MƏHƏBBƏT ETDİKLƏRİ YEGANƏ
YER
Həcdən qayıtdıqdan sonra Şeyxin hüzuruna gəlib dedim:
Ziyarətimin hasilinin nə olmasını bilmək istəyirəm.
Buyurdu: Başını aşağı salıb həmd oxu.
Dərindən diqqət etdikdən sonra Məscidul-həramın, mənim
dayandığım yerlərin əlamətlərini tamamilə bəyan edib sonra
buyurdu: Sənə məhəbbət göstərilən yeganə yer «Bəqi»
qəbristanlığı idi. Sən elə bir halda idin və filan-filan şeyləri
istəyirdin.
O yerdə Allahdan istədiyim şeylərin hamısı Şeyx üçün
əyan idi.
187
HƏCC QONAQLIĞI
Həcc səfərindən qayıtdıqdan sonra Şeyxi və dostlardan bir
qrupunu mənzilimə çağırıb ehsan verdim. Plov hazırlamışdım.
Şeyx və bir neçə xüsusi şəxslər üçün yuxarı mərtəbədə—
eyvanda ayrıca bir süfrə salmışdım. Şeyx bu hadisədən
xəbərdar olduqda məni çağırıb buyurdu: Lovğalıq edirsənmi?
Çox da özünü tutma! Camaat arasında fərq qoyma. Əgər Allah
üçündürsə hamıya bir gözlə bax. Nə üçün bəzilərinə artıq
imtiyaz verirsən? Xeyr, mən də onların içərisində olmalıyam,
aramızda heç bir fərq qoyma.
MƏRHUM İMAM XOMEYNİNİN
KƏLAMINDA HƏCCİN SİRLƏRİ
Maraqlı məsələdir ki, cənab Şeyxin həccin fəlsəfəsi
barəsində dedikləri məhz özünün şühud elmi vasitəsi ilə dərk
etdiklərindən ibarət idi və onun dedikləri imam Xomeyni (rə)-
in həccin irfani yönləri barəsində bəyan etdikləri ilə çox
yaxındır. Bu fəslin təkmil olması üçün onlardan bəzilərini
qeyd edirik:
TƏKRAR «LƏBBEYK»LƏRİN SİRRİ
Təkrar ləbbeyklərin deyilməsi o kəslər üçün həqiqidir ki,
haqqın nidasını cani dildən eşidərək Allahın dəvətinə came
adlarla cavab versin. Əsas məsələ Allahın hüzurunda hazır
olmaq, məhbubun cəmalını müşahidə etməkdir. Sanki bu kimi
hüzurda insanın ixtiyarı əlindən alınır, dəvətin cavabını təkrar
edir və bunun ardınca mütləq mənada şərikləri Ondan inkar
edir. Bunları yalnız əhlullah (Allah adamları) bilər. Təkcə
ilahiyyat məqamında şəriklər deyil, bütün hallarda şərikləri
inkar etmək. Baxmayaraq ki, ondakı şərikləri səlb etmək elə
bütün mərtəbələri əhatə edir. Nə qədər ki, aləmin fəna olması
188
mərifət əhlinin nəzərindədir, bütün ehtiyat və müstəhəb
əməlləri əhatə edir, məsələn: Əlhəmdu ləkə vənnemətu ləkə...
və həmdi Allahın Müqəddəs Zatına məxsus bilirlər; həmçinin
neməti də Ona məxsus bilib şərikləri inkar edirlər. Bu mərifət
əhlinin yanında tövhidin son mərhələsidir. Bu mənayadır ki,
hər bir həmd, hər bir nemət varlıq aləmində gerçəkləşirsə, elə
Allaha edilən həmd və Allahın nemətidir, heç bir şərik
olmadan. Hər bir məqamda və məşərdə, vuqufda və
hərəkətdə, sükunda və əməldə bu mətləb və bu ali məqsəd
cərəyandadır, onun xilafı ümumi mənada olan şirkdir ki,
bizim kimi bədbəxtlərin hamısı ona mübtəladır.
1
TƏVAFIN SİRRİ
Allah evinin ətrafına fırlanmaq bunu göstərir ki, Allahdan
başqa heç kəsin ətrafına fırlanmayasan.
2
Allaha eşq əlaməti olaraq Allah evinin təvafında qəlbini
başqalarından
təmizləyir,
ruhunu
Ondan
başqasının
qorxusundan paklayırsan, haqqa eşqin səvviyyəsinə uyğun
olaraq böyüklü-kiçikli bütün bütlərdən, tağutlardan və
istismarçılardan bəraət (bezarlıq) edirsən ki, Allah-taala və
Onun dostları onlardan bəraət etmişlər, bütün dünyanın
azadlıqsevərləri də onlara nifrət edirlər.
3
ALLAHLA BEYƏT
Həcərül-əsvədə əl sürtməklə sanki Allahla beyət edirsən ki,
Onun özünün, göndərdiklərinin və eləcə də saleh və azadların
düşmənləri ilə düşmən olasan. Onlara itaət və bəndəçilikdə
1
İmam Xomeyni (rə)-in qurban bayramı münasibəti ilə əlaqədar
həcc ziyarətinə gedənlərə pəyamı.
2
«İmam Xomeyni (rə)-in həcc ziyarətçilərinə pəyamı» 11/7358.
3
«İmam Xomeyni (rə)-in həcc ziyarətçilərinə pəyamı» 16/5/1365.
189
hər nə məqamda olurlarsa olsunlar itaət etməyəsən, onlardan
yaranan xovf və zəlilliyi qəlbindən çıxardasan. Çünki Allah
düşmənləri, onların da başında böyük Şeytan—Amerika—
zəlildir.
Baxmayaraq
ki,
insaniyyəti
məhv
etməkdə,
məzlumları əzməkdə və cinayət işlərində başqalarından
üstündürlər.
MƏHBUBU TAPMAQ ÜÇÜN ÇALIŞMAQ
Səfa və Mərvə dağları arasında səy edərkən məhbubu
tapmaq üçün tam mənada sidqi-ürəkdən çalışmalısan. Onu
tapsan bütün dünyanı tapmısan, bütün şəkk və tərəddüd
səndən uzaq olur, bütün heyvani xovf və ümidlər aradan
gedir, maddiyyata olan qəlbi bağlılıqlar qırılır, azadlıqsevərlik
ruhiyyəsi çiçəklənir, şeytan və tağutun zəncirləri qırılır, çünki
onlar Allah bəndələrini əsarətə və öz itaətinə çəkirlər.
MƏŞƏRDƏ ŞÜUR, ƏRƏFATDA İRFAN
Ərəfata və Məşərul-hərama şüur və irfan halı ilə gedirsən.
Hər bir məqamda Allahın haqq vədələrinə, məzlumların
hakimiyyətə çatmalarına tam xatircəm olursan. Sükut və
sükunlarla Haqq-taalanın ayələrində təfəkkür edirsən,
məhrumların və müstəzəflərin dünya ağalığına can atanların
caynaqlarından xilas olması üçün bir çarə fikrinə düşürsən,
həmin kəramətli yerlərdə Haqq-taaladan onların xilas olmasını
istəyirsən.
MİNADA QURBANLIĞIN SİRRİ
Sonra Minaya gedir və orada özünün haqq arzularına nail
olursan. Bu da insanın ən sevimli bir şeyini Mütləq
Məhbubunun yolunda qurbanlıq etməsidir. İnsan bilməlidir
190
ki, bunların ən yüksən səviyyədə olanı nəfsi sevmək və dünya
məhəbbətindən keçməyincə mütləq məhbuba çata bilməz.
ƏQƏBƏDƏ ŞEYTANI DAŞLAMAQ
Siz bu ilahi səfərə gedərkən şeytanı daşlayırsınız. Əgər
Allah eləməmiş, özünüz də şeytanın dəstəsindən olsanız,
özünüzü daşlamış olarsınız. Siz ilahi sifətdə olmalısınız ki,
şeytanı daşlayarkən Allah qoşunu tərəfindən şeytana daş
atmış olasınız.
1
1
İmam Xomeyni (r.ə.)-in Həcc karvanının başçıları və ruhanilərlə
görüşü. 8/7/1358.
|