K.B.Bayramov
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİ VƏ EKOLOJİ PROBLEMLƏRİ
B A K I – 2 0 1 1
- 2 -
Elmi redaktoru:
dos.O.K.Alxasov
Rəyçilər:
dos.M.X.Məmmədov
dos.Y.Q.İsmayılov
- 3 -
M Ü N D Ə R İ C A T :
G İ R İ Ş ................................................................................................................. 3
I FƏSİL. Təbiətdən istifadənin məqsəd və vəzifələri, elmi-nəzəri əsasları............. 4
1. Təbiətdən istifadənin predmeti, məqsəd və vəzifələri, predmeti və digər
elmlərlə əlaqəsi................................................................................................4
2. Təbiətdən istifadənin elmi-nəzəri məsələləri və inkişafının əsas
mərhələləri......................................................................................................7
3. Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətləri ......................23
II FƏSİL. Təbiətdən istifadənin əsas istiqamətləri..................................................28
1. Qurunun təsərrüfata cəlb edilməsinin iqtisadi – coğrafi problemləri.............28
2. İqlim və rekreasiya resursları və onlardan istifadənin iqtisadi ekoloji
xüsusiyyətləri...................................................................................................36
3. Su resursları, onun iqtisadi-coğrafi qiymətləndirilməsi və mühafizəsi..........40
4. Bioresursların təsərrüfata cəlb edilməsinin iqtisadi-coğrafi problemləri........47
III FƏSİL. Təbiətdən istifadənin sosial-ekoloji problemləri....................................54
1. Cəmiyyətlə coğrafi mühit münasibətlərinin formalaşması..............................54
2. Əhalinin təbii artımı, iqtisadi – fəal əhali, inkişaf və problemlər....................57
3. Təbii sosial-ekoloji problemlər və onlarla mübarizə formaları.......................62
IV FƏSİL. Azərbaycan Respublikasında təbiətdən istifadənin əsas istiqamətləri... 70
1. Faydalı qazıntılar, istifadə və problemlər........................................................72
2. Torpaq, su və rekreasiya resurslarından istifadə və problemlər......................83
3. Bioresurslardan istifadəninn sosial-coğrafi və ekoloji problemləri.................98
ƏDƏBİYYAT.........................................................................................................105
G İ R İ Ş
- 4 -
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq,
bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.
Sivilizasiyanın indiki səviyyəsi əhalinin ekoloji tərbiyəsini formalaşdırmağı tələb
edir. Ekoloji təşkilatlar həyəcan təbii çalsa da, insan əməyinin istismar səviyyəsi
artmaqda davam edir. Sanki ekoloji şüur durğunluq içində süst düşüb.
Elmin-texnikanın sürətli inkişafı insanlarda təbiətə də münasibəti dəyişməyi
tələb edir, məhz buna görə gənc nəslin dünyagörüşünü formalaşdırmaq, onlarda
təbiətə, təbii sərvətlərə məhəbbət hissi yaratmaq cəmiyyətin aparıcı qüvvələrinin əsas
vəzifəsinə çevrilməlidir.
Şagirdlərin,
tələbələrin,
gənc
mütəxəssislərin
təbiətə
münasibətini
formalaşdırmaq, ekoloji təhsilini artırmaq təhsil müəssisələri qarşısında aktuallığı ilə
seçilməlidir.
Əhalinin artım dinamikası, artan tələbatı, təbiətdən istifadə coğrafiyasının
genişlənməsi şəraitində nəinki təbii resurslara qənaət tələb edir, həmçinin yeni
alternativ resurs bazasının yaradılmasını, ondan səmərəli istifadəni önə çəkir.
Respublikamıszda sürətli, dinamik inkişaf əməyə, təbiətə münasibəti
dəyişdirmiş, davamlı inkişafın təməlini qoymuş, “Ekoloji cəhətdən dayanıqlı sosial-
iqtisadi inkişafa dair Milli proqram” işlənib hazırlanmışdır. Dövlətimizin qəbul etdiyi
bu proqram ölkədə indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək, mövcud
ekosistemlərin iqtisadi potensialın qorunması və təbii resurslardan səmərəli istifadə
etmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Dövlətin bu vacib proqramı elm və tədris müəssisələri, istehsal, qeyri-istehsal
sahələri qarşısında müəyyən tədbirlərin hazırlanıb həyata keçirilməsini tələb edir. Ali
təhsil müəssisələri davamlı inkişaf üzrə tədris vəsaitləri və proqramları hazırlamalı,
elmi kadr potensialını gücləndirməli, elmi-tədqiqat işlərini stimullaşdırmalı,
tələbələrin tələbə elmi cəmiyyətlərdəki fəaliyyətini artırmalıdırlar.
I F Ə S İ L
- 5 -
TƏBİƏTDƏN İSTİFADƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ,
ELMİ - NƏZƏRİ ƏSASLARI
1. TƏBİƏTDƏN İSTİFADƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ,
PREDMETİ VƏ DİGƏR ELMLƏRLƏ ƏLAQƏSİ
Təbiətdən istifadə məhsuldar qüvvələrin formalaşması və inkişafı, təbiətlə
cəmiyyət arasında münasibətlərin yaranmasının əsas prinsiplərini müəyyənləşdirir.
İqtisadi və sosial coğrafiyanın predmeti, məqsəd və vəzifələri də məhz bu
problemlərin araşdırılması, təbiətdən səmərəli istifadə etməklə əhalinin artan
tələbatını öyrənməsi, həyat səviyyəsinin daim yaxşılaşdırılmasına öz töhfəsini
verməsidir. Təbiətdən istifadə yollarının öyrənilməsi təbiətlə cəmiyyətin qarşılıqlı
münasibətinin mahiyyətinin aşkarlanması, təbii resurslardan istifadə yollarının
təkmilləşdirilməsi deməkdir.
Elm və texnikanın sürətli inkişafı şəraitində təbiətdən olduqca səmərəli istifadə
etmək insan cəmiyyətin qarşısında ən mühüm problemə çevrilmişdir. Bu problemin
yaranması və həlli də məhz cəmiyyətdən, onun intellektual səviyyəsindən asılıdır.
Təbiət insan cəmiyyəti formalaşana qədər də mövcud idi. Təbii komponentlər
arasında qarşılıqlı əlaqə daim olmuş və vahid coğrafi təbəqə yaranmışdı, hal-hazırda
da insandan asılı olmayaraq mövcuddur. Sadəcə olaraq insan bu təbii
komponentlərdən öz mənafeyi üçün istifadə edir. Təbii komponentlər planetar olub,
coğrafi yerləşməsinə görə bütöv təbəqələri əhatə edir. Planetimizin ayrı-ayrı coğrafi
təbəqələri cəmiyyətin mənimsəməsi baxımından – litosfer (dağ süxurları), hidrosfer
(su), atmosfer ( oksigen, karbon və digər qazlar), biosfer (bitki və heyvanat aləmi)
kimi dəyərləndirilir və istifadə edilir. İnsanlar da bioloji varlıq kimi biosferə daxildir,
onun komponentidir, lakin təbii qanunlardan tam asılı deyildir. O, daha çox
cəmiyyətin qanunlarına tabedir. Buna baxmayaraq cəmiyyət eyni zamanda təbiətdən
asılıdır, onun qanunlarına qismən tabedir, lakin təbiəti dəyişməyə, onu bildiyi kimi
istifadə etməyə meyllidir. Ona görə də təbiətdən səmərəli istifadə etmək üçün
- 6 -
cəmiyyət bütün təbiət elmlərindən, elmlər sintezindən daha bacarıqla istifadə etməyi
öyrənməlidir.
Cəmiyyətin təbiətə, coğrafi mühitə təsiri durmadan artır. Unutmaq olmaz ki,
coğrafi mühit böyük təbii məhsuldar qüvvələrə malikdir və bu qüvvələri öyrənmək
təbiətdən səmərəli istifadə etmək üçün olduqca vacibdir. Təbii məhsuldar qüvvələrə
təbii resurslar və mənimsəmənin təbii şəraiti aiddir. Təbii resurslar planetimizin
insanlar tərəfindən mənimsənilə bilən ayrı-ayrı xarici təbəqələrinin komponentləridir.
Bura müxtəlif faydalı qazıntılar, bioresurslar, təbii enerji mənbələri və s. aiddir.
Təbii mühit təbii resursların mənimsənilməsi üçün zəruri olan coğrafi mühitin
elementləridir. Bura insanın nəfəs alması üçün oksigen, günəş istiliyi və işığı,
rütubətlilik, yağıntılar, göllər, çaylar, relyef, bioloji varlıqların inkişafı üçün torpaq
örtüyü və s. aiddir.
Təbiətin mənimsənilməsi istehsal vasitələri ilə daha sıx əlaqədədir və bu elm
və texnikanın inkişafı üçün əlavə stimuldur. Müasir dünyada elm, elmi-texniki-
tərəqqi qarşısında duran ən mühüm vəzifələrdən biri də məhz elmin məhsuldar
qüvvəyə çevrilməsidir. Cəmiyyətin elmi – intellektual səviyyəsi artdıqca, yeni-yeni
istehsal vasitələri istehsal etdikcə təbiətə təsiri daha da artır, təbiətdən istifadəni
“dərininə” və “eninə” doğru təkmilləşdirir, əhalinin artan tələbatını ödəmək üçün
istehsalın artım imkanını genişləndirir.
Təbiətdən istifadənin sürətli inkişafının baş verdiyi ərazilər ayrı-ayrı dövrlərdə
müxtəlif olmuşdur. Əgər ilkin dövrlərdə cəmiyyət və onun mənimsəmə imkanı
təbiətdən çox asılı idisə, cəmiyyətin sonrakı tarixi ərzində o tez-tez dəyişmişdir.
Həmçinin tarixi dövrlər ərzində coğrafi mühitdə baş verən dəyişiklikləri də nəzərə
almaq lazımdır. Belə ki, son buzlaşma həm insanların inkişafına, həm
məskunlaşmasına, həm də təbiətə təsirində ciddi izlər buraxmışdır. Digər tərəfdən
insanlar bir sıra təbii hadisələri və təbii kompleksləri dəyişərək mənimsəmənin
coğrafi mühitini dəyişir, təbiətin tarixi gedişini sürətləndirir. Dəyişən təbiət də öz
növbəsində məhsuldar qüvvələrə, mənimsəmənin formasına öz təsirini göstərir.
Elmin, texnikanın köməyi ilə səhralaşmanın qarşısı alınır, kanallar, kollektorlar,
- 7 -
irriqasiya sistemləri yaratmaqla təbii landşaft antropogen landşaftla əvəz edilir. Bütün
bunları həyata keçirərkən nəzərə alınmalıdır ki, təbii komponentlərin dəyişməsi
insana neçəyə başa gələcək, bu dəyişmələr mənimsəməyə nə verəcək və dəyişkənliyə
sərf olunan vəsait nə qədər vaxta ödəniləcəkdir. Həmçinin təbiətə təsir hansı mənfi
hallara gətirib çıxara bilər və əks təsir nə vaxt və ya hansı miqyasda özünü göstərə
bilər. Müasir dövrdə təbiətdən istifadənin iqtisadi cəhətdən qiymətləndirilməsi,
təbiətin qorunması və ekoloji problemlərin yaranmaması ön planda olmalıdır.
İnsan təbiəti mənimsəyərkən daim ziddiyyətlə qarşılaşır. Təbiətin özünəməxsus
və idarəolunmayan təbii proseslərin ilə cəmiyyətin məqsədli fəaliyyəti müxtəlif
inkişaf qanunlarına tabedir. İnsan təbiətin mənimsəyərkən elmin, texnikanın
köməyilə qarşısına çıxan ziddiyyətləri həll edir, yeni-yeni məhsuldar qüvvələri
hərəkətə gətirir.
Təbiətin mənimsənilməsi uzun tarixi proses olub, insan cəmiyyətinin
formalaşma tarixi ilə uzlaşır. Təbiət elmləri həmişə cəmiyyətlə, cəmiyyət haqqında
elmlərlə sıx əlaqəli olmuşdur. Hər bir ictimai-iqtisadi formasiyanın özünəməxsus
inkişafı, təbiətdən istifadə bacarığı olmuşdur. Uzun illər boyu cəmiyyət təbiəti
“eninə” mənimsəyirdi, “elm və texnikanın indiki mərhələsində daha çox dərininə”
mənimsəməyə başlamışdır. Bu təbiətdən, təbii resurslardan daha səmərəli istifadə
etməyə imkan yaradır. Digər tərəfdən, təbiətə təsirin, təbiətdən istifadənin iqtisadi
səmərəliliyi də ön plana çıxmışdır. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə təbii
resursları istehsala və emala cəlb etmək baha başa gəldiyindən onun digər ölkələrdən
gətirilməsi iqtisadi cəhətdən daha sərfəli olmuşdur. Təbiətdən istifadə indi bir çox
dəqiq elmlərin nəticələrinə əsaslanır. Buna görə də təbiət – istehsal – idxal kompleksi
bu elmi dəqiq elmlərlə sıx bağlayır.
Təbiətdən istifadənin müasir mərhələsi elm və texnika ilə bağlıdır. İqtisadi
səmərəlilik yeni texnika və texnologiya olmadan mümkün deyildir. Azalmaqda olan
təbii komponentlər, xüsusilə də minerallar daha dəqiq tədqiq olunmanı, istifadə
zamanı tullantısız istifadəni tələb edir. Bu isə müasir və təkmilləşmədə olan
avadanlıqlar hesabına mümkündür.
- 8 -
2. Təbiətdən istifadənin elmi-nəzəri məsələləri və inkişafının əsas mərhələləri.
İnsan cəmiyyəti yarandığı gündən təbiətdən istifadənin səmərəli yollarını daim
axtarmış, təsərrüfatının ərazi təşkilində təbiətin rolunu müəyyənləşdirməyə səy
göstərmişdir. Hər bir ictimai – iqtisadi formasiyada təbiətdən istifadənin
özünəməxsus forma və metodları formalaşmış, inkişaf edərək müasir səviyyəyə
çatmışdır. Buna görə də indiki şəraitdə təbiətdən istifadə edilməsi barədə mövcud
olan elmi-nəzəri məsələləri təhlil etmək, təbiətdən maksimum istifadə etməklə ekoloji
tarazlığın qoyunması, cəmiyyətin təbiətə etdiyi texnogen təsirin gələcəkdə mənfi
nəticələr verəcəyini minimuma endirməyin proqnozlarını hazırlamaq olduqca aktual
səslənir.
Sözün geniş mənasında təbiət dedikdə kainatın bütün maddi varlığını nəzərdə
tuturuq. Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv
varlıqdır. Təbiətə hərəkətsiz obyekt kimi baxmamalıyıq. Çünki o daima inkişafda
olmaqla bütün təbii amillərə təsir edir. O, təbii proseslər və qanunauyğunluqlar
əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. “İnsan və təbiət”
problemi həmişə elm xadimlərinin diqqətini cəlb edib. Epikür yazmışdır ki, insanlar,
siz təbiətdən istifadə edərkən ona qarşı qəddar olmamağa çalışın. Ancaq biz insanlar
sanki qarşımıza məqsəd qoymuşuq ki, əvvəlcə təbiəti sonra isə özümüzü məhv
edəcəyik. İnsan təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Biz kainatın ayrılmaz tərkib
hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edirik. Biz
özümüz üçün nə lazımsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni
təbiətdən alırıq. Bu sərvətlərdən yüz illərdən bəri kor - təbii istifadə etməyimiz
nəticəsində ətraf mühiti dünya miqyasında dəyişilməyə məruz qoymuşuq. Bu
vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşib və XX əsr insanın
təbiətə və onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşər tarixinə həkk
olunub. Belə ki, dünya əhalisinin sürətli artımı şəraitində maddi nemətlərin istehsalı
və bölüşdürülməsi tələbatdan xeyli geri qalır. Buna görə də, yer sərvətlərinin
istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat
- 9 -
sahələrində yeni texnologiyanın tətbiqi və istehsalının genişlənməsi, dünya
landşaftlarının
antropogen
dəyişməsi,
beynəlxalq
təsərrüfat
əlaqələrinin
mürəkkəbləşməsi və genişlənməsi bu və ya digər amillər mühitlə bəşəriyyətin
qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün
artmasına səbəb olur. Bu problemə D.Rikardo və T.Maltus böyük diqqət
yetirmişdilər. Onlar iqtisadi inkişafın perspektivlərinə pessimist yanaşırdılar [9.230].
Son onilliklərdə istehsalın sürətlə inkişafı ilə əlaqədar dünya ölkələrində təbii
ehtiyatların istifadəsi xeyli artmışdır. Bu da öz növbəsində təbiətə təsirin
güclənməsinə və eyni zamanda təbiətdən istifadə problemlərinin kəskinləşməsinə
gətirib çıxarmışdır. Dünya üzrə ümumi istehlakın artmasını “demoqrafik sıçrayış”
adlanan əhalinin sayının xeyli yüksəlməsi ilə izah etmək mümkündür. Dünya
əhalisinin artım dinamikası cədvəli 1.1 – də göstərilib [37.335].
Dünya əhalisinin dinamikası
Cədvəl 1.1
Tarix
Əhali (milyon nəfər ilə)
İllik artım %-ilə
Eramızın 400-cü ili
205
0.005
800
224
0.005
1200
400
0.005
1400
375
0.005
1600
578
0.2
1800
954
0.5
2000
8000-dən çox
1.2
Cədvəldən göründüyü kimi əhalinin artım sürəti ilbəil sürətlənir. Əhalinin
artımı təbii sərvətlərə olan əlavə təsiri gücləndirir və ətraf mühitin çirklənmə
dərəcəsini artırır. Burada əsas problem əhalinin maksimal miqdarında deyil, bu
miqdarın mövcud sərvətlərə necə münasibətdə olmasından ibarətdir. Dünya əhalisinin
sürətlə artması nəticəsində əmələ gələn ehtiyatcların ödənilməsi üçün yeni-yeni təbii
ehtiyatlar cəmiyyətin istifadəsinə verilir, kənd təsərrüfatı sənayeləşir və
- 10 -
intensivləşdirilir. Elmi texniki tərəqqi bir tərəfdən insanın təbiətdən asılılığını
minimuma endirir, digər tərəfdən isə ekoloji sistemdə mənfi iz buraxır.
Ümumiyyətlə, insan dünyada bu günə kimi mövcud olan yeganə varlıqdır ki,
daima təbiətlə münaqişə aparmış və aparır. Bəli, biz insanlar təbiətin tərkib hissəsiyik
ancaq təbiətin bir çox qanunlarına qarşı çıxırıq. Belə ki, təbiətdə milyon illər davam
edən tullantısız mübadilə proseslərindən və ziyansız maddələr mübadiləsi dövranı
qanunlarından kənara çıxmışıq. Bundan başqa, təbiətə xas olan təbii sərvətlərdən
“qənaətlə” istifadə prinsipləri müasir insanlar tərəfindən qorunmamışdır. Məsələn,
son bir milyard ildə yaranan təbii sərvətlər son 100-120 ildə insanlar tərəfindən
istifadə olunmuşdur [21, 191]. İnsanın ekoloji böhranla üzləşməsi təbii sərvətlərdən
kortəbii istifadə olunması sayəsində yaranmışdır. Akademik S.S.Şvars göstərir ki,
biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit
saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu isə
ekoloji problemlərin yaranmasına səbəb olub. Ekoloji problemlər hazırda
bəşəriyyətin ən böyük qlobal problemidir. Bu gün bu ekoloji problemlərin həllində
hamı iştirak etməlidir. Heç kimin bu işdən kənarda qalmağa mənəvi haqqı yoxdur.
Ekoloji problemlər təbiətdən düzgün istifadə edilməmənin nəticəsidir. Biz biosfer
təliminin banisi V.İ.Vernadskinin insan 1 dəqiqə də olsun belə biosfersiz yaşaya
bilməz sözlərini unutmamalıyıq [24.,238].
Təbiətdən istifadə dedikdə təbii-resurs potensialının istismar edilməsinin və
onun qorunub saxlanmasının bütün növlərinin məcmuu nəzərdə tutulur. Demək
təbiətdən istifadə dedikdə aşağıdakı anlayışları nəzərdə tutmalıyıq.
1. Təbii şəraitin istifadəsi və mühafizəsi;
2. Təbii resursların çıxarılması, emalı, onların bərpası və təkrar istehsalı;
3. Təbii sistemlərin ekoloji balansının saxlanması, təkrar istehsalı və səmərəli
dəyişdirilməsinin təmin edilməsi.
E.F.Yusifov ətraf təbii mühitin faydalı xüsusiyyətlərinin insan tərəfindən
istifadə imkanlarını təbiətdən istifadə kimi izah etmişdir [30,355]. Əgər bu
xüsusiyyətləri iqtisadi, sağlamlıq və mədəni xüsusiyyətlər olaraq 3 qrupa ayırsaq,
- 11 -
onda təbiətdən istifadə iqtisadi, mədəni və ekoloji sağlamlıq kimi 3 formada özünü
büruzə verir. Təbiətdən istifadəni torpaqdan istifadə, yerin təkindən istifadə, heyvanat
aləmindən istifadə, atmosfer havasından istifadə kimi müxtəlif qruplara ayıra bilərik.
Təbii vasitələr isə öz növbəsində bir neçə məqsəd üçün istifadə oluna bilər. Məsələn,
su içmək üçün, həmçinin hidroenerji mənbəyi kimi və nəqliyyat vasitəsi kimi
məişətdə istifadə edilir. Meşədən oduncaq mənbəyi, istirahət yeri, otlaq, giləmeyvə,
dərman bitkiləri toplamaq və başqa məqsədlər üçün istifadə edilir.
Ətraf mühitin obyektlərinin insan tərəfindən ilkin mənimsənilməsi, istifadə
edilməsi də təbiətdən istifadə kimi izah edilə bilər. Biz təbiətdən istifadə edərkən
əsasən təbii resurs potensialının qorunmasını təmin etməklə təbii ehtiyatlar, təbii
şərait və cəmiyyətin sosial iqtisadi inkişafı arasında qarşılıqlı münasibəti düzgün
qurmağa çalışmalıyıq. Çünki geniş mənada “Təbiətdən istifadə” fikri təbiətlə
cəmiyyətin qarşılıqlı münasibəti şəraitində bir-birinə təsir prosesidir. Biz təbiətdən
istifadə edərkən yalnız bir istiqamətdə olan fəaliyyəti yəni insanın təbiətə təsirini
nəzərdə tutmamalıyıq. Həmçinin təbiətin də insana təsir edə biləcəyini unutmayaq.
Biz təbiəti istismar edirik. Bəs, görəsən, bu qədər istismarın qarşılığında təbiətin
cavabı necə olacaq?
Tarixi inkişaf dövründə insanların sayının artması yeni ərazilərin
mənimsənilməsini, tələbatın daim artmasına görə daha çox məhsul istehsal
edilməsini, deməli yeni zavodlar, fabriklər, digər istehsal və xidmət təyinatlı
obyektlər tikilməsini zəruri etmişdir. Ona görə daim yeni-yeni şəhərlər, kəndlər
salınır, onların iqtisadi bazasının genişləndirilməsi üçün müəssisələr təşkil olunur,
yaşayış ərazisi genişlənir. Nəticədə insanlar təbiətdən getdikcə daha çox istifadə edir,
onun geniş sahələrini təsərrüfat dövriyyəsinə cəlb edir, təbiətin ehtiyatları çox hasil
edilir. Bunlar isə təbiətə qaytarılan tullantıların artmasına səbəb olur. Bu isə o
deməkdir ki, cəmiyyətlə təbiətin münasibətlərində insanlar ona ikiqat ziyan vurur.
Cəmiyyətin tələbləri qeyri – məhdud, təbii sərvətlər isə məhduddur. Əsas ziddiyyət
elə buradan yaranır, yəni: 1) cəmiyyətin tələbatı sonsuz və tamamilə qarşısı
alınmazdır; 2) cəmiyyətin sərəncamında əmtəə və xidmət istehsalı üçün gərəkli olan
- 12 -
resurslar məhdud və aztapılandır. Demək, təbiətdən istifadə edərkən əsas məqsədimiz
məhdud resurslardan səmərəli istifadə etməklə cəmiyyətin tələbatının ödənilməsi
tədbirlərini müəyyən etmək və bu tədbirlərin həyata keçirilməsinin yollarını
öyrənməkdən ibarət olmalıdır. Bu istiqamətdə resursların səmərəli bölüşdürülməsi
üsulu da sərfəli yollardan biridir. Səmərəli bölüşdürülmə tələb edir ki, əmtəə və
xidmətlərin çeşidlərinin seçimi düzgün olsun, başqa sözlə, hər bir əmtəə vahidi daha
az məsrəflə istehsal edilsin. Yəni: resursların səmərəli bölüşdürülməsi dedikdə,
resursların o əmtəə və xidmətlərin istehsalına sərf edilməsi nəzərdə tutulur ki,
cəmiyyətin ona daha çox ehtiyacı var. Bu o deməkdir ki, məhdud resurslar
kompaniya və sahələr arasında elə bölüşdürülməlidir ki, cəmiyyət indi məhz həmin
əmtəə və xidmətlərə ən çox tələbat duyur.
Uzun illərdir ki, insan durmadan inkişaf etmək və ehtiyacını ödəmək məqsədilə
təbii sərvətlərdən düşünülməmiş tərzdə istifadə edir. Sanki insanlar İ.Miçurinin
söylədiyi” “Biz təbiətdən xeyirxahlıq gözləməməliyik, onları ondan almaq bizim
vəzifəmizdir” – fikrini öz xeyirlərinə istifadə edirlər [29,115]. Lakin insan dərk etmir
ki, təkcə almaq lazım deyil, həm də təbiətdə insan fəaliyyəti nəticəsində baş vermiş
itgilərin yerini doldurmaq lazımdır. Təəssüflər olsun ki, bu təsirlər nəticəsində həm
planetimizdə, həm də respublikamızda ekoloji tarazlıq ciddi surətdə pozulub.
Məsələn, uzun müddət Mərkəzi Aran rayonlarında pambığın intensiv əkilməsi
torpaqların şoranlaşmasına və sıradan çıxmasına səbəb olub. Zamanında K.Marks:
“Kapitalizm təbiəti məhv edəcək və dağıdacaq”, - deyə qeyd etmişdi. Onun qeyd
etdiyinə görə təsərrüfatın planlı inkişafı, təbii sərvətlərdən səmərəli və kompleks
istifadə edilməsi, ekoloji mühitin saflığının təmin edilməsi yalnız sosializm şəraitində
mümkündür [23,696]. Çünki müvazinətli surətdə bir-birindən təcrid edilmiş istehsalçı
olan insanlar təbiətlə təmasda olduğu zaman mübadiləni səmərəli nizamlayır, təbiət
üzərində kortəbii surətdə ağalıq etməyib onu nəzarət altında saxlayır, bunu az məsrəf
müqabilində insan təbiətinə layiq şəkildə yerinə yetirir.
Indi biz kapitalizmin təbiəti məhv etdiyi bir dövrdəyik. Hal-hazırda insanların
uzun müddət daha çox gəlir, mənfəət qazanmaq, inkişaf etmək məqsədilə təbii
- 13 -
sərvətlərdən qəddarcasına istifadənin nəticəsi olaraq yaranan ekoloji problemlər eyni
şəkildə yəni qəddarcasına insana doğru yönəlib. Buna insan tərəfindən meşələrin
qırılması ilə başlayan problemləri misal göstərə bilərik. Insanın meşələrə təsiri bir
neçə min il əvvəl insanın əkinçiliklə məşğul olmağa başlağıdı dövründən müəyyən
edilmişdir. Rayonların çoxunda əkinçilik məqsədilə meşələr qırıldı, bu isə yer
səthində küləyin sürətini artırdı, havanın temperatur, nəmlik rejiminin dəyişməsinə
gətirib çıxartdı. Torpağın nəmliyi, buxarlanma da öz növbəsində çayların axım
rejimini dəyişdi. Quru iqlimli regionlarda meşələrin qırılması toz tufanları torpaq
örtüyünün pozulmasına, təbii şəraitin dəyişməsinə gətirib çıxartdı. Göründüyü kimi,
təbiətin sadəcə bir elementinə qarşı atılan səhv bir addım bütün təbiət
komponentlərinin yararsız hala düşməsinə səbəb oldu. M.C.Atakişiyev bu haqda belə
qeyd etmişdir ki, tarixi prosesin gedişində əvvəllər təbiətin insanlığa təsiri zəif olduğu
müşahidə edilsə də, sonralar, xüsusilə də hazırki dövrdə təbiətin dəyişməsi insanlara
və onların təsərrüfatına güclü, lokal, regional və qlobal təsir göstərir [6.219]. Halbuki,
ekoloji kontekstdə inkişaf təbii və əmək ehtiyatlarının elə istifadəsidir ki, bu həyatın
keyfiyyətinə və yaxşılaşmasına xidmət etsin.
İnsanın mühitlə hər zaman əlaqədə olmasına baxmayaraq onun təbiətə təsiri
əsasən təsərrüfat fəaliyyəti zamanı intensivləşir. Təbiətə güclü antropogen təsir
nəticəsində ətraf mühit gərginləşir, sosial və təbii şərait mürəkkəb əlaqələr sistemi
yaradır. Məsələn, respublikamızın ən böyük problemlərindən biri səhralaşmadır.
Ölkəmiz Cənubi Qafqazda səhralaşma prosesinin daha intensiv inkişafı ilə seçilir.
Məlum olmuşdur ki, son illərdə təbii amillərlə yanaşı səhralaşmaya təsir göstərən
əsasən antropogen amillər olmuşdur. Məsələn, elə rayonlar var ki, qışlaqda bir
hektarda 2-3, bəzi tükənmiş torpaqlarda isə 1 qoyun saxlamaq mümkün olduğu halda,
orada saxlanılan qoyunların sayı 40-45-ə çatır. Digər tərəfdən bəzi torpaqların 3
faizini hansısa kiçik ehtiyaclar üçün əkib-becərmək olar. Amma bu göstəriciyə
baxmayaraq həmin torpağın 30-40%-i şum altındadır. Halbuki, onların dözümü
yoxdur. Yəni, belə yerlərdə torpaq artıq dözmür, səhralaşma gedir. Səhralaşma öz-
özlüyündə problemdir, amma onun əks tərəfi o deməkdir ki, həmin ərazilərdə olan
- 14 -
bioloji növlər, bitki növləri, canlılar yox olur. Nəticədə, ancaq kasadlaşmış, bərəkətini
itirmiş torpaq qalır. Səhralaşma əsasən təbii yolla getsə də, antropogen amillər onu
sürətləndirir. Bu işdə əsas həlledici amillərdən biri də insanın təsərrüfat fəaliyyətinin
mənfi nəticəsidir. Hazırda müəyyən edilmişdir ki, insan və onun təsərrüfat fəaliyyəti
birinci növbədə torpağa, bitkiyə və su mənbələrinə güclü təsir göstərir. Bu təsirə
səhra örüşlərinin bitkiləri daha çox məruz qalır. Səhralaşma ilə əlaqədar olaraq relyef
formaları pozulur, qrunt suların səviyyəsi və minerallaşma dərəcəsi də dəyişir.
Səhralaşmanın qarşısının azaldılması üçün ağac – kol bitkilərinin odun kimi istifadə
məqsədilə bitki örtüyünün məhv edilməsini azaltmaq və mövcud otlaq və
biçənəklərdən daha səmərəli istifadə etmək, kommunal və irriqasiya işlərinin yerinə
yetirilməsinin nəticəsi olaraq torpaq örtüyünün bərpa edilməyəcək dərəcədə
istifadəsinə son qoymalıyıq.
Təbiətdən istifadə səmərəli və səmərəsiz ola bilər. Təbiətdən səmərli istifadə
ekosistemlərə ekoloji yükü kifayət qədər azaldır və sabit iqtisadiyyat üçün zəmin
yaradır. Təbii resurslardan səmərli istifadə - ümumi şəkildə onlardan faydalı
elementlərin əldə edilməsini və bununla yanaşı təsərrüfat sahələrinə, təbii mühitə
minimum zərər vurulmasını ifadə edir. Təbii resurslardan səmərəsiz istifadə isə bir
qayda olaraq, təbii resursların tam hasil edilməməsini və ətraf mühitə əhəmiyyətli
ziyan vurulmasını ifadə edir. Məsələn, uzun illərdir ki, Filizçay polimetal yatağı
köhnə texnologiya ilə istismar edilir və nəticədə xammal əhəmiyyətli çoxlu tullantı
yaranır. Hesablamalar göstərir ki, əgər Filizçay polimetal yatağı düzgün istismar
edilərsə, respublika ehtiyacını hələ 100 də ödəyə bilər [26.126]. Bunun üçün yatağın
istismarını müasir texnoloji üsullarla aparmalıyıq. Demək, səmərəsiz istifadə iqtisadi
potensialın qorunmasını təmin etməyən fəaliyyətdir. Təbiətdən səmərəli istifadə
dedikdə təbii ehtiyatlardan səmərəli istifadə, təbii ehtiyatların artırılması və ətraf
mühitin mühafizəsi nəzərdə tutulur. Təbii ehtiyatların səmərəli istifadəsi ətrafa olan
antropogen yükün miqdarını azaldır. Bu isə öz növbəsində ətraf mühitin mühafizəsinə
gətirib çıxardar.
- 15 -
Təbiətdən səmərəli istifadəyə nail olmaq üçün əsas məqsədimiz təbii
ehtiyatların və təbii şəraitin qənaətcil istismarını təmin etməklə insan sağlamlığını
qorumaq və perspektiv inkişafı təmin etmək olmalıdır. Əgər bu məqsədə çata
biliriksə, bu zaman biz təbiətin istifadəsinin səmərəliliyindən danışa bilərik. Əks
halda yəni təbii resurslar alayarımçıq çıxılarsa, faydalı qazıntının ən yaxşı hissəsi
yerin təkində qalarsa, tullantıların tərkibində qiymətli komponentlər qalarsa,
insanların sağlamlığı təhlükə qarşısında qoyularsa, heç bir səmərədən danışa
bilmərik. Təbii sərvətlərin səmərəli, qənaətlə, itkisiz istifadə edilməsi təbii ünsürlərlə
ehtiyatla yanaşmağı, faydalı qazıntıların çıxarılması və təkmilləşdirilməsi,
tükənməyən təbii sərvətlərin planlı və müvazinətli surətdə təkrar istehsala verilməsi,
ətraf təbii mühitin çirkləndirilməsi səbəblərinin əvvəlcədən aradan qaldırılması
müasir insanlardan və gələcək nəsillərdən səy, bacarıq və vicdan tələb edir.
Biz təbii ehtiyatlardan istifadəyə heç cür qadağa qoya bilmərik. Elə buna görə
də, təbiətdən istifadə edərkən təbii sərvətlərin mühafizəsini, səmərəli istifadəsini və
təbiəti qorumağı qarşımıza məqsəd kimi qoymalıyıq. Əgər bu əsas şərtə əməl
edilməzsə biz iqtisadi səmərədən çox yarana bilən ekoloji problemlərlə üz-üzə
qalarıq. Sonradan bunların aradan qaldırılması külli miqdarda əmək və kapital
qoyuluşu ilə həyata keçirilə bilər. Məsələn, cədvəl 1.2-də 2000-2009-cu illər ərzində
ətraf mühitin mühafizəsi üzrə tədbirlərin keçirilməsinə çəkilən cari xərclər (min
manat) verilmişdir [4].
Dostları ilə paylaş: |