kəngər dili olmadığı kimi, sadaladığımız dillər də olmamıĢdır, sadəcə,
Azərbaycandakı bu türk boyları ümumi türk dilinin azər dialektində (daha
doğrusu, azər dialektlərində) danıĢmıĢlar və daxili dialekt və Ģivə (ləhcə)
fərqləri o qədər də böyük olmayan baĢqa çağdaĢ türk xalqlarından fərqli
olaraq, bugün də azər dilinin dörd əsas dialekti, hər dialektə yaxın Ģivə-
ləri və dialektlərarası keçid Ģivələri vardır.
Ġslamöncəsi dönəmlərdə, özəl-
liklə protoazər çağında bu dialektlərin arasındakı fərqlər daha çox idi.
Azər-türk dili Qafqaz və Ġranda yaĢayan baĢqa dilli xalqların ortaq
ünsiyət vasitəsi kimi ikinci dili olmuĢdur. Bu dilin regionda uluslararası
ünsiyət dili olduğunu bura gələn səyyahların əksəriyəti yazmıĢdır. Belə
ikidilli durum (bilinqvizm) çox da uzaq olmayan tarixdə rusların Qafqaza
gəliĢinə qədər daha geniĢ coğrafiyada
davam
etmiĢdir.
XV əsrdə Hindis-
tana qədər gedib çıxan Afanasi Nikitin öz yazısında kaçma, yaxşı, yük,
yatır, yatmadım, ulu kurban baqram kimi ifadələrlə yanaĢı, azər dilində
bütöv cümlələr də iĢlətmiĢdiр
148
Ġslamaqədərki çağlarda Azərbaycan bölgələrinə
nə vaxt
gəlməsin-
dən
asılı olmayaraq
,
azər xalqının mədəniyət və kultur tarixi dairəsindən
kənarda qalmayan baĢqa dilli xalqların, azər türklərilə qaynayıb-qarıĢan,
qohumlaĢan və
azər xalqının yaranmasında iĢtirak edən boylar bütövlük-
də Azər etnik coğrafiyasına daxil olduğundan Ġslamdan sonrakı çağlarda
«Azər xalqı» və «azər dili» deyimlərinin daha geniĢ tutumu vardır. Lakin
Stalinin göstəriĢi ilə 1936-dan ortaya çıxan «Azərbaycan dili» deyimi
Azərbaycanın yerli xalqlarından talıĢ, udi, kürd və min illərlə Azərbaycan-
da yaĢayan ləzgi, saxur,
avar, xınalıq,
haput, tat, qırız, budux kimi onlarla
baĢqa xalqların dilini düzgün ifadə etmədiyi kimi, 50 milyonluq Azərbay-
can türklərinin də dilini (türk, azər) ehtiva etmir.
«Azərbaycan xalqı», «Azərbaycan dili» deyimləri özündə azərbay-
canlı vətəndaĢları ehtiva edən və dövlətçilik baxımından bugün iĢlənməsi
148
Хожение за три моря, 1986; Muradxan Cahangirov arxiv sənədlərində Dağıs-
tan-Quzey Qafqaz xalqlarının rəsmi yazıĢmalarının çox vaxt azər dilində olduğunu orta-
ya çıxarmıĢdır (Ъащанэиров, 1978, 30-35); Qafqazda olmuĢ A. A. Bestujyev-
Marlinski, M. Y. Lermontov və baĢqaları qeyd etmiĢlər ki, Avropada fransız dilini bil-
mək nə qədər vacibdirsə, Asiyanı baĢdan-baĢa gəzmək üçün də tatar (azər) dilini bilmək
o qədər zəruridir (Марлинский, 1847, 114; Лермонтов, 523-524);
Fransız səyyah Baltasar de Lauziere 1683-də Azərbaycanı gəzəndən sonra ġamaxıda
latın qrafikası ilə çox dəyərli bir kitab olan azər dilinin «Söz türki» adlı qramatikasını
yazmıĢdır.
246
məqbul sayılan terminlər olsa da, tarix, dilçilik, etnoqrafiya, etnogenez və
türkologiya elmində yalnız dolaĢıqlıq yaradır. Ermənistan azərbaycanlıları,
Gürcüstan azərbaycanlıları, Dağıstan azərbaycanlıları və ya «ermənistanlı
azərbaycanlı» kimi elmdən uzaq ifadələrin ortaya çıxmasına səbəb olan
və əslində vətəndaĢlıq bildirən bu termin milli tariximiz baxımından qü-
surludur.
Belə ki, bugün Azərbaycandan kənarda qalan Dağıstan, Borçalı,
Ġrəvan, Mosul, Kərkük, Xorasan və sair bölgələrdə yaĢayan azər türklə-
rinə vətəndaĢlıq bildirən bir terminlə «azərbaycanlı» deyilirsə, bu onların
həmin bölgələrdə yerli xalq olmadığını zehinlərə hopdurur.
149
Etnik coğrafiyanın əsas atributu dildir, lakin bu coğrafiyanın etnik
demoqrafiyasını müəyyən etmək üçün dil, antropologiya, arxeologiya və
onomastika ilə yanaĢı etnoqrafik bəlgələr də diqqətə alınmalıdır. Belə ki,
müxtəlif elm sahələrinin verdiyi informasiya üst-üstə düĢəndə çıxarılan
nəticənin elmi tutumu böyük, arqumentləri güclü olur. Məsələn, əgər biz
azər etnik coğrafiyasında saqa (skit) boyunun kimliyini müəyyən etmək
istəyiriksə, onlara aid etnik atributların hansı etnosa aid olduğunu ortaya
çıxarmalıyıq. Bunun üçün isə müqayisəli metoddan istifadə etmək lazım
gəlir. Azərbaycanda m.ö. VII əsrdə dövlət quran saqa boylarının onomas-
tikası, antropoloji və arxeoloji bəlgələri ilə yanaĢı, etnoqrafiyasında görü-
nən ölü basdırma adəti, at südü (qımız) içməsi və hətta baĢına qoyduğu
papağın forması baĢqa türk boylarında təkrar olunur. Antik çağ yazarları-
nın bəzi saqa boyuna «ĢiĢpapaqlı» deməsi və əhəməni yazısında bunun
təkrar olunması, Azərbaycanda ĢiĢpapaq qoyulması gələnəyinin XX əsrin
əvvəlinə qədər davam etməsi, barelyef və rəsmlərdə ĢiĢpapaq saqa-qamər,
hun, kuman türklərinin təsviri
aydın göstərir ki,
bu etnoqrafik özəllik bəzi
türk boylarına aiddir. TadeuĢ Wasilewski yazır ki, bulqarların da baĢında
qoyun dərisindən bir «ĢiĢ papaq olurdu»
(czapki nosili wysokie).
150
Saqaların türk boylarından olmasını
göstərən önəmli etnoqrafik bəlgələrədən
biri də bəzi türk boylarının basırıqlar ya-
nına qoyulan daşbaba gələniyidir. Belə ki,
bir-birindən çox uzaq məsafədə yerləĢən
və aralarında böyük zaman fərqi olan bu
149
Ona görə də, Azərbaycan xalqı, Azərbaycan türkcəsi deyimlərilə paralel qədim tarixlə
bağlı müəyyən məqamda azər xalqı, azər dili terminlərinin iĢlənməsi də məqbuldur.
150
ЩБ, 1988, 37.
247
daĢbabaların hər ikisinin də eyni kanonok atributlarla hazırlandığı, eyni
gələnəksəl özəllik daĢıdığını çox aydın görmək olur, çünki bu eynilik
Azərbaycandan aparılıb.
Beləliklə, azər türklərinin etnik coğrafiyasını bəlirləyən bəlgələrin
sərgilədiyi mənzərədə protoazər boylarının Atayurd sınırları daha aydın
görünür və bu sınırlar içində formalaĢan azər türklərilə yanaĢı az da olsa,
bir neçə yerli və sonradan gəlmə ya da gətirilmə baĢqa dilli boylar da var-
dı. Azər etnik coğrafiyasında son əsrlərəcən ümumünsiyət vasitəsi olan
azər türkcəsilə yanaĢı, ayrı-ayrı lokal bölgələrdə baĢqa dillər də iĢlənmiĢ-
dir. QonĢu xalqların və ayrı-ayrı yazarların müxtəlif çağlarda azər etnik
coğrafiyasında saqa (skit), alban//aran, azər//xəzər, türk//türki, tatar, oğuz,
muqal dili kimi müxtəlif adlarla qeyd etdiyi ümumi danıĢıq dili protoazər
çağında azər türkü kimi formalaĢan boyların ortaq azər türkcəsi idi.
Tarixi coğrafiyanın kompleks Ģəkildə öyrənilməsi Ġslamaqədər
azər türklərinin Atayurdunu və tarixi-etnik coğrafi sınırını ortaya çıxardı.
Aydın oldu ki, azər, xəzər, kaspi etnonimləri eyni xalqın dialekt fərqi ilə
yaranmıĢ adlarıdır. Analoji durum alban və aran adlarında da təkrar olu-
nur. Son vaxtlara qədər farsmənĢəli Atropaten adından törədiyi iddia edi-
lən Azərbaycan sözünün də azər xalqının adından yaranması bəlli oldu.
Hayların sonradan qəbul etdiyi «ermən» etnonimi altında çox qədim çağ-
dan bəlli olan türk boyunun durması kimi əvvəllər mübahisəli sayılan bir
sıra baĢqa problemlərin də gerçək üzü göründü.
*
* *
Beləliklə, II Bitikdə tarixi coğrafiya ilə bağlı gözdən keçirdiyimiz
oykumen, demoqrafiya və etnik coğrafiya, biosfer, kosmonimiya, coğrafi
durum, yollar, areal izoqlosları, paleotoponimlər, adı və yeri dəyiĢən to-
ponimlər, köçəri köçlərindən köklü Ģəkildə fərqlənən tarixi miqrasiyanın
səbəbi, növləri və ilkin atayurd bəlgələri prototürk etnosunun Ön Asiyada
yarandığını, doğu və quzey yöndə türk köçlərinin buradan baĢlandığını
göstərir. Urmu teoriyasının əsas müddəalarını əks etdirən bu baxıĢın tarixi
bəlgələrə söykənən elmi konsepsiya olduğunu ilk dəfə sistem Ģəklində bu
bitikdə («Doqquz Bitik») gündəmə gətirilmiĢdir. Bu konsepsiya I Bitikdə
verilən antropoloji, arxeoloji, daĢ fiqurlar, damğa və yazı tipologiyası,
qonĢu xalqlar və dövlətlərlə əlaqə, sonrakı bitiklərdə isə Ġslamaqədər Ön
Asiyada qurulan türk dövlətləri, etnoqrafiya, mifologiya və folklor, türk
dilinin tarixi, tarixi onomastika və etnogenez bəlgələri ilə alınan sonuclar
ilə də təsdiq olunur.
248
( II Bitiyin sonu)
ƏDƏBĠYAT
Dostları ilə paylaş: |